AMEA Riyaziyyat və Mexanika İnstitutunun
“Sürüncəklik nəzəriyyəsi” şöbəsinin 2017-ci il
üzrə elmi və elmi-təşkilatı fəaliyyəti haqqında
HESABATI
“Sürüncəklik nəzəriyyəsi” şöbəsində 8 (səkkiz) əməkdaş fəaliyyət göstərir:
1.
Talıblı Lətif Xəlil oğlu – şöbə müdiri
2.
Kazımova Raisə Əbülfəz qızı – aparıcı elmi işçi
3.
Mir-Səlim-zadə Minavər Vaqif qızı – aparıcı elmi işçi
4.
Məmmədova Mehriban Əli qızı – aparıcı elmi işçi
5.
Məmmədova Hicran Əli qızı – elmi işçi
6.
Bağırov Emin Telman oğlu – elmi işçi
7.
Nağıyeva Nigar Miryaşar qızı – elmi işçi
8.
Bağırova Səma Asif qızı – böyük laborant
Bunlardan 7 (yeddi) nəfəri elmi işçi, 1 (bir) nəfər böyük laborantdır. 2017-ci
ildə şöbənin elmi-tədqiqat planına uyğun olaraq bir mövzu- “Deformasiyası dönməz
cisimlərin dəyişən yüklənməsi” mövzusu üzrə elmi tədqiqat işləri aparılmışdır.
Planda yeddi elmi işin yerinə yetirilməsi nəzərdə tutulmuşdur. Nəzərdə tutulan elmi
işlər hesabat dövrünün planına uyğun olaraq yerinə yetirilmişdir.
I.Elmi fəaliyyət
İş: Cismlərin təsadüfi dəyişən təsirlər altında korroziya yorğunluq dağılması
vaxtının proqnozlaşdırılması
İcraçı: f-r.e.d., prof., L.X.Talıblı
Cismlərin təsadüfi dəyişən faktorlar (qüvvə, temperatur və s.) altında
korroziya və yorğunluq proseslərinin qarşılıqlı təsirindən dağılması vaxtını
proqnozlaşdırmağa imkan verən stoxastik düstur təklif edilir. Stoxastik düstur
müəllifin öncə hazırladığı uyğun deterministik düstur əsasında çıxarılmışdır.
Təsadüfi kəmiyyətlərin atılma nəzəriyyəsindən istifadə edilir. Konstruksiyaların
xidmət müddətinin paylanma qanununun təyini məsələsi xarakteristik xidmət
müddətinin təyini məsələsi ilə əvəz edilir. Nəticə etibarı ilə xarakteristik xidmət
müddətinin təyini üçün riyazi ifadə alınmışdır. Bu riyazi ifadəyə xarici təsirin
paylanma qanunu, cismlərdə yaranan dəyişən gərginlik və deformasiyaların
paylanma qanununu xarakterizə edən funksiyalar və sabitlər, cismin materialının
xarakteristikası daxildir. Təklif olunan üsulun tədbiqi üçün təsadüfi dəyişən biroxlu
dartılmalara məruz qalan ortası deşikli düzbucaqlı elastik lövhənin dağılması
məsələsi həll edilmişdir. Həll nəticəsində lövhənin korroziya dağılmasına məruz
qalan ilk nöqtəsi və xarakteristik xitmət müddəti təyin olunmuşdur.
1.
Latif Kh. Talybly, Mehriban A. Mamedova. Exact Solutions of Quasielastic
Problems of Linear Theory of Viscoelasticity and Nonlinear Theory Viscoelasticity
for Mechanically Incompressible Bodies // Jorunal of Scientific and Engineering
Research, 2017, vol.4, Issue 2, p.15-20
. Imp.fac. 3.8
2.
Латиф Х.Талыблы, Мехрибан А.Мамедова. Метод точного решения
квазистатической задачи линейной наследственной теории упругости //
"Прикладная математика и механика" Российская академия наук, ISSN 0032-
8235, 2017, imp.fac.– 0,908.
3. Л.Х.Талыблы, Х.А. Мамедова. О прогнозировании времени коррозионного
разрушения тел при действии диффундирующего вещества нестационарной
концентрации // „Металлы“ : 119334, Москва, 2017. Imp.fac. 0,745
4. Talybly L.Kh. A method for solving general quasistatic problem of linear
viscoelasticity theory and its application / Akademik Akif Hacıyevin 80 illik
yubileyinə həsr olunmuş “Riyaziyyat və Mexanikanın müasir problemləri” adlı
beynəlxalq konfrans, 2017
5. L.Kh.Talybly, N.M.Nagiyeva. Fatigue failure of an oval cross section prismatic
bar at pulsating torsion // International journal of engineering and innovative
technology, vol.5, issue 11, 2016, p.76-83
İş: Temperatur gərginliyi altında sonsuz lövhənin korroziya dağılması
İcraçı: f-r.e.n., dos., a.e.i. R.Ə.Kazımova
Müəyyən qalınlığa malik ixtiyari formalı xarici yüklərdən azad hər iki sərhəd
müstəvisinə istilik verilən lövhənin aqressiv mühitdə korroziya dağılması
məsələsinə baxılmışdır. Hesab edilir ki, lövhənin materialı elastiki
deformasiyalanandır. Məsələ düzbucaqlı dekart koordinat sistemində həll olunur.
Lövhədə yaranan elastiki deformasiyalar C. Veyner və Q. Landau tərəfindən uyğun
elastiki məsələnin həllindən götürülmüşdür. Məsələnin həllində aşağıdakı hipoteza
istifadə olunur: korroziya prosesində lövhənin qalınlığının zamana görə dəyişmə
sürəti onda təsir edən gərginlikdən düz mütənasib qanunla ifadə olunur.
Alınan differensial tənlik həll edilir. Həll nəticəsində lövhənin onda əmələ gələn
temperatur gərginliyi altında korroziya dağılmasına qədərki vaxt proqnozlaşdırılır.
Alınmış həll uyğun qrafiklərlə illyustrasiya edilmişdir.
Raisə Əbülfəz qızı Kazımovanı Rusiya Təbiətşünaslıq Akademiyasi elm və
təhsilə verdiyi böyük töhvələrə görə “DAHİ YEKATERİNA” ordeni ilə təltif
etmişdir (təltif komissiyasının 133/07.08.2017 saylı protokolu). Bundan başqa
həmin Rusiya Elmlər Akademiyası R.Ə.Kazımovanın «Некоторые задачи
нелинейной теории упругости» monoqrafiyasını aparıcı kitab sərgilərində
nümayiş etdirilməsi qərarını vermişdir. Nəhayət qeyd edək ki, R.Ə. Kazımova Nyu-
York elmlər akademiyasının həqiqi üzvüdür.
İş: Materialı irsi xassəli fırlanan silindrin deformasiyası
İcraçı: f-r.e.n., dos. a.e.i. M.Ə.Məmmədova
İrsi xassəli materiala malik sabit bucaq sürəti ilə fıralanan uzun silindrin
gərginlik deformasiya vəziyyətinin təyini məsələsi həll edilir. Məsələnin riyazi
qoyuluşu verilmişdir. Təyinedici tənliklərə (materialın mexaniki xassəsini ifadə
edən tənliklərə) daxil olan sürüşmə və həcmi sürüncəklik funksiyaları bir-birindən
asılı olmayan qəbul edilir ki, bu isə məlum Puasson əmsalının zamandan asılı qəbul
edildiyini göstərir. Silindrin materialı həm fiziki xətti, həm də fiziki-xətti irsi xassəli
deformasiyalanandır. Məsələnin həllində elastikiyyət və özlüelastikiyyət
nəzəriyyələrinin uyğunluq prinsipindən istifadə olunur. Həll nəticəsində gərginlik
və deformasiya tenzorlarının, yerdəyişmə vektorunun komponentləri üçün ifadələr
alınmışdır. Alınmış həlldən həcmi deformasiyanın elastiki olduğu və silindrin
materialının mexaniki sıxılmayan olduğu xüsusi hallar üçün həllər çıxarılmışdır.
1. Latif Kh. Talybly, Mehriban A. Mamedova. Exact Solutions of Quasielastic
Problems of Linear Theory of Viscoelasticity and Nonlinear Theory Viscoelasticity
for Mechanically Incompressible Bodies // Jorunal of Scientific and Engineering
Research,
2017, vol.4, Issue 2, p.15-20, Imp.fac. 3.8
2.
Латиф Х.Талыблы, Мехрибан А.Мамедова. Метод точного решения
квазистатической задачи линейной наследственной теории упругости //
"Прикладная математика и механика" Российская академия наук, ISSN 0032-
8235, 2017, imp.fac. – 0,908.
3. Mamedova M.A. A problem of action of internal pressure in physically linear
deformed viscoelastic ring with changing internal boundary /
Akademik Akif
Hacıyevin 80 illik yubileyinə həsr olunmuş “Riyaziyyat və Mexanikanın müasir
problemləri” adlı beynəlxalq konfrans, 2017.
İş: Dəyişən qalınlıqlı yarıqlar sistemi ilə zəiflədilmiş stringerli perforasiya olunmuş
lövhə üçün periodik kontakt məsələsi
İcraçı: f-r.e.n. dos.a.e.i. M.V.Mirsəlimzadə
Dəyişən qalınlıqlı yarıqlar sisteminə malik sonsuz izotrop, elastiki
deformasiyalanan lövhə periodik yerləşdirilmiş stringerlərlə möhkəmləndirilmişdir.
Lövhə yarıqlara perpendikulyar istiqamətində iki tərəfli dartılır. Məsələ bu lövhədə
yaranan gərginlik deformasiya vəziyyətinin təyinindən ibarətdir. Məsələnin riyazi
qoyuluşunda stringerlər naməlum topa qüvvələrlə əvəz edilmişdir. Qoyulmuş
məsələnin həlli üçün Kolasov-Musxelişvili üsulu seçilmişdir. Məsələ həll olunmuş
- yarıqlarda yaranan gərginliklər təyin edilmişdir.
1. Mir-Salim-zada М.V. Contact problem for a stringer plate weakened by a periodic
system of variable width slots // Structural Engineering and Mechanics, 2017, Vol.
62, No. 6, p. 719-724. T.R. imp.fac. 1.118
2. Мир-Салим-заде М.В. Частичное закрытие прямолинейных трещин со
связями в стрингерной пластине с отверстием //
Проблемы машиностроения,
2017, Т. 20, № 2, c. 46-53.
3.
Мир-Салим-заде М.В. Решение контактной задачи для стрингерной
пластины, ослабленной периодической системой щелей переменной ширины
/ VII Международная конференция "Деформация и разрушение материалов и
наноматериалов", 7-10 ноября 2017 года, Москва, с. 70.
İş: Səthində bucaq altında qüvvə təsir edən yarımsonsuz massivin aqressiv mühitdə
dağılması vaxtının proqnozlaşdırılması
İcraçı: e.i. H.Ə.Məmmədova
Elastiki deformasiyalanan yarımsonsuz massivin səthinə bucaq altında qüvvə
təsir edir. Massivin səthi aqressiv mühitlə təmasdadır. Qüvvə və aqressiv mühitin
təsirindən massivin səthində korroziya dağılması baş verir və dağılma prosesi
massivin daxilinə yayılmağa başlayır. Məsələ massivin səthinin ilk korroziya
dağılması vaxtının və səthə paralel ixtiyari qatın korroziya dağılması vaxtının
proqnozlaşdırılması məsələsidir. Aşağıdakı hipotezadan istifadə edilmişdir. Massiv
səthinin dağılma sürəti baxılan qüvvə təsirindən massivdə əmələ gələn
gərginliklərdən asılıdır, həm də bu asılılıq xəttidir. Massivin materialı elastiki
deformasiyalanan qəbul edildiyindən onda yaranan gərginlik və deformasiya
vəziyyəti elastiklik nəzəriyyəsinin məsələsi kimi həll edilməlidir. Bu həll
ədəbiyyatdan götürülmüşdür. Massivin dağılma qanununu ifadə etmək üçün
qurulmuş differensial tənlik həll olunmuşdur. Həll nəticəsində massiv səthinin
dağılma vaxtı təyin olunmuş və səthə paralel ixtiyari massiv müstəvisinin dağılma
vaxtı proqnozlaşdırılmışdır.
1. Мамедова Х.А. Коррозионное разрушение круговой концентрической
пластины под внутренним давлением // Riyaziyyatın nəzəri və tətbiqi problemləri
Beynəlxalq elmi konfransın materialları, 2017, s.156
2.Л.Х.Талыблы, Х.А.Мамедова. О прогнозировании времени коррозионного
разрушения тел при действии диффундирующего вещества нестационарной
концентрации // „Металлы“ : 119334, Москва, 2017. Imp.fac. 0,745
3. Kh.A.Mamedova. On one case of determining failure time of a semi-infinite plate
in corrosive medium at its deformation by sloping force applied on linear boundary
// Journal of Baku Engineering University, Mechanical and Industrial Engineering,
2017, Vol.1, №1.
4. Mamedova Kh.A. Corrosive failure of a prismatic bar of narrow rectangular cross-
section under torsion // Akademik Akif Hacıyevin 80 illik yubileyinə həsr olunmuş
“Riyaziyyat və Mexanikanın müasir problemləri” adlı beynəlxalq konfrans, 2017.
İş: Kiçik deşikli lövhə nümunəsində gərginlik konsentrasiyasının korroziya
dağılması vaxtına təsirinin tətqiqi
İcraçı: m.ü.f.d., e.i. E.T.Bağırov
Aqressiv
mühitdə yerləşdirilmiş kiçik deşikli lövhə iki tərəfli dartılır.
Lövhənin materialı izotrop, elastiki deformasiyalanandır. Lövhənin kiçik deşiyində
əmələ gələn gərginlik konsentrasiyasının lövhənin korroziya dağılmasına təsiri
öyrənilir. Baxılan lövhənin korroziya dağılması vaxtı proqnozlaşdırılmışdır;
dağılma vaxtı üçün təsir edən dartıcı qüvvədən, lövhənin mexaniki xassəsindən və
həndəsi parametrlərdən asılı olan bir düstur tapılmışdır.
Azərbaycan Respublikası Prezidenti yanında AAK Emin Telman oğlu
Bağırova “Konstruksiya elementlərinin temperaturunun qeyri-stasionar
dəyişilməsində korroziya çatlaması” mövzusunda müdafiə etdiyi dissertasiya işi
əsasında mexanika üzrə fəlsəfə doktoru alimlik dərəcəsi vermişdir.
İş: Elliptik en kəsiyə malik tirin yorğunluq dağılması
İcraçı: e.i. N.M.Nağıyeva
Elliptik en kəsiyə malik tirin dəyişən elastiki plastik burulma
deformasiyasında yorğunluq dağılması məsələsi həll edilmişdir. Məsələnin həlli üç
mərhələdə həyata keçirilmişdir. Birinci mərhələdə baxılan tirin ilkin elastiki - plastik
burulma deformasiyası məsələsi qoyulur və həll edilir. Məsələnin həllində A.A.
İlyuşinin kiçik elastiki plastik deformasiya nəzəriyyəsindən istifadə olunur. İkinci
mərhələdə tirin dəyişən elastiki plastik burulması məsələsinin qoyuluşu verilir və
məsələ V.V.Moskvitinin dəyişən yüklənmə teoreminin tətbiq edilməsi ilə həll edilir.
Üçüncü mərhələdə yorğunluq dağılması məsələsinin qoyuluşu verilir və həll edilir.
Nəticədə baxılan tiri yorğunluq dağılmasına gətirən dəyişən burulma
deformasiyalarının sayı təyin edilir. Xüsusi hallar araşdırılmış, uyğun qrafiklər
qurulmuşdur.
1. N.M.Nagiyeva. Fatigue failure of a prismatic bar of elliptic cross section under
pulsating torsion // Akademik Akif Hacıyevin 80 illik yubileyinə həsr olunmuş
“Riyaziyyat və Mexanikanın müasir problemləri” adlı beynəlxalq konfrans, 2017.
2. L.Kh.Talybly, N.M.Nagiyeva. Fatigue failure of an oval cross section prismatic
bar at pulsating torsion // International journal of engineering and innovative
technology, vol.5, issue 11, may 2016, p.76-83
II.Elmi-təşkilatı fəaliyyət
Şöbənin əməkdaşları hesabat dövründə 7 (yeddi) məqalə və 6 (altı) tezis çap
etdirmişlər. Bunlardan 6 məqalə xarici jurnallarda (1 məqalə Thomson Reuters
siyahısında, 4 məqalə isə impakt faktorlu jurnallarda) çap olunmuşdur.
Hesabat dövründə şöbənin müdiri Lətif Xəlil oğlu Talıblı elmi şuranın üzvü,
institutun “Elmi əsərləri” jurnalının redaksiya heyətinin üzvü kimi fəaliyyət
göstərmişdir.
Aparıcı elmi işçi R.Ə.Kazımovanı Rusiya Təbiətşünaslıq Akademiyasi elm
və təhsilə verdiyi böyük töhvələrə görə “DAHİ YEKATERİNA” ordeni ilə təltif
etmişdir (təltif komissiyasının 133/07.08.2017 saylı protokolu). Bundan başqa
həmin Rusiya Elmlər Akademiyası R.Ə. Kazımovanın «Некоторые задачи
нелинейной теории упругости» monoqrafiyasını aparıcı kitap sərgilərində
nümayiş etdirilməsi qərarını vermişdir. Nəhayət qeyd edək ki, R.Ə. Kazımova Nyu-
York elmlər akademiyasının həqiqi üzvüdür.
Şöbənin əməkdaşı Emin Telman oğlu Bağırova Azərbaycan Respublikası
Prezidenti yanında AAK “Konstruksiya elementlərinin temperaturunun qeyri-
stasionar dəyişilməsində korroziya çatlaması” mövzusunda müdafiə etdiyi
dissertasiya işi əsasında mexanika üzrə fəlsəfə doktoru alimlik dərəcəsi vermişdir.
E.T. Bağırov AMEA Riyaziyyat və Mexanika İnstitutunun dəstəyi ilə bu ilin may
ayında Sumqayıtda keçirilən Sumqayıt Dövlət Universitetinin yaradılmasının 55
illiyinə həsr olunmuş beynəlxalq elmi konfransında fəal iştirak etmişdir.
Şöbənin əməkdaşları fəlsəfə doktoru, dosent Mehriban Əli qızı
Məmmədovanın rəhbərliyi ilə Azərbaycan Dövlət Dəniz Akademiyası ilə birlikdə
“Elm Təhsil inteqrasiyası” qrant layihələri üzrə Azərbaycan Respublikasının
Prezidenti yanında Elmin İnkişafı Fonduna layihə təqdim etmişdir.
Şöbənin əməkdaşları L.X.Talıblı, M.Ə.Məmmədova, H.Ə.Məmmədova
N.M.Nağıyeva akademik Akif Hacıyevin 80 illik yubileyinə həsr olunmuş 6-8
dekabr 2017-ci il tarixdə keçiriləcək beynəlxalq elmi konfransda elmi məruzələr ilə
çıxış edəcəklər.
Şöbənin əməkdaşı Səma Asif qızı Bağırova Wikipediyada iştirak etmək üçün
seçilmiş və bu işdə fəal iştirakı ilə fərqlənir.
Şöbənin əməkdaşları ümuminstitut seminarında, mexaniklərin və şöbənin
seminarlarında fəal iştirak edirlər.
Şöbədə hər həftənin cümə günü elmi seminar keçirilir.
Şöbə müdiri f-r.e.d, prof. L.X.Talıblı
Dostları ilə paylaş: |