Microsoft Word history of east theatre



Yüklə 1,18 Mb.
Pdf görüntüsü
səhifə16/63
tarix31.10.2018
ölçüsü1,18 Mb.
#77558
növüDərs
1   ...   12   13   14   15   16   17   18   19   ...   63

_____________Milli Kitabxana_____________ 
53 
Daşaratha öz hərəmlərindən biri hiyləgər 
Kaykeyanın  təhrikilə  oğlu Ramanı 14 illik sürgünə 
göndərir. Onun ardınca Ramanın arvadı Sita da, sadiq 
qardaşı  Lakşman da cəngəlliyə yollanırlar. Ramanın 
cəngəllikdəki həyatı rakşaslarla, yəni əcinələrlə daimi 
mübarizədə keçir. Rakşaslar sultanı Ravan bir gün  
Sitaya aşiq olur. Həm bunun ucbatından, həm də 
Rama tərəfindən sevgisi rədd edilmiş bacısının, - 
Şurpanakhanın, - intiqamını almaq məqsədilə qüdrətli 
rakşas Ravan Sitanı öz yaşıl səmavi atlarında 
rakşaslar səltənətinə qaçırır. Dərdli Rama bir yerdə 
qərar tuta bilmir, dünyanı dolaşır. Bu işdə ona 
meymunlar padşahı Suqriva və meymun ordusunun 
sərkərdəsi Xanuman kömək edir. Məhz Hanuman 
Sitanı Lank adasında tapır. Eposun zirvə  məqamı 
Rama ilə Ravanın döyüşüdür. Bu döyüşdən sonra qa-
lib Rama öz məmləkətinin paytaxtına qayıdır.  
       Odur  ki,  Hindistanda  meymunları müqəddəslər 
bilirlər və onları çox sevirlər. Haradasa demək olar ki, 
Hanuman “Ramayana” eposunun ikinci əsas 
qəhrəmanıdır. Lakin bu xeyirxah meymunlar Ramaya 
düşmən kəsilmiş rakşaslara qarşı yaman aman-
sızdırlar. Elə buna görə də Hanumanın qrimində qara 
rəngə mühüm yer verilib. Meymunların qrim əsasını 
qara və  qırmızı  rəng təşkil edir: gözlərin həndəvəri, 
alın nahiyyəsi qaradır, ağız  ətrafı  qırmızı. Ancaq ağ 
nəbati naxışlar hiddət, qorxu, hədə  rəmzi olan bu 
rənglərə sakitlik, yumşaqlıq gətirir. Hanumanın 


_____________Milli Kitabxana_____________ 
54 
burnunun üstündəki gavalı formalı yaşıl rəng ağ 
haşiyəyə alınıb; hər iki yanağında dəmir pul boyda 
qırmızı  həlqələr çəkilib. Yaşıl rəng bildirir ki
Hanuman meşə sakinidir. Onun baş geyimi 
“VATTA” adlanır. Bu papaq haradasa latın amerikası 
xalqlarının milli papağı  sombreroya  bənzəyir; o 
fərqlə ki, meymunlar sultanının vattasının kənarları 
düppədüzdür, heç hayana qatlanmır. Papağın yuxarı 
hissəsində isə modern gecə lampasının  şarını 
xatırladan iri yumru kürə var; eləsən ətrafa işıq saçar.  
     Kari  qadın  əcinələrin qrimidir, “qara” mənasında 
anlaşılır. Onların geyimləri də qaradır. Bu veşam 
(paltarlar) rakşaslar və  əcinə xanımlar tərəfindən 
geyilir. Ravanın qəzəbli, zalım bacısı  Şurpanakha 
belə personajlar cərgəsindədir. Aktyorlar bu qadını 
həmişə eybəcər bədən görkəmində  rəsm edirlər. Kari 
düşmənlərini amansızcasına məhv edən qadın-əcinə 
tipidir,
 
meşə sakinidir, yalnız yanaqlarında və 
çənəsində qırmızı pulcuqlar var. 
     Qrim  əsası paçha, kathi, thadi, kari olan 
qəhrəmanlardan başqa Kathakali teatrında ikinci 
dərəcəli personajlar da mövcuddur ki, onlar 
MİNAKKA  (sanskritcə “parlaq” mənasını verir) 
tipinə aid edilir. Bunlar qadınlar və müdriklərdir. Belə 
personajların adi üz rəngi, adi qrimi və realistik 
davranış 
tərzi olur. Aktyorlar minakkadan 
brəhmənləri bildirmək üçün də yararlanırlar. Onların 


_____________Milli Kitabxana_____________ 
55 
da qrimini hindli zahidlərin saç düzümünü xatırladan 
və “mukut” adlanan papaq tamamlayır. 
       Kathakali  teatrında indiyə kimi 60 qrim növü 
aşkarlanmışdır. Haqqında danışdıqlarımızdan  əlavə 
Kathakali tamaşalarında bu qrimlərin daha üç 
növündən  geniş istifadə edilir: çuvappu (qırmızı) 
günəş  və od təmsilçiləri üçündür, teppu (çəkilmiş) 
quşlar və ilanlardan, poymukham (maska) 
heyvanlardan ötrüdür. Əsasən, maskalarla qaban, 
maral, cüyür eyhamlaşdırılır.                                               
     Kathakali  teatrında qrimlənmə  cərrahiyyə ilə 
incəsənət arasında ortaq bir mövqe tutur. Bu proses 
adətən  3-4 saat çəkir. Aktyor arxası döşəməyə  həsir 
üstündə uzanır və onun üzünə usta və ya öz 
tərəfmüqabili qrim vurur. Elə bu vaxt aktyor gözünün 
içinə hind badımcanının tumunu qoyur və bir-iki saata 
onun göz ağı  qırmızı  rəngə boyanır. Bu prosesdən 
sonra  əgər aktyorun üzündə qrimlənməmiş bir yer 
qalırsa, o da onun bəbəkləridir. Göz ağının belə 
qırmızıya tutulması estetik mahiyyət kəsb edir. Lakin 
bu həm də  bədənin hərarətini normal saxlamaqdan 
ötrüdür. Çünkü sifət tam qrimləndiyindən üzün dərisi 
tamam nəfəs almır və  bədənin hərarəti qalxır. Belə 
qrimlənmə bacarığı  sənət  əsəridir və onun nəticəsi 
haradasa cənubi afrikalıların ritualları üçün xarakterik 
maska və qrimləri xatırladır.  
      Qrimlənmə qurtardıqdan sonra aktyorlara onun 
kostyumunu geyindirirlər. Kathakali teatrında 


_____________Milli Kitabxana_____________ 
56 
aktyorlar gen ətəkli tumanlar geyinib səhnəyə çıxırlar. 
Alicənab qəhrəmanlar açıq rəngli, məkrli personajlar 
isə qara və  qırmızı  rəngli tumanlarda olurlar. 
Aktyorların hazırlığı prosesi  başa papaq qoyulması 
tamamlanır. Nədən ki, papağın yerini bərkitdikdən 
sonra onu tərpətmək olmaz. Geyimlər adətən sadə və 
ucuz parçadan tikilir. Kathakali aktyorlarının 
kostyumlarının  ən xarakterik əlamətlətindən biri də 
onların boğazlarna dolayıb iki tərəfdən üç-üç sinə 
boyunca dizlərə  qədər uzatdıqları  şərf buğumlarıdır. 
Bu buğumların sonuna kiçik, girdə bir güzgü 
 
bağlanır. Lazım gəldikdə aktyor güzüyə baxıb 
qrimini, üst-başını sahmana salır. Çünki o, səhnəni 
uzun müddət, bəlkə  də haradasa 6-8 saat, tərk etmir. 
Bu 
şərf buğumları 
“UTTARİYA” adlanır. 
Kostyumlar bir qayda olaraq ucuz materiallardan 
tikilir; bəzəklər taxtadan, quş  lələklərindən, metal və 
güzgü parçalarından hazırlanır.  
       Kathakali  “absolyut  teatr”dır, fiziki hərəkətə, 
jestə, rəqsə, musiqiyə  əsaslanan  teatrdır, sənətin 
təsviri formasıdır. Tamaşalar gecə oynanılır, gün 
batandan başlayıb gün çıxana qədər davam edir. 
Burada final sübh çağı olacaq. Personajlar üçün gös-
tərilən hadisələr müstəvisində zaman məhtudiyyəti 
yoxdur. Tamaşa gur bir səhnə ilə qurtaracaq. Təbillər 
bir-birinə qoşulacaq. Aparıcı xanəndə oxumaqda 
davam edərək əlindəki qısa qalın çubuqla çenqalanı, - 
metal diski, - döyəcləyəcək.  İkinci xanəndə  dəmir 


Yüklə 1,18 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   63




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə