Microsoft Word derslik-Semengul doc



Yüklə 12,87 Kb.
Pdf görüntüsü
səhifə37/40
tarix11.04.2018
ölçüsü12,87 Kb.
#37910
növüDərs
1   ...   32   33   34   35   36   37   38   39   40

 
114
Sən bu Nəsiminin dilin anla, sözün bil 
Kim, var bu dildən özgə bizim bir lisanımız. 
 
Nəsimi öz əsərlərində xalq yaradıcılığının milli koloritini, tə-
ravətini müdafiə edərək, onları daһa da inkişaf etdirmiş, xəlqilik 
prinsiplərinə sadiq qalaraq, onu yüksəklərə qaldırmışdır. 
Müəllim һaqqında.
 Nəsimi öz yaradıcılığı, fəaliyyəti və mü-
bariz amalını  һəmişə ustadı, müəllimi sandığı  Fəzlullah Nəimi ilə 
bağlamış, onu ata, öyrədən və ilaһi bir qüvvə sanmışdır. 
Nəsimi özünü Nəiminin  şagirdi  һesab edərək, daim ondan 
bəһrələndiyini, ondan təlim və tərbiyə aldığını və onu öz tərbiyəsin-
də nümunə sandığını dönə-dönə qeyd edir. 
Nəsimi müəllimi «on səkkiz min aləmin sirrinə  bələd olan 
adam, «dəryayi-ümman», zəmanəsinin bütün elmlərinə malik olan 
«ulu qüvvət» deyə mədһ edir və kənc nəslə bütün bu müsbət keyfiy-
yətləri öyrədən nümunə mənbəyi kimi baxırdı. 
Nəsiminin fikrincə, müəllim, ustad, müdərris nəinki «öz bili-
şi», «dəryayi-һikməti» öyrətmə xüsusiyyəti ilə nümunə olmalıdır. 
O, һəm də «zəmanənin qeylüqalına üsyan» edən mübarizlər һazırla-
malıdır deyə müəllimin qarşısına vəzifələr də qoyurdu. 
Belə bir adam, qüsursuz ustad Fəzlullaһ Nəimini һesab edirdi 
ki, onun üz cizkilərindən ilaһi bir qüvvə sanılırdı. 
Müsbət xüsusiyyətlərinə, nümunələrinə görə, Nəimiyə «könül 
verməyi təklif edirdi. Ona görə də: 
 
Nicaһan bir şaһa düşdü könlümüz, 
Yüzü bədrü-maһə düşdü könlümüz, 
Taki Fəzlullaһə düşdü künlümüz, 
Uş һəqiqi raһə düşdü könlümüz. 
 
Nəsimi göstərir ki, «һəqiqəti bəyan etmək», «elm öyrənmək», 
idraka saһib olmaq һərfi  өyrənmədədən mümkün olmadığı kimi, 
müəllimsiz də һərf, əlifba öyrənmək müşküldür. 


 
115
Nəsimi məntiqi ifadələri ilə müəllim fəaliyyətini yüksəklərə 
qaldırır ki, onu һər cür rəzalətə, qanunsuzluqlara, yalanlara, riyakar-
lığa qarşı üsyan edən şakirdlər, «əһli-vətən» və «cövһəri kainat» һa-
zırlamağa səsləyirdi. 
Nəsimi müəllimin, ustadın roluna yüksək qiymət verərək «nə 
mürəkkəb düzər gör ol ustad» deyib onun dediklərini «kim içər dol-
ca һikmətdir» kimi qələmə verirdi. 
Nəsimi üzünü alimlərə, şagirdlərə tutaraq “gəl sən andan elm 
öyrən”məyə deјə «mövlamıza inanmağı məsləһət bilirdi. 
Nəsimi ilk orta əsr maarifçisi kimi yalnız biliyi müəllimdən 
alınmasına deyil, mütərəqqi fikirli şair,  ədib, filosof, dilçi, səyyaһ 
və s. kimi şəxsiyytləri və onların əsərlərini də oxumağı zəruri sayır 
və bunlara da «өyrədən mənbə»lər kimi baxırdı. 
Görkəmli şəxsiyyətləri və əsərlərini də müəllim kimi öyrədən 
һesab edirdi. 
Nəsimi öz yaradıcılığında belələrinə: Nizamini; Ərəstalisi, Si-
nanı, Əvһədini, Sədini, Hafizi, Mənsur Həlladı və b. misal kətirir və 
onları da «müəllim, ustad» adlandırırdı. O: 
 
Həq təcəlla eylədi Musa üçün, 
Nə Ərəstalisü Bu-Sina üçün. 
Ey könül, şol hürü-məhsəma üçün 
Səcdə qıl, həm şol qədi bəla üçün. 
 
deyərək belələrinə «səcdə qıl»mağı da təklif edirdi. 
Nəsimi öz müəllimini «əfəndi» deyə  də xitab edib, ustadını 
«alimlər ümidi, maһi-təban», «gözümün nuri vicudimdə», «һər da-
marımda yeriyən qanım” deyə onu mədһ edirdi: 
 
Kanım, güһərim, mədəni-yaquti-rəvanım. 
Qiymətli olan ləli-bədəxşanım əfəndi. 
Eşqində Nəsimi çün qılır canını qurban, 
Qurbanına qurban olayım, canım əfəndi. 


 
116
Nəsiminin һəyat yolu qısa da olsa, o, çox böyük mütəfəkkir-
şairdir. Onun fəaliyyəti çox geniş, yaradıcılığı çoxmündərəcəlidir. 
 
Məhəmməd Füzuli 
(1449 – 1556) 
 
Yalnız öz doğma Azərbaycan dilində deyil, ərəb və fars dillə-
rində də ölməz əsərlər yazmış Fizulinin adı bütün Yaxın Şərq ədə-
biyyatında məşhurdur. Füzulinin Azərbaycan mədəniyyəti qarşısın-
da ən böyük tarixi xidmətlərindən bir də onun Azərbaycan ədəbi di-
linin inkişafını yüksək zirvəyə qaldırmasıdır.  Şair  ədəbi fəaliyyətə 
başladığı zaman Azərbaycan dilini geniş tarix səhnəsinə çıxartmaq 
haqqındakı böyük və şərəfli vəzifəsini bütün varlığı ilə dərk etmiş-
dir. Hətta bu işin çətinliklərini də ölçüb biçmişdir. Və şair öz vədini 
yerinə yetirdi. 
XV – XVI əsrlər Azərbaycan ədəbiyatında əsas etibarı ilə liri-
ka üstünlük təşkil edirdi. Azərbaycanda və eləcə  də bir sıra siyasi 
səbəblər üzündən Türkiyə  və Bağdad  ətrafında yaşayıb-yaratmağa 
məcbur olan XV – XVI əsr sənətkarlarımızdan Hilali, Həbibi, Xətai, 
Süruri, Bəsiri, Şəmsi, Zayei və başqalarını göstərmək olar. Bütün bu 
görkəmli şairlərin isə ön cərgəsində Məhəmməd Füzuli dururdu. 
Füzulinin həyatı haqqında məlumat olduqca azdır. İlk mənbə 
kimi müraciət etdiyimiz təzkirələrdən əksəriyyətində Füzulinin İra-
qın Kərbala şəhərində doğulduğu xəbər verilir. Şair təxminən 1498-
ci ildə anadan olmuş, 1556-cı ildə  vəfat etmişdir. Füzuli bütün öz 
mənalı ömrünü ehtiyac və  məhrumiyyət içərisində keçirmiş, vüqar 
və əzəmətini heç bir zaman tərk etməmişdir. Fyzulinin Fəzli adında 
bir oğlu var idi. O da şair idi. Füzuli özü ilə oğlu arasında olan mü-
nasibətlərə ayrıca olaraq iki şer həsr etmişdir. Bundan başqa o, hər 
bir yerdə ata-oğul mövzusuna toxunarkən oğluna da müəyyən işarə-
lər etmişdir. 
Füzuli «Bəngü Badə» poemasını 1510-cu ilin sonunda Şah İs-
mayıl Xətainin Məhəmməd xan Şeybaniyə qalib gəlməsi münasibə-
tilə yazmışdır. Ona görə də Füzulinin bu əsəri 1511-ci ilin başlanğı-


 
117
cında yazmış olduğunu guman etmək olar. Yəni Füzulinin 1510-
1511-ci illərdə yazığı «Bəngü Badə» poemasında olan daxili məlu-
mat Fizulinin 1480-1485-ci illərdən gec anadan olmamasını göstərir. 
Füzulinin ailəsi haqqında bizim heç bir məlumatımız yoxdur. 
Füzulinin atasının və yaxud dədə-babalarının bir zaman Azərbay-
candan Bağdada (İraqi-Ərəbə) köçmələri haqqında mülahizə (Ə. Se-
idzadə və s.) həqiqətə çox yaxındır. 
Füzuli yaradıcılığı olduqca zəngin və rəngarəngdir. Şərq klas-
sik poeziyasının elə bir forması, yaxud canrı yoxdur ki, Füzuli qələ-
mi ondan istifadə etməmiş olsun. 
Füzuli öz şairlik fəaliyyətini qısa lirik şerlərlə – qəzəllərlə 
başlamış və ömrünün sonuna qədər bu canrda əsərlər yazmışdır. Li-
rika Füzuli şerinin canı, cövhəridir. Şerin bu canrında şairin bütün 
hiss və həyacanları, onun daxili aləmi, ən nəcib duyğuları öz əksini 
tapır. 
Lakin Füzuli lirikası yalnız məhəbbəti təlqin etməklə kifayət-
lənmir. Füzuli yaradıcılığında  şairin ictimai baxışları da öz əksini 
tapır. Füzulinin «Şikaytnamə», «Rind və Zahid», «Ənis-ül-qəlb» ki-
mi əsərləri ictimai ədalətsizsiyi, zülm və istibdadın tənqidinə yönəl-
dilmişdir. Bu əsərlərdə  şair öz dövrü üçün çox mütərəqqi fikirlər 
irəli sürür, əməkçi xalqın – sənətkar və əkinçilərin müdafiəçisi kimi 
çıxış edir. 
Füzuli yaradıcılığının şah əsəri «Leyli və Məcnun» poeması-
dır. Nakam bir məhəbbət dastanı olan «Leyli və  Məcnun» Yaxın 
Şərq ədəbiyyatında ən çox yayılmış mövzulardan biridir. Bu gözəl 
və kədərli afsanə ilk dəfə ərəb şifahi ədəbiyyatında təşəkkül tapmış-
dır. Poeziyada isə «Leyli və Məcnun» dastanı mükəmməl bir poema 
şəklinə salıb nəzmə çəkən ilk müəllif Nizami Gəncəvi olmuşdur. 
Nizaminin «Leyli və  Məcnun»u öz bədii rəng və  təravəti, 
məntiqi qüvvəsi ilə oxucunu heyran edən qiymətli bir sənət əsəridir. 
Çoxları Nizamidən sonra bu mövzuda poema yazmışdır.  Şərqin 
klassik ədəbiyyatı 40-dan yuxarı «Leyli və Məcnun» poeması tanı-
yır. Ancaq Füzulinin «Leyli və  Məcnun»u bu mövzuda yazılmış 
əsərlər içərisində ən görkəmli yerlərdən birini tutur. 


Yüklə 12,87 Kb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   40




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə