Microsoft Word k I t a b verstka doc



Yüklə 4,72 Mb.
Pdf görüntüsü
səhifə3/45
tarix07.11.2018
ölçüsü4,72 Mb.
#78431
1   2   3   4   5   6   7   8   9   ...   45

ƏLİ FƏHMİ DÜNYASI 
 
 
11
Mən qurdum şerdən yüksək bir bina
Küləklər yağışlar toxunmaz ona. 
 
Belə misalların sayı yüzlərlədir. 
Dünyanı  pəncərəyə  bənzədirlər, hər gələn baxar ke-
çər deyirlər. Zənnimcə, dünya daha çox tərəziyə bənzəyir. 
Əməl tərəzisinə. Pislik yaxşılığı bir balaca üstələyən kimi 
dünyanın nizamı pozulur, təbii fəlakətlər baş alıb gedir. 
Bu bir həqiqətdir, yoxsa yox. Bilmirəm. Bizə hər şeyi dərk 
edəcək qədər düşüncə verilməyib. Bildiyimiz “Boz dağın 
yalnız görünən hissəsidir”. Təkcə onu bilirəm ki, hər bir 
insan ona Yaradan tərəfindən bəxş olunan ömürü mənalı 
yaşamağa çalışmalıdır. Bu ömrün uzun və ya qısa olma-
sından asılı olmayaraq. Məsələn, Əli Fəhmi kimi. 
Əslində ömrün uzun və ya qısa olmağının elə bir 
əhəmiyyəti yoxdur. Əsas o ömrü mənalı yaşamaqdır. Asəf 
Zeynallı cəmi 23 il yaşamadımı?, S.Vurğun 50 illik qısa za-
man çərçivəsində dünya poeziyasının gözəl incilərini ya-
ratmadımı? Xalq şairi Zəlimxan Yaqub bir insan üçün heç 
də uzun sayılmayacaq 60 yaşında hələ heç bir şairə qismət 
olmayan ümumdünya türklərinin məhəbbətini qazanma-
dımı? 
Cəmi 56 il ömür yaşayan, lakin özündən sonra unu-
dulmaz xatirələr qoyan Əli Fəhmi olduqca ləyaqətli və şə-
rəfli bir ömür yaşamışdır. Qurani-Kərimin, İslam dini eh-
kamlarının, Şərq poeziyasının, əruzun və muğamın gözəl 
bilicisi. Bu gün Əli Fəhmi onu tanıyanların xatirəsində be-
lə yaşayır. 


Yeqzar Cəfərli  
 
 
12 
Lakin, qeyd edək ki, bugünki nəsillərin nisbətən az 
tanıdığı  Əli Fəhmi haqqında məlumat olduqca azdır. 
Böyük alimin nəinki dostlarının, iş yoldaşlarının, hətta tə-
ləbələrinin belə çoxu bu gün həyatda yoxdur. Bu da bizim 
işimizi çox çətinləşdirdi. Görkəmli alim haqqında indiyə 
qədər  iki qəzet məqaləsini istisna etsək heç bir məlumat 
yoxdur. Ona görə də biz bu sətirləri yalnız alimi tanıyan-
ların hafizəsindən topladıq. Məhz bu çətinliklər səbəbin-
dən  kitab bir alimin sanballı bir monoqrafiyasından da çə-
tin başa gəldi. Bu görkəmli  şəxsiyyət haqqında nəyi  əldə 
etmək mümkün idisə əldə etdik,  onun haqqında xatirələri 
insanların yaddaşından  dağ çiçəklərinin şirəsi kimi dam-
la-damla topladıq. 
Etiraf edirəm ki, mən  Əli Fəhminin yalnız adını ta-
nıyırdım. Onun əlyazmaları ilə, haqqındakı xatirələrlə ta-
nış ola-ola bu işin çətinliyini anladım. Aşıq  Ələsgərin 
aşağıdakı misralarını xatırladım.  
 Gəl yapışma gücün çatmayan daşa. 
 Bu  işin məsuliyyətini dərk edərək dəfələrlə  qələmi 
yerə qoydum. Lakin, bu əvəzsiz şəxsiyyətin yaradıcılığı ilə 
daha yaxından tanış olunca, onun gəncləri daim ruhlan-
dırması, hətta, ”Sən məndən də cox bilirsən”- deyərək 
gənclərdə öz qüvvələrinə inam yaratması məni  ruhlandır-
dı və mənə bu məsuliyyətli işə girişməyə cəsarət verdi. Biz 
sadəcə    əlimizdəki məlumatlarla kifayətlənməyə  məcbur 
olduq. Onsuz da lap əvvəldən  biz kəmiyyət haqqında 
deyil, kitabın keyfiyyəti haqqında düşünürdük. Biz 
mümkün olan hər  şeyi etdik. Xalq şairi Zəlimxan Yaqub 
demişkən: 


ƏLİ FƏHMİ DÜNYASI 
 
 
13
Tanrım nə yazdımsa ”bərəkət” dedi, 
Çoxuna, azına ”Əlhəmdulillah“. 
 İndi alim və yazıçıların çoxuna ədib deyilir. Ərəb di-
lində ədəb sözündən götürülən bu söz elmli, elmli olduğu 
qədər də  ədəbli olan, elmi ilə  əməlləri uyğun  gələn pak, 
xeyirxah insanlara deyilməlidir. Məhz belə insanlar 
sağlığında hər cür hörmət və ehtirama layiq görüldükləri 
kimi, ölümlərindən dərhal sonra ruhu uca göylərə çəkilir, 
müqəddəsləşirlər. Təsadüfi deyildir ki, belə insanlar fani 
həyatı tərk edərkən onların haqqında  öldü, rəhmətə getdi 
yox, sadəcə dünyasını dəyişdi deyirlər. 
Böyük  Şərqşünas alim olan Əli Fəhmi də  məhz bu 
cür insanlardan idi. Onun yaradıcılığı ilə məşğul olduğum 
bu iki il müddətində alimin çoxlu dostları, yaxınları və tə-
ləbələri ilə görüşdüm, onun saysız-hesabsız xeyirxah 
əməlləri ilə tanış oldum və bütün bunlarla tanış olduqca 
daha çox anladım ki, bu əvəzsiz insanı tez-tez xatırlamaq 
olduqca xeyirxah bir işdir. Bu nadir şəxsiyyətə  məxsus 
xeyirxahlıq, sadəlik, mərdlik, gözü toxluq və təmənnasız-
lıq adamı heyran edir. 
Hörmətli oxucular! 2009-cu ilin fevralında Əli Fəhmi-
nin 90 yaşı tamam oldu. Alimin özü qədər də məğrur olan 
ailəsi bu barədə  hər hansı bir məmurun qarşısında  əyil-
məyi ağıllarına belə  sığışdıra bilmədilər. Yalnız mən bir 
neçə təşəbbüs etdim, bir neçə məmurun qapısını döydüm. 
Amma nə fayda! Dünyamız kimi çox insanların da üzü 
dönüb. Sərvətə,  şöhrətə doğru.  Əli Fəhminin  şəxsən 
görüşdüyüm tanışları, tələbələri içərisində böyük alimin 
hörməti xatirinə  mənə böyük ehtiram göstərənlər çox ol-


Yeqzar Cəfərli  
 
 
14 
du. Lakin dərsdən çıxmış bir yorğun tələbəni saatlarla qa-
pı arxasında gözlədən məmurlar da oldu. Vaxtı ilə  Əli 
Fəhminin  ətrafında dolaşan, onun mənəvi dünyasından 
bəhrələnən “alimlər” özləri bu işi görməli ikən  məni “bu 
gün vaxtım yoxdur, get sabah gələrsən”- deyə-deyə ta-
mam iki il yubatdılar. Görünür, onlar bir gün axirət 
dünyasında  Əli Fəhmi ilə üz-üzə duracaqlarından xəbər-
sizdirlər. Lakin mən bütün bunlara görə heç də ruhdan 
düşmədim, sarsılmadım, yaxşı adamlar harayıma çatdı. 
Bir də ki, hisslərimi varaqlara köçürüb oxucularla bölüş-
məklə təsəlli tapdım. Bu barədə çox danışmaq istəmirəm. 
Ə.Vahid demişkən: 
Yazılsa dərdi qəmim məcaralıdır könlüm. 
 Kiminlə görüşdümsə onların hamısı  Əli Fəhminin 
böyüklüyündən xeyirxahlığından ürək dolusu danışdılar, 
amma onlardan yalnız bir neçəsi alimin yubileyini keçir-
mək və yaxud onun xatirəsini  əbədiləşdirmək təşəbbü-
sündə bulundular.  Bilmirəm nə qədər yerinə düşər, Hafiz 
Şirazinin bir beytini xatırlamaq istəyirəm. 
Xud koştəyi Hafizra, Xud təziyə midari. 
(Yəni, Hafizi öldürıb sonra onunçün təziyə saxlayırsan).  
Azərbaycan  ədəbiyyatında klassik poeziyanı,  əruzu 
gözəl bilən alimlərimiz çoxdur. Ancaq, onların heç biri 
Qurani-Kərimi,  İslam hüquq və  şəriət məktəblərini  Əli 
Fəhmi qədər dərindən bilmirdi. Alimin əlyazmalarından 
öyrəndim ki, O, İslamın Maliki, Şafehi, Hənəfi, Hənbəli, 
nəhayət,  şiələrin mənsub olduğu Cəfəri məktəbini dərin-
dən öyrənmişdi. Bu isə onun çox böyük üstünlüyü idi. Bu 
qədər dərin biliyin bir insan beynində  cəmlənməsi yalnız 
Allahın böyük istedad bəxş etdiyi insanlara nəsib olur. 


Yüklə 4,72 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   45




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə