Microsoft Word history of east theatre



Yüklə 1,18 Mb.
Pdf görüntüsü
səhifə15/63
tarix31.10.2018
ölçüsü1,18 Mb.
#77558
növüDərs
1   ...   11   12   13   14   15   16   17   18   ...   63

_____________Milli Kitabxana_____________ 
49 
və  qırmızı qaftan geyinirlər. Onların arasında tanrı 
Krişna yenidən fərqlənir. Bu personajın qaftanı tünd 
göy rəngdə olur.  
       Racəziklər antiqəhrəmandırlar. Ravana, 
Duryodxan, Kiçaka kimi personajlar onların 
sırasındadır. Bu qəhrəmanların qrimi “KATHİ” 
adlanır. Onların da qriminin rəng  əsası yaşıldır. 
Kathilər də başlarına  şahanə kiritam qoyurlar. Bu 
personajların da çənə sümüklərində çuttilər var. 
Racəziklərin* xarakterinə  də alicənblıq, sədaqət, 
sevgi, ürəyiaçıqlıq yad deyil.  
Lakin onların yaşıl qrimi  qımızı zolaqlarla kəsilir. Bu 
zolaqlar        
racaziklərin alınlarıda, yanağa qədər uzanan bığ 
yerlərində və 
burunlarının üstündədir. Elə bu qırmızı zolaqlara görə 
də bu _________________________________ 
*Qeyd: 
Hind  ənənəvi teatr formalarının rus tədqiqatçısı 
M.P.Kotovskaya özü    nün “Sənətlərin sintezi” adlı  əsərində 
Kathakali teatrından danışarkən   racaziklərlə tamaziklərin 
funksiyalarını qarışdırır, adları səhv salır.   
             Onun kitabında racazik adına, ümumiyyətlə, heç təsadüf 
də olunmur. 
qrimə “kathi” deyirlər. Malayalam dilində bu söz 
bıçağı bildirir. Kathiləri paçhalardan fərqləndirən bir 
cəhət də onların alınlarında və burun uclarında 
ÇUTTİPUVA (və ya çuttippo) adlanan qabıqdan 
çıxarılmış soğan içinə bənzər dəyirmi ağ kürəciklərin 
(liana bitkisinin soğanından hazırlanan) olmasıdır. Bu 


_____________Milli Kitabxana_____________ 
50 
personajlar geyim, papaq baxımından paçhaların 
güzgüvari əksidirlər. Kathi çox qürurlu, təkəbbürlü və 
aqressivdir: həm yumşaq, həm də sərt olmağı bacarır. 
Onu asanlıqla özündən çıxarmaq mümkündür. 
Yarışmağı sevmir və bacarmır. Ancaq o, öz xəyalında 
belə, məşuqəsini gördümü, həməncə ipəyə dönəcək, 
yumşalacaq. Adətən, seyrçilər kathiləri çox sevirlər. 
Digər tərəfdən isə racazikləri oynamaq aktyorlardan 
böyük sənətkarlıq tələb edir. Sevgili xanımlarının 
yanında bu qəhrəmanlar göyərçin kimi səs çıxarırlar, 
öz düşmənlərilə qarşılaşanda isə  əsl pələngə dönüb 
nərildəyirlər. Seyrçilər racazikləri axşam tamaşa-
larının bəzəyi sayırlar. 
       Böyük  dağıdıcı qüdrətə malik olan səhnə 
personajlarının qrimi “THADİ” adlanır. “Thadi” 
saqqal deməkdir. Bu qrimin sahiblərinə 
“TAMAZİK”  deyilir. Onlar qəddar, zalım,  əzazil, 
zülmkar personajlardır.  ÇAVANDU THADİ,  yəni 
qırmızısaqqallılarar 
bu obrazları xüsusilə 
fərqləndirir. Vəhşi  əcinə  təbiətinə malik bu 
qəhrəmanlar  əclaflıqda ad çıxarıblar. Bakasura və 
Duşasana onların  ən bariz nümayəndələridir. Bu 
əcinələr  əslində  əvvəllər layiqli həyat sürmüş, lakin 
hər hansı bir günah üstündə  cəza almış 
qəhrəmanlardır. Onların qriminin rəng  əsası qara və 
qırmızıdır.  Əgər qırmızı “Natyaşastra” risaləsində 
məşumluq və  fəcillik rəmzi kimi yozulursa, qara 
hiddət, hədə bildiricisi kimi qavranılır. Çavandu 


_____________Milli Kitabxana_____________ 
51 
thadilərin üzlərinin aşağı nahiyəsi tünd qırmızı rəngdə 
olur, dodaqlar, ağız içi, alın və gözlər ətrafı qara rəngə 
boyanır. Bu personajların da alın və burun uclarına 
çuttipuvalar sancılır, başlarına şahanə kiritam qoyulur. 
Qırmızı saqqallıların kiritamları digərlərindən böyük 
və  ağırdır. Ona görə  də iri sırğalar burada aktyorun 
köməyinə çatıb papağı müvazinətdə saxlayır. 
Çavandu thadilərin üzün yuxarı nahiyəsini basıb biz 
kimi duran ağ  bığları olur.  Belə oyuncaq dovşan 
bığları onları multiplikasıya filmlərinin personajlarına 
oxşadır və qırmızı saqqallıların görkəminə bir məzəli-
lik gətirir. Təsadüfi deyil ki, Hindistanda ağ  rəng 
komediya rəmzi sayılır. Tamazikin xarakterində bu 
cizginin aşkarlanması onu tragikomediya personajı 
kimi rəsm edir. Adətən thadiləri yalnız fiziki cəhətdən 
güclü kişilər oynayır. Çünki onun ağır tacını daşımaq 
və  hər zaman coşğun emosional bir ovqatda rəqs 
eləmək hər aktyorun işi deyil. Thadilər qüvvətlidirlər, 
ancaq savadsızdırlar, özlərindən razıdırlar, ağızları 
söyüşlə doludur. Qədim hind risalələri bu əcinələri 
oynayan aktyorlara üst dodaqlarının altına fil 
sümüyündən düzəldilmiş iri dişlər qoymağı  məsləhət 
görür. Hal-hazırda bu məsləhətə əməl olunmur.  
       Tamaşada qarasaqqal personajlar da iştirak edir. 
Onlara “KARUTTA THADİ” deyilir. Bu personajlar 
primitiv, idarəolunmaz tiplərdir; üzləri tamam qara 
rəngə boyanıb; burun ucunda və alnındakı çuttipuva  
dəyirmi kürəciyə yox, çiçəkləri sallanmış gülə 


_____________Milli Kitabxana_____________ 
52 
oxşayır; başlarına qara, uzun silindr formalı papaq 
qoyurlar. Karutta thadi katalanı, yəni ovçunu təmsil 
edir. Bəzən ovçu görkəmində  səhnəyə  çıxan  Şiva,  
kirata, - da bu qrimdə olur.  
       Kali  də qarasaqqallıların nümayəndəsidir, çox 
zalım personajdır. Bu obrazın qrimi başdan ayağa 
qapqaradır. Kathakali teatrı qarasaqqallıları fantastik 
meşə sakinləri, yarıməcinə-yarımvəhşi kimi tanıdır. 
Qorxu, fəlakət nişanəsi kimi təqdim edilən karutta 
thadilərin gözlərinin altındakı  ağ zolaqla çərçivələn-
miş  qırmızı ayparalar, ağ-qırmızı  rəngə çalan qaşlar 
onların xarakterik əlamətləridir.  
     Ağsaqqallılar komik situasiya və  vəziyyətlərlə 
bağlı olan personajlardır. Meymunlar padşahları  Bali 
və  Suqriva da son dərəcə diqqəti  şəkən personajlar 
olsalar da, onlardan heç biri xalq içində “Ramayana” 
eposunun digər meymun qəhrəmanı    sərkərdə 
HANUMAN 
qədərincə sevilmir, əzizlənmir. 
Xeyirxah və sadiq məxluqlar-dostlar qismində tanınan 
bu personajlar lazım gələrsə, igid Ramanın 
düşmənlərilə aqressiv bir tərzdə davranıb onları 
öldürməyi də bacararlar. 
       Bu xüsusda istərdim ki, müəllifliyi ənənəvi olaraq 
Valmiki adlı  qədim hind şairinə aid edilən 
“Ramayana”  eposunun qısa süjetini danışım. Süjet 
burada, təbii ki, ədalətli və müdrik hökmdar, qüdrətli 
döyüşçü, xalqının düşmənlərinə qarşı amansız 
Ramanın həyatı ilə  əlaqədardır. Ramanın atası 


Yüklə 1,18 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   63




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə