Microsoft Word Azerbaijan Country Strategy Final for Web Posting Aze (3)



Yüklə 0,6 Mb.
Pdf görüntüsü
səhifə15/28
tarix07.12.2017
ölçüsü0,6 Mb.
#14251
1   ...   11   12   13   14   15   16   17   18   ...   28

28 

 

qurumlarla fәaliyyәtini  әlaqәlәndirmәyә davam edәcәk. Bank hәmçinin Avropa 



İnvestisiya Bankı  vә  İslam  İnkişaf Bankı ilә  әmәkdaşlığı genişlәndirmәk üçün 

imkanlar axtaracaq. 

 

Әmәkdaşlıq üçün uyğun sahәlәr müәyyәnlәşdirmәk mәsәlәsindә Bank keçid 



elementlәri vә sistemli dәyişikliklәrlә  nәticәlәrin yüksәldilmәsinә, elәcә  dә 

maliyyәlәşmәnin tәmin edilmәsinә töhfә verәcәk. Bank xüsusilә dә infrastruktur kimi 

sektorlarda siyasi dialoq elementlәri üzrә BMİ-lәr arasında konsensusun yaradılması 

işindә tәşәbbüsü әlә almağa cәhd göstәrәcәk. 

 

Yol sahәsi üzrә ictimai-özәl  әmәkdaşlığın vә digәr özәl sektorun yol sahәsinә  cәlb 



edilmәsi mәsәlәlәri üzrә Asiya İnkişaf Bankı ilә siyasi dialoqu yaxın  şәkildә 

әlaqәlәndirmәk mühüm xarakter daşıyacaq, bu zaman qanunvericiliyә  dәyişikliklәr 

edilmәsinә ehtiyac yaranacaq. 

 

Maliyyә sektorunda AYİB-in Beynәlxalq Maliyyә Korporasiyasını (BMK) da cәlb 



etmәsi ilә bu iki institut tәrәfdaş investorlar kimi әsas sәlahiyyәtlәrini vә bacarıqlarını 

genişlәndirmәk mәqsәdilә birgә işlәyә bilәrlәr. AYİB hәmçinin birgә maliyyәlәşdirmә 

hesabına özәl sektora dәstәk göstәrmәk imkanlarının müәyyәn olunmasında BMK ilә 

işlәmәyә davam edәcәk. 



 

Asiya İnkişaf Bankı 

 

Asiya  İnkişaf Bankı enerji, su tәchizatı  vә kanalizasiya, yol kimi amillәrin daxil 

olduğu regional infrastrukturun inkişafını prioritet mәsәlә kimi qarşıya qoymuşdur. 

AİB özünün 2014-2018-ci illәr üçün ölkәnin strategiyası proqramı üzәrindә işlәyir vә 

Bankın regionlar üzrә yerli banklarla birgә mikro, kiçik vә orta ölçülü müәssisәlәrin 

kredit xәtlәrinin maliyyәlәşdirilmәsi mәsәlәsini dә bu proqrama daxil etmәsi 

gözlәnilir. Növbәti Strategiya mәrhәlәsindә  AİB-lә  әmәkdaşlığın aşağıdakı sahәlәr 

üzrә hәyata keçirilmәsi nәzәrdә tutulur: a) AYİB-in regional yol proqramının hәyata 

keçirilmәsinin davam etdirilmәsi; bu proqram AİB tәrәfindәn maliyyәlәşdirilmәklә 

әsas yol dәhlizlәrini  әlaqәlәndirәcәk. AYİB vә  AİB-in kreditlәşmә  şәrtlәri hazırda 

әlaqәlәndirilib vә uzlaşdırılıb. b) Maliyyә vasitәçiliyi sәviyyәlәrini tәkmillәşdirmәk 

mәqsәdi ilә AYİB vә  AİB eyni tәrәfdaş institutları maliyyәlәşdirәcәk. c) strategiya 

mәrhәlәsindә  Bәlәdiyyә  vә Ekoloji İnfrastruktur (BEİ) vә enerji sektorlarında 

әmәkdaşlıq etmәk üçün imkanlar ola bilәr. 

 

2001-ci ildәn 2012-ci ilә  qәdәr Azәrbaycan aşağıdakı sektorlarda aparılacaq ictimai 



sektor layihәlәri vә qeyri-suveren әmәliyyatlar üçün cәmi 1,49 milyard ABŞ dolları 

dәyәrindә olan 19 kredit vә qrant qәbul etmişdir: nәqliyyat (50,8%), su tәchizatı  vә 

kanalizasiya (27.2%), enerji (12,6%), maliyyә (7,8%) vә  kәnd tәsәrrüfatı (1,5%). 

Layihәlәr ictimai sektora (1,347 milyard ABŞ dolları) vә özәl sektora (143 milyon 

ABŞ dolları) dәstәk göstәrir. On kredit 2012-ci il әrzindә bağlanmışdır. Asiya İnkişaf 

Bankı, hәmçinin bazardakı  bәrabәrsizliyi aradan qaldırmaq üçün ticarәtә  dәstәk 

vermәk çәrçivәsindә kredit vә zaminliklә tәmin etmәklә yerli banklara özünün ticarәt 

maliyyә proqramı vasitәsilә yardım göstәrdi. AİB 2001-ci ildәn 2012-ci ilә qәdәr 13 

layihә üzrә texniki mәslәhәt dәstәyi vә 14 layihә üzrә texniki hazırlıq dәstәyinin 

göstәrilmәsinin maliyyәlәşdirilmәsinә 14,3 milyon ABŞ dolları  dәyәrindә qrant 

ayırmışdır. 

 



29 

 

Beynәlxalq Valyuta Fondu (BVF) 

 

Azәrbaycan 1995 vә 2005-ci illәr  әrzindә bir neçә  mәsәlә ilә bağlı öz iqtisadi 



proqramlarına dәstәk göstәrmәk üçün Fonddan borc almışdır. 2005-ci ilin sonundan 

etibarәn BVF ilә әlaqәlәr dövlәtin iqtisadi siyasәtinin işlәnib hazırlanması vә hәyata 

keçirilmәsini tәkmillәşdirmәsi mәqsәdilә ölkәnin potensialının artırılması üçün 

texniki dәstәk göstәrmәk, iqtisadi vә maliyyә göstәricilәrini tәyin etmәk vә iqtisadi 

maliyyә siyasәtlәrini müzakirә etmәk üçün illik Konsultasiyanın IV Maddәsinә uyğun 

olaraq standart müşahidә ilә nәticәlәnir.  

 

2013-cü il üzrә Konsultasiyanın IV Maddәsi BVF-nin İdarә Heyәti tәrәfindәn may 



ayının 3-dә qәbul edilmişdir. İcraçı Direktorlar Azәrbaycanın xarici qeyri-stabilliklәrә 

qarşı güclü buferinin olduğunu qeyd etmәklә yanaşı, hakimiyyәt strukturlarını iqtisadi 

siyasәt kursunu qaydaya salmağa vә makroiqtisadi siyasәt çәrçivәsini güclәndirmәyә, 

risklәri azaltmağa vә uzunmüddәtli ekspansionizm siyasәtindәn makroiqtisadi 

stabilliyә keçmәyә  hәvәslәndirmişdir. Direktorlar hәmçinin qeyd etmişlәr ki, 

dünyadakı  әn yaxşı  tәcrübәlәrә uyğun olaraq nizamlı bank kapitallaşdırılması 

prosesini, nәzarәtedici tәminatların güclәndirilmәsini vә daha böyük bank üçün 

dayanıqlı biznes modelinin işlәnib hazırlanmasını  tәmin etmәk maliyyә sektorunun 

stabilliyini qorumaq baxımından mühüm әhәmiyyәt kәsb edir. 

 

Son 3 il әrzindә BVF-nin Azәrbaycanda texniki yardım fәaliyyәtlәri pul-kredit vә 



mübadilә kursu siyasәti, Çirkli Pulların Yuyulması/Terrorçuluğun 

Maliyyәlәşdirilmәsinә Qarşı Mübarizә qanunvericiliyi, büdcәnin vә borcun idarә 

edilmәsi, pensiya islahatları, bank nәzarәti vә makro-statistika kimi mәsәlәlәrә 

istiqamәtlәnmişdir. Yüksәk dövlәt rәsmilәri, hәmçinin BVF İnstitutunda makro-

maliyyә analizi vә pul-kredit siyasәtinin aparılması üzrә keçirilәn treninqlәrdәn dә 

faydalanmışdır.  

 

Dünya Bankı 

 

Azәrbaycanda Dünya Bankının maliyyәlәşmәsi tarixәn iki әsas sahә üzrә  tәmin 



edilmişdir: Nәqliyyat (48 faiz) vә su vә kanalizasiya (22 faiz). Әsaslı maliyyәlәşmә ilә 

tәmin edilmiş digәr sahәlәr, kәnd tәsәrrüfatı  vә regionların inkişafı (9 faiz); dövlәt 

qulluğu vә qanun; sosial inkişaf vә sosial müdafiә (5 faiz); enerji vә dağ-mәdәn 

sәnayesi (3%).  

 

Dünya Bankının Proqramı Dövlәt Tәrәfdaşlıq Strategiyası FY11-14-lә hәyata keçirilir 



vә idarәetmәnin korrupsiya ilә  kәsişәrәk onu azaltması fonunda rәqabәtә davamlı 

qeyri-neft iqtisadiyyatının yaradılması  vә sosial vә  bәlәdiyyә xidmәtlәrinin 

sәviyyәsinin yüksәldilmәsi mәqsәdini daşıyır. FY11-14 CPS İnkişaf Hesabatı (CPS 

PR) CPS strateji prioritetlәrin uyğunluğunu qiymәtlәndirir vә FY13-14 üçün Dünya 

Bankı Qrupunun proqramını tәmizlәyir. İnkişaf Hesabatı Hökumәtin strateji baxışının 

iqtisadiyyatın diversifikasiyası  vә xidmәtlәrin göstәrilmәsinә yönәldiyini, elәcә  dә 

yaxşı idarәetmәyә köklәndiyini tәsdiq edir.  

 

Dünya Bankına mәxsus Kapital Banklarının Modernlәşdirilmәsi Proqramının 



Azәrbaycanda kapital bazarlarının inkişafında mühüm rol oynaması gözlәnilir. Bankın 

yönәldiyi 3 istiqamәt bunlardır: (i) infrastrukturun müasirlәşdirilmәsi, (ii) treninqlәrin 

keçirilmәsi vә (iii) qiymәtli kağızların buraxılması üçün qanunvericiliyin 



Yüklə 0,6 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə