Microsoft Word history of east theatre



Yüklə 1,18 Mb.
Pdf görüntüsü
səhifə14/63
tarix31.10.2018
ölçüsü1,18 Mb.
#77558
növüDərs
1   ...   10   11   12   13   14   15   16   17   ...   63

_____________Milli Kitabxana_____________ 
46 
dik dayanmalıdır. O da yalnız  hərəkətsiz dayanıb başqasını 
dinlərkən mümkündür.  
     Aktyorlar  bədən elastikliyinə nail olduqdan sonra ağız, 
yanaq, boyun, qaş  və  çənəni məşq etdirirlər. Bu siyahıda 
gözlər, təbii ki, birincidir. Belə  məşq aktyoru ideal mimika 
sahibinə çevirir. Rəqqas döşəmədə  hatha-yoqanın  şanagüllə 
(lotos) pozasında  əyləşib  əllərini ya sinəsində çarpazlayır, ya 
da dizlərinin üstünə qoyur. Sonra ağzını geniş açıb çənəsini 
sinəyə dayayır, gözlərini bərəldir. Bu vaxt o, göz bəbəklərilə 
müxtəlif istiqamətlərdə fiqurlar cızır. Gözləri “işləyən” 
aktyorun başı  və  bədəni tərpənməz qalmalıdır. Bundan sonra 
nrittanı, - təmiz rəqsi, - səhnədə sərbəst ifa etmək mümkünləşir. 
NRİTTA 
orqanik  şəkildə oturaq pozadan doğan bir neçə  rəqs 
fiqurundan və tullanışlardan ibarətdir. Öz-özlüyündə onları 
yadda saxlamaq çox çətindir. Lakin Kathakali rəqqası onların 
ən rəngarəng kombinasiyalarını ifa etməyi bacarmalıdır. Təmiz 
rəqsin tamamlanmış fraqment-parçası isə 
“KALASAM”
 
adlanır. Kalasamların ifa xüsusiyəti epizodun ovqatından, 
nəğmənin ritmindən də asılıdır.  
       Kathakalinin  dili  “danışan” jestlərin dilidir. Burada 
DİALOQ haradasa lalların söhbətini xatırladır. Jestlərin “dili” 
haqqında  “Hasta Lakşana Deyepika” kitabında  ətraflı 
məlumat verilir. Əsərdə  24  əsas hasta işlənib hazırlanmışdır. 
Hastaların dəqiq sayı heç vaxt dəqiq bəlli deyil. Bu 24 hasta 
özündə  500-800 anlam-simvolu ehtiva edir. Çünki bir çox 
mətləblərin bəyan edilməsi rəqqasın ustalığından və  təsəvvür 
zənginliyindən çox asılıdır. 
Hasta 
şeirin məkan 
kompozisiyasıdır, onun vizual təsviridir, plastik formasıdır.  
     “Qurukula”  sistemində  nəyəsə nail olmaqdan ötrü, ilk 
növbədə, gərək Ustada bənzəyəsən; ona bənzəmək üçünsə 
gərəkdir ki, həmişə bu mötəbər insanın yanında olasan,  onun 
hərəkətlərini, rəftar özünəməxsusluğunu, vərdişlərini 


_____________Milli Kitabxana_____________ 
47 
təkrarlayasan. Təlim prosesi (12-20 illik) massaj və karalidən 
başqa musiqi, rəqs,  ədəbiyyat və  sənət tarixi dərslərindən də 
ibarətdir. Tədrisin sonunda isə artıq hər bir aktyor əsas 
repertuardan təqribən  15-20 pyes əzbər bilməlidir. Busa 
olduqca böyük göstəricidir.  
       Kathakali teatrında dekorasiya yoxdur, tamaşa 
axşamdan sübhə kimi, gün batandan gün çıxana qədər eni və 
uzunu  4x4 metr olan taxta döşəmə üstündə açıq səma altında 
oynanılır. Səhnədə seyrçinin  diqqətini yayındıracaq əlavə heç 
nə olmur. Sanki tamaşa qaranlıq üzərində  çəkilmiş tablodur, 
rəngli şəkildir. Kathakali teatrında dekorasiya məhz cənub 
gecəsinin özüdür.  
     Kathakali  teatrında işıq da ənənəvidir. Bütün səhnələr  10 
litr yağ tutan iri bir çıraqla işıqlandırılır. Çırağa yalnız zeytun 
yağı tökürlər ki, his eləməsin. Tamaşanın iştirakçılarını bu 
çırağın işığı sanki gecənin qaranlığı içində  aşkarlayıb 
görüntüyə  gətirir və seyrçiyə nişan verir. Cənub gecəsinin 
qaranlıq örtüyü üzərində  işıq topasının görükdürdüyü qrim və 
kostyumların köməyilə yaradılmış  əlvan səhnələr elə bil ki 
yuxu və fantastika sərhəddindədir. Dünyanın heç bir teatrında 
qrim və geyimlər bu qədər şux, parlaq və rəngarəng, ecazkar və 
möcüzəli deyil. Kathakali teatrında hər bir personajın dəqiq 
müəyyən olunmuş kanonik qrimi var. Bu teatrda rekvizitdən də 
istifadə olunmur. Səhnəyə  həmişə bir kətil qoyulur:  aktyor 
onunla istədiyi kimi davrana bilər. Kətildə  əyləşib istirahət 
etmək, müəyyən səhnələrdə onun üstünə  çıxmaq, bəzənsə bu 
kətildən səltənətin taxt-tacı kimi faydalanmaq mümkündür. 
Kathakali aktyorları 
THERASSİLA
  və ya arakəsmədən yeni 
personajlar səhnəyə  çıxarkən yararlanırlar. Bu, gözlənilməzlik 
effektini tamaşada artırır. Həmişə iki kişi therassilanı aktyorun 
qarşısına tutub onu müəyyən müddətə seyrçilərdən ötrü 


_____________Milli Kitabxana_____________ 
48 
“məxfiləşdirir”; yəni tamaşaçı bilmir ki, ayaqlarını gördüyü 
rəqs edən personaj kimdir, bircə şişpapaq Xanumandan savayı.  
       Kathakali  teatrının personajları üç böyük ampluaya 
bölünür: satvik, racazik, tamazik. Satviklər alicənab, hünərli, 
xeyirxah, səxavətli, cəngavər hökmdarlar və tanrılardır. Qrim 
tipinə müvafiq tərzdə bu qəhrəmanlara “yaşıl personajlar” da 
deyirlər. Bu qrim 
“PAÇHA”
 (və ya paçça:  tələbələrin rus və 
ingilisdilli mətnlərlə  işləyərkən müəyyən çətinliyə düşüb 
diskomfort duymamasından ötrü mən terminlərin hər iki 
lisanda mövcud variantlarını göstərməyi vacib sayıram) 
adlanır. Paçha malayalam dilində  işlənən sözdür, yaşıl rəngi 
bildirir.  Bhima, Hindra, Krişna, Rama mütəmadi surətdə 
paçha qrimində görünürlər. Onların dodaqları qalın al qırmızı, 
qaş  və göz həndəvərlərisə tünd qara rəngə boyanır. Bu 
obrazları ifa edən aktyorların alınlarında paçhanın üstündən 
sarı rəng topacığının içində onların mənsub olduqları kastanın 
nişanı hökmən göstərilir. Bu, “naman”  adlanan xüsusi 
mürəkkəb dini işarədir. Sifətin qrimlənməsi başa çatdıqdan 
sonra aktyorun çənə sümükləri boyunca, bir qulaq 
düyməsindən o birinə  qədər  əl içi boyda ağ  rəngli 
“ÇUTTİ”
 
taxılır. Yalnız  Şiva ilə Brəhmənin qriminin rəng  əsası açıq 
narıncıdır. Bu qrimin adı 
“PAJUPPA”
dır. Digər əlamətlərdə isə  
onlar paçhalarla eynidirlər.  
       Hər bir aktyorun qrimi papaqla tamamlanır. Kathakali  
teatrında pariklərdən qəti surətdə istifadə edilmir. Paçhalar və 
pajuppalar səhnəyə iri, təmtəraqlı, üçtəbəqəli, haradasa şahanə 
“KİRİTAM”
 adlanan, yüngül ağacdan hazırlanmış, muncuq, 
güzgü parçaları, metal qırıqları ilə  bəzədilmiş tacda çıxırlar. 
Bircə Krişnanın tacı bir qədər balaca olur. Bu taca da 
“MUTİ”
 
deyirlər. Taclı qəhrəmanlar qulaqlarına bəzəkli sırğalar taxırlar. 
Bu tacların arxasına müqəddəslik haləsini bildirən tabaq 
formalı ecazkar bir disk bərkidirlir. Paçhalar adətən ağ tuman 


Yüklə 1,18 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   63




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə