Microsoft Word history of east theatre



Yüklə 1,18 Mb.
Pdf görüntüsü
səhifə1/63
tarix31.10.2018
ölçüsü1,18 Mb.
#77558
növüDərs
  1   2   3   4   5   6   7   8   9   ...   63


                                                AYDIN TALIBZADƏ 
 
 
 
 
 
 
 
             Ş Ə R Q   T E A T R I   T A R İ X İ 
 
                    ali məktəblər üçün dərslik 
 
 
 
 
 
 
 
 
 
 
                               BAKI - 2008  


_____________Milli Kitabxana_____________ 

 
AZƏRBAYCAN RESPUBLİKASI 
TƏHSİL  NAZİRLİYİ 
AZƏRBAYCAN  DÖVLƏT  MƏDƏNİYYƏT 
VƏ  İNCƏSƏNƏT  UNİVERSİTETİ 
 
 
                                                     
 
 
Elmi redaktor:                               Timuçin Əfəndiyev 
                                            ADMİU-nun rektoru, filologiya              
                                                 elmləri doktoru, professor  
                                               
Rəyçilər:                                                  İ.Rəhimli  
                                             sənətşünaslıq doktoru, professor 
                                                               M.Əlizadə 
                                             sənətşünaslıq doktoru, professor 
 
 
 
Dərs vəsaiti ADMİU-nun  “Teatrşünaslıq”  
kafedrasında müzakirə olunduqdan  
sonra Azərbaycan Respublikası Təhsil  
Nazirliyinin 17.07.07 tarixli 887 saylı  
qərarına əsasən çapa məsləhət görülmüşdür
 
 
                                Bakı    2008 
                                                              


_____________Milli Kitabxana_____________ 

 
 
 
Ön söz 
 
       Giriş  əvəzinə yazdığım bu Ön söz dərslik və predmet 
barədə  bəzi elmi düşüncələrdən, mülahizələrdən, izahat tipli 
qeydlərdən, qısa açıqlamalardan və lakonik təsvirlərdən 
ibarətdir. Onları  şərtləndirən başlıca səbəb budur ki, bizim 
Azərbaycan Dövlət Mədəniyyət və  İncəsənət Universitetinin 
“Teatrşünaslıq” kafedrasında hazırlanmış 
“ŞƏRQ TEATRI 
TARİXİ” 
dərsliyinin bütün dünya masştabında analoqu, 
bənzəri yoxdur. Hər halda mən beləsinə  nə Azərbaycanın, nə 
Rusiyanın kitabxanalarında, nə də ki İnternet səhifələrində rast 
gəlmişəm. Düzdür, hələ 1929-cu ildə qonşu Rusiyanın Sankt-
Peterburq, o zamanların Leninqrad, şəhərində  şərqşünas 
A.M.Mervartın rəhbərliyi ilə  “Şərq teatrı” adı altında bir 
məqalələr toplusu çapdan çıxmışdı. Lakin bu kitab geniş oxucu 
kütləsinə ünvanlanıb Şərq teatrının eqzotik formaları ilə ümumi 
tanışlıq məqsədi güddüyündən dərslik xarakteri daşımırdı  və 
tədrisin tələblərinə birbaşa cavab vermirdi. 
       Bu dövrdə, yəni təqribən 1925-30-cu illər intervalında, adı 
çəkilən topludan əlavə böyük şərqşünaslar N.İ.Konradın, 
A.Y.Krımskinin, Y.E.Bertelsin, R.A.Qalunovun Şərq teatrının 
bu və ya digər təzahür formalarına həsr olunmuş kitab və ya 
məqalələri də işıq üzü  


_____________Milli Kitabxana_____________ 

görür. Onların tədqiqatlarının müstəqim obyekti heç vaxt teatr 
olmadığından bu alimlər həmin formalara yalnız öyrəndikləri 
xalqın mədəniyyətinin eqzotik gerçəkliyini təsdiqləyən bir 
element kimi yanaşmış  və teatr formalarının tarixini, 
poetikasını, təbiətini, estetik hüsnünü sistemli şəkildə 
araşdırmağı qarşılarına məqsəd qoymamışlar. Belə olan su-
rətdə, əlbəttə ki, dərslik barəsində düşünmək  əbəs və mənasız 
bir xülyadır. Hərçənd  XX əsr boyunca dünyanın müxtəlif mər-
kəzi şərqşünaslıq məktəblərində mütəmadi şəkildə, şübhəsiz ki, 
yuxarıda adları  çəkilən alimlərin verdikləri dolğun infor-
masiyalara  əsasən, ayrı-ayrı Doğu ölkələrinin məzmun və 
qayəcə fərqli, eqzotik xislətli teatr formalarını təsvirləyən, on-
ların yaranma tarixini, estetik xüsusiyyətlərini təhlilə  çəkən 
çoxsaylı monoqrafiyalar nəşr etdirilmişdir. Ancaq, təəsüf ki, 
bunların heç biri “Şərq teatrı tarixi” predmetini əhatələyəcək 
dərs vəsaiti qismində  işlənilməmişdir. Buna görə  də  mən tam 
teatrşünas və şərqşünas arxayınlığı və məsuliyyətilə bəyan edi-
rəm ki, Şərq teatrı ilə bağlı bilgiləri, nəzəri fikirləri bir yerə 
toplamaq, onları tarixilik prinsipinə, zaman və  məkan para-
metrlərinə uyğun bir tərzdə sistemləşdirmək baxımından uni-
versitetin “Teatrşünaslıq” kafedrasında görülən bu iş  həm sə-
nətşünaslıq, həm də  şərqşünaslıq elminin koordinatlarında ilk 
təcrübədir, sınaq nümunəsidir və təbii ki, mümkün səhv və xə-
talardan xali deyil. Məhz Azərbaycan teatrşünaslıgı bu mühüm 
elm və  təhsil probleminin aradan qaldırılmasında,  çözül-
məsində birinci olmağa iddialıdır. 
       Çünki “Şərq teatrı tarixi” fənni “teatrşünaslıq” ixtisası üzrə 
bakalavr və magistr pillələrində aparılan tədrisin ayrılmaz, 
vacib bir hissəsidir. Universitetin tədris sistemində bu predmet 
“Xarici teatr” fənninin bərabərhüquqlu bölmələrindən biri olub 
mütləq kurs hesab edilir. Teatrşünasın topladığı bilgilər 
panoramında və ya şəbəkəsində  “Şərq teatrı tarixi” tələbəyə 


_____________Milli Kitabxana_____________ 

yeni elmi-nəzəri, fəlsəfi-estetik məlumatlar verməklə yanaşı, 
həm də onun dünya görüşünün dəyişməsində, formalaşmasında 
və sistemləşməsində ciddi rol oynayır. Təbii ki, bu prosesdə bir 
çox məsələlər “Şərq teatrı tarixi”ni tədris edən müəllimin 
şəxsiyyətindən, onun natiqlik və  tələbəni söylədiyinə 
inandırmaq bacarığından asılıdır. Təkcə teatrşünaslıq şöbəsində 
təhsil alan gənc teatr yazarlarının yox, həm də universitetin 
aktyor və rejissor tələbələrinin də bu predmetə ehtiyacı var: 
belə ki, “Şərq teatrı tarixi”nin köməyilə onların sənət 
təssəvvürləri, sənət düşüncələri xeyli zənginləşir, 
fantaziyalarının hüdudları genişlənir, teatr bilgiləri keyfiyyətcə 
tamam yeni bir müstəviyə yüksəlir və haradasa kökündən 
başqalaşır. Odur ki, bu fənnin tədris saatları  çərçivəsində 
oxunan hər bir mühazirə, mən bunu çoxillik müşahidələrimin 
nəticəsində deyirəm, tələbələr tərəfindən həvəslə, diqqətlə 
dinlənilir və asanlıqla, əlüstü qavranılır.  
     Şərq teatrı dünya teatrı  mədəniyyətinin elə bir möcüzəli, 
sirli və füsünkar hücrəsini  təşkil edir ki, burada, yəni nağıl və 
gerçəkliyin sərhəddində yerləşən səhnə məkanında, tanrılar və 
iblislər, divlər və  əcinələr, mələklər və  şeytanlar, ruhlar və 
vəhşilər, kuklalar və kölgələr sadə insanlarla birgə  gəzib 
dolanır, “kosmos” adlı bir tamın eyni hüquqa, eyni təbiətə  və 
eyni uyuşqanlığa malik zərrəcikləri kimi görünürlər. Doğu 
məmləkətlərində teatrın təzahür formalarının hamısı eqzotikdir, 
alabəzəkdir, unikaldır, qeyri adidir, bənzərsizdir; yəni yalnız 
yeganə, tirajlanmayan nüsxədədir. Ol səbəbdən “Şərq teatrı 
tarixi” dərsliyinin müəllifi onların bircəciyini belə  nəzərdən 
qaçırmaq istəmir. Busa müəllif qarşısında həməncə bir sıra 
ciddi problemlər törədir. Həqiqətən, “Şərq teatrı tarixi” üzrə 
dərslik hazırlamaq olduqca çətin və  məsuliyyətli bir işdir. 
Nədən ki, tədqiqatçılar bu sahədə  hələ bir çox məsələlərə 


Yüklə 1,18 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   63




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə