Avropa Məhkəməsi "Azadlıq" qəzetinin 2007-ci ildə həbs olunmuş baş redaktoru Qənimət Zahidin şikayətini araşdırmağa başlayıb



Yüklə 102,5 Kb.
tarix23.08.2018
ölçüsü102,5 Kb.
#64010




Tel: 441 28 17

Fax: 441 28 17


www.mediarights.az



Rəylərinizi

bu ünvana

göndərin:

xaled_yes@hotmail.com


Press-reliz 27 yanvar 2011

Avropa Məhkəməsi “Azadlıq” qəzetinin 2007-ci ildə həbs olunmuş baş redaktoru Qənimət Zahidin şikayətini araşdırmağa başlayıb. Məhkəmə tanınmış jurnalistin həbsindən verilən şikayətlə bağlı Azərbaycan hökumətinə sorğu göndərib. Bu barədə Media Hüququ İnstitutunun proqram koordinatoru Xalid Ağaliyev bilgi verib.


Onun bidirdiyinə görə, Q. Zahid “Azərbaycan” Nəşriyyatının qarşısında baş vermiş qurama bir insidentə görə 2007-ci ilin noyabrında Yasamal Polis İdarəsinə çağırılaraq sorğulanıb, ardınca qəsdən sağlamlığa kiçik zərər vurma və xuliqanlıqda şübhəli bilinərək 48 saatlığa saxlanılıb. Ertəsi günsə, Yasamal Məhkəməsi araşdırma aparmadan Qənimət Zahidə 2 ay həbs cəzası kəsib. Məhkəmə hökmünü azadlıqda olacağı təqdirdə tanınmış jurnalistin araşdırmaya neqativ təsir göstərmək, yenidən ictimai təhlükəli əməl törətmək imkanında olması ilə izah edib. Yasamal Məhkəməsi həmçinin, jurnalistin girov müqbilində azadlığa buraxılması xahiş olunan sorğunu da rədd edib. Bu qərarlardan verilən şikayətə baxan Apellyasiya Məhkəməsi aşağı məhkəmənin arqumentlərini təkrarlayaraq hökmü qüvvədə saxlayıb.
Q. Zahidin hüquqlarını Media Hüququ İnstitutunun vəkilləri Rəşid Hacılı və Elçin Sadıqov müdafiə edib. Vəkillər Apellyasiya Məhkəməsinin hökmü ilə ölkədaxili müdafiə imkanları tükəndiyindən Avropa Məhkəməsinə şikayət ediblər. Vəkillərin Avropa Məhkəməsinə göndərdikləri şikayətdə qeyd olunur ki, ölkə məhkəmələri Qənimət Zahidə münasibətdə jurnalistin Avropa Konvensiyasında təsbit olunmuş Azadlıq və Toxunulmazlıq (maddə 5), Ədalətli Məhkəmə Araşdırması (maddə 6) hü­qu­q və azadlıqlarına müdaxilə ediblər. Belə ki, Q.Zahidin saxlanılması və həbsi cinayət törətməkdə şübhəli bilinən şəxslərə tətbiq olunan ağlabatan səbəblərə əsaslanmayıb. Məhkəmələr səbəblər olmadan önləyici vasitə kimi həbs tədbirinin seçilməsini hüquqi baxımdan izah edə bilməyiblər. Eləcə də jurnalistin girov müqabilində azadlığa buraxılması xahişini izahsiz rədd ediblər. Şikayətdə Avropa Məhkəməsindən Q.Zahidin hüquqlarının pozulmasının tanınması, onun işlə bağlı çəkdiyi xərclərin, habelə dəymiş maddi və mənəvi zərərlərin əvəzinin ödənilməsinin təmin olunması xahiş edilir.
Yada salaq ki, Azərbaycanın ilk müstəqil nəşri olan “Azadlıq” qəzetinin baş redaktoru Qənimət Zahid 2007-ci ildə qurama xuliqanlıq ittihamı ilə Yasamal Məhkəməsinin hökmü ilə 4 il azadlıqdan məhrum edilib. Tanınmış jurnalist 2010-cu ildə Ölkə Prezidentinin Əfvi ilə azadlığa çıxıb.

Media Hüququ İnstitutu Azərbaycanda ifadə və bilgi azadlığı ilə bağlı qanunvericiliyi və hüquq təcrübəsini qabaqcıl meyarlara uyğunlaşdırmaq, medianın və jurnalistlərin qorunması yönündə çalışan civil toplum qurumudur
Yüklə 102,5 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə