Microsoft Word history of east theatre



Yüklə 1,18 Mb.
Pdf görüntüsü
səhifə6/63
tarix31.10.2018
ölçüsü1,18 Mb.
#77558
növüDərs
1   2   3   4   5   6   7   8   9   ...   63

_____________Milli Kitabxana_____________ 
19 
rasada “qərq eləmək” üçün başqa faktorlar da lazımdır. Hind 
estetikası burada ovqatın zahiri ifadəsini nəzərdə tutur. Busa 
aktyor oyunudur, teatrın bədii-estetik imkanlarıdır. Hind 
teatrında kədər - göz yaşları, köks ötürmələri, inilti, sevgi - 
qızğın baxışlarla, nəzakətli qucaqlaşmalarla bildirilir. Bu 
əsnada rus-sovet akademiki F.İ.Şerbatskoyun söylədiyi fikir 
son dərəcə maraqlıdır: “...hissi “dadmaq” hələ hissin özü 
demək deyil; rasa savad, mərifət  əhlinə  həmişə  həzz verir; 
halbuki hisslərin özü qəmgin də ola bilər, mənfur da. Aristotel 
güman edirdi ki, sənətin məğzi təqlidin təbiətindədir, sənətin 
doğurduğu həzz isə  təqlidə olan təbii meylin təmin edilməsi 
nəticəsində yaranır. Bu həzz hindlilərin rasa adlandırdıqları 
nəsnədir”. 
       Hind  teatrında sənətlərin sintezi məsələsilə bağlı 
“Natyaşastra” risaləsində xüsusilə diqqəti çəkən bölmələrdən 
biri də hisslərin aktyor sənəti vasitəsilə ifadəsinə həsr olunub. 
Bu fəsli  əsas götürən XIII yüzilin “Abhinayya Darpana” 
risaləsi aktyor sənətində ifadə vasitələrini dörd qrup üzrə 
cəmləşdirir:  1) bədənin,  əllərin və ayaqların hərəkəti; 2) 
üzün mimikaları; 3) səs; 4) geyim, bəzəklər və s. Burada 
aktyorluq sənəti, natiqlik, rəqqaslıq, vokal bacarığı bir küll 
halında götürülür. Deməli, hind teatrında sənət növlərinin 
sintezi özünü ən yüksək səviyyədə biruzə verir. Rəngkarlıq 
nəzərəyyəsilə baglı III-IV əsrə aid edilən  “Şilpaşastra” 
risalələri (hüpt sülalələrinin hakimiyyəti dövrü) göstərirlər ki, 
bütün sənət növlərinin üzvü şəkildə bir-birilə ilişkisi var. Bu 
baxımdan “Şilpaşastra” gözəl sənətləri müəyyən bir sahmanla 
düzənləyir və  təklif etdiyi kazual (səbəb-nəticə) ardıcıllığı 
obrazlı  şəkildə, hekayət formasında təhlilə  çəkib açıqlayır. 
Risalədə gözəl sənətlərin zəncirvari ardıcıllığı prinsipini 
göstərməkdən ötrü bir hökmdarla müdrik bir adamın dialoqu 
təqdim edilir:  


_____________Milli Kitabxana_____________ 
20 
Hökmdar. Ey günahsız adam! Rica edirəm, mənim səviyyəmə   
                    en və mənə heykəlaraşlıq sənətini öyrət. 
Müdrik.     Rəngkarlığın qanunlarını bilməyən bir şəxs  
                    heykəltaraşlığı mənimsəyi bacarmaz.   
Hökmdar. Onda rəhm elə, mənə rəngkarlığın sirlərinin açıqla. 
Müdrik.     Rəqqaslıq sənətinə bələd olmayan bir kimsə  
                    rəngkarlıq qanunlarından heç vaxt baş  çıxarmaz.  
Hökmdar.  Mərhəmət göstər, məni rəqqaslığın qaydalarından  
                    hali et. 
Müdrik.     Əgər instrumental musiqini mənimsəməsən,  
                    rəqqaslıq sənəti də sənə ram olmayacaq. 
Hökmdar.  Yalvarıram, mənə instrumental musiqinin  
                    qanunlarını öyrət. 
Müdrik.    Vokal sənətini bilməyənə qədər instrumental musiqi  
                   sənin üçün qaranlıq bir aləm. 
Hökmdar.  Ey müdrik insan, əgər vokal sənəti bütün sənətlərin  
                   əvvəli və sonudursa, onda məni bu sənətin sirlərindən 
                   agah elə. 
 
       Risalə belə hesab edir ki, vokal sənəti başlanğıcların 
başlanğıcıdır. Danılmaz bir həqiqətdir ki, hind xalqı yüksək 
dərəcədə inkişaf etmiş musiqi mədəniyyətinin sahibidir. 
Nəğmə hindlini təkcə doğum, toy, ölüm günləri deyil, onu 
səyahətlər, tarla işləri, bayramlar zamanı da müşayət edir. 
Musiqi hindlininn həyat ritmini müəyyənləşdirir. 
Hindistanda musiqinin yaranma tarixini m.ö. II minilliyin dini 
kitabəsi  “Samaveda” ilə  əlaqələndirirlər. “Samaveda” avazla 
oxunan himn-ovsunlardan ibarətdir. “Natyaşastra” risaləsinə 
əsaslanıb söyləmək mümkündür ki, hələ bu nəzəri-praktiki 
sənət ensiklopediyasının formalaşdığı 
zəmanəyədək 
hindlilərin özünəməxsus və orijinal musiqi sistemi olmuşdur. 
     Hind  ənənəvi musiqisi improvizə  zəminində yaranan 
musiqidir. Hindistanda  hər hansı bir musiqi əsəri, istər vokal 
olsun, istərsə də instrumental, avazlı-ritmik qəliblərə söykənir. 


_____________Milli Kitabxana_____________ 
21 
Hind mədəniyyətində bu avazlı-ritmik qəliblərə 
RAQALAR
 
deyilir.  İri həcmli musiqi kompozisiyası müəyyən bir raqanın 
nümunəsində qurulur. Dinləyicilərə güclü emosional təsir 
göstərmək məqsədini güdən raqaları hind musiqi 
mədəniyyətində “ovqat melodiyası” adlandırırlar. Hind 
vokalçısı və sazəndəsi müəyyən bir raqanı seçib onun üzərində 
musiqi kompozisiyası yaradır. Hər bir raqa isə müəyyən bir 
rasaya uyğundur. Bunun nəticəsində raqanın avazlı-ritmik 
quruluşu konkret ideya ilə, estetik məna ilə yüklənir, emosional 
ovqat daşıyıcısına çevrilir. Vasanta raqası yazın gəlişilə, 
Kamala raqası hindlilərdə müqəddəs sayılan nilufər çiçəyilə 
assosasiya yaradır;  Şrinqara raqası dinləyicinin qəlbində 
sevgi, Karuna raqası isə zəriflik oyatmaqdan ötrü ifa edilir.      
       Raqalar beş, altı  və yeddi səsli olur. XIII əsrin 
“Sangitaratnakara”  risaləsi  664 raqa barəsində  məlumat 
verir: nəzəri cəhətdən onların sayı tükənməzdir, praktikada isə 
sonludur. Müasir Hindistanın cənubunda beşsəsli  72, altısəsli 
300 raqa hesablanır. Deyilənə görə raqalar həm də möcüzə 
yaratmaq qüdrətinə malikdir. Buna görə  hər bir raqa ona 
ayrılmış vaxt müddətində çalınmalıdır. Hindlilərin fikrincə, 
yanvar-fevral aylarında səhər saat 6-da dinlənilən  Sri raqa 
xəstəlikləri adamdan uzaqlaşdırır və xoşbəxtlik gətirir; 
sentyabr-oktyabr aylarında səhər saat 5-də ifa edilən Bhairava 
raqa ürək-damar sisteminin fəaliyyətini yaxşılaşdırır.  Megh 
raqa göydən yağış yağdırmaq, Dipak raqa alovu şölələndirmək 
iqtidarındadır. “Ovqat melodiyası”na əgər raqa deyilirsə, onda 
TALA hind musiqisinin “həyat cövhəri” adlandırılmalıdır. 
Hind musiqisi vahid səsliliyə  əsaslanır, ona görə  də musiqi 
vasitəsilə obrazın yaradılması prosesinə ritmin təsiri çox 
böyükdür.  Ənənəvi hind tamaşalarında nə  bəstəkar, nə 
dirijor, nə baletmeyster, nə  də  səhnə  tərtibatçısı  iştirak 
edir.  Ənənə yüzillikdən yüzilliyə, ustaddan şagirdə musiqinin 


Yüklə 1,18 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   63




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə