Microsoft Word derslik-Semengul doc



Yüklə 12,87 Kb.
Pdf görüntüsü
səhifə39/40
tarix11.04.2018
ölçüsü12,87 Kb.
#37910
növüDərs
1   ...   32   33   34   35   36   37   38   39   40

 
121
cunun qəlbində dərin bir iz buraxır, onu düşündürür, həyəcanlandı-
rır. Füzulini sözün əsl mənasında insan qəlbinin mahir bilicisi ad-
landırmaq olar. 
Füzulinin «Leyli və Məcnun»unda müəyyən dərəcədə sufizm 
fəlsəfəsinin elementləri vardır. Lakin bu elementlər cüzidir, əsərin 
ideyasına xələl gətirmir. 
Füzulinin «Leyli və  Məcnun»u özünəməxsus xüsusiyyətləri 
olan oricinal bir əsərdir. Poemanın Nizami və  Nəvainin eyni adlı 
əsərləri ilə müqayisəsi bu fikri əsaslı surətdə  təsdiq edir. Füzuli 
«Leyli və  Məcnun»u Nizami və  Nəvai  əsərlərindən fərqləndirən 
əsas səciyyəvi cəhət onda lirik haşiyələrin üstünlüyüdür. R. Azadə 
Füzulinin «Leyli və  Məcnun»  əsərini təhlil edərkən onun Nizami 
əsərindən fərqlənən bütün cəhətlərini göstərmişdir. Azadəyə görə bu 
əsərləri bir-birindən «fərqləndirən əsas cəhətlərdən biri elə bu ürək-
lər yaxıb-yandıran, doğma qəzəllərdir». Eləcə də Nizaminin Leyli-
sindən fərqli olaraq Füzuli Leylisinin «orta əsrin hüquqsuz qadınlı-
ğının tipik bir nümayəndəsi kimi daha dolğun, hərtərəfli işlənmə-
sidir». Nizami əsərində olan bəzi epizodlar Füzuli əsərində öz əksini 
tapmadığı kimi, «hekayə içərisində hekayə söyləmək üsulu» da Fü-
zuli əsərində yoxdur. Nizami əsərində Məcnun «ancaq Kəbə əhvala-
tından sonra şair olub, lirik şerlər yazmağa başlayır. Füzulinin Məc-
nunu isə, ümumiyyətlə, bir şair kimi təsvir olunur. «Məcnunun Ley-
li qəbri üstündə ölüm səhnəsi də Nizami və Füzulidə biri digərindən 
fərqlənir». Belə ki, Nizami qəhrəmanının nə zaman öldüyü məlum 
deyildir. Füzulidə isə  Məcnun Leylinin ölüm xəbərini eşitcək onun 
məzarı üstə gəlib soyuq məzar daşını qucaqlayır və elə oradaca ölür». 
 


 
122
AZƏRBAYCANDA İLK AKADEMİYA 
 
XII əsrdə Naxçıvanda mədrəsələrin, əsrin ikinci yarısı və XIII 
əsrin  əvvəllərində  Şamaxı  və  Gəncədə kitabxanalar («Dar ol-ko-
tob») formasında elmi-tədqiqat və tədris işlərini birləşdirən mərkəz-
lərin meydana gəlməsi müşahidə olunur. Bu, elmi kitabxanalar haq-
qında orta əsr müəlliflərinin  əsərlərində maraqlı  məlumata təsadüf 
edirik. Təxminən 1220 – 1221-ci illərdə Azərbaycanda olmuş ərəb 
coğrafiya alimi Yaqut Həməvi (1179 – 1229) “Mocəm ol-boldan” 
adlı  əsərində  xəbər verir ki, Naxçıvan alimi Həddad ibn Asim ibn 
Bəkran  Əbülfəzl  ən-Nəşəvi Gəncədəki “Dar ol-kotob” da müdir 
(«Xazin») vəzifəsində  işləmişdir. Çox ehtimal ki, N.Gəncəvi öz 
əsərlərini yazmaq üçün fəlsəfə, ədəbiyyat, tarix və dəqiq elmlər üzrə 
lazımi məxəzləri Gəncə kitabxanasında  əldə etmiş  və burada işlə-
mişdir. 
“Mocəm ol-boldan” kitabında XII – XIII əsrlərdə Azərbay-
canda yetişmiş bir çox alimlərin adları qeyd edilmişdir. Burada oxu-
yuruq: «Ərdəbilə bütün elmlər üzrə çoxlu alimlər mənsubdur». Diq-
qəti cəlb edən budur ki, bu dövrdə Azərbaycanda fəlsəfə, riyaziyyat, 
tibb və daha çox nücum elmi ilə maraqlanan alimlərin, eləcə  də 
mədrəsələrin sayı artmışdır. Orta əsr məxəzlərindən mə’lum olur ki, 
dəqiq elmlər və fəlsəfə “elm-e əbdan” (tibb), yaxud nücum adı al-
tında “Dar oş-şəfa” (xəstəxana) və  rəsədxanalarda tədris və  tədqiq 
edilmişdir. Bu da təsadüfi deyildir. Çünki orta əsrlərdə xeyriyyə 
komplekslərinə daxil edilmiş mədrəsələr nəzdindəki “Dar oş-şəfa”-
lar və rəsədxanalar hökmdarlar, yaxud dövlət başçılarının himayəsi 
altında fəaliyyət göstərirdi. Tibb elminin (“elm-e əbdan”), eləcə də 
nücumun tədrisi və  tədqiqi  şəriətə görə qadağan edilməmişdi. Bu 
ənənə hətta XVII əsrdə də davam etmişdir. Həmin əsrin səyyahı və 
alimi Şardən İran və Azərbaycanda tibb və nücum elmlərinin təhsi-
linə böyük rəğbət göstərilməsini qeyd edərək yazırdı: «Burada təh-
sil sərf-nəhvlə başlayır, ilahiyyat-fəlsəfə istiqamətində davam edir, 
sonra riyaziyyat sahələri öyrənilir, nəhayət tibb, yaxud nücum elmi-
nə yiyələnməklə başa çatıır». 


 
123
Beləliklə, mütərəqqi alimlər məhz xeyriyyə mərkəzlərində fəl-
səfə və dəqiq elmlərin mütaliəsinə, tədqiqinə və tədrisinə geniş im-
kan əldə edirdilər. 
Yuxarıda deyilənlərdən aydın olur ki, orta əsrlərdə fəlsəfə və 
dəqiq elmlərin öyrənilməsi və bu sahədə alimlərin nəzəri-əməli fəa-
liyyətləri üçün mədrəsələr nəzdində “Dar oş-şəfa və həkimlik”, “rə-
sədxana və münəccimlik” örtüyündən istifadə olunurdu. Görəsən, 
orta əsrlərdəki bu kimi elm-tədris ocaqlarına, sadəcə olaraq, mədrə-
sə, xəstəxana, yaxud rəsədxana deyilməsi ilə əsl həqiqət əks etdiri-
lirmi? 1637-ci ildə  Şamaxıda olmuş alman diplomatı  və alimi 
A.Olearyusun aşağıdakı sözləri bəhs etdiyimiz məsələ baxımından 
əhəmiyyətlidir. A.Olearyusun səyahətnaməsinin 1727-ci il Amster-
dam nəşrində oxuyuruq: “Elmləri öyrənmək üçün onların (farslar və 
azərbaycanlıların) kollec və akademiyaları vardır. Bunları (kollec və 
akademiyaları) mədrəsə adlandırırlar”. Bu sözlər tamamilə əsaslıdır. 
Çünki bəzi orta əsr mədrəsələrinin nəzdində, həqiqətən, rəsədxana, 
dar oş-şəfa və kitabxanalar təşkil edilirdi. Bu kimi təhsil ocaqları, 
əslində, dövrün tanınmış alimlərinin elmi-pedaqoji fəaliyyətlərini 
birləşdirən mərkəzlər idi. Buna misal olaraq, “Şənb-e Qazan”, 
“Rəb-e Rəşidi” və “Sultaniyyə” mədrəsələrini göstərmək olar. 
Təbrizdə yerləşən  Şənb-e Qazan təhsil müəssisəsi kompleksi 
(tikintisi 1302-ci ildə başlanmışdır) məscid came, xanegah, iki məd-
rəsə, dar oş-şəfa, rəsədxana, beyt ol-kotob, kitabları  və  rəsədxana 
cihazlarını  təmir edən emalatxana, məktəbxana, körpələr evi, mə-
dəni-məişət ocaqları və müdiriyyət evindən (“Dar ol-siyadət”) iba-
rət olmuşdu. Həmin maarif ocağından “Həbib os-siyər…” əsərində 
söhbət açan Xandəmir (1475 – 1534) yazır: “Qazan xan həm də əmr 
vermişdir ki, burada (Şənb mədrəsələrində) dövrün ən yüksək və 
kamil alimləri və filosofları mənsəb sahibləri olsunlar. Onlar həmişə 
burada sakin olub üzürsüz ğayib olmasınlar”. 
Vaxtilə nəhəng elmi-pedaqoji mərkəz olmuş Təbriz Rəb-e Rə-
şidi Universiteti (tikintisi 1299-cü ildə başlanmışdır) və Təbriz Şən-
b-e Qazan təhsil ocağı eyni quruluşa malik olmuşlar. 


Yüklə 12,87 Kb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   40




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə