Microsoft Word Azerbaijan Country Strategy Final for Web Posting Aze (3)



Yüklə 0,6 Mb.
Pdf görüntüsü
səhifə5/28
tarix07.12.2017
ölçüsü0,6 Mb.
#14251
1   2   3   4   5   6   7   8   9   ...   28

 

2013-cü ildә Azәrbaycanda  әn böyük istilik elektrik stansiyası olan “AzDRES” 



dünyada ilk dәfә karbon kreditlәrinin satıcısı kimi çıxış etmişdir. Bütün bunlar köhnә 

vә sәmәrәsiz turbinlәrin vә buxar qazanlarının bәrpası, tüstü-bacaların tәmiri vә digәr 

sistemlәrin tәkmillәşdirilmәsinә imkan yaradan, 2006-cı ildә öhdәliyә götürülәn vә 

AYİB-in ayırdığı 207 milyon avro dәyәrindә kreditlә  dәstәklәnәn enerjinin 

effektivliyinin bәrpası layihәsi sayәsindә baş tutmuşdur. Layihә  tәkcә zavodun 

effektivliyini vә gücünü artırmadı, eyni zamanda Azәrbaycanın enerji tәhlükәsizliyini 

yaxşılaşdırdı vә onun enerji infrastrukturundan asılılığını artırdı. “Azәrenerji” BMHS 

hesabatlarının vә ekoloji hesabatların hәyata keçirilmәsindә nәzәrәçarpacaq irәlilәyiş 

etmişdir ki, bu da әsas reytinq qurumlarından birinin verdiyi investisiya qiymәti 

reytinqi ilә 2013-cü ilin fevral ayında öz әksini tapmışdır. Buna baxmayaraq, tarif 

islahatı aşağı sәviyyәdә olmuşdur. 

 

Enerji resursları ilә  zәngin olan Azәrbaycanda enerjinin effektivliyi әsas 



problemlәrdәn biri olaraq qalır. Azәrbaycan iqtisadiyyatı  vә xüsusәn dә yaşayış 

sektoru bölgәdә enerjinin әn böyük hәrәkәtverici qüvvәlәrindәn biri hesab olunur. 

Ölkәnin alıcılıq qabiliyyәtinin paritetinә uyğunlaşdırılan, ÜDM-in ABŞ dolları dәyәri 

üzrә istehlak etdiyi enerjinin miqdarı  Aİ-nin 27 ölkәsinin qiymәtindәn 1,2 dәfә 

çoxdur. Enerjinin effektivliyi üzrә tәdbirlәr planı ilә çıxış edәn şirkәtlәr bu sahә üzrә 

tәşkilati tәdbirlәri olmayan şirkәtlәrdәn daha çox layihәlәr hәyata keçirmiş  vә 

sәrmayә yatırmışdır. Buna baxmayaraq, bu erkәn nailiyyәtlәr  әldә olunsa belә 

enerjinin effektivliyinә nizamlayıcı dәstәk vә Azәrbaycan sәnayesinin әldә etdiyi real 

effektivlik baxımından әhәmiyyәtli dәrәcәdә tәkmillәşdirmәlәrә ehtiyac duyulur.  

2013-cü ilin mart ayında AYİB Qafqaz Regionunda Enerjinin Effektivliyi Proqramı 

әsasında Azәrbaycanda Azәrbaycan banklarından biri ilә ilk enerjinin effektivliyi 

kreditinә imza atmışdır. 

 

Bankın real sektorda fәaliyyәtlәri  әksәr  şirkәtlәri minimal açıqlama ilә  fәaliyyәt 



göstәrmәyә  mәcbur edәn nisbәtәn yaxşı idarә olunan neft sektorundan kәnar çәtin 

biznes mühiti ilә  mәhdudlaşır. Bu isә Bankın yararlılıq tәlәblәrinә cavab verәn 

korporativlәrin sayının mәhdudlaşmasına gәtirib çıxarır. Bankın bәzi müştәrilәrinin 

fәaliyyәtindә  şәffaflığının artırılması üzrә göstәrilәn sәylәri problemli biznes mühiti 

ilә  çәtinlәşdirilir. Bank investisiya yatırdığı  şirkәtlәrdә texnoloji yeniliklәri tәtbiq 

edәrәk korporativ idarәetmә üzrә  tәkmillәşdirmәlәri, elәcә  dә effektivlik vә 

mәhsuldarlığı dәstәklәmişdir. Bank eyni zamanda mәlumat idarәetmә sistemlәri tәtbiq 

etmәklә  vә beynәlxalq maliyyә hesabatları standartlarını  qәbul etmәklә investisiya 

yatırdığı  şirkәtlәri maliyyә açıqlaması sistemini tәkmillәşdirmәyә  hәvәslәndirmiş  vә 

MİP vә BMX proqramları ilә yerli şirkәtlәrin idarәetmә bacarıqlarını artırmışdır. 

 

Bank EKÖT mәhsullarından, xüsusilә  dә effektivliyi sübut olunan OBMM-dәn 



istifadә etmişdir. 2012-ci ildәn etibarәn SKA portfelinin vә sisteminin inkişafı 

Azәrbaycan sahibkarlarının hazırda gәlirlәri aşağı hesab olunan tikinti sektorundan 

kәnarlaşaraq böyük hissәsi idxalı  әvәz edәn yüngül sәnaye istehsalına yönәlmәsini 

әks etdirir. 

 

1.3. Bank portfelinin keçid tәsiri 

 

2010-cu ilin dekabr ayında  әvvәlki strategiyanın qәbul olunmasından bәri (2013-cü 



ilin noyabr ayının sonuna qәdәr) olan mәrhәlәdә Bank tәrәfindәn Azәrbaycanda yeddi 

fәrdi keçid әmәliyyatlarına imza atılmışdır. Strategiya mәrhәlәsindә imzalanmış 




 

әmәliyyatların  әksәriyyәti maliyyә sektorunda hәyata keçirilmiş (altı layihә) vә 



onların da çoxu mikro, kiçik vә orta müәssisәlәrә, o cümlәdәn ölkәnin xidmәt 

çatışmazlığı olan әrazilәrindә yerlәşәn müәssisәlәrә  dәstәk göstәrilmәsinә xidmәt 

etmişdir. Digәr әmәliyyatlar, yol şәbәkәsinin rekonstruksiyası vә nәqliyyat sektorunda 

inkişaf layihәlәrinin institusional islahatlar vә özәl sektoru daha geniş  şәkildә  әhatә 

olunması potensialı vardır. Bütün yeddi әmәliyyat “Yaxşı” keçid tәsiri potensialına 

malik olan, “Yaxşı” vә ya daha yaxşı kimi qiymәtlәndirilәcәk layihәlәrin 80 %-nin 

institusional hәdәfindәn xeyli yuxarı әmәliyyat kimi qiymәtlәndirilmişdir.

1

 



 

Bu yeddi әmәliyyatla yanaşı 2010-cu ilin dekabr ayından 2013-cü ilin noyabr ayının 

sonuna kimi müddәtә imzalanmış 21 layihә  fәrdi  şәkildә keçid tәsiri üzrә 

qiymәtlәndirilmәmişdir. Bu layihәlәrin  әksәr hissәsi yalnız çәrçivә  sәviyyәsindә 

yoxlanılan vә “Yaxşı” kimi qiymәtlәndirilәn orta ölçülü birgә maliyyәlәşdirmә 

mexanizmi (OBMM) әsasında hәyata keçirilәn sub-әmәliyyatlardır. Azәrbaycanda 

OBMM әsasında sub-layihәlәr bazarın genişlәnmәsi mәqsәdilә bankların MKOM-lara 

daha uzun müddәtә davamlılığı ilә daha böyük miqdarda kreditlәr verә bilmәsi 

gücünün artırılması, elәcә  dә korporativ idarәetmә  vә biznesin hәyata keçirilmәsi 

standartlarının yaradılması, maliyyә hesabatı prosedurlarının yaxşılaşdırılması  vә 

maliyyә hesabatlarının verilmәsindә şәffaflığın artırılması ilә kommersiya bankları ilә 

hәyata keçirilmişdir.

 

BKM üzrә  sub-layihәlәrin  korporativ müştәrilәrә  tәqdim 



edilmәsindә  әsas mәqsәd  әmәliyyat sәmәrәliliyinin artırılması  vә daha yaxşı 

korporativ idarәetmә standartlarının tәtbiqi idi

.

 

 



Strategiya mәrhәlәsindә Azәrbaycanda imzalanan layihәlәrin keçid mәqsәdlәri әsasәn 

Bankın 2011-2013-cü illәrdә bu ölkәdә fәaliyyәtlәrinin sektor bölgüsünü әks etdirir. 

Maliyyә sektoru üzrә  әksәr layihәlәr imzalanarkәn  әsas diqqәt özәl sektor üzrә 

MKOM-lәrin, o cümlәdәn, xidmәt çatışmazlığı olan bölgәlәrin inkişafı üzrә 

maliyyәlәşmәnin mümkünlüyünün dәstәklәnmәsinә dair әsas keçid probleminә 

yönәldilmişdir. Buna görә  dә keçid mәqsәdlәri  әsasәn bazarın genişlәndirilmәsinә 

dәstәk üzәrindә qurulmuşdur (Şәkil1). 

 

                                                 



1

Keçid tәsirinin qiymәtlәndirilmәsi vә monitorinq metodologiyası üzrә bax: 

http://www.ebrd.com/pages/research/economics/transition.shtm

 



Yüklə 0,6 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə