Microsoft Word history of east theatre



Yüklə 1,18 Mb.
Pdf görüntüsü
səhifə11/63
tarix31.10.2018
ölçüsü1,18 Mb.
#77558
növüDərs
1   ...   7   8   9   10   11   12   13   14   ...   63

_____________Milli Kitabxana_____________ 
36 
“alata” (fırlanğıc), “harudap-luta” (haruda adlı qar-
talın uçuşu),  “bharamara”  (arı),  “maya-auralita” 
(tovuzquşu məlahəti),  “harinapluta” (maral uçuşu), 
“nupura” (zəngli ayaq bilərziyi), və sairə. Hər bir 
karana başlanğıc pozisyonundan (sthanqa), yerişdən 
(kari)  və jestlərdən  (nritta hasta) ibarətdir. Hind 
rəqqaslıq məktəbi  6 başlanğıc pozisyonunu, 32 
davranış-yerişi,  27 jesti fərqləndirir. 2 karananın 
birgəliyi  matrikanı  əmələ  gətirir. Bu, rəqsin hərəkət 
vahididir. 6 və ya 8 matrika bir anqaharadır (“anqa” 
bədən deməkdir,  “hara” isə tanrının çoxsaylı 
adlarından biridir). Risalələr buyurur ki, 32 anhaqara 
mövcuddur.  
       Hərflədən sözlər, sözlərdən ifadə  və cümlələr 
yarandığı kimi rəqqas da karanaların köməyilə 
müxtəlif kombinasiyalar qurub rəqsin kompozisiya 
əsasını hazırlayır. Hind rəqqası karanalardan əlavə 
MUDRA  və  HASTA kimi ifadə sistemlərindən də 
bəhrələnir. Mudra əl barmaqlarının göstərdiyi fiqur-
işarələrin cədvəlidir, siyahısıdır: bu cədvəldə 
barmağın hər vəziyyəti müəyyən məna bildiricisidir. 
Hasta isə jestlər sistemidir. Mudra sistemi hind esteti 
Nandikeşvaranın “Abhinayya Darpana” risaləsində 
işlənib qruplaşdırılmışdır. Risalənin adını sanskrit-
cədən Avropa dillərinə adətən “Jestlər güzgüsü” kimi 
çevirirlər. Müstəqil tərcümədə isə  “abhinayya” 
“təqlid”, “yamsılama” deməkdir. “Mudra” sözü isə 
“möhür”, “poza”, “jest”, “ifadə”, “növ” kimi 


_____________Milli Kitabxana_____________ 
37 
mənalandırılır. Həqiqətən, mudra dünyanın çoxçeşidli 
hadisələrinin, obrazlarının kiçik insan əlinin 
barmaqlarında zühurudur, onların özünəməxsus 
möhürüdür. Mudraların köməyilə  rəqqas təkcə 
olayları, məkanı, predmetləri, vəziyyətləri təsvir 
etməklə,
 
işarələməklə kifayətlənmir; o, həmçinin 
emosiya və abstrakt anlamları belə bildirməyi bacarır. 
Mudralar jestlərin oynaq bir “dili”dir. Bu sistem 
özündə 500 anlam-simvolu ehtiva edir. Karanalardan 
hər birinin öz adı olduğu kimi hər mudra da bir ad 
daşıyır. Karanalar ilə mudraların fiqurativ 
münasibətindən yaranan kombinasiyalar ardıcıllığı 
həm də personajın psixoloji yaşantılarını, ovqat və 
fikirlərini də ifadə etməyə qabildir. Məhz bu 
kombinasiyaların va-si-təsilə seyrçi rəqs edən 
qəhrəmanın “monoloq” və “dialoqlar”ını “oxuya” 
bilir. Yəni mudra və karanaların köməyilə rəqs mətnə 
çevrilir, tekstləşir. Bunu başqa cürə  də demək 
mümkündür: mudra və karana dramaturji mətnə 
plastik görkəm verir. 
       Mudralar  iki  növə ayrılır: bir əl üçün olan 
mudralar; iki əl üçün olan mudralar. Pataka (qələbə, 
şir, günəş, racə+, ay, dalğa, torpaq), tripataka (səma, 
okean, maral), ardhaçandra (ay, meditasiya, fil 
qulağı, güzgü, üz), kapitha (çiçək hörüyü, örtük 
salmaq, rəqs göstərmək), sarpasirsa (ilan, sıçradılmış 
su),  hamsapaksa  (addım, qadın),  mrqasirsa  (alın, 
maral, inək), bana (siçan, altı rəqəmi, ox) bir əl üçün 


_____________Milli Kitabxana_____________ 
38 
mövcud mudralara aiddir. İki  əlin barmaqlarının 
kompozisiyasından yaranan mudralarsa bunlardır: 
pustpaputa (ehtiram, çiçək bağışlamaq, düyü, meyvə, 
su vermək), sankh (balıqqulağı, nəfəsli musiqi aləti), 
işvalinqam (tanrı  Şiva, çıraq),  pasa (düşmənçilik, 
ilgək, zəncir), kilaka (sevgililərin söhbəti), alapadma 
(açılmış şanagüllə).      
       Hind  rəqqaslıq sənətinin bədii ifadə vasitələri 
karana və mudralarla bitib tükənmir. Musiqi frazasına 
uyğun gələcək, onun konkret vizual görkəmi olacaq 
plastik səhnə obrazının yaradılmasında abhinayya 
sənətinin imkanları çox genişdir. Emosional 
vəzəyyətləri dəqiq bildirməkdən ötrü abhinayyanın 
misli bərabəri yoxdur. Abhinayya himcim 
(pantomimanın bir təzahür  şəkli) sənətidir. 
Hindistanda himcim kəllənin, göz və qaşların, boynun 
müxtəlif hərəkətlərindən ibarətdir. Risalələr başın  24 
vəziyyətini müəyyənləşdirir: sama – baş tərpənməzdir 
(qəzəb, hirs, biganəlik, razılıq 
əlamətidir); 
adhomuaka – baş qabağa əyilib (kədər, sevinc, həzz 
bildirir);  alokita – çevrə boyunca başın hərlədilməsi 
(yuxusuzluq, keflilik nişanəsidir);  paravritta – baş 
hər hansı bir tərəfə azacıq  əyilib (sevgi ovqatını, 
rahatlığı rəmzləşdirir) və s. 
     Abhinayyada  gözün  bəbək və qapaqları üçün 26 
hərəkət qəlibi mövcuddur.  Şrinqara  baxışı (qaşlar 
yuxarı dartılıb, göz bəbəkləri bir küncdən başqa küncə 
sıçrayır) sevgini ifadə edir. Vira baxışı (işıq saçan 


_____________Milli Kitabxana_____________ 
39 
nəzərlər irəli dikilib) qəhrəmanlıq bildirir. Şanta 
baxışı (bəbəklər astaca hərəkətdədir) meditasiya obra-
zıdır.  
       Qaşların təqdim olunan altı  vəziyyətində 
emosiyalar üç-üç qruplaşdırılır:  patita çatılmış 
qaşlardır, qəzəb, nifrət, inamsızlıq nümayiş etdirir. 
Qaşlardan biri hilal kimi əyiləndə bu şadyanalıq 
göstərən kunsitadırResita zarafatyana yuxarı qaldı-
rılmış qaşlara deyilir. Boyun hərəkətlərinin sayı isə 
dörddür: 
sundari, paravaritta, prakamrita, 
tiraskina.  Deməli, hind teatrının estetik və texniki 
arsenalı son dərəcə mürəkkəb, mükəmməl və 
zəngindir.  
       Bütün bunların hamısı hadisələrin maksimal 
emosional dolğunluqla  əks etdirməkdən ötrüdür. 
Ritmik başlanğıc himcim səhnələri üçün də son dərəcə 
vacibdir. Rəqsdə olduğu kimi burada da aktyor musiqi 
qanunları  əsasında davranır. Lakin belə hallarda 
musiqi səslənməyə də bilər. Aktyor rəqsin sirlərini gö-
zəl bildiyi kimi abhinayya sənətinin də mahir ustası 
olmalıdır: o, göz-qaşla “danışmağı”, “oxumağı”, “rəqs 
etməyi” bilməlidir. Düzdur, himcimlə  rəqqaslıq hər 
zaman bir-birilə ilişiklidir: onlar ayrılmaz bir 
tandemdədirlər. Ona görə  də  rəqqaslıq sənə-tilə ab-
hinayya həmişə qoşadır, yanbayandır, birlikdədir. 
Rəqs özünün bütün təzahürlərində himcim sənətinilə 
qol-boyun gəzir. 


Yüklə 1,18 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   63




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə