Microsoft Word history of east theatre



Yüklə 1,18 Mb.
Pdf görüntüsü
səhifə3/63
tarix31.10.2018
ölçüsü1,18 Mb.
#77558
növüDərs
1   2   3   4   5   6   7   8   9   ...   63

_____________Milli Kitabxana_____________ 

ĞILÇIDAN BAŞLAYIR!!!
  Şərq aləmində nağılçı teatr kimi 
sosial bir institutun əvəzləyicisidir.  Nağılçı  Şərq məmləkət-
lərində nağıl dünyasının tanrısıdır, söz sənətinin qüdrətilə 
nağılın bədii aləminin, onun zaman və  məkanının ya-
radıcısıdır. Hind, çin, yapon, ərəb, fars, türk mədəniyyətlərin-
də teatr formalarının təbiətini, hüsnünü, quruluşunu nağılçı sə-
nəti müəyyənləşdirir. Müsəlman mədəniyyəti çərçivəsində isə 
nağılçı öz inkişafının  ən yüksək zirvəsinə çatır və  həyat bəxş 
etməyə qadir 
SÖZÜN 
materiallaşmış obrazına çevrilir: yəni öz 
yaradıcı fakturasında sakral sözü və bu sakral sözün daşıyıcıla-
rını eyhamlaşdırır. Ona görə Yaxın və Orta Şərq  ölkələrində 
SÖZ
 insan həyatının, insan ömrünün meyarıdır. Löbətbaz, röv-
zəxan, hafiz, aşıq (x) nağılçının müxtəlif təzahür variantlarıdır. 
       Şərq teatrının özgürlüyünün, poetikasının, gözəllik və 
kamillik prinsiplərinə 
əsaslanan mövcudluq 
xüsusiyyətlərinin, məna cövhərinin, estetikasının 
anlaşılmasına doğru yol şəhərin, məbədgahların, ibadətin, 
bazarın, məktubun, bağların xalqın mədəniyyət sistemində 
gerçəkləşmə  məntiqindən keçir. Doğu məmləkətlərinin 
ənənəvi teatr formaları 
məkan və onun təşkili 
özünəməxsusluğu ilə  sıx  əlaqədardır. Bəlkə  də elə bu 
səbəbdəndir ki, Şərq teatrının unikal plastikaya malik aktyoru 
öz batinindən gələn  şövqün, ekstazın, yaşantının hesabına 
məkan içrə jest və mimikaların memarı kimi çıxış edir. Bu 
memarlıqda  “ovqatlar musiqisi” öz təcəsümünü tapır.  Şərq 
teatr formalarının gözəgörünməz, qeyri-rəsmi “müəllifi” 
mifologiyadır, dini təfəkkürdür, folklordur!!! Mən  heç də 
təsadüfi söyləmirəm ki, Şərq teatrının formaları  şəbəkəsində 
zühur edən hər səhnəyə  yuxu timsalı demək mümkündür. 
Odur ki, Şərq teatr sistemində məkan içrə görünən hər bir jest, 
mimika və  rəftarın, eşidilən səsin, sədanın  əsas təsir hədəfi 
insanın alt-şüurudur. Ona görə  də  “Şərq teatrı” anlamının 


_____________Milli Kitabxana_____________ 
10 
çərçivəsinə nə daxildirsə, hamısı yuxunu, həddi-bülug, agahlıq 
yuxusunu xatırladır.
  ŞƏRQ TEATRI ÇOXÜZLÜ TANRI 
 
ŞİVAYA BƏNZƏR.
 Onun hər üzünə, hər görkəminə bir 
dünyadurumu, bir ovqat həkk olunub. 
       Şərq məmləkətlələrində tamaşa xarakterli təzahürlər 
hüdudsuzdur. Müsəlman aləmində isə iki nəfərin bir-birilə 
savaşması da, qoç, dəvə döyüşü də, itlərin boğuşması da, qətl 
də, təziyə də tamaşadır. Odur ki, Şərq teatrının təyininə bir dəfə 
müəyyənləşmiş konkret təriflə yanaşmaq, qısa bir cümlədə 
onun təsvirini verib mahiyyətini açmaq çətin məsələdir. Çünki 
Şərq teatrının hər bir təzahür formasının təkrasız keyfiyyət 
özünəməxsusluğu var. Bu rəngarəngliyi, müxtəlifliyi,  əsasən, 
iki əks qütbdə cəmləşdirib Şərq teatrının estetik xüsusiyyətləri 
barədə fikir yürütmək olar: bir tərəfdən təmtəraq, patetika, 
ifadə qabarıqlığı, mistik ovqat, coşğun hissiyat, suggestiv 
emosionallıq, ekstaz, çoxmənalı simvolar sistemi; digər 
tərəfdən isə primitiv naturalizm, şişirtmə, parodiya, imitasiya, 
şən karnaval əhvalı bir-birilə çuğlaşıb  Şərq teatrının ümumi 
ponaramını yaradır. Dini ayinlərdən, mərasimlərdən, 
rituallardan və bazar meydanından kənarda Şərq teatrı yoxdur.     
     Doğu ölkələrinin teatrını öyrənərkən, xüsusilə də bu barədə 
mükəmməl tarix dərsliyi yazmağa cəhd göstərərkən, bir 
məsələni də öncədən aydınlaşdırmaq gərəkdir.  Şərq teatrının 
inkişaf tarixi iki böyük mərhələyə ayrılır. Birinci mərhələ Doğu 
məmləkətlərinin  ənənəvi teatr formalarının, folklor teatrı 
formalarının, eqzotik, heyrətamiz teatr formalarının tarixidir ki, 
həcm və sanbalca digər mərhələdən qat-qat vacib, maraqlı  və 
üstündür. Bu dövr qədim zamanlardan başlayıb XX əsrin 
astanasına kimi davam edir. Ancaq qurtarmır, haradasa 
“muzeyləşib” gözəl, qiymətli  əşya kimi mənsub olduğu milli 
mədəniyyətin çərçivəsində maarifçi missiyasını yerinə yetirir, 
keçmiş atmosferini bir vaxtlar yaratdığı obrazlar sistemində 


_____________Milli Kitabxana_____________ 
11 
yaşadır. İkinci mərhələ isə Şərq ölkələrində avropatipli teatrın 
XIX yüzilliyin axırından üzü bəri inkişaf tarixidir ki, bütün 
yerlərdə ucdantutma standart, uyğun ssenarilər üzrə milli 
mədəniyyətlər şəbəkəsinə daxil olur. 
     Deməli, belə çıxır ki, hər bir Doğu məmləkətinin teatr tarixi 
ikicə müstəqil tarixdən ibarətdir: folklor mənşəli ənənəvi teatr 
formalarının, və bir də avropatipli teatrın milli mədəniyyət 
şəbəkəsində  təşəkkül və inkişaf tarixindən. Busa olduqca 
böyük, monoqrafik xarakterli bir materialdır. Odur ki, mən 
“Şərq teatrı tarixi” dərsliyinə ən vacib, ən maraqlı, dünya teatr 
mədəniyətinin inkişafı üçün ən önəmli və aktual sayılacaq 
mövzuları toplamışam; bəzi temaları qısaldıb, ixtisar eləmişəm. 
Ancaq bir şərtlə: təki tələbənin  Şərq teatrı ilə baglı  təsəvvür 
bütövlüyünə xələl gəlməsin.  
     Dərslikdə Doğu ölkələrinin  ənənəvi teatr formalarının 
tarixinə və poetikasına üstünlük verilib. Bu da heç bica deyil. 
Əvvəla, ona görə ki, Şərq teatrının  ənənəvi təzahür formaları 
eqzotikdir, unikaldır və  bəşər mədəniyyəti tarixində  təkrarsız 
hadisədir. Və ikincisi: bu predmeti tədris etdiyim uzun illər 
boyunca mən belə bir məsələni özüm üçün konkretləşdirmişəm 
ki, tələbələr  ənənəvi teatr formalarının tarixinə, poetikasına, 
onların təkrarsız estetik hüsnünə çox qısa zamanda vurğun 
olurlar və mühazirə mövzusuna həqiqi maraq göstərirlər. Bu 
maraq təkcə öyrənmək həvəsindən irəli gəlmir. Təzəliyə, 
yeniliyə, orijinallığa və eqzotikliyə olan meyl də burada az rol 
oynamır. 
     “Şərq teatrı tarixi” dərsliyində Doğu ölkələrinin müasir teatr 
tarixi də  qədərincə  işıqlandırılır. Hərçənd burada bir problem 
xüsusilə vurğulanmalıdır:  Şərq ölkələrinin XX əsr teatr tarixi 
bir tam şəklində araşdırılıb yazılmamışdır. Bu tarixi yalnız 
ayrı-ayrı məqalələr, görkəmli sənətçilərin həyat və yaradıcılığı-
na həsr olunmuş monoqrafiyalar görükdürür. Ona görə də Do-


Yüklə 1,18 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   63




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə