Microsoft Word history of east theatre



Yüklə 1,18 Mb.
Pdf görüntüsü
səhifə9/63
tarix31.10.2018
ölçüsü1,18 Mb.
#77558
növüDərs
1   ...   5   6   7   8   9   10   11   12   ...   63

_____________Milli Kitabxana_____________ 
29 
bölür: yumurtanın üst qabığı Göy olur, alt qabığı – Yer. 
Brəhmə sonradan ardıcıl surətdə atmosferi, ruhu, fikri, 
elementləri, efiri, odu, torpagı,  tanrıları,  əbədi qurbanları, 
zamanı, planetləri, dənizləri, çayları, dağları, insanları, ehtirası, 
qəzəbi, sevinci, dili və yaşayışla bağlı digər nə varsa, onların 
hamsını xəlq eləyir..        
       Deməli, hinduizmdə ilk tanrı Brəhmədir. Brəhmə 4 üzlü, 
8  əlli, qırmızı saqqallı kişi kimi təsəvvür olunur. Təsvirlərdə 
göstərilir ki, onun əllərində müxtəlif predmetlər var. Bu 8 
predmet  vedalar, hökmranlıq  əsası, müqəddəs Qanqdan 
doldurulmuş dolça, qurbanlıq qaşığı, mirvari boyunbağı, 
ox, soma içkisi süzülmüş parç və  şanagüllədən ibarətdir. 
Brəhməni qoşqu arabasında qu quşu gəzdirir. Onun bir başını 
deyilənə görə tanrı  Şiva yandırmışdır. Brəhmə yalnız 
hindlilərdə  məbud, yəni tapınan, səcdə edilən sayılır və belə  
güman edirlər ki, onun şərəfinə  cəmi 10 məbədgah 
ucaldılmışdır. Bəzi alimlərin fikrincə isə Brəhməyə 
Hindistanda ümumiyyətlə heç bircə  məbəd də yoxdur. Çünki 
hindlilər Brəhməni zəif, gücsüz tanrı bilirlər və bu qırmızı 
saqqal müqəddəsi lazımı qədər sevmirlər, ona tapınmırlar. 
     Qayə  və forma etibarı ilə dünyanın  ən teatral panteonu 
Hindistandadır. Bu panteon hətta yunan tanrılarının 
panteonundan da teatraldır. Hindlilərin tanrıları isə yunan 
tanrılarına nisbətən daha çox aktyordurlar. Erkən hinduizmin 
panteonuna əsasən kişi tanrılar daxil idi. Yerli etnosların inanc 
və etiqadlarından isə bu panteona özünün ən müxtəlif 
təcəssümlərində ana tanrı  Şakti düşmüşdü.  Şiva, Qaneşa, 
Krişna, Hanuman da arilərin tanrılarından deyildilər. Bu 
panteonda təxminən 3 minə yaxın tanrı vardı. Panteonun əsas 
tanrıları sırasında biz od allahı Aqni, savaş tanrısı İndra, günəş 
allahı Surya, qüdrətli və  qəzəbli tanrı Rudra və  Şiva ilə 
rastlaşırıq. Tanrı Vişnu panteonda günəş enerjisinin təmsilçisi 


_____________Milli Kitabxana_____________ 
30 
kimi çıxış edir. Vişnu dünyanı üç addımı ilə xilas edən tanrı-
qəhrəmandır. Onun simvolu çakradır, tabaq formalı çevrədir, 
günəşin diskidir.  
       Haruda  Vişnunu qoşqu arabasında gəzdirən quşdur. 
Krişna, Rama, Narayana onun təzahürləri, daima gözəl olan 
Lakşmisə arvadıdır. Rəmzlərindən biri qara daşdır.  
       Sanskrit dilində Şiva boz-qara, civə rəngli deməkdir. Onun 
simvolu  linqamdır, Yeri Göylə birləşdirən parlaq sütundur, 
fallik kultun nişanəsidir. Bu, onu göstərir ki, Şivaya 
məhsuldarlıq tanrısı kimi tapınırlar.  Şivanın ikinci obraz-
təzahürünə Nataracə adı verilib. Nata  rəqs, aktyor, racə isə 
sultan mənalarında anlaşılır. Beləliklə, tamamilə aydındır ki, 
dini rəvayətlər Şivanı “rəqs sultanı” kimi tanıdır, təqdim edir. 
Onun arvadı Şaktidir. Şakti mərasim rəqslərinin himayədarıdır. 
Sati  və  Parvati  Şaktinin başqa-başqa təzahürləridir. 
Mifologiya fil başlı Qaneşanı  Şiva və Parvatinin oğlu kimi 
təqdim edir. Qaneşa gözəl sənətlər tanrısıdır. Şivanın simvolik 
daşı ağdır, Qaneşanın rəmzi daşı isə qırmızıdır.  
       Hindlilərin tanrılar panteonunda bu və ya digər allah, ya da 
hər hansı bir müdrik mütləq  şəkildə estetika dünyası ilə 
əlaqədardır. Onların böyük əksəriyyətinin gözəl sənətlərlə 
ilişgisi var. Təsadüfi deyil ki, səma müdriki Bharatanın adı 
estetik məna daşıyan sözlərdən quraşdırılmışdır. Belə ki, 
“bha” hiss, mimika bildirən “bhava”“ra” melodiyanı  nişan 
verən  “raqa”,  “ta” isə ritmi işarələyən  “tala” sözlərindən 
alınıb  “bharata”  kimi formalaşdırılmışdır. Bu, artıq apriori 
səma müdriki Bharatanı gözəl sənətlərin bilicisi kimi 
simvollaşdırır.  
       Hind  panteonunda  zaman-zaman  Şiva və Vişnu kimi 
tanrılar digər allahlar Aqni, Varuna və Suryanı üstələyib ön 
mövqelərə keçirlər. Şiva və Vişnu isə kifayət qədər teatral tan-
rılardır. Bu teatrallığın başlıca  əlaməti avatara konsepsiyasın-


_____________Milli Kitabxana_____________ 
31 
dadır. Aborigen tayfaların inanclarının, adət-ənənələrinin veda 
bilgilərilə qaynayıb qarışması  nəticəsində yaraşıqlı düzümə 
malik avatara konsepsiyası meydana çıxımışdır. Sanskrit 
dilində 
“AVATARA”
 nazil olmaq, zühur etmək deməkdir. 
“Bhaqavata-purana” (Krişna ilə bağlı mifoloji mətnlərin  ən 
önəmlisi,  ən qutsalı hesab edilir) risaləsi tanrı Vişnunun 
avataralarının, yəni yerdəki təzahürlərinin 22 olduğunu bildirir: 
kurma (tısbağa), mateyya (balıq), varaha (qaban), narasinha 
(insan-şir), müdrik və müqəddəs  Narada,  şahzadə-döyüşçü 
Rama, çoban-döyüşçü və hökmdar Krişna, xətib  Budda. Bir 
əlində  gürz, digərində  çakra, disk, o birində  sədəf boru, 
sonuncuda isə şanagüllə tutmuş Vişnunun avataralardan başqa 
çeşidli sifətləri də var: Savayambu (öz-özünə var olan), 
Ananta (sonsuz, intəhasız),  Hari (özünə bağlayan, özünə 
çəkən),  Mukunta (xilaskar), Madhava (baldan yaranmış), 
Keşava  (uzun saçlı),  Narayana (varlıqların qaynağı  və 
bərəkəti). Bu cür cild dəyişmələr, metamorfozalar, 
başqalaşmalar, təbii ki, rəqsin, musiqinin inkişafında 
təkanverici rol oynayır. Rəqqaslıq isə hind panteonunun 
tanrıları  tərəfindən sevilən və  dəstəklənən bir sənət, bir 
əyləncə, bir kef, özünəməxsus  sakral bir bədən duasıdır
Hind mifologiyasında kosmoqonik Yaranış da müqəddəs 
rəqslərlə əlaqədardır. Rəqqas tanrılar Şiva Nata- racədir, onun 
arvadı tanrıça Kalidir (Şakti, Parvati, Uma, Durqa, Bhaqavati) 
və Vişnunun çoban-döyüşçü obrazında avatarası  Krişnadır 
(tanrı Vişnu insanlar arasına bu qiyafədə gəlir).   
     
Tanrı  Şivanın bütün rəqslərinin sakral, kosmik 
mənası var. Şivanın üç məşhur rəqsi kainat 
masştablıdır.  Şiva hind panteonunun ən qəzəbli,  ən 
hiddətli və  ən güclü tanrısıdır. Onun birinci rəqsi 
“Tandava tamazik” adlanır. “Tandava” mərdanə, 


Yüklə 1,18 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   63




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə