Microsoft Word k I t a b verstka doc



Yüklə 4,72 Mb.
Pdf görüntüsü
səhifə9/45
tarix07.11.2018
ölçüsü4,72 Mb.
#78431
1   ...   5   6   7   8   9   10   11   12   ...   45

Yeqzar Cəfərli  
 
 
36 
Universitetdə  Əli Fəhmi Mətnşünaslıqdan, klassik 
poeziyadan dərs deməklə, qəzəllərin elmi təhlilini ver-
məklə yanaşı Jurnalistika fakültəsinin tələbələrinə  Ərəb 
əlifbasını da tədris edirdi. Tələbələri danışır ki, O, Univer-
sitetdə yeganə müəllim idi ki, dərslərində  həmişə 100 % 
davamiyyət olurdu. Mühazirələri o qədər təbii və  zəngin 
keçərdi ki, tələbələr mühazirə gününü səbirsizliklə göz-
ləyirdilər. Qonşu siniflərin müəllim və  tələbələri belə bu 
mühazirələri dinləməyə can atardılar.  
Əli Fəhmi Füzuli yaradıcılığına dərindən bələd idi. 
Alimin Füzuli qəzəllərinin təfsiri bağlı çoxlu xatirələri var-
dır. Bir gün müəllim  yoldaşlarından biri Əli Fəhmi ilə 
qarşılaşır, ona Füzulinin aşağıdakı beytini təqdim edir və 
beyti açmasını xahiş edir.  
Şəhrdən səhraya fərq olduğunu hər kim bilir, 
Bilməz ol kim, eşq səhrasından sərgərdan deyil. 
Beyti oxuduqdan sonra Əli Fəhmi “Burada nə isə bir 
anlaşılmazlıq var”- deyir. İkinci misradakı “bilməz” sözü 
beytin mənasını itirir. Beytin açılması üçün mütləq bu 
sözü yoxlamaq lazımdır. Beytin orijinalını yoxladıqda mə-
lum olur ki, ikinci misrdakı ilk söz “bilməz” yox, “bilmiş” 
olmalı imiş. Əli Fəhmi “Leyli və Məcnun”-u Füzulinin po-
emasından deyil, klassik ərəb ədəbiyyatından əxz edib öy-
rənmişdi. Məlum olduğu kimi, Məcnunun başından Leyli-
nin məhəbbətini çıxarmaq üçün müxtəlif vasitələr fikirlə-
şirlər. Bir dəfə  Məcnuna onu Leylidən ayırmaq üçün bir 
neçə qız göstərillər. Bundan imtina edən Məcnun Leylinin 
yanına gedərkən ağlayır, başqa qızlara baxdığı üçün göz-


ƏLİ FƏHMİ DÜNYASI 
 
 
37
lərini yuyur. Tələbələri danışır ki, Əli Fəhmi Məcnun eşqi-
nin təmizliyindən, ülviliyindən ürək dolusu danışardı. 
Füzuli yaradıcılığına sarsılmaz məhəbbətlə bağlanan 
Əli Fəhmi  şairin yaradıcılığına həsr olunmuş ona qədər 
monoqrafiya və məqalələrin müəllifidir. Əfsus ki, bu əsər-
lər çap olunmayıb. Gələcək  ədəbiyyatçılar üçün Füzulini 
öyrənməyin  ən asan yolu Əli Fəhmidən keçir. Füzulinin 
bir qəzəlinin təfsiri üçün ona bir qoşa saat kifayət etmirdi. 
Böyük alimin tələbələrindən biri, Azərbaycan Respublika-
sı MEA Folklor İnstitutunun şöbə müdiri, Filologiya elm-
ləri namizədi Elxan Məmmədli böyük alimin Füzuli qəzəl-
ləri ilə bağlı çoxlu təfsirlərini öz müəllimindən əxz etmiş, 
olduğu kimi yadda saxlamışdır. Füzulinin məşhur “Söz” 
qəzəlini Elxan Məmmədli elə təhlil edirdi ki, heç bir təhsili 
olmayan insanlar belə onu eşidib başa düşə və yadda sax-
laya bilərlər. Söz qəzəlinin təfsirini Elxan müəllim sevimli 
müəllimi  Əli Fəhmidən necə  mənimsəmişdisə eləcə  də 
mənə izah etdi: 
Xəlqə ağzın sirrini hər dəm qılar izhar söz, 
Bu nə sirdir kim, olur hər ləhzə yoxdan var söz 
 
Xalqa hər dəm ağzın sirrini söz çatdırır. Bəs bu necə 
sirdir ki, yoxdan var olur. İnsan orqanizmində  ağız adlı 
əza yoxdur. Ağız dil ətrafında, çənə altında bir boşluqdur 
ki, ona nöqteyi-pünhan deyilir. 
 
Artıran söz qədrini sidq ilə qədrin artırar, 
Kim nə miqdar olsa, əhlin eylər ol miqdar söz. 
 


Yeqzar Cəfərli  
 
 
38 
Kim ki, öz sözünün qiymətini sidqi- ürəklə qaldırır, 
həmin söz də onu deyən adamın qədr-qiymətini öz də-
rəcəsinə çatdırır.  
 
Ver sözə ehya ki, tutduqca səni xabi-əcəl, 
Edə hər saət səni ol uyqudan bidar söz. 
 
Sözə elə can ver ki, hər dəfə səni ölüm yuxusu tutan-
da, həmin söz səni həmin ölüm yuxusundan ayıltsın. 
 
Bur nigari-ənbərinxəttdir könüllər almağa, 
Göstərir hərdəm niqabi-qeybdən rüxsar söz. 
 
Müşk ceyran göbəyindən alınır, ənbər saçlı bir gözəl-
dir ki, könüllər almağa hazırdır. Hər an  niqabından 
üzünü göstərən ənbərli gözəldir. 
Xazini- gəncineyi-əsrardır hərdəm çakər, 
Rişteyi-izharə min-min gövhəri-əsrar söz 
 
Söz sirlər xəzinəsinin xəzinədarıdır. O, həmişə çoxlu 
şer gövhərlərini, yəni mənalı, dəyərli sözləri aşkara çıxarır. 
Bir sözlə insan öz qiymətli fikir və mülahizələrini ancaq 
sözlə ifadə edir. 
 
Olmayan qəvvasi-bəhri-mərifət arif deyil, 
Kim, sədəf tərkibi-təndir, lölöyi- şəhvar söz. 
 


ƏLİ FƏHMİ DÜNYASI 
 
 
39
Mərifət dənizinin dalğıcı olmayan arif deyil. O məna-
da kı bədən bir sədəfdir. Söz isə şahın tacına layiq bir qiy-
mətli daşdır.  
 
Gər çox istərsən, Füzuli, izzətin, az et sözü, 
Kim, çox olmaqdan qılıbdır çox əzizi xar söz. 
 
Ey Füzuli, qiymətinin, hörmətinin və izzətinin artıq 
olmasını istəyirsənsə sözünü az eylə. Çünki çox adamlar 
özlərinin məhv olmasını söz çoxluğundan qılırlar. Çox söz 
demək çox adamın məhvinə səbəb olub.  
Qeyd edək ki, Azərbaycan Radiosunun qızıl fondun-
da  Əli Fəhminin  öz səsi ilə klassiklərimizin bir neçə qə-
zəlləri ilə yanaşı “Söz” qəzəli də vardır. Və bu qəzəlləri Əli 
Fəhminin səsi ilə dinləmək necə də xoşdur. 
Klassik vəzndə yazılmış hər hansı bir şeri Əli Fəhmi 
üç dildə- türk, ərəb və fars dillərində, şirin Bakı ləhcəsində 
deyirdi. Fitri istedadından ona da pay düşən oğlu  İlham 
Ələkbərov xatırlayır ki, atam hər hansı bir qəzəli  bir dəfə 
dinləməklə yadda saxlayırdı. “Bir dəfə biri atamın yanın-
da bir qəzəl oxudu. Onu birinci oxunuşda  əzbərləyən 
atam “Qəzəl mənimdir, onu mən yazmışam”-deyə zarafat 
edir və qəzəli əzbərdən deyir. Həmin şair isə onun yüksək 
hafizəsinə heyran olur”. 
Elbrus Şahmar “Məhəbbət Allahın əmanətidir” kiya-
bında xatırlayır: “İlahi, insanda Füzuliyə nə qədər vurğun-
luq olarmış sanki, Füzuli onun üçün bir parça həyat idi, 
daşdan çıxan çörək idi,  sağalmaz dərdlər dərmanı idi”.  
Biz Əli Fəhminin arxivini araşdırdıqca onun Füzuliyə necə 


Yüklə 4,72 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   45




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə