Microsoft Word history of east theatre



Yüklə 1,18 Mb.
Pdf görüntüsü
səhifə13/63
tarix31.10.2018
ölçüsü1,18 Mb.
#77558
növüDərs
1   ...   9   10   11   12   13   14   15   16   ...   63

_____________Milli Kitabxana_____________ 
43 
ədəbiyyatında, eposlarda olduğu kimi burada da pyeslər nəzmlə 
yazılırdı.  
       Kathatakali  teatrında  ədəbi material səhnə  fəaliyyətinin 
inkişaf istiqamətini müəyyənləşdirən  əsas amildir. Bu material 
yaradılarkən birinci növbədə xanəndənin ifası nəzərdə tutulur. 
Təsadüfi deyil ki, Kathakali teatrında  ədəbi material həmişə 
çoxsaylı poetik nəğmələrdən ibarətdir. Elə buna görədir ki, 
Kathakalinin dialoqundan ibarət parçaları 
PADA
 (nəğmə) 
adlandırılır. Bu padaların ünvanı, əlbəttə ki, xanəndədir. Ancaq 
gərək unudulmasın ki, pada həm də aktyor tərəfindən ifa 
ediləcək rəqsin ədəbi güzgüsüdür.  
     Kathakali  tamaşalarının vacib elementlərindən biri 
orkestrdir. Bu tamaşalarda orkestr azsaylı olsa da dramatik 
gərginliyə malik qəhrəmanlıq ovqatının bildiricisidir. Kathakali 
teatrında həmişə iki xanəndə  və iki təbilçi olur. Xanəndələr 
ritmi saxlamaq üçün digər alətlərdə də çala bilərlər. Burada iki 
zərb alətindən istifadə olunur. Maddalam  mridanqa oxşar, 
lakin ondan böyük bir nağaradır. Təbilçi tamaşadan öncə 
barmaqlarını düyü xəmirinə batırır. Az bir zamanda həmin bu 
xəmir gips kimi bərkiyir. Bu, həm səs, həm də fiziki baxımdan 
təbilçiyə  sərfəlidir.  İkinci təbil  çenda adlanır. Onu çiyindən 
asıb ayaq üstə çalırlar.  Edakka isə balaca təbildir, formaca 
qum saatına oxşayır. Bu təbili qadın personajları  səhnəyə 
çıxarkən səsləndirirlər. Çünki kişi çendasından fərqli olaraq 
edakkanın səsi yumşaq və  şirindir. Bu təbillərin imkanları 
bəlkə  də hüdudsuzdur. Təbiətdə elə bir səs yoxdur ki, hind 
təbili onu yamsılaya bilməsin.  
       Kathakali  teatrının aktyorlarının tamaşa boyu bir dəfə  də 
olsun belə dodaqları 
tərpənmir. Səhnə obrazının 
yaradılmasında həmişə iki  ifaçı iştirak edir: xanəndə və rəqqas. 
Xanəndənin ifa etdiyi nəğmənin mətni, onun səslənmə 
xarakteri rəqsin xoreoqrafik rəsmini, onun vizual görkəmini 


_____________Milli Kitabxana_____________ 
44 
müəyyənləşdirir. “Natyaşastra”nın təsiri altında formalaşmış 
Kathakali teatrında rəqsin olduqca zəngin ifadələri var. Lakin 
Kathakalidə “təmiz” rəqs heç də oxunulmuş  nəğmənin 
məkanda çıxarılmış  dəqiq surəti deyil. Rəqs, ilk növbədə, 
emosional dolğunluğa can atır. Kathakali rəqsləri öz gözəlliyi, 
plastikliyi, cəldliyi, yüngüllüyü və yumşaqlığı etibarı ilə 
nümunəvidir. 
       Kathakaili  teatrında fiziki treninqə, - karaliyə, - xüsusi 
diqqət yetirilir. 
KARALİ 
aktyorların tərbiyəsi üçün olduqca 
vacibdir. Çünki bu tamaşalarda akrobatikadan, tullanışlardan,  
qrup şəklində ifa olunan hərbi rəqslərdən istifadə edilir.  
       Hindistanda  mövcud  olan  ənənəvi teatr formalarından  ən 
universalı Kathakalidir. Kathakali teatrı,  əgər müasir 
teatrşünaslığın elmi dililə desək,  aktyor teatrıdır. Burada 
aktyorun yaradıcılığı dedikdə  bədii ifadə vasitələrinin tam bir 
kompleksi nəzərdə tutulur. Kathakali teatrında aktyor həm 
xanəndədir, həm  rəqqasdır, həm  akrobatdır, həm  himcim 
ustasıdır, həm də  dramatik sənətin bilicisidir. Ortabab 
aktyora Kathakali teatrında yer yoxdur. Öz-özlüyündə 
“kathakali aktyoru” deyimi artıq sənətçi məharətinin yüksək 
pilləsinin simvoludur. 
       Belə sənətçi məharətinə nail olmaq üçün aktyor Kathakali 
teatr məktəbində  12 illik təlim kursu keçməlidir. Aktyor 
sənətinə yiyələnməkdən ötrü şagirdlər  əsasən  5-7 yaşlarından 
məktəbə  yığılırlar. Mümkündür ki, təlim prosesi bəzən 20 ilə 
yaxın bir müddəti əhatə eləsin.  
     Malabarada, Hindistanın Kerala ştatında, o yerdə ki, Katha-
kali bir teatr forması kimi təşəkkül tapmışdı, aktyorlar ən ali 
kastalardan seçilirdi. Kathakali teatrının aktyorları  həmişə 
brəhmən  və  kşatri kastalarına mənsub olublar. Brəhmənlər 
tanrı  məbədgahlarının rahibləri, kşatrilər isə  hərbçi feodallar 
idilər. Bu günün özündə belə klassik sənət akademiyasında 


_____________Milli Kitabxana_____________ 
45 
uşaqların aktyor sənətinə yiyələnməsi eynilə Kathakali 
məktəblərində  tətbiq edilən  “qurukula” sistemi üzrə aparılır. 
Qurukula iki sözdən ibarətdir: quru və kula. Quru ustad, kula 
isə  şagird deməkdir. Bu çətin və asketik bir təlim sistemidir. 
Qurukula qaydalarına görə şagird aktyorluq sənətinə tam yiyə-
lənənə  qədər ustadın yanında yaşamalıdır. Aktyor Kathakali 
teatrında məsuliyyət daşıyan  əvvəlinci  şəxsdir. Çünki 
tamaşanın bütün ağırlığı onun çiyinlərinə düşür. Kathakali 
teatrında aktyor heç bir ənənədən kənara çıxa bilməz. Burada 
aktyor yeniliyi nonsensdir, cəfəngiyatdır. Ona görə ki, hər 
hansı bir ənənə pozuntusu Kathakali teatrında aktyor 
səriştəsizliyi, aktyor bacarıqsızlığı deməkdir. 
     “Qurukula”  sisteminin  çətinliyi və asketlikliyi ondadır ki, 
burada təlim-məşq prosesi sübh tezdən başlanıb axşam ala-qa-
ranlığında qurtarır. Hər gün profesional massaj ustaları  uşaq-
ların bədənini yaxşıca ovurlar. Əvvəlcə bədənə əzələləri yum-
şaltmaq üçün xüsusi yağ sürtürlər. Bundan sonra massaj ayaqla 
aparılır. Rəqqas üzüqoylu döşəməyə uzanır və massaj ustası 
ayağı ilə onun bədəninin hər bir əzələsini, hər bir bəndini, sini-
rini ideal vəziyyətə gətirir. Aktyorun əlləri və ayaqları, ələlxü-
sus da ki ayaq barmaqları,  əla massaj edilir. Bu sayaq 
massajdan sonra aktyorun bədəni sanki muma dönür və o, öz 
bədənilə istədiyi kimi rəftar edə bilər, hər bir əzanı istədiyi 
kimi oynatmağı bacarar. 
       Kathakali teatrının səhnəsində aktyorun əsas pozası oturaq 
pozadır. Kənardan isə seyrçiyə elə görünə bilər ki, aktyor kətil 
üstündə  əyləşmişdir. Ancaq bu, yalnış  təsəvvürdür. Aktyorun 
altında heç bir kətil-filan yoxdur. Sadəcə bu, oyun üslubundan 
irəli gələn pozadır: dizlər yanlara geniş açılır, bel bükülür, 
kürək (sinə) azacıq qabağa verilir. Oturaq poza Kathakali 
aktyorunun bütün hərəkətlərinin, davranışlarının çıxış 
nöqtəsidir. Dizlər nadir hallarda birləşir. Bunun üçün rəqqas 


Yüklə 1,18 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   63




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə