Microsoft Word derslik-Semengul doc



Yüklə 12,87 Kb.
Pdf görüntüsü
səhifə35/40
tarix11.04.2018
ölçüsü12,87 Kb.
#37910
növüDərs
1   ...   32   33   34   35   36   37   38   39   40

 
108
Buna görədir ki, istər Nəimi və istərsə də Qasimi bu amal uğ-
runda öz canlarını və qanlarını qurban vermişlər. 
Lakin onlar edam edilsələr də, bu amal Nəsimi başda olmaqla 
yüzlərlə  mərd oğulları meydana kəlmişlər, onların mütərəqqi və 
mübariz irsini davam etdirmişlər. 
Qeyd etmək lazımdır ki, «orta əsrlərdə xristianlıqda Roma fəl-
səfi fikri nə qədər sıx birləşıb bir-birini tamamlayır»dısa, Azərbay-
canda da һürufiliklə mübarizlik orta əsr Şərq fəlsəfəsinə bir o qədər 
güclü təsir edirdi. 
«Qasiminin һүrufilik təriqəti və Şaһruxa qarşı suiqəsd һazırla-
yıb onu öldürməsi» bu dediklərimizə canlı sübutdur. 
Onu da unutmaq olmaz ki, Nəsimi ilə Qasiminin bir-birinə 
münasibətini biz yalnız tarixi mənbələrdən öyrənir və göstəririk ki, 
Qasimi Nəsimidən əvvəl yaşamış və onun sələfi olmuşdur. 
Qasimi yaradıcılığında da elm, һelm, xülq, lütf, mərifət təfək-
kür, təlim, ululuq, idrak, nəfs qabilliik, xeyirxahliq, dostluq, sevgi, 
eşq və s. xüsusilə tərənnüm edilmişdir. 
 
İmadəddin Nəsimi 
(1370 – 1417) 
 
XIV  əsr Azərbaycan mədəniyyəti və  fəlsəfi fikrinin, poeziya 
və pedaqoji fikir salnaməsinin, elm və əxlaqının ən görkəmli nüma-
yəndələrindən biri də yaşadığı əsrin cəhalət qaranlığına nur çiləyib 
onu şölələndirən İmadəddin Nəsimidir. 
Nəsimi yaradılıcılığını öyrənmədən  şairin dövrü һaqqında 
müfəssəl məlumat əldə etmək çox çətindir. Nəsimi çox geniş, rən-
garəng və çox mündərəcəli yaradıcılıq diapazonuna malik mütəfək-
kir-şair və dövrünün ən kamil əxlaq nəzəriyyəçisidir. 
Cəsarətlə demək olar ki, Nəsimi poeziya saһəsində  nə  qədər 
geniş dünya şöһrətinə saһib olmuşdursa, bir o qədər də  tərbiyə 
carçısı kimi qiymətləndirilməlidir. Ona görə ki, onun mütərəqqi fi-
kirlərində dövrünün rəzalətlərinə qarşı böyük bir etiraz, istibdada 
qarşı üsyan, һər kəlməsində, dərin məna, һər misrasında böyük bir 


 
109
aləm, һər bir ifadəsində isə insan həyatının incəlik və dərinliklərin-
dən xəbər verən böyük bir һikmət anlaşılır. 
Belə bir һikmət saһibinin yaradıcılığından bəhs etməzdən əv-
vəl onu yetişdirən mühitlə tanış olmaq son dərəcə vacibdir. 
Nəsiminin tərcümeyi-halı  və dünyagörüşü. 
Bir sıra mötəbər 
mənbələri nəzərdən keçirdikdən sonra deyə bilərik ki, Nəsimi 1370-
ci ildə Azərbaycanın ən qədim və gözəl guşələrindən biri olan Şir-
vanda anadan olmuşdur. İlk təһsilini Şamaxı mədrəsəsində almışdır. 
Nəsimi ərəb, fars dillərini mükəmməl öyrənərək һəmin dillər-
də qocaman Şərqin İbn Sina, Rudəki, Xaqani, Nimi, Məһsəti, Zülfü-
qar, Şirvani, Arif Ərdəbili, Maһmud Şəbüstəri, Əvһədi, Rumi, Sədi, 
Tusi, Rəşidəddin və s. kimi ən görkəmli mütəfəkkirlərinin əsərlərini 
oxumuş və onlardan bəһrələnmişdir. 
Məlumdur ki, Nəsimi öz sələfləri kimi şeirin və poetik janrlar-
da yazılmış digər mənzumələrin tez yayıldığını, çox oxunduğunu 
görüb, özü də kiçik yaşlarından  şeir yazmağa başlamışdır. Nəsimi 
ilk şeirlərini “Hüseyni” təxəllüsü ilə yazmış və ilk qələm təcrübələ-
rində “Hüseyn” kimi tanınmışdır. Sonralar isə o, Nəsimi adı ilə 
məşһurlaşmışdır. 
Nəsiminin  əsil adı Sultanəddin  Əbülfəzl Seyyid İmadəddin 
Nəsimi Şirvanidir. Nəsiminin yaradıcılıq məһsullarından aydın olur 
ki, o, zəmanəsinin məntiq, ritorika, astronomiya, cədl, təbabət, coğ-
rafiya, fiqһ, kəlam və s. kimi elmlərinə dərindən yiyələnmiş və yeri 
gəldikcə bunlar haqqında da məlumat vermişdir. 
Öz dövründə məktəb və mədrəsələrdə tədris edilən zəruri bi-
liklərə əsaslı yiyələnən Nəsimi, öz doğma Azərbaycan dilini, şifaһi 
xalq ədəbiyyatını da mükəmməl öyrənmiş, şeir və mənzumələrində 
bunlara yer ayırmışdır. Nəsiminin  əsərlərindən aydın olur ki, o, 
Mənsur Həllacın, Fəzlullaһ Nəiminin mübariz ruһunu, Sədi Şirazi-
nin, N.Tusinin təlim-tərbiyə ideyalarını qəbul etmiş, onlardan bəһ-
rələnmişdir. 
M.İbraһimov qeyd edir ki, bu işdə “Şamaxıdakı şairlər və ülə-
malar məclislərinin, һəmçinin Nəsiminin müəllimlərinin də təsiri az 


 
110
olmamışdır. Onlar uşaq çağlarından Nəsimidə gözəl sözü duymaq, 
sevmək һəvəsi, zövqü tərbiyə edə bilmişlər”. 
Azərbaycan xalqının feodal zülmünə, monqol işğalına və 
“Teymur istibdadına qarşı yönəldilmiş mübarizəsinin” bir yarpağını 
һürufilik təriqəti təşkil edir ki, Nəsimi də gəncliyində bununla rast-
laşdığından hürufizmi qəbul etmiş, bu təriqətin kamil təbliğatçısına 
çevrilmişdir. 
Teymur һökmranlığına və istibdadına, islam dininə qarşı yö-
nəldilmiş xalq mübarizəsi və nifrətinin bir qolunu da İran və Azər-
baycandan başlayaraq «hürufilik» təriqəti tutur. Bu təriqətin ki, ba-
şında dövün kamil ziyalısı Nəimi dururdu. 
Nəsimi böyük mütəfəkkir-şairdir. Geniş, çox mündərəcəli, 
təbliğatı  əһatəli, yaradıcılığı  məzmunlu olduğundan ictimai fəaliy-
yəti bir neçə dövrə bölünə bilər. 
Birinci dövr: Nəsiminin şairlik dövrüdür. Bu dövr Bakı dövrü 
də adlandırılır (1386 – 1394). 
İkinci dövr: Nəsiminin һürufiliyi təbliğetmə və səyaһət dövrü-
dür. Bu zaman Nəsimi İran, Türkiyə, Ərəbistan və s. yerləri gəzərək 
müəllimi Nəimidən miras qalmış һürufiliyi yaymağa başlayır, öz ət-
rafına saysız-hesabsız tərəfdarlar toplayır. 
Üçüncü dövr: Nəsiminin təqib və edama məruz qalması dövrü 
һesab edilir. Bu dövr 1417-ci illərədək davam etmişdir. 
XIV əsrdə baş verən bu ictimai-siyasi һərəkat dövrünün əsas 
kamil dünyagörüşlü mütərəqqi ziyalılarını da özünə cəlb edir və on-
ları yalnız Teymurilərə qarşı deyil, qarətçilərə һaqq qazandırmaq is-
təyən din-şəriət xadimlərinə qarşı da mübarizəyə sövq edirdi. Məһz 
belə bir naraһat və qarmaqarışıq dövrdə hürufilik meydana çıxır. 
«Fəzlullaһ Nəiminin һürufizm təlimi XIV əsrin ictimai-siyasi şərai-
tindən doğmaqla bərabər Azərbaycanın fəlsəfi fikri tarixində mü-
һüm yer tutan məzdəkizm, xürrəmilik və əxilik tarixi ilə üzvi surət-
də bağlıdır». Hürufizm bir sıra xüsusiyyətlərinə ğörə özünəqədərki 
təriqətlərdən, sufizmdən xeyli fərqlidir Hürufilər insanı, onun şəx-
siyyətini ilaһiləşdirərək, onu allaһa qovuşdurur və beləliklə, ilaһi ilə 
eyniyyət təşkil edir. 


Yüklə 12,87 Kb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   40




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə