Microsoft Word derslik-Semengul doc



Yüklə 12,87 Kb.
Pdf görüntüsü
səhifə33/40
tarix11.04.2018
ölçüsü12,87 Kb.
#37910
növüDərs
1   ...   29   30   31   32   33   34   35   36   ...   40

 
101
fi olan Nizaminin, sufi təriqəti cəhətdən isə Sənai Qəznəvinin “Hə-
daiqül-həqayiq” əsərinin təsiri ilə yazılmışdır. Əvhədinin yaradıcılı-
ğında böyük yer tutan “Cami-Cəm” poeması maarif sahəsində  də-
yərli əsər hesab olunur. 
Əvhədinin yaradıcılığına Nəsirəddin Tusininin əsərləri təsir 
etmişdir. “Dəhnamə” əsərini Nəsirəddin Tusinin nəvəsi Xacə Ziya-
əddin Yusifə itfah etmişdir. 
 
Bu uzaq göylərin sirlərini biz 
Dərk edə bilmirik yəqin elmsiz, – 
 
misraları nücum elminə işarə edir və səma cisimlərinin sirləri-
ni öyrənməkdə elmin rolunu vurğulayır. 
Tisi yaradıcılığında hər zaman diqqəti çəkən “Sən ancaq bilik-
lə yüksələ bilərsən” ifadəsindən istifadə edərək  Əvhədinin “Cami 
Cəm”  əsərində yazdığı  aşağıdakı beytlər onun yaradıcılığında bö-
yük mütəfəkkirin təsirini təsdiq edir: 
 
Bilik can quşuna qanaddır inan, 
Ruhunu göylərə odur qaldıran. 
 
Elm oxu dünyada kamaldan ötrü, 
Oxuma dövlətdən, ya maldan ötrü. 
 
Əvhədi “Cami Cəm”  əsərini 1333-cü ildə yazılmışdır. Azər-
baycan sözləri və məsəlləri ilə bəzənən bu əsər İran padşahı Cəm-
şidin  şəninə  həsr olunaraq “Cami-Cam”
1
 adlandırılmışdır.  Əsər üç 
fəsildən ibarətdir. Birinci fəsildə yer üzünün yaradılışından, mədən, 
nəbat, heyvan və insanın bir-birinin ardınca vücuda gəlməsindən 
bəhs edilir. Burada həm elm, həm panteizmlə bağlı mülahizələr əks 
olunmuşdur.  Əsasən, insanın məxluqatın  ən  şərəflisi olduğunu ay-
                                                 
1
 Cəmşidin Camı - əfsanəvi İran padşahı Cəmşidin istənilən hər şeyi özündə əks 
etdirən camına işarədir. 


 
102
dın boyalarla göstərilmişdir. Burada insanın  şüur və mühakiməyə 
malik olduğu əsaslandırılmışdır. 
İkinci fəsil iki hissəyə bölünmüşdür. Birinci hissədə dünya əh-
linin məişət  şəraitindən, dolanacağından danışılır.  Şair insanlara, 
şahlara nəsihətlər verir, onları şərab içmək qaydalarından tutmuş, ev 
tikmək, evlənmək, övlad tərbiyə etmək, düzlük, dostluq, sədaqətlilik 
və mərdanəlik, elmə yiyələnməyə aid maraqlı fikirlər söyləyir. İkin-
ci hissədə sufizm təriqətıinin şərtləri, qəlbin mənası, eşq, irfan, səbr, 
təslim, mürşid, mürid və s. kimi təsəvvüf istilahları geniş izah edilir. 
Üçüncü fəsildə axirət əhvalatı təsvir edilir. Əbədi səfərə necə 
hazırlaşmaq lazım gəldiyini, özünə hansı yolla xeyir-dua qazanmağın 
sirlərini, o biri dünyaya əliboş getməməyin yollarını təbliğ olunur. 
Olduqca sadə  və yüksək poetik dillə yazılmış “Cami-Cəm” 
əsərinin bütün fəsillərində ictimai, xeyirxah bir əhval-ruhiyənin ha-
kim olduğu diqqəti cəlb edir. Şair burada dini-mistik ifadələrlə iba-
dəti, həqqə qovuşmağı göstərdikdə belə yenə bu dünyada xeyirli iş 
görməyi, bəşəriyyətə öz əməlləri ilə xidmət etməyi təbliğ edir. 
“Cami-Cəm” əsərində zahirpərəst, təqlidçi, formalist dindarlar 
tənqid olunur. Əvhədi yaradıcılığında mühüm mərhələni təşkil edən 
“Cami-Cəm”  əsəri fəlsəfi, etik, əxlaqi, siyasi, pedaqiji əsər kimi 
qiymətləndirilir.  Əvhədi yaradıcılığında elmin, idrakın qüvvəsinə 
inam diqqətəlayiq yerlərdən birini tutur. 
 
Bu uzaq göylərin sirlərini biz, 
Dərk edə bilmərik, yəqin elmsiz. 
 
Əvhədinin elm, idrak və bilik haqqında fikirləri bütün qəzəl
qəsidə, məsnəvi, tərcibəndlərində ətraflı şərh olunmuşdur. O hamıya 
“elm bayrağını göylərə qaldırmağı”, həmişə “bilik arxasınca yüyür-
məyi” tövsiyə edirdi. 
 
Bilik işıqlıdır, cəhl qaranlıq, 
Sən bu həqiqəti düşün bir anlıq. 


 
103
Əvhədinin fikrincə, “insanın doğulandan ömrünün axırına qə-
dərki məcaralarının” hamısında “müəllim və məktəb, elm və ədəb” 
müstəsnalıq kəsb edir ki, bunların da hamısında o, “müəllim, alim 
həlledicidir" fikrini qabardır. Müəllim, ustad əməyini qiymətləndir-
məyi, uca tutmağı, onun sahəsində yüksələnləri bu müqəddəs kəslə-
ri üstün tutmağa çağırır: 
 
Deyirlər, ağıllı bir ustad varmış, 
Nacins bir şagirdə dərs oxudarmış. 
İllərlə qatlaşıb hər əziyyətə, 
Dözdü çox əzaba, çox müsibətə. 
Axır elm öyrənib o, alim oldu. 
Natiq və qüdrətli bir həkim oldu. 
Ucaldı mənsəbi, artdı dövləti, 
Şaha yaxın oldu, qalxdı şöhrəti, 
Əsli, mayasında yox idi vəfa. 
Odur ki, ustadı salmadı yada. 
 
Əvhədi müəllimi cəmiyyətin “möhkəm daşı” hesab edir, onun 
əməyini, fəaliyyətini yüksək qiymətləndir. 
Əvhədi cəmiyyətin hərəkətini, sükunətini, vəziyyətini, hökm 
sürən bütün xeyir və şərini, ədalətsizlik və ədalətliliyin, yaxşı və pi-
sin və s.-nin kökünü “fəqihlərin, müəllimlərin əməli”ndə görürdü. 
Əvhədi məktəbi “elm qapısı” və “nizam ocağı” adlandırır və 
hesab edirdi ki, uşaqları məktəblərə, mədrəsələrə, xanigahlara gön-
dərmək zəruridir. Hər bir yaxşı keyfiyyətin məktəbdə, mədrəsədə 
aşılandığına inanırdı. 
 
Ən böyük nemətdir, anlasan peşə, 
Peşəkar düz yolla gedər həmişə. 
 
Əvhədi sırf tərbiyə, bilik, təhsil, zəkaya, əxlaq, məktəb, müəl-
lim, ədib və alimə dair söylədiyi yüksək mənalı fikirlər maarifpər-
vər şairin “Cami-Cəm” əsərində öz izahını tapmışdır. Elə bu izah və 


 
104
şərhlərinə görə də “Cami-Cəm” əsəri pedaqoji fikir tarixində öz qiy-
mətli yerini tutmuşdur. 
 
Məhəmməd Naxçıvaninin təlim-tərbiyə haqqında fikirləri 
(1288 – 1366) 
 
Məhəmməd Hinduşah Naxçıvani 1288-ci ildə Naxçıvanda zi-
yalı ailəsində anadan olmuşdur. Onun atası Mövlanə  Fəxrəddin 
Naxçivani öz dövrünün görkəmli alimlərindən biri hesab olunurdu. 
Məhəmməd Naxçivani ilk təhsilini ailədə atasından almışdır. Ali 
təhsilini isə Azərbaycan Atabəylər dövründə (1136 – 1225) Naxçi-
vanda inşa edilmiş Naxçivan mədrəsəsində tamamlamışdır. Bəzi 
məlumatlardan aydın olur ki, o, atasının yolu ilə getmiş, onun da-
vamçısı olmuşdur. 
Naxçıvaninin Qiyasəddin Rəşidinin təklifi ilə yazdığı “Dəs-
tur” əsəri ictimai-siyasi, didaktik, fəlsəfi-etik məzmun kəsb etməklə 
yanaşı, tərbiyəvi ideyalarla zəngindir. Bu əsər uzun müddət tarix, 
ədəbiyyat, həm də “elmülbəyan” fənlərinin tədrisində bir dərslik ki-
mi istifadə olmuşdur. “Dəstur I”, “Dəstur II” əsərləri təkcə Şərq alə-
mində deyil, həm də  Qərbi Avropada yayılmışdır. Bu əsər H.Dozi 
və Hammer-Purqştala görə, seçilmiş əsərlərin ən nadiri, ən qiymətli-
sidir. M.Naxçıvaninin bu əsəri  Şirazinin “Gülüstan”, Şəbüstərinin 
“Gülşəni-raz”, Əvhədinin “Cami-Cəm”, Caminin “Yusif və Züley-
xa” və s. dərslikləri ilə bir sırada duran eyni tədris əhəmiyyətli nadir 
orta əsr dərsliyidir. 
Naxçıvani öz lüğətləri, dil tədrisinə aid yazdığı “Sihahül-
əcəm”, “Sihahül-fars”, “Əf-al əl-Sihahül-əcəm” adlı inciləri ilə təd-
ris və təlim sahəsində müəllimlərə kömək etmiş, həm də orta əsrlər-
də ərəb və fars dillərinin geniş yayıldığı bir zamanda lüğətlə azər-
baycanlılara kömək etmişdir. 
Naxçıvani öz dövrünün kamil ziyalısı, maarifpərvəri, tarixçisi
dərslik müəllifi, pedaqoq olmuşdur. O, hesab edirdi ki, müəllim ix-
tisasında təkmil olmalıdır. 


Yüklə 12,87 Kb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   40




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə