Microsoft Word k I t a b verstka doc



Yüklə 4,72 Mb.
Pdf görüntüsü
səhifə6/45
tarix07.11.2018
ölçüsü4,72 Mb.
#78431
1   2   3   4   5   6   7   8   9   ...   45

ƏLİ FƏHMİ DÜNYASI 
 
 
23
Müşfiq hərtərəfli talanta malik istedadlı bir şair idi. 
O, hər  şeydən  əvvəl davamlı bir mütaliəçi idi. Oxuduğu-
nun özündə saxlaya bilən qüvvətli hafizəyə malik idi. 
Onun sinəsi  şer və aforizmin dəryası kimi ləpələnirdi. O, 
həm Şərqi, həm də Qərbi yaxşı öyrənmişdi”. 
Əli Fəhmi ilə Müşfiqin dostluğu  şairin həbs olunub 
güllələnməsinə  qədər davam etmişdi. Dilbər xanım xatır-
layır ki, Müşfiqə  Əli Fəhmidən yaxın ikinci bir şəxs yox 
idi. Dilbər xanımdan “Müşfiqin yubileyində kim çıxış etsə 
yaxşıdır”- deyə soruşduqda, “Əlbəttə ki, Əli Fəhmi”- de-
mişdi. 
 Əli Fəhminin Müşfiqlə bağlı çoxlu xatirələri var. 
1936-cı ildə Dövlət Filarmoniyasında M.Müşfiq həyat yol-
daşı Dilbər xanım və  Əli Fəhmi ilə birlikdə  Qərbi Azər-
baycandan gəlmiş  Qəmər xanım adlı bir  müğənniyə qu-
laq asırmış. Başdan-ayağa al-qırmızı geyimdə olan və heç 
bir süni boya işlətməyən bu xanım gözəl səsi ilə bütün sa-
londakıları, o cümlədən gözəl musiqi duyumu olan Müşfi-
qi heyran etmişdi. Müşfiq Əli Fəhminin şer yazmaq qabil-
liyyətini yoxlamaq üçün konsertin sonunacan, elə salon-
daca müğənni xanıma bir şeir yazmağı tapşırır. Əli Fəhmi 
aşağıdakı misralarla başlayan şeri yazır. 
Həyatın baxçadır, hər yanı bahar, 
Hər yanın qırmızı, sanki laləzar. 
Səndə təbiətin gözəlliyi var. 
Bilmirəm ləlsən, yoxsa gövhərsən, 
Qırmızı geyinmiş nə bəxtəvərsən. 
Bir neçə dəqiqə ərzində yazılmış bu şer Müşfiqin çox 
xoşuna gəlir. “Sən çox fəhmli oğlansanmış, Səndə  İmam 


Yeqzar Cəfərli  
 
 
24 
Əli fəhmi var”- deyir. Həmin andan Əli Ələkbərov  “Fəh-
mi” imzasıyla ilə çıxış etməyə başlayır. Ertəsi gün Əli Fəh-
mi bu şeri Müşfiqin təkidi ilə Yazıçılar ittifaqında A.Şaiqin 
və M.S.Ordubadinin qarşısında oxuyur. 
Sabirabadda keçən  illər 
1941-ci ildə Əli Fəhmi Bakı Tibb instutunu fərqlənmə 
diplomu ilə bitirir. Bu hadisə dünya xalqlarına hədsiz 
məhrumiyyətlər gətirmiş, Böyük Vətən müharibəsinin 
başlaması dövrünə  təsadüf etdi. Ayağında revmatizma 
xəstəliyi olduğundan o hərbi xidmətdən azad olunur. Təy-
inatla Sabirabad rayonuna həkim-terapevt təyin olunur. 
Hər yerdə olduğu kimi, Sabirabadda da rayonun təhsil 
görmüş  adamları ilə tezliklə ünsiyyət tapır. Burada o, ilk 
növbədə rayonun axundu Möhsün Həkimzadə ilə tanış 
olur.  Şəriət elmləri ilə yanaşı klassik ədəbiyyatı da dərin-
dən bilən Axund Möhsün Həkimzadə Əli Fəhmi ilə Qura-
ni-kərimdən, Peyğəmbərlərin həyatından,  İmamların fəa-
liyyətlərindən və klassik ədəbiyyatdan söhbətlər edirlər. 
Əli Fəhminin oğlu  İlham  Ələkbərov xatırlayır ki, “Bu iki 
mömin şəxs arasında qırılmaz dostluq telləri mövcud idi. 
O vaxt digər din xadimləri kimi Axund Möhsün Həkimza-
də də hökümət tərəfindən təqib olunanda, Əli Fəhmi onu 
bir müddət evində saxlayır, onun təqibdən qurtarılmasına 
köməklik göstərir”.   
Axund Həkimzadə  Əli Fəhmiyə böyük loğman  İbn-
Sinanın XVII əsrin sonu, XVIII əsrin  əvvələrinə aid olan 
əlyazmalarını bağışlayır. Akademik Fuad Qasımzadə  Əli 
Fəhmi ilə yazdığı “Klassiklərimiz və Musiqi” kitabına yaz-
dığı ön sözdə qeyd edir ki, “Dünya təbabətinin ən böyük 


ƏLİ FƏHMİ DÜNYASI 
 
 
25
dühasının Axund Həkimzadə tərəfindən Əli Fəhmiyə   bu 
qədər zəngin, bu qədər dəyərli əsər bağışlandığını mən 30 
il sonra öyrəndim”. 
Əli Fəhmi bu kitab vasitəsilə tibbə dair biliyini daha 
da təkmilləşdirmiş, mükəmməl tibbi bilik səviyyəsinə çat-
dırmışdı. Alimin yaxınları xatırlayır ki, “ADU-da müəllim 
işləyərkən müəllim yoldaşı xalq şairi B.Vahabzadənin qu-
lağında bir sızaq əmələ gəlmişdi. Şair xalq arasında türkə-
çara deyilən xalq təbabətinin bütün üsullarından istifadə 
etmiş, hətta Kremlin xəstəxanasında belə müalicə olun-
muş, lakin heç bir nəticəsi olmamışdır. Müəllim yoldaşla-
rından biri Əli Fəhmiyə müraciət etməyi məsləhət bilir. 
Əli Fəhmi sızağı müayinə edib 3 gün möhlət istəyir. “Dər-
manı özüm hazırlayacağam”- deyir və 3 günün hər 
günündə  sızaqda hansı  dəyişikliyin baş verəcəyini qa-
baqcadan bildirir. Möcüzə baş verir. Uzun müddət heç ki-
min sağalda bilmədiyi sızağı  Əli Fəhmi öz əli hazırladığı 
məlhəmlə 3 günə sağaldır. Bu möcüzə hamının heyrətinə 
səbəb olsa da təbiətən təvazökar olan Əli Fəhmi burada 
qeyri-adi heç nəyin olmadığını deyir. “İbn Sinanın kitabın-
da bu cür sızaqların bütün növləri qeyd edilmiş  və onlar 
üçün dərmanların resepti verilmişdir”. Tələbələri danışır 
ki, xalq şairi B.Vahabzadə müəllim yoldaşı  Əli Fəhmiyə 
böyük ehtiram bəsləyər, onu həmişə hörməylə xatırlayar-
dı”. Əfsus ki, şairin uzun müddət xəstə yatması,  daha so-
nra isə  vəfat etməsi mənə hörmətli  şairlə görüşüb, ondan 
Əli Fəhmi ilə bağlı xatirələrimi almağa imkan vermədi. 
Əli Fəhminin  Şeyx Möhsün Həkimzadə ilə dostluğu 
ömürlərinin sonlarına qədər davam etmişdir. Sonralar 


Yeqzar Cəfərli  
 
 
26 
Şüyxülislam vəzifəsinə yüksələn M.Həkimzadə hansı 
məclisə dəvət alırdısa mütləq Əli Fəhmini də özü ilə apa-
rardı.  Əksinə,  Əli Fəhmi də ondan hansı  məclisə getməyi 
xahiş edərdisə bu mötəbər  şəxs imtina etməzdi.  Şeyx 
Möhsün Həkimzadənin həyat və faaliyyəti ilə bağlı yazıl-
mış “Bir Ömrün Səlnaməsi” kitabında oxuyuruq:  “Tibb 
İnstitutunu (o zaman indiki Bakı Dövlət Universitetinin 
tərkibində idi. Sonralar Tibb fakültəsi ayrıldı, Tibb Univer-
siteti yaradıldı) bitirən gənc bir həkim kimi təyinatla Sabi-
rabad rayonuna göndərilir. Rayonda həkim işləyən həmin 
gənc məsciddə Şeyx Möhsün ilə tanış olur. Elə ilk görüşdə 
şeyxin gözəgəlimli vücuduna, avazına natiqlik qabiliyyəti-
nə, ilahiyyat elmini dərindən bilməsinə heyran olur. Hə-
min cavan oğlan gələcəyin tanınmış alimi Əli Fəhmi idi. O 
saatlarla yaşlı ağıllı müsahibinin yanında olur, ondan ərəb 
və fars dillərindən öyrəndiklərini təkmilləşdirirdi”. 
Şeyx Möhsünü ozünün ustadı sayan Əli Fəhmi bu 
mötəbər  şəxsiyyəti ehtiramla xatırlayaraq deyərdi: “Şeyx 
mənə həmişə məsləhət görərdi ki, təyinatı başa vurub Ba-
kıya qayıdandan sonra mütləq  Şərqşünas olum və  mən 
onun məsləhətinə  əməl edib Şərqşünaslıq təhsili aldım”. 
Böyük alimin Qurani Kərimin 7 cüzünü tərcümə etməsi də 
bilavasitə bu nurani Şeyxin məsləhəti ilə olmuşdur.  Əli 
Fəhmini hörmətli Şeyxlə bağlayan çox xatirələr vardır. Bu 
iki şəxsin arasındakı münasibət bir atanın öz doğma övla-
dı ilə olan münasibəti kimi idi. Qeyd etdik ki, çox təsadüfi 
məclislər olardı ki, onlar bir yerdə olmasınlar. Şeyxlə bağlı 
xatirələri Əli Fəhmi öz övladlarına ötürmüş və bu xatirələ-
ri Alimin övladları iftixarla qoruyub saxlayırlar. Şeyxlə Əli 


Yüklə 4,72 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   45




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə