Microsoft Word xeyb?Rcapa hazir 05. 06. 2014 ancaq m?Tn xeyber igideliyev doc



Yüklə 8,02 Kb.
Pdf görüntüsü
səhifə1/53
tarix05.03.2018
ölçüsü8,02 Kb.
#30535
  1   2   3   4   5   6   7   8   9   ...   53


     
Vaxt gələr, axtarıb gəzərlər məni
 
 
 

AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI 
FOLKLOR İNSTİTUTU  
 
 
XEYBƏR  
İGİDƏLİYEV 
 
 
 
 
 
 
 
 
 
VAXT GƏLƏR, AXTARIB  
GƏZƏRSİZ MƏNİ  
 
 
AMEA Folklor  İnstitutunun Elmi Şurası-
nın 09 dekabr 2013-cü il tarixli 08 saylı 
protokolunun qərarı ilə çap olunur   
 
 
 
 
“Elm və təhsil” 
Bakı – 2014 
 
 
XEYBƏR  İGİDƏLİYEV 
 
 
2
Tərtib edən, ön söz, izah və qeydlərin müəllifi filologiya 
üzrə elmlər doktoru, Azərbaycan Yazıçılar Birliyi Şamaxı 
bölməsinin sədri  Seyfəddin Qəniyev. 
 
Redaktoru  və çapa məsul: 
Ayətxan Ziyad,  
Azərbaycan Jurnalistlər birliyinin üzvü, 
yazıçı-publisist
 
 
Elmi redaktoru:  Elxan Məmmədli, 
filologiya üzrə  fəlsəfə doktoru, 
Əməkdar mədəniyyət işçisi 
 
Rəyçilər:  
Eyvaz Eminalıyev, 
   filologiya üzrə fəlsəfə doktoru  
Tariyel Qəni, 
   filologiya üzrə fəlsəfə doktoru 
 
 
Xeybər İgidəliyev. Vaxt gələr, axtarıb gəzərsiz məni. 
Bakı, “Elm və təhsil”, 2014, 272 səh. 
 
 
 
  
2014
098
4603000000

N
 грифли няшр
 
                       
© «Елм вя тящсил», 2014 
 
 
 
 
 
 
 


     
Vaxt gələr, axtarıb gəzərlər məni
 
 
 

 
 
XEYBƏR İGİDƏLİYEVİN 
KİMLİK TARİXİNDƏN 
 
1937-ci il fevral ayının 17-də Hacıqabul şəhərində anadan 
olmuşdur.  
Atası Igidəliyev  Zəfər 1896-cı ildə doğulmuşdur. 1941-ci 
ildə Böyük Vətən müharibəsinə ilk gedən hacıqabullulardandır. 
Dörd il müharibədə  şərəfli döyüş yolu keçmişdir. Cəbhədən 
qayıdandan sonra öz şəxsi təsərrüfatında çalışmışdır. Ailəsini 
alnının təri,  əlinin zəhməti ilə dolandıran  İgidəliyev Zəfər 
1953-cü ildə vəfat etmişdir. 
Anası  İzzə Comərd qızı 1915-ci ildə anadan olmuşdur. 
İzzə əvvəllər həyat yoldaşı ilə fermada işləmiş, sonralar evdar 
qadın olmuşdur. O, 73 yaşında – 1988-ci ildə vəfat etmişdir... 
Xeybərin məktəb illəri Böyük Vətən müharibəsinin son 
illərinə düşmüşdür. Amma həyatın çətinliyinə, əzab-əziyyətinə 
baxmayaraq o, əlaçı  şagirdlərdən olmuşdur. Doğmalarının 
dediyinə görə, Xeybər VI-VII siniflərdən şeirə həvəs göstərmiş, 
məktəbdə keçirilən tədbirlərə böyük həvəslə qatılmışdır... 
Haşiyə: Belə bir hadisəni həm Xeybər müəllim, həm də 
onun yaşıdları vaxtaşırı  həvəslə danışardılar... “1955-ci il idi. 
Rayonun keçmiş  rəhbərliyi görkəmli  şair S.Vurğunun 
sakinlərlə görüşə gələcəyi xəbərini bildirir. Bütün rayon həmin 
görüşə hazırlaşmağa başladı. O cümlədən  Xeybərin oxuduğu 
məktəbin kollektivi də. Bu ərəfədə orta  məktəb  şagirdi Xeybər 
S.Vurğuna  şeir həsr etdiyini sinif rəhbərinə bildirdi. Şeirlə 
bütün müəllim kollektivi tanış oldu. Şeir bəyənildi. Nəhayət, 
çıxışa Xeybəri də yazdılar. Görüş zamanı 18 yaşlı Xeybərin 
oxuduğu şeiri bütün görüş iştirakçıları alqışladı. Görkəmli şair 
şagirdin boynunu qucaqlayıb üzündən öpdü, onun gələcəkdə 
XEYBƏR  İGİDƏLİYEV 
 
 
4
böyük şair olacağına zəmanət də verdi. Bu görüş demək olar ki, 
Xeybərin istedadına güc, qol-qanad verdi, daha da ruhlandırdı. 
Xeybər  İgidəliyev 1957-ci ildə orta məktəbi fərqlənmə 
attestatı ilə bitirdi. Qazıməmməddəki 13 saylı  məktəbdə 
kitabxanada  əmək fəaliyyətinə başladı. Məktəbdə  işləyə-işləyə 
1960-cı ildə ADU-nun Jurnalistika-filologiya fakültəsinə daxil 
oldu. Bu vaxtdan sonra X.İgidəliyev yazdığı şeirləri, məqalələri 
ilə tez-tez mətbuatda çıxış etməyə başladı. O, Qazıməmməd 
stansiyasındakı 13 saylı məktəbdə üç il işləmişdir. Ali təhsilini 
başa vurduqdan sonra rayon qəzetində  ədəbi işçi kimi əmək 
fəaliyyətə başlamışdır. Sonra şöbə müdiri, mətbəənin direktoru 
vəzifələrində çalışmışdır. Onun rayon qəzetində işıq üzü görən 
şeirləri və  məqalələri artıq rayon ziyalılarının diqqətini cəlb 
etmişdi. Ona görə  də, rayon rəhbərliyi  əvvəlcə onu “Mayak” 
qəzetinin redaktor müavini, sonra isə  “İşıq” qəzetinin məsul 
katibi vəzifəsinə irəli çəkmişdir. Bu vəzifələrdə  işlədiyi 
müddətdə Xeybər müəllimin həmin qəzetlərin səhifələrində işıq 
üzü görən maraqlı, orijinal yazılarının (məqalə, rəy, felyeton, 
müsahibə, oçerk və s.) sayı yüzdən artıqdır. 
Bütün yaxşı  işinə - çalışdığı sahələrdə qazandığı  uğur-
larına görə Əlibayramlı (indi Şirvan) şəhər rəhbərliyi onu 1971-
ci ildə  Şəhər Partiya Komitəsi təbliğat və  təşviqat  şöbəsinin 
müdiri vəzifəsinə irəli çəkmişdir. Bacarıqlı mütəxəssis kimi o, 
1974-cü ilə  qədər bu vəzifədə çalışmış, ona olan etimadı 
doğrultmuşdur. Bir jurnalist kimi əldə etdiyi nailiyyətlərə görə 
Xeybər İgidəliyev 1981-ci ildə SSRİ Jurnalistlər İttifaqına üzv 
qəbul edilmişdir. 
Respublikamız müstəqillik  əldə etdikdən sonra, Hacı-
qabul yenidən rayon statusunu bərpa edir. Yeni yaradılmış 
rayonun rəhbərliyi bacarıqlı, vəzifəsinin öhdəsindən layiqincə 
gələn mütəxəssis olduğunu nəzərə alıb onu Hacıqabul Rayon 
İcra Hakimiyyətində Ümumi işlər üzrə  şöbə müdiri vəzifəsinə 
təyin edir. 
                                         *** 


Yüklə 8,02 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə