Microsoft Word derslik-Semengul doc



Yüklə 12,87 Kb.
Pdf görüntüsü
səhifə38/40
tarix11.04.2018
ölçüsü12,87 Kb.
#37910
növüDərs
1   ...   32   33   34   35   36   37   38   39   40

 
118
Füzulinin «Leyli və Məcnun»u lirik faciədir. Əsərin qəhrəma-
nı vurğun bir şair – eşq və məhəbbət mücəssəməsinin özüdür. Poe-
manın əsas hərəkətverici qüvvəsi də «əvvəli qəm, sonu fəna» olan 
uğursuz bir məhəbbət və bu məhəbbət yolunda çəkilən iztirab və 
əziyyətlərdir. Füzuli azad və qarşılıqlı sevgi ideyasını bədii bir for-
mada oxuculara təqdim edir. Şair məhəbbətə əzib məhv edilməsi la-
büd olan bir hiss kimi baxmır. O, məhəbbətə insan qəlbinin mütləq 
və zəruri ehtiyacı, insan səadəti və iztirablarının başlıca mənbəi ki-
mi baxır. 
Füzulinin qəhrəmanları insani hissləri köhnə cəmiyyətin adət 
və ənənələrindən xilas etməyə çalışan yeni insanlardır.Onlar orta əsr 
dünyasında azlıq təşkil edir, lakin buna baxmayaraq öz hissləri uğ-
runda mübarizə etməyi bacarırlar. Ölüm belə onları bu yoldan gön-
dərməkdən acizdir.Mal, dövlət, şöhrət, işkəncə Məcnun və Leylinin 
sevgisini sarsıda bilməz. 
Qarşılıqlı sevgi, mənəvi azadlıq problemləri ilə  sıx surətdə 
əlaqədar olaraq Fyzulinin «Leyli və Məcnun»unda orta əsrlərdə qa-
dına münasibət məsələsi də mərkəzi yer tutur. 
Fyzulinin «Leyli və Məcnun»unda müəyyən dərəcədə sufizm 
fəlsəfəsinin elementləri vardır. Lakin bu elementlər cüzidir, əsərin 
ideyasına xələl gətirmir. 
Nizami və Nəvai əsərlərindən Fyzulinin «Leyli və Məcnun»u-
nu fərqləndirən əsas cəhət onda lirik haşiyələrin üstünlüyüdür. 
Fyzulinin fars dilində yazdığı divan, «Həft cam» («Saqina-
mə»), «Ənisül-qəlb», «Səhhət və Mərəz» əsərləri ilə yanaşı nəsr və 
nəzmlə yazdığı «Rindü Zahid» əsəri öz ictimai-fəlsəfi məzmunu eti-
barı ilə çox əhəmiyyətlidir 
Füzuli özünün fəlsəfi fikirlərini başlıca olaraq «Mətləül-eti-
qad» əsərində şərh etmişdir. Əsər ərəbcə yazılmışdır. Bu əsərin orta 
əsrlərdə Yaxın  Şərqdə əmələ  gəlmiş  fəlsəfi və teoloci cərəyanlarla 
tanış olmaq nöqteyi-nəzərindən böyük əhəmiyyəti vardır. 
Füzulinin fəlsəfi fikirləri əsas etibarı ilə idealist xarakterə ma-
likdir. Fəlsəfənin əsas məsələlərini o, idealistcəsinə həll edir. Buna 
baxmayaraq ayrı-ayrı fəlsəfi məsələlərdə Füzuli materializmə meyl 


 
119
göstərmişdir.  Şair «Mətləül-etiqad» («Vosxocdenie ubecdeniy») 
əsərində mövcudiyyəti mümkün və vacib olmaq üzrə iki qismə ayı-
rır, maddi və qeyri-maddi olaraq iki cür varlığı  qəbul edir. Bədii 
əsərlərində isə Füzuli varlıq məsələsində pateizmə meyl göstərir. 
Obyektiv varlıq haqqında fəlsəfi cərəyanların təsnifinə dair Füzuli-
nin çox maraqlı fikri vardır. Füzuli varlıq haqqındakı anlayışları eti-
barı ilə filosofları 5 qrupa ayırır: Sofistlərə, naturalistlərə, dəhrilərə, 
səbilərə və dinçilərə (yəhudi, xristian və müsəlmanlara).Fyzuli alə-
mi hadis hesab edir və bu barədə Aristotelə əsaslanır. Halbuki, Aris-
totel maddi aləmi hadis və və ya qədim olması haqqında Füzulinin 
fikirlərində ziddiyyətlərə təsadyf edilir. 
İdrak məsələsi haqqında də mütəfəkkirləri Füzuli müxtəlif cə-
rəyanlara ayırır ki, bu təsnif də maraşlıdır. Füzuliyə görə həmin mə-
sələ haqqında filosoflar arasında başlıca olaraq üç cərəyan vardır: 
rasionalistlər, inkişafçılar və dini təlim tərəfdarları. 
Füzuli «Mətləül-etiqad»  əsərində bir çox məsələlərdə feoda-
lizm dövrü üçün mütərəqqi fikirlər söyləmişdir. 
“Leyli və Məcnun”.
 Füzuli yaradıcılığının şah əsəri “Leyli və 
Məcnun” poemasıdır. Nakam bir məhəbbət dastanı olan “Leyli və 
Məcnun” Yaxın  Şərq  ədəbiyyatında  ən çox yayılmış mövzulardan 
biridir. Bu gözəl və kədərli əfsanə ilk dəfə ərəb şifahi ədəbiyyatında 
təşəkkül tapmış, poeziyada isə “Leyli və  Məcnun” dastanını mü-
kəmməl bir poema şəklinə salıb nəzmə  çəkən ilk müəllif Nizami 
Gəncəvi olmuşdur. 
İngilis alimi Gibb Fyzulinin «Leyli və  Məcnun» poemasının 
başlanğıcında türk ədəbiyyatında bu mövzuda əsər olmaması məlu-
matını tamamilə əsassız sayır. Gibbə görə, Füzuli Nəvainin cığatay-
türk dilində ondan 60 il əvvəl yazdığı əsəri ilə tanış olmuşdur. Gibb 
Füzulinin «Leyli və Məcnun» poemasının onun böyük sələfi Niza-
minin eyni adlı əsəri vəznində yazıldığını və 3400 misradan ibarət 
olduğunu söyləyir. 
İtalyan alimi Bombaçinin də “Leyli və Məcnun” əsəri haqqın-
da verdiyi məlumat son dərəcə maraqlıdır. O, bir çox türk alimi ki-
mi Füzulinin də Nizami “Leyli və  Məcnun”nundan təsirləndiyini 


 
120
qeyd edir. Füzulidən  əvvəl  Şərq  şairlərindən  ən azı altısının – Şa-
hidi, Cami, Gülşəhri, Nəvai, Həqiri, Hamidi kimi sənətkarların bu 
mövzuya müraciət etdiyini göstərir. 
Nizaminin “Leyli və  Məcnun”u öz bədii rəng və  təravəti, 
məntiqi qüvvəsi ilə oxucunu heyran edən qüvvətli bir sənət əsəridir. 
Çoxları Nizamidən sonra bu mövzuda poema yazmışdır.  Şərqin 
klassik ədəbiyyatı 40-dan yuxarı “Leyli və Məcnun” poeması tanı-
yır. Ancaq Füzulinin “Leyli və Məcnun” poeması lirik faciədir. Fü-
zuli bu poemanı 1536-cı ildə yzmışdır. Poema 3299 beytdən iba-
rətdir. Əsərin qəhrəmanı vurğun bir şair – eşq və məhəbbət mücəs-
səməsinin özüdür. Poemanın əsas hərəkətverici qüvvəsi də «əvvəli 
qəm, sonu fəna» olan uğursuz bir məhəbbət, bu məhəbbət yolunda 
çəkilən iztirab və  əziyyətlərdir. Füzuli böyük sənətkarlara məxsus 
bir ustalığla azad və qarşılıqlı sevgi ideyasını gözəl, bədii bir forma-
da oxuculara təqdim edir. Şair məhəbbətə əzib məhv edilməsi labüd 
olan bir hiss kimi deyil, insan qəlbinin mütləq, zəruri ehtiyacı, insan 
səadəti və iztirablarının başlıca mənbəi kimi baxır. 
Füzulinin qəhrəmanları insani hissləri köhnə cəmiyyətin çürü-
yüb laxlamaqda olan adət və ənənələrindən xilas etməyə çalışan ye-
ni insanlardır. Onlar hələ orta əsr dünyasında azlıq təşkil edir, lakin 
buna baxmayaraq öz hissləri uğrunda mübarizə etməyi bacarırlar. 
Ölüm belə onları bu yoldan döndərməkdən acizdir. Mal, dövlət, 
şöhrət, işgəncə Məcnun və Leylinin sevgisini sarsıda bilməz. Füzuli 
tükənməz bir həssaslıq və məhəbbətlə öz qəhrəmanlarının faciəli ta-
leyini nəzmə  çəkir, onların sədaqət və  vəfa simvolu olan sevgisini 
tərənnüm edir. 
Qarşılıqlı sevgi, mənəvi azadlıq problemləri ilə  sıx surətdə 
əlaqədar olaraq Füzulinin “Leyli və Məcnun”unda orta əsrlərdə qa-
dına münasibət məsələsi də mərkəzi yer tutur. Şair öz Leylisinin si-
masında orta əsr feodal ailə adət və  ənənələri məngəsində  əzilən, 
heysiyyəti tapdalanan, təhqir edilən hüquqsuz qadınlığın acınacaqlı 
vəziyyətini qabarıq bir şəkildə göstərmişdir. 
Füzulinin «Leyli və Məcnun»unun demək olar ki, bütün surət-
ləri onların əsas, yaxud epizodik surət olmasına baxmayaraq, oxu-


Yüklə 12,87 Kb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   40




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə