Microsoft Word Azerbaijan Country Strategy Final for Web Posting Aze (3)



Yüklə 0,6 Mb.
Pdf görüntüsü
səhifə7/28
tarix07.12.2017
ölçüsü0,6 Mb.
#14251
1   2   3   4   5   6   7   8   9   10   ...   28

12 

 

Hakimiyyәt Strukturlarının British Petroleum (BP) tәrәfindәn tәsdiqlәnәn 



bәyanatlarında bildirilir ki, bәzi müşahidәçilәrin neft hasilatının tarixi pik hәddinә 

çata bilәcәyi vә azalmaqda davam edәcәyi ilә bağlı fikirlәr sәslәndirmәsinә 

baxmayaraq neft sektorunun 2013-14-cü illәrdә bir qәdәr dirçәlәcәyi gözlәnilir. Qaz 

istehsalının növbәti Strategiya mәrhәlәsindә  әhәmiyyәtli dәrәcәdә artacağı 

proqnozlaşdırılır ki, bu da neft istehsalının azalmasının tәsirini qismәn azaldacaq. 

Genişlәnәn maliyyә  vә pul-kredit siyasәtlәri ilә  dәstәklәnәn qeyri-neft sektoru 

iqtisadiyyatı orta-müddәtli iqtisadiyyata çevirmәyә davam edәcәk. 

 

İnflyasiya son illәrdә azalaraq 2012-ci ildә 1.1% tәşkil etmişdir ki, bu da әsasәn 



әlverişli baza effektlәri vә beynәlxalq әrzaq qiymәtlәrinin aşağı olması ilә әlaqәdardır. 

İnflyasiya ötәn ilin sentyabr ayından (-0.7%) cari 2012-ci ilin may ayında 2,5 %-ә 

çatmışdır. Aşağı inflyasiyaya cavab olaraq ötәn il Azәrbaycan Mәrkәzi Bankı (AMB) 

pul siyasәtini asanlaşdırmış, lakin inflyasiya risklәrinin meydana gәlәcәyi tәqdirdә bu 

siyasәti sәrtlәşdirmәyә hazır olduğunu bildirmişdir. 

 

AMB 2011-ci ilin әvvәlindә valyuta sәbәtini hәdәflәmә siyasәtindәn imtina etdikdәn 



sonra dollar qarşısında manatın sabit valyuta mәzәnnәsi siyasәtini qoruyub saxlamaq 

siyasәtini davam etdirir. Nominal olaraq manat 2011-ci ildәn bәri ABŞ dolları 

qarşısında yalnız 1,6% dәyәrlәndirmiş, onun ticarәtlә ölçülmüş real effektiv 

mәzәnnәsi eyni müddәt әrzindә 4,5% dәyәrindә qiymәtlәndirilmişdir. 

 

Kredit artımı dayanıqlı olmaqla 2012-ci ildә vә 2013-cü ilin әvvәlindә 20% dәyәrindә 



olmuşdur. Mәrkәzi Banka әsasәn bankçılıq sektorunda kredit portfelinin keyfiyyәti 

qismәn artmış, problemli kredit 2012-ci ilin aprel ayında 6,9 %-dәn 2013-cü ilin aprel 

ayında 5,6 %-ә düşmüşdür. Buna baxmayaraq, rәsmi problemli kredit sayları  aşağı 

olsa da, son vaxtlarda verilmiş kreditlәrdәn sonra rәqәmlәr lazımınca 

qiymәtlәndirilmәyib.  

 

Qeyri-neft maliyyә defisiti çox yüksәk olmaqla 2011-ci ildә qeyri-neft ÜDM-nin 41 



%-dәn 2012-ci ildә 45 %-ә qalxmışdır. Bu il büdcәdә iri miqyaslı investisiya proqramı 

nәzәrdә tutulduğu üçün qeyri-neft defisitinin daha da artacağı nәzәrdә tutulur. Buna 

baxmayaraq, ictimai sektorun balans hesabatı iri neft fondunun 35 milyard ABŞ 

dollarlıq (ÜDM-nin 50 %-i) dәstәyi vә xarici borcun aşağı sәviyyәdә olması ilә güclü 

olaraq qalır. 

 

Cari hesab profisiti hazırda yüksәk olmasına baxmayaraq aşağı sәviyyәli neft vә qaz 



ixracatı ilә 2011-ci ildә ÜDM-nin 26 %-dәn 2012-ci ildә 22 %-ә düşmüşdür. Eyni 

zamanda qeyri-neft sektorunun cari hesab defisiti ÜDM-nin 20 %-dәn 18 %-ә 

enmişdir. Cari hesab balansının pislәşmәsi gözlәnilsә  dә neftin qiymәtinin yüksәk 

olması ilә növbәti bir neçә ildә profisitә malik olacaq vә bununla da növbәti strategiya 

mәrhәlәsindә Azәrbaycanın xarici mövqeyinin әlverişli olmasına dair tәminat 

yaranmış olacaq. 

 

Seçilmiş İqtisadi Göstәricilәrlә verilmiş cәdvәl üçün Әlavә 6-ya bax. 



 

2.3. Struktur islahat konteksti 

 

Azәrbaycanın struktur islahatlarda müәyyәn inkişafa nail olmuşdur. Hökumәt biznes 



müәssisәlәrinin vergi xәrclәrinin azaldılması  vә vergi toplama hәddinin artırılması 


13 

 

mәqsәdilә vergi idarәçiliyindә bir sıra irәlilәyişlәr etmişdir. 2012-ci ilin yanvar ayında 



qüvvәyә minәn yeni Gömrük Mәcәllәsi müvafiq qaydaları (o cümlәdәn, istehsal 

ölkәsinin tәsdiqlәnmәsi, qiymәtlәndirmә metodları, gömrük idarәetmәsindә vahid 

pәncәrә sistemi, gömrük auditi vә mallar üzrә mәlumatların elektron şәkildә gömrük 

orqanlarına tәqdim olunması) beynәlxalq standartlara uyğunlaşdırması gözlәnilәn 

müxtәlif sahәlәrdә güclәndirilmiş müddәaları әhatә edir. Buna baxmayaraq, islahatlar 

prosesi hәlә dә geniş yayılan korrupsiyaya mәhdud şәkildә tәsir edir (aşağıda bax) vә 

güclәndirilmәlidir. Hökumәt hәmçinin infrastrukturu inkişaf etdirmәyi vә 

karbohidrogen ixracatı marşrutlarının diversifikasiyasını davam etdirir. Mәrkәzi Bank 

maliyyә sisteminin güclәndirilmәsi üçün müvafiq addımlar atıb. Kreditin әldә 

olunması maliyyә institutlarının dövlәt kredit reyestrinә informasiya ötürmәk vә 

ondan informasiya әldә etmәyә imkan verәn onlayn platforma ilә hәyata keçirilmişdir. 

 

Azәrbaycanı Rusiya vә  İranla birlәşdirәn  Şimal-Cәnub dәmiryolu dәhlizi, elәcә  dә 



ölkәnin әsas Şәrq-Qәrb dәmiryolu dәhlizi Dünya Bankı vә digәr BMİ-lәrin dәstәyi ilә 

inkişaf etdirilmәkdәdir. Bu yaxınlarda Xәzәr dәnizi regionunda Bakı yaxınlığında 

yeni  әn böyük beynәlxalq dәniz limanının inşasına başlanmışdır. Bu liman ölkәnin 

Avropa vә Asiya arasında ticarәt bağlantısı rolunun güclәndirilmәsinә yardım 

edәcәkdir. 

 

2013-cü ilin iyun ayında  Şahdәniz konsorsiumu Avropaya ixrac marşrutu potensialı 



kimi TAP boru kәmәrini seçmişdir. Eyni zamanda, Azәrbaycan Türkiyә ilә Avropa vә 

Türkiyәyә qaz ötürәcәk TANAP qaz boru kәmәrinin inşasına dair hökumәtlәrarası 

razılaşmaya imza atmışdır. 2013-cü ilin dekabr ayında Azәrbaycan gәlәcәkdә 

Albaniyaya, Xorvatiyaya vә Monteneqroya ixrac edilmәsi barәdә anlaşma 

memorandumu imzalamışdır. Yeni marşrut Azәrbaycanın ixrac marşrutlarını 

beynәlxalq bazarlara vә Avropanın enerji idxallarına çıxışını tәmin etmәlidir. 

 

Azәrbaycanın Mәrkәzi Bankı (AMB) nizamlayıcı çәrçivәni tәkmillәşdirmә prosesini 



davam etdirmәkdәdir vә inflyasiya hәdәfi üzrә analitik güc yaratmağa başlamışdır. 

2012-ci ilin iyul ayında Mәrkәzi Bank fәaliyyәtdә olan bankların mәcmu kapitalını, 

hәmçinin, yeni fәaliyyәtә başlayan banklar üçün nizamnamә kapitalını 50 milyon 

AZN-ә qәdәr artırdı. Mәcmu kapitalın minimum miqdarı üzrә yeni normativ 1 yanvar 

2014-cü ildәn qüvvәyә minәcәk. Yeni  normativlәrin tәtbiqi Azәrbaycan banklarının 

kapital mövqeyinin möhkәmlәndirilmәsinә  dәstәk verәcәk Mәrkәzi Bank, nominal 

“lövbәr” kimi mübadilә kursunu hәdәflәmәsinә baxmayaraq, müәyyәn zaman әrzindә 

inflyasiyanın illik sәviyyәsinin müәyyәnlәşdirilmәsi siyasәtinin aparılması 

qabiliyyәtinin vә analitik tәcrübәlәrin artırılmasını davam etdirmişdir. 

 

Azәrbaycan Beynәlxalq Bankının yenidәn qurulması istiqamәtindә kiçik nailiyyәtlәr 



әldә olunmuşdur. 2012-ci ilin fevral ayında, auditdәn sonra hökumәt Azәrbaycan 

Beynәlxalq Bankına (ABB) yeni kapital ayırdı vә Mәrkәzi Bank likvidliyi tәmin etdi.  

Özәllәşdirmә prosesinin hәyata keçirilmәsinә başlandığı vaxtdan indiyә  qәdәr kiçik 

faktiki nailiyyәtlәrin  әldә olunmasına baxmayaraq, şirkәtlәrin beynәlxalq 

konsorsiumu 2011-ci ilin ortalarından etibarәn ABB-nin özәllәşdirilmәsi 

istiqamәtindә әmlak mәsәlәlәri dövlәt komitәsinә tövsiyәlәr verir. 

 

ÜTT-ә üzv qәbul olunmaq istiqamәtindә danışıqlar davam edir. Azәrbaycan regionda 



ÜTT-ә üzv olmayan yeganә dövlәtdir. 2013-cü ilin iyun ayında işçi qrupun 

Azәrbaycanın tәşkilata üzv olması üzrә 11-ci iclasında üzvlәr Azәrbaycanda aparılan 




Yüklə 0,6 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə