Qələndərov Ç.S.
Azərbaycanın fiziki coğrafiyası
İzahat vərəqəsi
Azərbaycanın fiziki coğrafiya fənni fiziki coğrafiya fənləri arasında ən mühüm
fən olmaqla coğrafiya fakultəsinin magistr pilləsi üzrə I kursda 48 saat müha-
zirə və 16 saat məşğələ olmaqla 64 saat həcmində tədris olunur. Azərbaycanın fi-
ziki coğrafiyası fənni respublikamızın coğrafi mövqeyi sahəsi, sərhədləri, relyefi,
geoloji-geomorfoloji quruluşu,faydalı qazıntıları,mineral suları,iqlimi, daxili suları,
torpaq-bitki örtüyü,hey-vanlar aləmi, landşaft-ekoloji xüsusiyyətləri haqqında
hərtərəfli müfəssəl məlumat ve-rir.
Mövzuların satlar üzrə paylanması
№
Mövzuların paylanması
Saatların miqdarı
Cəmi Müb Lab
1. Coğrafi mövqeyi,sahəsi, sərhədləri
2 2
2. Relyefi və oroqrafiyası
4 2
2
3. Geoloji quruluşu
4 2
2
4. Faydalı qazıntıları, mineral suları
2 2
5.
İqlimə təsir edən amillər.Günəş radiasiyası və hava
kütlələri
4 2
2
6. Atmosfer təzyiqi və küləklər
2 2
7.
Atmosfer yağıntıları, havanın temperaturu, iqlim tip-
ləri
2 2
8. Daxili suları.Çayları və onların hidroloji
xüsusiyyətlə-ri
4 2
2
9. Gölləri, süni su tutarları, yeraltı suları və buzlaqları
4 4
10. Xəzər dənizi və onun problemləri
2 2
11. Torpaq örtüyü
4 2
2
12. Bitki örtüyü.Əsas bitki tipləri və onların yayılma qa-
2 2
nunauyğunluqları
13. Heyvanlar aləmi və onların yayılma qanunauyğunluq
ları
2 2
14. Landşaftları və onların şaquli differensiasiyası
4 2 2
15. Azərbaycanda təbiəti mühafizənin əsas problemləri.
Torpağın mühafizəsi
4 2 2
16. Atmosferin və suların mühafizəsi
2 2
17. Bitki örtüyünün mühafizəsi.Qoruqlar və yasaqlıqlar
2 2
18. Azərbaycanın fiziki-coğrafi rayonlaşması
4 2 2
19. Böyük Qafqaz vilayəti
2 2
20. Kiçik Qafqaz vilayəti
2 2
21. Kür çökəkliyi vilayəti
2 2
22. Lənkəran vilayəti
2 2
23. Orta Araz vilayəti
2 2
Cəmi
64 48 16
1.Coğrafi mövqeyi
Azərbaycanın əlverişli fiziki-coğrafi mövqeyi, Xəzər dənizinin Azərbaycanın fiziki
-coğrafi mövqeyində əhəmiyyəti, Azərbaycanın şərq-qərb və şimal-cənub dövlətləri
arasında nəqliyyat dəhlizi rolunu oynaması, qədim “İpək yolu”, onun bərpasının iqtisa
di və geosiyasi əhəmiyyəti. Təbii şəraitinin rəngarəngliyinin və təbii ehtiyatlarını zən-
ginliyinin sənayenin, kənd təsərrüfatının və turizm-rekreasiya təsərrüfatının inkişafın-
da rolu.
2.Geoloji quruluşu
Azərbaycanın təbii landşaftlarının bünovrəsini təşkil edən yaşına, mənşəyinə, tərki-
binə və quruluşuna görə fərqlənən süxur kompleksləri. Paleozoy, Mezozoy (Trias, Yu-
ra, Təbaşir) və Kaynazoy (Paleogen, Neogen, Dördüncü dövr) eralarının çöküntüləri
və onların yayıldığı regionlar. Azərbaycanın geoloji-tektonik inkişaf tarixi.Əsas tekto-
nik strukturlar. Neotektonik və seysmik hərəkətlər. Azərbaycan ərazisinin tektonik ra-
yonlaşdırılması.
3. Faydalı qazıntıları
Azərbaycanda mövcud olan əsas faydalı qazıntılar və onların yayılmasının coğrafi
xüsusiyyətləri.Enerji daşıyıcıları:neft və qaz. Filiz və qeyri-filiz faydalı qazıntıları. Ti-
kinti materialları. Mineral suları. Azərbaycanın faydalı qazıntılarından səmərəli istifa-
də problemləri.
4. Oroqrafiyası
Relyefin ümumi səciyyəsi və ərazinin hipsometrik xüsusiyyətləri. Relyefin inkişaf
tarixi və əsas relyef formaları. Böyük Qafqaz, Kiçik Qafqaz, Arazyanı silsilələr, Talış
dağlarının və Kür-Araz dağarası çökəkliyini, Samur-Dəvəçi ovalığı və Arazboyu dü-
zənliklərin oroqrafik və hipsometrik xüsusiyyətləri. Azərbaycan ərazisində mövcud
olan əsas morfostruktur və morfoskulpturların qısa səciyyəsi.
5. İqlimi
Azərbaycanda əsas iqliməmələgətirən amillər: coğrafi enlik-günəş radiasiyası, at-
mosfer sirkuliyasiyası-hakim hava kütlələri, oroqrafiya, səth örtüyünün xarakteri, dağ-
ların sədd effekti, Xəzər dənizi. Havanın temperaturunun və yağıntıların coğrafi pay-
lanma xüsusiyyətləri, atmosfer təzyiqi, küləklər, mümkün buxarlanma, rütubətlənmə
şəraiti, iqlim ehtiyatları və əsas iqlim tipləri.
6. Daxili suları və Xəzər dənizi
Hidroqrafik xüsusiyyətlərin ərazinin oroqrafiyası, hipsometriyası, süxurların litolo-
giyası və iqlimilə əlaqəsi. Ərazidə hidroqrafik şəbəkə sıxlığının dəyişilmə qanunauy-
ğunluğu və onu müəyyən edən amillər. Əsas çaylar və onların hidroloji xüsusiyyətləri.
Çayların hövzələr üzrə qruplaşdırılması. Çayların əsas qidalanma mənbələri və onların
bu əlamətə görə təsnifatı. Axımın paylanması və su rejimi. Orta illik axım və onun ilin
isti və soyuq yarısında dəyişmə xüsusiyyətləri. Sülb axımın illik rejimi və dəyişmə qa-
nunauyğunluğu.Selli çayların səciyyəsi.Çay sularının kimyəvi tərkibi.Hidroloji rayon-
laşma.Göllər və onların genetik təsnifatı. Su anbarları, kanallar, yeraltı suları. Buzlaq-
ları, çoxillik qarları və bataqlıqları. Xəzər dənizi, onun canlılar aləmi və problemləri.
7. Torpaq örtüyü
Azərbaycan ərazisində torpaqəmələgəlmənin xüsusiyyətləri. Əsas torpaqəmələgəti-
rən amillər və onların şaquli qurşaqlar üzrə dəyişməsi. Relyef, geoloji quruluş, iqlim,
bitki örtüyü, mikroorqanizmlər, antropogen amil - əsas torpaqəmələgətirən amillərdir.
Azərbaycan torpaqlarının genetik təsnifatı. Azərbaycanın düzənlik və dağ torpaqları,
onların diaqnostik əlamətləri və morfogenetik xüsusiyyətləri. Zonal, azonal, intrazonal
və inversion torpaq tipləri.
8. Bitki örtüyü
Azərbaycanın bitki örtüyünün IV dövr ərzində inkişaf tarixi.Azərbaycanın əsas bit-
ki-ekolji qrupları və onların ərazinin iqlimi və oroqrafiyası ilə əlaqəsi. Bitkilərin şaquli
qurşaqlar yayılma xüsusiyyətləri.Azərbaycanın əsas oroqrafik vahidlərində:Böyük Qaf
qaz dağlarında, Kiçik Qafqazda, Talış dağlarında və Naxçıvan MR-da bitkilərin şaquli
qurşaqlar üzrə yayılmasında fərqli və oxşar cəhətləri. Böyük və Kiçik Qafqaz dağ me-
şələrinin spesifik əlamətləri və insanların təsərrüfat fəaliyyəti nəticəsində dəyişikliyə
məruz qalması. Ərazidə əsas bitki tiplərinin yayılması: düzənlik və dağətəyi zonanın
yarımsəhra-quru çöl və çöl bitkiləri, meşə və meşə-kol bitkiləri, aran və dağ meşələri,
dağ kserofit bitkiləri, dağ-çəmən bitkiləri, çala-çəmən bitkiləri.Bitki örtüyünün forma-
laşmasında azonallıq, intrazonallıq və inversiya onların yaranma səbəbləri.Tipoloji va-
hidlərə görə bitkilərin regional xüsusiyyətləri, endemik və relikt bitki növləri, onların
ərazidə yayılması. Geobotaniki rayonlaşma.
9. Heyvanlar aləmi
Azərbaycanın faunasının müxtəlifliyini müəyyən edən fiziki-coğrafi şərait.Heyvan-
lar aləminin formalaşma tarixi. Müxtəlif landşaft qurşaqlarında (yarımsəhra quru-çöl;
arid-denudasion alçaq dağlıq; tuqay və aran meşələri; hidromorf landşaftlar, dağ-çə-
mən qurşağı, yüksək dağ çəmənləri, dağ çölləri və qayalıqlar) yayılmış fauna qruplaş-
maları: məməlilər, sürünənlər, quşlar, balıqlar və s.
10. Landşaftları
Azərbaycan landşaftlarının təkamül tarixi. Azərbaycan ərazisinin landşaft-ekoloji
xüsusiyyətləri.Müasir landşaft komplekslerinin ərazi differensasiyasının əsas xüsusiy-
yətləri və qanunauyğunluqları. Landşaftın differensasiyasınna təsir edən əsas amillər
(relyef, iqlim, geoloji süxurlar və s.).Landaşftın tipoloji və taksonomik təsnifatı. Azər-
baycan ərazisində yaranmış əsas landşaft tip və yarımtipləri, onların qısa səciyyəsi.
Əsas təbii və antropogen landşaft kompleksləri.
11. Təbiəti mühafizə
Təbii sərvətlərdən səmərəli istifadə olunması və təbii ehtiyatların qorunması proble
mi. Qiymətli fauna və flora növlərinin qorunması bərpası, inkişafı. Su və atmosferin
çirklənməsinə qarşı mübarizə tədbirləri. Səhralaşma və ona qarşı mübarizə. Ayrı-ayrı
bölgələrdə təbiətin mühafizəsinin səciyyəsi xüsusiyyətləri.Respublikada təbiətin müha
fizəsinə yönəldilən başlıca tədbirlər. Təbiəti mühafizə təşkilatları. Azərbaycanın “Qır-
mızı kitabı”, Azərbaycan ərazisində yaradılan milli parklar,qoruqlar,yasaqlıqlar və on-
ların qısa səciyyəsi. Kənd təsərrüfatı və təbiəti mühafizə. Xəzərin çirklənməsi və ona
qarşı mübarizə tədbirləri.
12. Fiziki-coğrafi rayonlaşma
Fiziki-coğrafi rayonlaşdırmanın elmi-nəzəri əsasları. Mövcud fiziki-coğrafi rayon-
laşdırma sxemlərinin təhlili. Fiziki-coğrafi rayonlaşdırmanın taksonomik vahidləri sis-
temi. Azərbaycan Respublikası ərazisinin fiziki-coğrafi vilayətləri və rayonları sxemi.
Əsas fiziki-coğrafi vahidlərin səciyyəsi.
ƏDƏBİYYAT
1.
Геология СССР. Том 47, «Азерб ССР», Недра, 1972.
2.
Klimat Azerbaydjana. Baku, 1968.
3.
Müseyibov M.A, Quliyev R.Y, Azərbaycanın geomorfologiyası, Bakı, 1974.
4.
Müseyibov M.A Azərbaycanın fiziki coğrafiyası. Maarif, Bakı, 1998.
5.
Rüstəmov Ə.M. Azərbaycan SSR-in fiziki coğrafiyası, Bakı, 1981.
6.
Прилипко Л.И. Растительный покров Азербайджана. Баку 1970.
7.
Салаев М.А. Диагностика и классификация почв Азербайджана, 1991.
Dostları ilə paylaş: |