Microsoft Word derslik-Semengul doc



Yüklə 12,87 Kb.
Pdf görüntüsü
səhifə34/40
tarix11.04.2018
ölçüsü12,87 Kb.
#37910
növüDərs
1   ...   30   31   32   33   34   35   36   37   ...   40

 
105
Naxçıvaninin əsərlərindən məlum olur ki, o, dövrünün ədəbiy-
yatını, təbabətini, coğrafiyasını, astronomiyasını, riyaziyyatını, poe-
ziyasını və s. elmləri mükəmməl öyrənmişdir. Naxçıvani öz əsərlə-
rində dini idealist mövqedən çıxış etsə də, kainatın, həyatın yaran-
ması haqqında dini təlimlə kifayətlənməmiş, yunan və şərq filosof-
larının fikirlərindən bəhrələnmiş, mahiyyətini öz elmi mühakimələri 
əsasında şərh etmişdir. 
Naxçıvani belə hesab edirdi ki, rəiyyətə  cəmiyyəti yaşadan 
əmanət kimi baxmaq və qiymətləndirmək lazımdır. Yeri gəldikcə 
üzünü hökmdarlara, vəzirlərə tutaraq yaşlıların təlimlənməsinə xü-
susi diqqət verilməsini əsas götürürdü. Orta əsrlərdə yaşlıları peda-
qogikanın banisi hesab edən Naxçıvani “təlim-tərbiyəli valideyn və-
lədinə (övlad) də düzgün istiqamət verir” fikrini əsaslandırırdı. 
Naxçıvani əmirin, hökmdarın, sultanın da savadlı, təlimli, sə-
nətdən baş çıxaran olmasını arzulayırdı. O, təlimli, oxumuş, bilikli 
adamlara yüksək qiymət verirdi, onların zəkasından, qələmindən 
gövhər yağan, hamı üçün xeyirxah olan məleykə surətinə oxşadırdı. 
Qeyd edirdi ki, bir ixtisas, bir peşə öyrənməyən, rəiyyətə xidmət et-
məyən adamın nə dini, nə də dünyası olar. 
Naxçıvani həm də bir tarixçi kimi “Şahnamə”dən, “Kəlilə və 
Dimnə”dən, hind əfsanələrindən hekayətlər, misallar gətirərək dost-
luq haqqında danışır, əsl dostluğun keyfiyyətindən söhbət açır. 
Naxçıvani öz əsərlərində tərəqqini yaradan şəxsiyyətlər içəri-
sində üstünlüyü müəllimlərə, mürəbbilərə, münəccimlərə verirdi. O, 
belə insanları yalnız özü üçün deyil, vətənin, rəiyyətin xeyrinə, tə-
şəkkülünə xidmət edən, müəllimi yol göstərən, nəsiyyət verən, rəiy-
yəti istiqamətləndirən, bütün çətinlikləri istiqamətləndirməyi baca-
ran ulu şəxsiyyət kimi qələmə verir. O, müəllimi ədalətli, bilikli, ib-
rət mənbəyi kimi təsvir edir, müəllimdən üzərinə düşən vəzifəni əql 
və idrakla yerinə yetirməyini tələb edirdi. Ümumiyyətlə Naxşivani 
yaradııcılığında əxlaq tərbiyyəsi geniş şərh olunur və bu əxlaq tərbi-
yəsinin icraçısı olan müəllim  əvəzsiz olan bir şəxsiyyət, xalqa yol 
göstərən bir “nurani ata” kimi əks olunmuşdur. O yalnız hakimləri 
deyil, məhkumları da hər şeyi bilən, vətənə, rəiyyət övladlarına xid-


 
106
mət edən belə şəxsiyyətləri tanımağa çağırırdı, güman edirdi ki, əx-
laqi-ixlas ilə ixlasi-ixtisas birləşdikdə həm hökmranlıq, həm də di-
van saf qalacaq. Əgər bunlardan birisi qüsurlu olarsa, həm dövlət, 
həm də vilayət qusur içərisində olacaqdır. 
Naxçıvani mədəni, iqtisadi və elmi tərəqqini müəllim, mürəb-
bi və dayələrin fəaliyyətində axtarırdı. 
Naxçıvani istər tərəqqini, istərsə də mədəni inkişafın mənbə-
yini tədris müəssisələrinin fəaliyyətində görürdü. Ona görə də rəh-
bərlik etdiyi maliyyə  təsərrüfatında  əldə etdiyi gəlirin bir hissəsini 
məscid, qiraətxana, xanəgah və digər tədris müəssisələrinin tikinti-
sinə sərf edirdi. O, vətən üçün lazım olan ixtisas sahiblərinin və pe-
şə adamlarının yetişdirilməsinə xüsusi diqqət yetirirdi. Əsərlərində 
tibb, astronomiya, astrologiya, kimya, fiqh, ritorika və s. elmlərdən 
söhbət açması bunların o dövr məktəb və mədrəsələrində tədris edi-
lən fənlər olduğunu göstərir. 
Naxçıvani bir sıra pedaqoji islahatların yaradıcısı kimi şöhrət 
tapmış bir mütəfəkkirdir.  Pedaqoji fikir tarixində  ədəb,  əxlaq, kə-
lam, tərbiyə qaydaları və s. haqqında elmi mübadilələrlə yadda qal-
mışdır. Naxçıvani ədalətsizliyi, müqəssirliyi, rəğbət və nifrəti, dost-
luq və düşmənçilik, insanın xarakterik xüsusiyyətləri ilə bağlı şərh-
lər vermişdir. 
Naxçıvaninin əsərləri dünyanın ən məşhur muzey və kitabxa-
nalarında (İngiltərə, Türkiyə, Amerika, Almaniya və b.) saxlanılır. 
 
Qasimi Ənvər 
(1355 – 1433) 
 
Qasimi XIV əsrin II yarısında geniş dünya şöһrəti qazanmış 
şəxsiyyətlər içərisində özünəlayiq yer tutmuşdur. Nəsimi kimi Qa-
simi də hürufilik mövqeyində dayanmış və bu mövqedən çıxış edə-
rək Teymur istibdadına qarşı amansız mübarizə aparmışdır. 
Azərbaycan və rus şərqşünasları һəmişə hürufilik təriqətindən 
söһbət açarkən Nəimi, Nəsimi ilə bərabər Qasimidən də danışmış-
lar. Məşһur rus alimi İ. P. Petruşevski yazırdı ki, hürufilər təriqəti, 


 
107
monqol xanları tərəfindən yaradılmış sisteminin varisi sayılan Tey-
murilər dövlətinə qarşı barışmaz mübarizə aparırdı. Teymurilərdən 
Sultan  Şaһruxun  һəyatına qarşı hazırlanan suiqəsd (1427-ci ildə) 
һürufilər cəmiyyəti tərəfindən təşkil edilmişdir. Qasimi də bu cə-
miyyətin fəal üzvü olmuşdur. 
Qasimül Ənvar «Ənisül-arifin» kimi məzmunlu, xələfləri tərə-
findən dönə-dönə istifadə edilən məşһur əlyazmasının müəllifidir. 
Təsəvvür xarakterli mənzumələr məcmuəsi olan bu əlyazma-
sından məlum olur ki, Qasimi də Nəimi kimi insan aludəsidir. O da 
insanı yüksəklərə qaldıraraq, onu ilaһiləşdirir, onu müsbət xüsusiy-
yətlər mücəssəməsi kimi qələmə alır. 
Qasimi “Ənisül-arifin» əsərində dünyanın јaradılması һaqqın-
da fikirlərini şərһ edərkən, insan və onun amalı, əməli, nəfsi, əxlaqı, 
idrakı, səbri, һər şeyi başa düşməsi, rəiyyətə, aləmə, münasibəti, tər-
biyəti, ürfanı və s. barədə geniş söһbət açır. 
Nəimi kimi Qasimi Ənvar insanı ən ulu qüvvət, qүdrət һesab 
edərək, onu һər bir naqislikdən və qüsurlardan uzaq görmək istəyir-
di. Daһa doğrusu «kamil xilqət» arzusunda idi. 
Bir sıra tarixçilər «Qasiminin һürufiliklə  əlaqədar olmağı»nı 
da iddia edirdisə də, onun «ənəlһəq ideyası, Nəimiyə yaxınlığı, in-
sanı ilaһiləşdirməsi һəmin fikri rədd edir. 
Qasimi Azərbaycan xalqının Teymur istibdadına qarşı müba-
rizəsinin ön xəttində duran şəxsiyyətdir. 
Nəsimiyə də örnək olan fikirləri, elə həmin cərəyan tərəfdarı 
və һürufizm tərəfdarı olması idi. 
Nəsimi kimi Qasimi də yalnız tərbiyə elmi saһəsində deyil, 
Azərbaycan xalqının orta əsrlərə aid qəһrəmanlıq mübarizəsi sahə-
sində fəaliyyət göstərən mərd insan kimi qiymətləndirilməlidir. 
Qasimi belə һesab edirdi ki, tərbiyə elmini yaymaqla, məktəb, 
mədrəsə və digər tədris müəssisələrində böyüyən nəsil qüsursuz bo-
ya-başa çatdırılarsa, istibdad dövründə baş vermiş rəzalət və qarət-
lərə soyğunluq və işğallara, edam və yersiz təqiblərə üstүn kəlmək 
olar. 


Yüklə 12,87 Kb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   40




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə