Microsoft Word history of east theatre



Yüklə 1,18 Mb.
Pdf görüntüsü
səhifə12/63
tarix31.10.2018
ölçüsü1,18 Mb.
#77558
növüDərs
1   ...   8   9   10   11   12   13   14   15   ...   63

_____________Milli Kitabxana_____________ 
40 
       Beləliklə, biz gördük ki, hind ənənəvi teatrının 
səhnəsində musiqinin, poeziya və rəqsin sintezi özünü 
ən ali formada, ən yüksək səviyyədə büruzə verir. 
Risalələr  əyani  şəkildə göstərir ki, müxtəlif sənət 
növləri bir-birinə üzvi şəkildə qatışıb estetik hadisə 
yarada bilirlər. Bu sintezin təbiəti Avropa teatrının 
sintetikliyindən fərqlənir; ilk növbədə ona görə ki, bu 
sintez vahid, bölünməz bir tamın ifadəçisidir.  Şərqin 
ənənəvi teatr formalarına xas sintezin hüsnünü 
öyrənərkən bizə aydın olur ki, “rasa” konsepsiyası 
təkcə teatrın həndəvərində  fırlanmır, boyakarlıq, 
heykəltaraşlıq, musiqi və memarlığın orbitinə də daxil 
olur. Boyakarlıqda hər bir rasa rənglə bildirilir: 
qəhvəyi rəng sevgi rasasıdır, qara – qorxu, ağ – 
gülməli, boz – patetik, sarı – möcüzə. Bu son qısa 
haşiyənin məqsədi ondan ibarətdir ki, hind sənət 
nəzəriyyəsində, hind estetikasında zikr edilən sənət 
növlərinin pilləvari düzümünün təcrübədə 
əyaniləşdiyi bir daha görüksün. YII yüzilin 
“Vişnudharmattara” adlı musiqi nəzəriyyəsilə bağlı 
risalədə  də yeddipilləli musiqi qammasının, yəni 
yeddi notun yeddi rənglə (qara, ağ, qəhvəyi, qırmızı, 
göy, yaşıl, sarı) bağlı olduğu bildirilir. Hind 
mədəniyyətində  sənət növlərinin hamısı universal bir 
harmoniya vəziyyətidə mövcuddurlar.    
                                                                                                             
                        


_____________Milli Kitabxana_____________ 
41 
 
3.   Kathakali teatrı 
                                                      
       Bharata Natyam, Manipuri, Odissi, Kathak  rəqsləri 
hind klassik rəqqaslıq sənətinin zirvəsidir. Bu rəqslər bir çox 
xüsusiyyətlərinə görə bir-birlərinə bənzəsələr də, onlar arasında 
müəyyən fərqli cəhətlər də mövcuddur. Manipuri, Odissi, Kat-
hak vahid hind rəqqaslıq mədəniyyətinin ənənələrinə söykənsə-
lər belə, onlar heç vaxt mənsub olduqları məmləkətlərin etno-
qrafik  əlamət və  məziyyətlərini itirmirlər. Kathakali onlardan 
fərqlidir: bu təmiz rəqs yox, rəqs üzərində qurulmuş tamaşadır. 
Bundan əlavə Kathakalinin seçilən nişanələrindən biri də budur 
ki, teatrın tamaşaları folklor örnəklərinə, şifahi xalq yaradıcılığı 
ənənələrinə diskurs baxımından geniş yer verib qədim  əfsanə 
və  rəvayətlərə  əsaslanır.  Çakiyar Kothu, Kudiyattam, 
Krişnattam, Ramanattam kimi teatrallaşdırılmış sənət növləri 
Kathakali teatrının soykökündə  iştirak ediblər. Bu, Kathakali 
teatrının birbaşa nağılçı  sənətilə  əlaqələndirir. Kathakali 
teatrının  şəcərəsində  Kerala  ştatında tətbiq edilən  Şərq 
əlbəyaxa döyüşlərinə də müəyyən bir hücrə mənsubdur. Çakiar 
Kothunu xüsusi bir kasta çakiarlar Malabara  məbədlərində 
müqəddəs  puranalar (qutsal mifoloji hekayətlər) və epik 
poemalar  əsasında ifa edirdilər. Kerala ştatında yaranmış 
Kudiyattam daha dramatik bir forma idi. Onun tamaşaları da 
Krişnattam kimi gecələr oynanılırdı. Kathakali məhz onların 
ifadə formalarından faydalanaraq meydana gəlmişdir. Onun 
tamaşaları da təsadüfi deyil ki, gecələr nümayiş etdirilir.  
     Qədim hind rəvayət və  əfsanələrinin, hindlilərin eposları 
“Mahabharata” və “Ramayana”nın taleləri çox qəribədir və öz-
özlüyündə unikaldır, qutsal mətnlərə taydır. Mif, əfsanə, 
rəvayət, toplusu olan “Mahabharata”   “Ramayana” 
süjetləri hindlilərin dilinin əzbəridir. Məhz bu səbəbdən 


_____________Milli Kitabxana_____________ 
42 
nağılçılıq sənəti Hindistanda həmişə güclü, çoxşaxəli və 
müxtəlif təzahürlü olmuşdur. Kəndbəkənd dolaşan nağılçılar, 
səyyahlar, rahib və zahidlər öz repertuarlarını  əsasən bu 
qəhrəmanlıq eposları  zəminində qururdular. Hindistastanda 
onlara  “kathak” deyirlər. Sanskrit dilindən “kathak” sözü 
hərfən nağılçı kimi tərcümə edilir. Kathakali teatrı da bu 
ənənədən bəhrələnir.  “Katha”  nağıl,  “kali”sə musiqili təfsir, 
şərh deməkdir. Kathakali teatrı uzun sürən mürəkkəb inkişaf 
prosesi keçmişdir. Bu teatr öz çağdaş formasını  hələ XVII 
əsrdə qazanmışdı. Düzdür, XX əsrin  əvvəllərində Kathakali 
teatrı öz acınacaqlı günlərini yaşayırdı; hətta iş o yerə  gəlib 
çatmışdı ki, bu ənənəvi teatr formasının itirilməsi təhlükəsi 
yaranmışdı. 1930-cu ildə Hindistanın dahi şairi  Vallathol 
Narayan Menon bu teatrı, sözün həqiqi mənasında, xilas edir. 
Həmin il bu alicənab  şəxs  Şoranurda Kathakali sənətinin 
ənənələrini cavanlara öyrətmək üçün “Kerala Kala 
Mandalam” adlanan bir Mərkəz açdırır. Ora Ravuni Menon 
və Kuncu Kurup kimi sənətçilər uşaqlara təlim keçməyə dəvət 
olunurlar və beləliklə  də Kathakali teatrının gözəl  ənənələri 
qorunub saxlanılır.  
       Bütövlükdə, isə XVII yüzillik bu teatrın tarixində  ən 
əlamətdar dövrdür. Məhz bu əsrdən başlayaraq teatrın 
tamaşaları müəlliflər (Thampurana /1665-1743/,  Kartikeyya 
Tirunal /1724-1748/İrayiman Thampi /1783-1863/, Svathi 
Tirunal /1813-1847) tərəfindən yazılmış pyeslər  əsasında 
hazırlanmışdır. Bu məqamda qeyd  edilməlidir ki, sanskritoloq 
alimlər “kathakali” sözünü Avropa dillərinə məhz pyes-nağıl 
kimi çevirirlər. Təbii ki, bu pyeslər veda ədəbiyyatı, sakral 
mətnlər, dini folklor müstəvisində yazılırdı. Hətta həmin 
əsərlərdə belə “Natyaşastra” risaləsindən üzü bəri bəlli olan 
dram qayda-qanunlarına riayət edilirdi. Bütün veda 


Yüklə 1,18 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   63




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə