Microsoft Word history of east theatre



Yüklə 1,18 Mb.
Pdf görüntüsü
səhifə8/63
tarix31.10.2018
ölçüsü1,18 Mb.
#77558
növüDərs
1   ...   4   5   6   7   8   9   10   11   ...   63

_____________Milli Kitabxana_____________ 
26 
lük təşkil edirsə, ölkənin  şimalında pahvac və tabla 
aparıcı  zərb alətinə çevrilir. Pahvac mridanqın 
əkizidir.  Tabla isə hindlilərin  ən kamil zərb aləti 
hesab etdikləri nağaradır. Orkestrdə mridanqdan 
savayı  maddalam  və  çenda adlanan təbillərdən də 
faydalanırlar. Metal nimçələrə də hind teatrında kifa-
yət qədər yer verilir. Bu metal nimçələr müxtəlif 
ölçüdədirlər: əsas növləri kartal və məncirə adları ilə 
tanınır. Onların arasında elələri də var ki, aktyor bu 
“nəlbəkiləri” paltarından asır və çubuğun ustufca 
zərbəsilə  həmin metal nəlbəkiləri səsləndirir. 
Mümkündür ki, orkestrdə alətlərin sayı  hətta  40-a da 
çatsın. Bu yerli ənənələrdən aslıdır.  
       Öz  əcdadlarının sənət  ənənələrinə sadiq hind 
teatrı musiqili teatrdır. Hind teatrında tamaşanın 
aparıcı qüvvəsi, sahmanlayıcı prinsipi musiqidir. Hind 
teatr mədəniyyətinin ən böyük naliyyəti, uguru səs ilə 
jestin, söz ilə davranışın, mimikanın, pozanın ideal 
birgəliyini, ideal harmoniyasını  təcrübədə görükdür-
mək məharətidir. “Natyaşastra” risaləsində  əbəs 
deyilmir ki, “musiqi  təbiətin ağacıdır, rəqs isə bu 
ağacın çiçəkləridir”.  
                   
                    
.  Hind rəqqaslıq sənəti 
                                               
“Hindistanda musiqinin şəklini çəkirlər,  
                                             musiqinisə şəkillərə görə bəstələyirlər”. 
                                                                                          
Karl Hageman 
 


_____________Milli Kitabxana_____________ 
27 
         Hind 
teatr 
sənəti hindlilərin inancları, dini 
mədəniyyətlərilə  sıx surətdə  əlaqədardır. Klassik 
RƏQS 
Hindistanda yoqanın formalarından biri kimi qavranılır, fiziki 
və  mənəvi enerjinin sintezi sayılır. Hindistanın bütün rəqs 
formaları ilahi, transendental, kosmik dünyadan aldıqları enerji 
hesabına yaranmışdır. Klassik hind rəqqaslıq sənəti hinduizmin 
(induizm) müstəvisində formalaşıb  əfsanə,  əsatir, folklor 
nümunələri, ayin və  mərasimlərə, mistik inanclara söykənir. 
Hind mədəniyyətinin bir musiqi kimi “bəstələdiyi” rəqslərin 
təbiətinə, hüsnünə, gözəlliyinə, məzmun və qayəsinə varmaq, 
onların ideyasını, mahiyyətini dərk etməkdən ötrü, ilk növbədə
hinduizm dini təriqətinin cövhəri, mayası açıqlanmalı,  şərh 
edilməli və mənimsənilməlidir.           
     Dünyada mövcud olan ən qədim dinlərdən biri 
hinduizmdir. M.ö. IV-III  yüzilliklərdə Hindistanda bitki və 
heyvan kultu geniş yayılmışdı. Totemizm hind inanclarının 
aparıcı qolu idi. M.ö. II-I əsrlərdə Hindistana Xəzər sahilindən 
köçüb gəlmiş maldar tayfalar, - arilər, - burada vedizmi, yəni 
qədim kitabələrə  əsaslanan bilgilər sistemini yaymağa 
başlayırlar. Təbii ki, yerli millətlərin, etnosların, etnik qrupların 
özlərinin də yüksək dini mədəniyyəti vardı. Bu səbəbdən də 
arilərin gətirdikləri vedalar müəyyən dəyişikliklərə məruz qalır. 
Vedizm 4 müqəddəs kitabədən ibarətdir:  “Riqveda”
“Samaveda”,  “Yacurveda”,  “Atharvaveda”. Hinduizmin 
birinci mərhələsi vedizmdir. M.ö. I yüzillikdə isə hinduizm öz 
inkişafının  ikinci  mərhələsinə daxil olur. Bu mərhələ 
“brəhmənizm” adlanır. Hinduizm bir dini sistem kimi 
dharmalardan impuls alıb intişar tapır. 
DHARMA 
qanunlar 
məcəlləsidir və burada hər bir hindlinin həyatı üçün labüd olan 
qaydalar toplanmışdır. Dhar-maların yayılması, hind 
toplumunda gəlişməsi mifoloji təfəkkür, folklor ənənələri, xalq 
oyunları, inanc mənşəli vərdiş və şakərlərlə, el-oba şənliklərilə 


_____________Milli Kitabxana_____________ 
28 
bağlıdır. Hinduizm dünyanı belə izah edir: 1) Dünya 
hadisələrin və nəsnələrin təsadüfi birləşməsi deyil, müəyyən 
düzümü olan iyerarxik (pilləvari) tamdır, kosmosdur; 2) 
həyat ardıcıl davamı ilə yox, bəşəri özündə  və özünü hər 
şeydə dərk etmək baxımından əbədi və hüdudsuzdur. 
     Hinduizmdə  mənəvi təmizlik, paklıq hindlinin əldə etydiyi 
ən böyük həyat nailiyyətidir. Ruhun ucalıgına çatmaq üçün 
hinduizmdə  nəfsi saxlamaq şərti də daxil olmaqla 8 metod 
göstərilir: 1)Yama (tövbə); 2) Niyama (yazılanlara  əməl 
etmək); 3) Asana (vacib bədən təlimi); 4) Pratyahara 
(hissləri onların obyektindən yayındırmaq); 5) Dharana 
(idrakın səfərbər edilməsi, meditasiya); 6) Dhayana (seyr)
7) Samadci (ekstaz vəziyyətində  səfərbər olmaq, özünü ələ 
almaq)
     Hinduizm  üç tanrı prinsipini gözləyir. Bu tanrılar  Brəhmə 
(yaradıcı),  Vişnu  (Qoruyucu) və  Şivadır (dağıdıcı). 
Hindlilərin, yəni hinduizmə tapınanların özləri də üç qrupa 
bölünürlər:  şivaitlər, vişnuitlər və  şaktistlər. Vişnuizm, 
şivaizm və  şaktizm eyni bir dinin üç niqabda təzahüründən 
başqa bir şey deyil.  
     Sanskrit  dilində  “veda” sözü bilmək mənasında işlədilir. 
Həmin bu vedalarda yazıldığına görə dünyanı Brəhmə 
yaratmışdır.  Əgər veda ədəbiyyatını mötəbər mənbə kimi 
götürsək, onda razılaşmalıyıq ki, dünya hissolunmaz, duyulmaz 
sonsuz bir qaranlıq şəklində hələ Brəhmədən öncə də mövcud 
idi. Sanki bu dünya dərin bir yuxuya qərq olubmuş. Sonra 
özünəməxsus bir tanrı öz yaradıcı qüvvəsinin enerjisilə 
qaranlıgı qovub dağıdır. Beləliklə, hər şey müəyyən forma alır, 
müəyyən  əndazəyə düşür. Öncə  həmin tanrının enerjisindən 
bəhrələnərək sular yaranır. Bu sularda isə günəşin parlaqlığına 
bərabər bir qızıl yumurta əmələ gəlir. Brəhmə bu yumurtanın 
içində bir il yaşayır və sonra onu öz ağlının gücü ilə iki hissəyə 


Yüklə 1,18 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   63




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə