Microsoft Word history of east theatre



Yüklə 1,18 Mb.
Pdf görüntüsü
səhifə2/63
tarix31.10.2018
ölçüsü1,18 Mb.
#77558
növüDərs
1   2   3   4   5   6   7   8   9   ...   63

_____________Milli Kitabxana_____________ 

aydınlıq gətirməyiblər; hələ indiyəcən  Şərq teatrının 
təzahürlərini “tarixiləşdirməyiblər”, başqa sözlə, sistemli tarixə  
çevirməyiblər. 
       Öncə, əlbəttə ki, “Şərq teatrı” anlamının nisbiliyi problemi 
ortaya çıxır. “Qərbi Avropa teatrı” dedikdə obyekt konkretliyi 
heç vaxt bir kimsədə  şübhə doğurmur: burada söhbət Qərbi 
Avropa ölkələrinin eyni tipli, homogen təbiətli teatr sənətinin 
tarixindən gedir; nəzəriyyə ümumidir, estetika ümumudir, 
inkişaf dialektikası ümumidir. “Şərq  teatrı” anlamı isə ayrı-
ayrı Doğu ölkələrinin tipoloji xüsusiyyətlərinə görə bir-
birindən kəskin surətdə  fərqlənən  ənənəvi teatr formalarının 
məcmuyunda mövcuddur: onlar arasında yalnız fəlsəfi-estetik 
müstəvidə paralellər aparmaq imkanı var. Belə ki, ”Şərq teatrı” 
anlamının kontekstinə daxil olan ənənəvi janr və formaların 
teatr tipi müxtəlifdir. Hind Kathakali teatrı ilə yapon Noh teatrı 
tamam fərqli bədii mədəniyyətlərin hadisələridir. Hindli ilə 
yapon bir-birindən necə seçilirsə, onların qapalı 
mədəniyyətlərinin yaratdığı teatr formaları da bir-birindən 
eləcə seçilir. Kathakali və Noh tamaşalarının estetikası, üslubu, 
vizual hüsnü heç nə ilə bir-birinə oxşamır. Halbuki ingilis, 
alman, fransız, italyan, rus teatrları  həmişə doğma qardaşlar 
kimi “böyüyüblər”.  Əgər Qərbi Avropa teatrının tarixini 
müəyyən mərhələlərə ayırıb araşdırmaq mümkündürsə, və bu, 
teatrşünaslardan ötrü elmi metodologiyadırsa, “Şərq teatrı 
tarixi”nin öyrənilməsi üçün dövrləşdirmə prinsipinin konkret 
heç bir əhəmiyyəti yoxdur. Çünki Doğu məmləkətlərində 
teatrın  ənənəvi təzahür formaları haradasa lokal qapalı 
mədəniyyətlərin iç qatlarında tam sərbəst  şəkildə  gəlişib 
eqzotik, yaraşıqlı göbələklər kimi “pırtlamış” və öz 
təkrarolunmaz qanunları, gələnəklərilə, dışarı  təsirlərə, azacıq 
da olsa belə, ehtiyac duymadan yaşamışlar. Mümkün ki, elə 
buna görə  də  Şərq mədəniyyəti çərçivəsində 
TƏZAHÜR 


_____________Milli Kitabxana_____________ 

(FORMA) HƏMİŞƏ ÖZ TARİXİNDƏN ÜSTÜN VƏ 
ƏFZƏLDİR. 
Məsələ bu ki, Şərq mədəniyyətinin hər bir təzahü-
rü xaraktercə, mahiyyətcə tarixi deyil, tarix dışındadır, bəşəri, 
kosmik hadisədir,  əbədiyyət ünvanlıdır, ritual, ayin xislətlidir, 
mistik dünya ilə ilişiklidir. 
       “Şərq teatrı” anlamı, ilk növbədə, Doğu ölkələrinin 
ənənəvi teatr formalarının tarixi-sosial, fəlsəfi-estetik 
parametrlərini və  bədii-metodoloji prinsiplərini özündə 
qapsayan elmi-nəzəri və praktiki paradiqmanın bildiricisidir. 
Bu terminlə “Doğu ölkələrinin ənənəvi teatr formaları” ifadəsi 
arasındakı mövcud mühüm fərqi aydın təsəvvür etmək lazımdır. 
İş bu ki, Şərq teatrı heç vaxt ümumi, nəzəri-analitik qanunlara 
əsasən öyrənilməmişdir. Lakin “ənənəvi teatr formaları”nın 
tarixinə  gəldikdə biz müəyyən sahmanlı  tədqiqat prosesinin 
mövcudluq faktı ilə qarşılaşırıq. Hindistanın, Çinin, 
Yaponiyanın və  hətta Birmanın, Vyetnamın, Yava adalarının 
ənənəvi teatr formalarının tarixinin araşdırılması və elmi təsviri 
dünyanın bir sıra aparıcı  şərqşünaslıq və teatrşünaslıq 
məktəbləri tərəfindən artıq başa çatdırılmış, tədqiqatların 
istiqaməti fəlsəfi-estetik prinsiplərə doğru yönəldilmişdir. 
Lakin Yaxın və Orta Şərq ölkələrinin teatr formalarının 
tarixinin və poetikasının tədqiqi, təəssüf ki, bu gün istənilən 
səviyyədə deyil. Ol səbəbdən “Şərq teatrı” anlamı ilə bağlı 
“ortaq məxrəc” problemi çağdaş dövrümüzdə  də aktualdır. 
Çünki yalnız bütün Doğu ölkələrinin ənənəvi teatr formalarının 
tarixi, estetik məziyyətləri, cizgiləri tam mənimsənildikdən 
sonra “Şərq teatrı” terminilə əlaqədar ümumi nəzəri nəticələrə 
gəlmək mümkündür.  
     “Şərq teatrı” dünya teatr sənətinin tarixi kontekstində 
özünü  əsas etibarı ilə üç nişanə,  əlamətlə tanıtdırır. Bu üç 
nişanə maska (qrim), ekspressiv kanonik jest və gözəl 
rəqsdir. Şərq teatrı üçün təstiqlənmiş, təyin edilmiş, differensə 


_____________Milli Kitabxana_____________ 

olunmuş  məkan (stansionar tipli oyun yeri) yoxdur. Doğu 
ölkələrində  teatr formalarının təzahürü üçün bu, heç də önəmli 
fakt deyil. 
ŞƏRQ TEATRINDA SƏHNƏ HƏMİŞƏ HƏR HANSI 
BİR MEYDANÇADIR.
 Hərçənd bu da danılmaz faktdır ki, hind 
klassik dramları (m.s. III-IY əsrlərdə), Yapon Noh və Kabuki 
teatrlarının tamaşaları (XYI-XYII əslərdə), Pekin operası 
(XYIII-XIX əsrlərdə) stansionar tipli məxsusi teatr tikililərində 
oynanılmışdır. Məhz bu cəhət  Şərq məmləkətlərinin  ənənəvi 
teatr formalarında səhnənin dekorativ özgürlüyünü 
müəyyənləşdirir.  Hələ  ən qədim zamanlarda Şərq teatrının 
tanrıya bənzər mürşidləri cənub gecələrinin təbii bo-
yalarında, aylı-ulduzlu mənzərələrində, lacivərd səmasında 
dekorativ effekt kəşf etmişlər.  Çünki cənub gecələrinin 
boyalarında mistik bir ovqat var: bu ovqat hipnotik və sug-ges-
tiv təsir gücünə malikdir. Şərq teatrının təzahür formaları 
bir çox hallarda mütləq teatrdır, universal teatrdır, aktyor 
teatrıdır. Burada hər şey aktyor məharətindən, onun musiqi is-
tedadından, ritm duyğusundan, plastikasının, emosional təbiəti-
nin və iç dünyasının zənginliyindən aslıdır. 
ŞƏRQ TEATRI 
İDEAL TƏRZDƏ İFA EDİLƏN, KANON ŞƏKLİNƏ DÜŞMÜŞ 
FİZİKİ  HƏRƏKƏTLƏR VASİTƏSİLƏ BOŞ  MƏKANDA 
YARADILAN VİZUAL POEZİYADIR. BU POEZİYA 
EYHAM-JEST, EYHAM-MİMİKANIN KÖMƏYİLƏ OYUN 
MEYDANÇASINDA “YAZILAN” OVQATLAR 
TOPLUSUNUN GERÇƏKLİYİDİR.
 Məsələ bu ki, çıraq və ya 
lampa işığında  əfsanə söyləyən nagılçı, kölgə ya da kukla 
oyunu göstərən löbətbaz həm mahir sənətkardır, həm rahibdir, 
həm şairdir, həm də filosof. 
        
ŞƏRQİN TEATR SİSTEMİNDƏ AKTYOR CADUGƏRLƏ 
PEYGƏMBƏR ARASINDA ORTAQ BİR MÖVQE TUTUR!!!  
       Növbəti önəmli bir cizgi: Şərq teatr modelinin mərkəzində 
NAĞILÇI 
dayanır və digər teatr formaları onun mövcudluq 
çevrəmində intişar tapır. 
DOGU ÖLKƏLƏRİNDƏ TEATR NA-


Yüklə 1,18 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   63




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə