Microsoft Word history of east theatre



Yüklə 1,18 Mb.
Pdf görüntüsü
səhifə4/63
tarix31.10.2018
ölçüsü1,18 Mb.
#77558
növüDərs
1   2   3   4   5   6   7   8   9   ...   63

_____________Milli Kitabxana_____________ 
12 
ğu məmləkətlərinin müasir teatr tarixi qısa həcmlidir və əksə-
rən sırf informasiya xarakteri daşıyır.  
     Mütəxəsis qıtlığı,  Şərq ölkələrinin çoxsaylı  ənənəvi teatr 
formalarının, həmçinin XX əsr Doğu məmləkətlərinin çağdaş 
teatr tarixinin öyrənilməsi prosesində buraxılmış ağ məsamələr, 
mükəmməl elmi araşdırmaların azlıgı dərsliyin ideal səviyyədə 
işlənilməsinə, təbii ki, imkan verməmişdir. Doğu ölkələrinin 
teatr tarixinə dair Azərbaycan dilində olan ədəbiyyatsa 
minimaldır: bu material bir qayda olaraq ancaq 
“Qobustan” toplusunda dərc edilmiş 
məqalələrlə  məhdudlaşır. Odur ki, dərsliyin 
müəllifi,  əsasən,  əcnəbi dillərdə  təqdim 
olunmuş müxtəlif materiallardan bəhrələnib. 
Rus, ingilis, alman, ərəb, fars, türk dillərində 
mövcud məqalə, elmi məlumat, iri həcmli 
monoqrafiyalar dərsliyi fundamental akademik 
bilgilər zəminində hazırlamaqdan ötrü müəllifə 
son dərəcə böyük yardım göstərib. Əlbəttə, bu 
dərslik üzərində çalışarkən tədqiqatçı Yaxın və 
Orta  Şərq teatrının poetikası ilə bağlı apardığı 
araşdırmaların nəticəsindən də aktiv şəkildə 
faydalanmışdır. Ol səbəbdən də tam əminliklə 
demək mümkündür ki, “ŞƏRQ TEATRI 
TARİXİ” kitabı bir dərs vəsaiti kimi bizim 
universitetin tələbələrinə “Teatrşünaslıq” 
kafedrasının gözəl hədiyyəsidir. 


_____________Milli Kitabxana_____________ 
13 
     Sonucda  mən öz təşəkkürlərimi bildirmək 
istəyirəm ADMIU-nun rektoru, filologiya 
elmləri doktoru, professor Timuçin Əfəndiyevə,  
tanınmış teatr yazarları  və mütəxəssisləri 
İ.Kərimova, 
İ.Rəhimliyə, M.Əlizadəyə, 
R.Sadıqova, İ.İsrafilova, “Teatrşünaslıq” kafed-
rasının  əməkdaşları Gülşən Həmidovaya, Rauf 
Sadıqova,  Şəhla  Əliyevaya, ADMİU-nun elmi 
katibi Nigar Rüstəmovaya, universitetin 
kitabxanasının işçilərinə... Mən mərhum 
müəllimim prof. MAHMUD 
ALLAHVERDİYEVİN  adını da bu cərgədə 
çəkməyi özümə şərəf və borc sayıram. Belə ki, 
mənim üçün
  Şərq teatrına doğru gedən yol Mahmud 
müəllimin dərslərindən və onun “Azərbaycan xalq teatrı tarixi” 
kitabından başlayır.  
 
 
 
 
 
 
 
 
 
 
 
 


_____________Milli Kitabxana_____________ 
14 
 
 
 
 
                                    “Natyaşastra”_risaləsi_hind_teatrının_nəzəri__və_praktiki_əsası_kimi'>I  FƏSİL 
                      HİND TEATRI TARİXİ  
 
        1. “Natyaşastra” risaləsi hind teatrının nəzəri 
                    və praktiki əsası kimi 
 
     Asiyanın ən qədim teatrı hind teatrıdır. Hind teatrı Tibetdən 
tutmuş İndoneziyaya qədər bütün Şərqi Asiya ölkələrinin teatr 
formalarının təşəkkülünə böyük təsir göstəmişdir. Hətta Çin və 
Yaponiyanın teatr sənətilə Hind teatrının estetik prinsipləri 
arasında bir sıra oxşar cəhətlər aşkarlamaq mümkündür.  
       Hind  teatrının estetik prinsipləri müəyyən bir elm, 
müəyyən bir təlim kimi meydana gəlir. Hind xalqlarının 
ənənəvi teatr formalarının estetik prinsipləri, onların 
poetikasının başlıca cəhətləri dramatik sənət haqqında  ən 
qədim sanskrit risaləsi sayılan “Natyaşastra” toplusunda ifadə 
olunmuşdur. Özü də birinci dəfə olaraq ardıcıl surətdə, 
sahmanlı şəkildə. “Natyaşastra” teatr sənəti barəsində risalədir, 
elmi-praktiki kitabədir, prinsiplər, qanunlar cədvəlidir, 
hindlilərin teatr sənətinin paradiqmasıdır. Müəyyən dövrə 
qədər alimlər belə hesab edirdilər ki, bu risalə m.ö. IV-III 
yüzilliklərə aiddir. İndisə həmin risalənin bizim eranın I əsrinə 
mənsub oldugu israrla söylənilir. “Natyaşastra” teatrın 
təşəkkülü, özündə tamaşa rüşeymi daşıyan dini ayinlər, 
mərasimlər, teatr binalarının memarlığı, səhnə  məkanının 
təşkili, teatrın imkanları  və  bədii vasitələri haqqında risalədir. 
Ayrı-ayrı  fəsillər dram əsərinin yaradılmasına,  şeir qoşmaq 
qaydalarına, musiqi sənəti (vokal, instrumental musiqi; musiqi 


_____________Milli Kitabxana_____________ 
15 
nəzəriyyəsi) və xoreoqrafiya (rəqsin texnikası, pantomima 
sənəti) qanunlarına həsr edilib. “Natyaşastra” ensiklopedik 
bilgilər toplanmış  məlumat kitabəsidır. Risalə 36 fəsildən 
ibarətdir. Bu risalədə bir tərəfdən səhnə  mətninə verilən 
təfsirin, yozumun tamlıgı, texniki təsnifatın dəqiqliyi 
gözlənilir, digər tərəfdən teatrla bağlı bir çox informasiyalar 
mif və əfsanələrin köməyilə işığlandırılır. 
       Hind  klassik  dramının (bu mövzuya dərslikdə ayrıca bir 
fəsil həsr olunub) yaranması da “Natyaşastra” dini toplusunda 
əfsanə ilə, mifoloji təfəkkürlə  əlaqələndirilir. Risaləyə  əsasən, 
hind tarixinin rəvayətvari 
QIZIL  ƏSRİ
 sona çatdığı  və Yerin, 
Göyün sakinlərinin mənəvi-əxlaqi durumu pozulduğu, 
korlandığı zaman tanrılar baş Allah Brəhmədən xahiş edirlər 
ki, indusları əyləndirən və öyrədən bir nəsnə fikirləşib yaratsın, 
onlara dəyərli bir kitabə, qanunlar məcəlləsi göndərsin; elə bir 
kitabə ki, bu, olsun hindlilərin “beşinci veda”sı: özü də həmin 
bu veda, ilk dörd vedadan fərqli olaraq, bütün kastalrın, o 
cümlədən  şudraların, - toxunulmazlar silkinin, - istifadəsinə 
verilsin.  Brəhmə tanrıların xahişini yerinə yetirərək 
“Natyaşastra” risaləsini hind dramı tarixini, nəzəri və praktiki 
mündəricəsi qismində yaratdı. Brəhmə onun mövzusunu qədim 
hind rəvayətlərindən götürdü və “Riqveda” dini kitabəsindən 
deklama- siya sənətini, “Samaveda” müqəddəs risaləsindən 
nəğmə qoşmaq məharətini, “Yacurveda” dini məxəzindən 
mimikaların köməyilə oyun quramaq bacarığını, 
“Atharvaveda” sakral mətnlərindən emosiyanı, duyğuları alıb 
“beşinci veda”da cəmləşdirdi.  Əfsanəyə görə Brəhmə 
“Natyaşastra” risaləsini tamamlayıb səma müdriki Bharataya 
göndərdi və ona tamaşalar hazırlamağı tapşırdı.  
     “Natyaşastra” risaləsinin böyük bir qismi nəzmlə yazılıb: bu 
mətnlər xaraktercə puranalar (mifoloji xalq hekayələri, qutsal 
bilgi mətnləri) üslubundadır. Belə deyirlər ki, “Natyaşastra”dan 


Yüklə 1,18 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   63




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə