Microsoft Word derslik-Semengul doc



Yüklə 12,87 Kb.
Pdf görüntüsü
səhifə32/40
tarix11.04.2018
ölçüsü12,87 Kb.
#37910
növüDərs
1   ...   28   29   30   31   32   33   34   35   ...   40

 
98
istiqamətləndiricir. Çünki hər kəsin müxtəlif meyli və marağı möv-
cuddur. Onun istiqamətləndirilməsi müəllimdən asılıdır”. 
XIII əsrdə pedaqoji terminlər Tusi tərəfindən islah edilmişdir
bu fəaliyyət bir də XIX əsrdə L.N.Tolstoy tərəfindən aparılmışdır. 
Tusinin 12 adda risalə  və  dərslikləri var idi. Onun “Əxlaqi-
Nasiri”  əsəri 21 dilə  tərcümə edilmişdir, orta əsr məktəblərinin və 
müəllimlərinin masaüstü kitabına çevrilmişdir. 
700 – 800 il bundan əvvəl yazılmış Tusi əsərləri indiyədək ya-
radıcılıq, məktəb sahəsində geniş yayılmışdır. Bunları bizə gəlib ça-
tan və hələ də öz əhəmiyyətini itirməyən 100-ə yaxın əsəri təsdiqlə-
yir. Tusinin yaratdığı incilər zəmanəmizə  gəlib çatmışdır, onu aqil 
və müdrik fikirlər müğənnisi və  əxlaq nəzəriyyəçisi adlandırmağa 
əsas vermişdir. 
Tusiyə görə, yaxşı  təhsil insanı yalnız  əqli cəhətdən deyil, 
həm də mənəvi, əxlaqi cəhətdən də yüksəltməlidir, onu hazırcavab 
və alicənab fərd kimi formalaşdırmalıdır. Deməli, belə insanlar də-
qiq ixtisaslar qazanaraq düşüncələr vasitəsilə gözəl sənətlər  əldə 
edir, vətənin tərəqqisini təmin edirlər. Ona görə əqlsiz insanın qəl-
bində bədxah meyillər kök salar, bəla və bədbəxtlik gətirər. 
Tusi qeyd edir ki, “əxlaq cəmiyyətin tərəqqisinə, onun dəyiş-
məsinə əsl mənada təsir göstərə bilməz, yalnız idrakla birləşdikdə o 
(yəni  əxlaq) qüvvət və qüdrət kəsb edir”, “insanın tərbiyəsi yalnız 
yaşa dolduqdan, özünü anladığı vaxtdan deyil, hələ rüşeym halında 
olandan başlamalıdır”, “elm insanları üzə  çıxarmaqda tərbiyə ilə 
müştərək olduqda çaşdırır”. 
Tərbiyə işində adamları təbəqəyə ayırır, ilk təbəqəyə “əhli-qə-
ləm” (ziyalılar), ikinci təbəqəyə  “əhli-şəmşir” (hərbiçilər), üçüncü 
təbəqəyə “əhli-müamilə” (tacir və alverçilər), dördüncü təbəqəni isə 
“əhli-məzriyə” (əkinçi və  sənətkarlar) adlandırır. Tusi həmin dörd 
təbəqənin adamlarının əxaqının müxtəlif olduğunu qeyd edir. 
Tusi qeyd edir ki, “tərbiyə insanla yaranmış, insanla davam 
edir və bu şəxs öldükdə o da yekunlaşır”, “tərbiyə yalnız ailədə yaş-
larında verilməməli, böyüklükdə də zəruridir”. 


 
99
“Ata-ana övladın əmələgəlməsində və böyüməsində ilk səbəb-
kardır, onların sayəsində övlad cismi-kamala çatır, yeyib-içir, mü-
hafizə və qayğı ilə əhatə olunur”. 
“Çətin məsələləri aydınlaşdıran, sənət, müsiqi və maddi ne-
mətləri hüsulə  gətirən insanın rəvac və inkişafına,  əxlaqca saf və 
gözəl olmasına, bütün sənətlərdən baş  çıxarmasına, ona irəliləmək 
üçün yol gtöstərən, bağlı qapıları açan, sirlərə agah edən bir şey var-
sa, o da elm və onu öyrənməkdir. Elm insanı mənəviyyatca gözəl-
ləşməsində va kamilləşməsində, həyati təcrübəsinin zənginləşmə-
sində müstəsna əhəmiyyət kəsb edir”. 
Tusi beynəlmiləlçiliyi həm pedaqoji, həm də fəlsəfi əsərlərin-
də daha qabarıq vermişdir. O, insanları bir-birinə arxa, kömək gös-
tərməyə çağırırdı. Ayrıseçkiliyi görmək istəməmişdir. “Divan”ında 
xalqlar arasında səmimiyyət, nəsillər arasında sıx  əlaqə, bir-birini 
anlama, idrakla, elm və savadla davranmaq və s. ilə bağli mütərəqqi 
fikirlər söyləmişdir.  İki hissə, 240 səhifədən ibarət olan bu əsərdə 
yoldaşlıq, dostluq, həmrəylik və s. haqda qiymətli beytlər çoxdur. 
Məhəmməd Nəsirəddin Tusi XIII əsrdən başlayaraq son orta 
əsrlərə kimi bir sıra görkəmli riyaziyyatçıların, astronomların, mü-
dərris və müəllimlərin, filosofların, iqtisadçıların,  ədiblərin və s. 
müxtəlif yaradıcılıq sahiblərinin istiqamətvericisi, ruhi qidası və ör-
nəyi olmuşdur. 
O, bütün elmlər, xüsusən pedaqogika tarixində orta əsrlərin bu 
sahədə sükut buzunu sındırmış ilk orta əsr pedaqoqudur. 
 
Əvhəd-əd-din Əvhədinin  
təlim-tərbiyə haqqında fikirləri 
(1274-1338) 
 
Görkəmli sənətkarlarımız Xaqani, Nizami, Tusinin davamçısı 
kimi şöhrət tapan Əvhədi Marağayi təlim-tərbiyə sahəsində ön xət-
də getmişdir. XIII-XIX əsr Azərbaycan məktəbi və pedaqoji fikrinin 
inkişafında özünəməxsus xidmət göstərən və pedaqoji fikir salna-


 
100
məsində öz adını tərbiyə müğənnisi kimi həkk edən şəxsiyyətlərdən 
biri olmuşdur. 
Əvhəd-əd-din Əvhədi 1274-cü ildə Marağa şəhərində anadan 
olmuş, ilk təhsilini burada almışdır. Onun boya-başa çatmasında və 
təhsilində Tusinin təşkil etdiyi rəsədxananın böyük rolu olmuşdur. 
Əvhədi də Tusi məktəbinin yetirmələrindən biridir. Uzun müddət 
qəribçilikdə yaşamasına baxmayaraq, öz məhəbbətini, istəyini Azər-
baycandan  əsirgəməmişdir, poetik yaradıcılığında xalqın adət-ənə-
nələrinə öz müsbət şərhini vermişdir. Əvhədi həmişə ehtiyac içində 
yaşamış, bir parça çörək üçün müxtəlif yerlərə üz tutmuş, nəhayət, 
Xacə Məhəmməd ibn Rəşidin sənət sahədə xidmətlərindən xəbər tu-
tub 59-60 yaşlarında vətənə (Marağaya) qayıtmışdır. Bu münasibət-
lə yazırdı: “Mənim də bəxt ulduzum ucalmağa başladı, işim də bə-
xim kimi rövnəq tapdı”. 
XIII-XIV əsrlərdə Azərbaycan dilində 200-dən çox görkəmli 
mütəfəkkir insan yazıb-yaradırdı. Onlardan biri də Əvhədi Marağa-
 idi. Onun əsərləri, xüsusən “Cami-Cam” əsəri sırf pedaqoji sahə-
yə xidmət edirdi. Əsərdə, “Tövhid” və “Münacat” başlıqları adı al-
tında verilmiş fəsillərdən başqa, digər fəsillər sırf təlim-tərbiyədən, 
əxlaq və adətlərdən, əmək, bədii, əqli və s. məsələlərdən bəhs olu-
nurdu.  Əvhədinin “Cami-Cəm” pedaqoji əsəri yalnız öz dövründə 
deyil, XIII-XVI əsrlərdə  də  əl-əl gəzərək  İran, Qahirə, Hindistan, 
Ərəbistan,  İstanbul kimi Şərq ölkələrində, Paris kimi Qərb ölkələ-
rində  tərcümə edilərək oxunmuşdur. Bertels “Cami-Cəm”  əsərini 
Şərqdə böyük müvəffəqiyyət qazanıb geniş yayılmış bir sıra şairlə-
rin yaradıcılığına təsir göstərmiş qiymətli vəsait kimi şərh etmişdir. 
Yaxın Şərq xalqları ədəbiyyatı, o cümlədən klassik Azərbay-
can  ədəbiyyatı nümayəndələri Xaqani Şirvani,  Əssar Təbrizi, Saib 
Təbrizi, İmadəddin Nəsimi, Mücirəddin Beylaqani, Seyid Əzim Şir-
vaninin  əsərləri, o cümlədən  Əvhədi Marağayinin  əsərləri tam tər-
cümə olunmamışdır. 
Həcmi 9142 misradan ibarət olan “Cami-Cəm”  əsəri fars di-
lindən Qulamhüseyn Beqdeli və Xəlil Həmidoğlu tərəfindən ana di-
limizə tərcümə olunmuşdur. Əsər didaktik cəhətdən Əvhədinin sələ-


Yüklə 12,87 Kb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   40




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə