Microsoft Word k I t a b verstka doc



Yüklə 4,72 Mb.
Pdf görüntüsü
səhifə5/45
tarix07.11.2018
ölçüsü4,72 Mb.
#78431
1   2   3   4   5   6   7   8   9   ...   45

ƏLİ FƏHMİ DÜNYASI 
 
 
19
kəmli aktyor M.Dadaşovun  Şeyx Nəsrullah roluna hazır-
lanmasında teatr kollektivinə kömək etmişdi. 
Klassik ədəbiyyatla yanaşı Qurani-Kərimi də çox gö-
zəl olan Əli Fəhmi həm də hafiz idi.  1969-1970-ci illərdə 
Qurani-Kərimin 7 cüzünü Azərbaycan dilinə  tərcümə et-
mişdir. 
1973-cü ildə C.Cabbarlı adına Azərbaycanfilm stu-
diyasına, “Nəsimi” filminə baş  məsləhətçi kimi dəvət 
olunmuş  və R.Balayevin Nəsimi roluna hazırlanmasında 
kollektivə kömək göstərmişdir. Nəsimiyə, Füzuliyə  və 
S.Ə.Şirvaniyə, klassik muğamlara və xalq musiqisinə həsr 
olunan bir neçə qiymətli monoqrafiyanın və  məqalənin 
məllifidir.  Ən önəmlisi isə  tələbələrinin sevimlisi idi. 
Məğrur insan olan Əli Fəhmi elmi adlar fəxri titullar al-
mağa qətiyyən təşəbbüs göstərməmiş, yalnız özünü xalqın 
yaddaşına həkk etməklə kifayətlənmişdir. 1975-ci il martın 
13-də  vəfat etmiş, Bülbülə  kənd qəbristanlığında torpağa 
tapşırılmışdır.  Əli Fəhmi olduqca hazırcavab, bilikli, 
 
şərqşünas və dilçi alim idi. Hələ  uşaqlıqdan  ədəbiyyata, 
poeziyaya göstərdiyi böyük maraq onu o vaxtlar 
M.Müşfiqin təşkil etdiyi ədəbi dram dərrnəyinə gətirib çı-
xardır. Bilik və fərasətinə heyran olan M. Müşfiq ona Fəh-
mi ləqəbini verir. 
 


Yeqzar Cəfərli  
 
 
20 
XATİRƏLƏRDƏ  
YAŞAYAN ƏLİ FƏHMİ 
 
Əli Fəhmi Bakının Sabunçu qəsəbəsində dünyəvi 
elmlər sahəsində böyük biliyə malik, iti düşüncəsi olan, 
Ələkbər Hacı  Gəncəli oğlunun ailəsində  anadan olmuş-
dur. Atası ona İmam  Əlinin adını qoymuşdu. O, bütün 
həyatı boyu İmam Əlinin adına layiq olduğunu sübut etdi. 
İmam  Əlinin elminə, Peyğəmbərimiz belə yüksək qiymət 
vermişdi. Yəqin ki, valideynlərinin də ona Əli adı qoyması 
elmin qapılarının onun üzünə açılması arzusundan 
doğmuşdu. Kiçik yaşlarından elmə böyük marağı olan Əli 
Fəhmi dərslərini oxumaqla yanaşı  ərəb və fars dillərini də 
öyrənir. Oğlu ilham Ələkbərov danışır: “Bir dəfə  qışda 
möhkəm qar yağırmış, yollarda hərəkət dayanmışdı. Ailə-
də və qohumların Əli bala deyə çağırdıqları Əli isə məktə-
bə  tələsir. Valideynləri məktəbin bağlı olduğunu ona nə 
qədər anlatsalar da, Əli bala təkidlə məktəbə getmək istəy-
ir. Belə olduqda atası ona qoşularaq qarı yara-yara məktə-
bə gedirlər.  Əli qapının bağlı olduğunu görüb sakitləşir. 
Deyirlər həmin gecə  Əli məktəbi yuxuda görüb hövləng 
oyanır”.  
 
Əli Fəhmi və M. Müşfiq 
 
Orta məktəbi müfəvvəqiyyətlə bitirən  Əli Fəhmi 
1935-ci ildə Bakı Tibb instutunun hazırlıq fakültəsinə  qə-
bul olur. Burada M. Müşfiqin həyat yoldaşı Dilbər Xanım 
Axundzadə ilə tanış olur. Dilbər xanım Əli Fəhminin klas-


ƏLİ FƏHMİ DÜNYASI 
 
 
21
sik  ədəbiyyata olan hədsiz marağını görüb onu Müşfiqlə 
tanış edir. Əli Fəhmi  şairin yaratdığı  ədəbiyyat dərnəyin-
də yaxından iştirak edir. Bu hadisəni Dilbər Axundzadə 
“Müşfiqli günlərim” kitabında belə xatırlayır. “1935-ci ildə 
Bakı Tibb İnstutunun bir qrup tələbəsini M.Müşfiqin 
görüşünə apardım. Əli Fəhmi Müşfiq üçün farsca yazdığı 
bir şeirini oxudu. Şeirin tərcüməsi aşağıdakı kimi idi. 
Çalışırdım sizi mən  görmək üçün, 
O şirin arzuma yetişdim bu gün. 
Əli Fəhmi də öz növbəsində Müşfiqdən bir şeir oxu-
masını xahiş edir. Müşfiq isə sovet Azərbaycanının 15 il-
liyi münasibəti ilə yazdığı “Səhər” poemasından aşağıdakı 
misraları oxuyur. 
Qaşlardan-qaşlara süz romantikam. 
Könül sularında üz romantikam. 
Bu hadisəni  Əli Fəhmi M.Müfiqin yubileyi ilə bağlı 
1964-cü il iyunun 5-də Azərbaycan televiziyası ilə etdiyi 
çıxışında belə xatırlayırdı: “Dilbər xanım mənim şer həvə-
skarı olduğumu, çoxlu şerlər əzbər bildiyimi Müşfiqə söy-
ləmişdi. Mən Müşfiqi görmək üçün tələsir, hətta dəqiqələ-
ri sayırdım. Çünki, mən Müşfiqi hələ  şəxsən görməmiş-
dim. Lakin, onun şerlərinin vurğunu olub, onların çoxunu 
əzbər bilirdim. Şerlərindəki coşqunluq, yüksək pafos və 
əzəmət onu mənə nədənsə acıqlı, həmişə xəyala dalan, tə-
kəbbürlü bir simaya malik şəxsiyyət kimi xatırladırdı. Nə-
hayət, axşam çağı saat 5 radələrində qapı döyüldü. Dilbər 
xanım Müşfiqin gəldiyini bildirib qapını açdı. Mən 
gözümü qapıdan girən adama zilləmişdim. Gələnin 
Müşfiqin olmağına əvvəlcə inanmadım. Çünki, onun zahi-


Yeqzar Cəfərli  
 
 
22 
ri görünüşü mən təsəvvür etdiyimin tamamilə əksinə idi. 
Müşfiq qarabəniz, orta boylu, gülər üzlü, xoş sifətli, ol-
duqca təvəzökar olub, geyimi də özü kimi sadə idi. Mehri-
ban bir çöhrə ilə bizə yaxınlaşıb görüşdü. Dilbər xanım bi-
zi bir-bir ona təqdim etdi. Mən onun Fars dilinə aşina ol-
duğunu, Farsların məşhur klassikləri Firdovsi və  Xəyya-
mın  əsərlərinin tərcüməçisi olduğunu bildiyim üçün, ona 
ilk görüşdə bir beyt farsca şer oxumağı qərara aldım. 
Toqi bərabəri mənya xəyal dər nəzərəm, 
Ki, mən be talei xod pərkib ni bərom. 
(Yəni, mənim qarşımda sənmisən yoxsa bu bir xəyal-
dır ki, nəzərimdən keçir. Çünki mən öz taleyimdən belə 
bir xoşbəxtliyi güman etmirdim). Müşfiqə mənim şer oxu-
mağım çox xoş gəldi. O, bizə həmin beytin mənasını izah 
etdi, sözün və şer sənətinin qüdrəti haqqında söhbətlər et-
di. Məşhur klassiklərimizin hikmətli, aforistik şer parçala-
rından özünə  məxsus  bir ahənglə oxudu. Sonra məndən 
Füzulinin  şerlərindən bir qəzəl oxumağımı xahiş etdi. 
Mən də oxudum. O gündən mən onunla dost oldum. Həf-
tənin çox günləri bir yerdə olurduq. O, məni çox vaxtı özü 
ilə Yazıçılar ittifaqına da aparırdı,  təzə yazdığı  şerlərini 
mənə oxutdurub qulaq asardı. Onların evində tez-tez şair-
lərin yığıncağı olardı, hamı  hər  şeydən  əvvəl Müşfiqdən 
şer oxumasını xahiş edərdi. Çünki, Müşfiq şeri adi adam-
lar kimi deyil, səlasət, axıcılıq, vəznə və sözlərdəki mənti-
qi və bədii vurğulara müvafiq məzmun və formanın tələb 
etdiyi tərzdə xüsusi bir emosiya və intonasiya ilə oxuyur-
du. 


Yüklə 4,72 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   45




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə