Microsoft Word history of east theatre



Yüklə 1,18 Mb.
Pdf görüntüsü
səhifə5/63
tarix31.10.2018
ölçüsü1,18 Mb.
#77558
növüDərs
1   2   3   4   5   6   7   8   9   ...   63

_____________Milli Kitabxana_____________ 
16 
öncə bu tipli daha erkən risalələr mövcud olub. Məsələ ondan 
ibarət ki, m.ö. IV yüzildən etibarən “nata” və “natasutralar” 
barəsində məlumatlar var. “Nata” sanskritcə aktyor deməkdir. 
“Sutra” isə dua, müqəddəs mətn kimi anlaşılır. Beləliklə, 
“Natasutra” risaləsinin adı aktyor sənətinə  həsr olunmuş 
nəzəri, və eyni zamanda, qutsal, müqəddəs  mətn qismində 
mənalandırılır. Hindşünas tədqiqatçıların  əksəriyyəti bu 
fikirdədir ki, “Natyaşastra” risaləsinin müəllifi elə Brəhmənin 
özüdür. Hətta məlumdur ki, bu risalə müəyyən dövr 
müddətində  “Bharatiyanatyaşastra” adlandırılmışdır. Hər 
necə isə fakt bu ki, “Natyaşastra” risaləsinin hind 
mədəniyyətində  gəlişmə tarixi içrə  səma müdriki Bharatanın 
rolu inkar edilməzdir. Deməli, “Natyaşastra” artıq apriori 
sakral mənşəli bir məxəzdir,  şəcərəsi mifologiyada tanrılara, 
kosmik dünyaya bağlıdır. 
       Beləliklə, “Natyaşastra” risaləsini əlində dəstavuz götürən 
müdrik Bharata öz yüz oğlu və apsarlarla, yəni səma pərilərilə 
birgə tanrılar və  əcinə-asurların mübarizəsindən bəhs edən ilk 
tamaşanı hazırladı. Rəvayətə görə seyrçilər sırasında asurlar da 
varmış. Onlar gördüklərindən qəzəblənib caduya əl atmaq, 
aktyorların dilini dolaşdırmaq istəyiblərmiş. Ancaq tanrı 
Brəhmə asurları bu niyyətdən yayındırıb və bəyan edib: “Teatr 
bundan sonra həyatı olduğu kimi əks etdirəcək; yaxşını da 
canlandıracaq, pisi də; gah fəzilət duyğusu aşılayacaq, gah 
əyləndirəcək”. Bu, bütün dünya teatrının manifestidir! Avropa 
mədəniyyətində kifayət qədər geniş yayılmış  Bharata_sonradan_“Təlatümlü_okean”'>“teatr 
güzgüdür” ideyasının kökü elə buradan gəlir!!! 
       Səma müdriki Bharata sonradan “Təlatümlü okean” və 
tanrı  Şivanın  şücaətini öyən digər iki dramı da səhnələyir. 
Tamaşaya heyran qalmış  Şiva aktyorlara, onun Parvati adlı 
arvadı isə aktrisalara rəqqaslıq sənətini öyrədirlər ki, 


_____________Milli Kitabxana_____________ 
17 
Bharatanın quraşdırdığı oyun daha rəngarəng və daha əlvan 
çalarlı olsun.  
       Müəyyən müddətin tamamında Bharata tanrı Brəhmənin 
göstərişi və  təhrikilə teatr sənətini, bu sənətin sirlərini açıqla-
yan “Natyaşastra” risaləsini insanlara hədiyyə göndərdi. Bu 
əfsanə  nə  qədər fantastik olsa belə, teart sənətinin, dram 
sənətinin tarixilə bağlı bir məsələni çox dəqiq aydınlaşdırır: 
hind teatrının, hind dramının mənşəyi veda ədəbiyyatında, 
hindlilərin kosmik dünya ilə ilişkili qədim mətnlərində, 
onların ayin və  mərasimlərindədir.  Həqiqətən, m.ö. II-I 
minilliklərin müqəddəs kitabəsi “Riqveda” iki və ya daha artıq 
həmsöhbətin dialoqlarından ibarət 15 himnlə  təqdim olunur. 
Sanskritoloq alimlər belə hesab edirlər ki, həmin dövrdə 
kahinlər tanrıların, ilahi və ya əfsanəvi personajların rollarını 
özlərinə götürüb bu dialoqları teatral şəkildə ifa edirmişlər. 
Məğz etibarı ilə bu dialoqlar misteriya və ya ritual dramının 
növü olub. Fikri başqa cürə  də ifadə etmək mümkündür: 
“Riqveda” mətnləri sanskrit dramının arxaik modelidir. 
       Bir  çox  nəşrlərdə “Natyaşastra”  “Dram, musiqi və  rəqs 
haqqında risalə” kimi sanskrit dilindən tərcümə edilir. Lakin 
“natya” xüsusi bir termindir və dramın, musiqinin, rəqsin 
birgəliyini, sintezini eyhamlaşdırır. Bu baxımdan 
“Natyaşastra”nın  “teatr sənəti barədə risalə”  şəklində 
sanskritcədən əcnəbi dillərə çevrilməsi daha məqsədəuyğundur. 
Bədii sintezin nəzəri cəhətdən qavranılması “Natyaşastra” 
risaləsində rasa konsepsiyası ilə bağlıdır. 
RASA
  poetik 
duygular, estetik yaşantılar və zövq haqqında təlimdir. 
Hindlilərin  ən qədim  ədəbi məxəzləri sayılan vedalarda rasa 
sözündən suyu, südü, palma şirəsini və çiçəyi bildirmək  üçün 
istifadə edilirdi. “Atharvaveda” mətnlərində bu mənalar 
çərçivəsinə “zövq” anlamı da daxildir. Risa- lədə buyurulur ki, 
hər bir dramaturji əsərdə müəyyən rasalar olmalıdır və oxucu, 


_____________Milli Kitabxana_____________ 
18 
tamaşaçı, dinləyici bu rasalardan zövq  alaraq müxtəlif 
yaşantılar keçirməlidir. 
       “Natyaşasta” teatr sənətinin nəzəri-praktiki  əsası kimi 
səkkiz vacib duyğunu fərqləndirir və onların hər birinə bir 
rasanı uygun bilir: 
  
sevgi  (rati)               -       məhəbbət rasası, erotik rasa  (şrinqara) 
şənlik (hasa)             -        kosmik rasa  (hasya) 
kədər (şoka)             -        patetik rasa (karuna) 
qəzəb (krodha)         -       vahimə rasası (raudra) 
qorxu (bhayya)        -       qorxaqlıq rasası  (bhayyanaka) 
nifrət (cuqupsa)       -       rəddedici rasa  (bibhatsa) 
cəsarət (utsaha)        -       qəhrəmanlıq rasası  (vira)       
təəccüb (vismayya)  -        möcüzəli rasa   (adbhuta) 
        
       “Natyaşastra” bu hissləri daimi duyğular adlandırır; çünki 
onlar uzun müddətə insanın ovqatlar dünyasını, davranış  və 
rəftarlarının qayəsini məngirləyə bilir. Lakin hind estetikası 
duyğuların başqa növünü də  fərqləndirir. Bunlar müvəqqəti
qısa müddətli hisslərdir: risalədə hesab edilir ki, belə duyumla-
rın sayı 33-dür. 
     
RASA 
risaləyə görə hissin, duyğunun mənbəyibir. Seyrçi 
və aktyor, səhnə və tamaşaçı auditoriyası arasındakı emosional 
əlaqələr haqqında təlim hind estetik mədəniyyətində  məhz 
rasalara  əsasən işlənib hazırlanmışdır. Pyesdə  və ya tamaşada 
bir neçə rasa ola bilər. Bu rasalar dramın müəllifi və aktyor-
ifaçı  tərəfindən yaradılır. Rasanın seyrçini məngirləməsindən 
(“ələ keçirməsindən”) ötrü lazımdır ki, hissin coşdurucuları 
olsun. Mətn daxilində bu, sujetin hadisə  və  vəziyyətləridir. 
Tamaşaya baxarkən (və ya pyesi oxuyarkən) seyrçi təklif 
olunan  şəraitin içinə düşür və bir növ rasanı “dadmaq”, onu 
duymaq məqamına yaxınlaşır. Amma bu, mürəkkəb psixoloji 
prosesin yalnız birinci mərhələsidir. Seyrçini tam şəkildə 


Yüklə 1,18 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   63




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə