Microsoft Word Azerbaijan Country Strategy Final for Web Posting Aze (3)



Yüklə 0,6 Mb.
Pdf görüntüsü
səhifə10/28
tarix07.12.2017
ölçüsü0,6 Mb.
#14251
1   ...   6   7   8   9   10   11   12   13   ...   28

18 

 

üçün әsas problemlәr bunlar olacaq: (i) Bazar yönümlü diversifikasiyanın tәşviqi vә 



(ii) özәl sektorun inkişafına dәstәk göstәrmәk üçün davamlı maliyyә sektorunun 

inkişaf etdirilmәsi 

 

Hәmçinin,  şәffaflığın aşağı  sәviyyәsi vә korporativ idarәetmә  әsas çәtinlik  olaraq 



qalır. Son illәr  әrzindә  sәlahiyyәtli nümayәndәlәr  әsaslı  tәnzimlәmә  vә  hәlledici 

icraya  әsaslanan maliyyә  vә karbohidrogen sektorlarında idarәetmә  vә  şәffaflığın 

artırılmasının mümkünlüyünü nümayiş etdirmişlәr. Neft vә qaz vә maliyyә 

tәşkilatlarından  әldә edilmiş  tәcrübә indi şәffaflığın çox aşağı olduğu vә  zәif 

korporativ idarәçiliyin maneә olduğu daşınmaz  әmlak sektoruna tәtbiq edilmәlidir. 

Bunlar bir-biri ilә yaxından  әlaqәli olan sistemli problemlәrdir ki, onlar rәqabәti 

zәiflәdir vә qeyri-neft, qeyri-maliyyә sektorlarında pozuntular yaradır. 

 

Son sorğularda tәsdiq olunmuş inzibati korrupsiyanın azaldılması istiqamәtindә 



nailiyyәtlәrin әldә olunması üzrә ilkin nәticәlәr var. Hökumәtin bizneslәr üçün vergi 

dәyәrinin azaldılması, vergi yığımları sәviyyәsinin artırılması vә vәtәndaşlara xidmәt 

üçün bir pәncәrә sisteminin tәtbiqi mәqsәdilә vergi prosedurlarını tәkmillәşdirmәsinә 

baxmayaraq, rәqabәtlilik siyasәtindә, biznes mühiti vә korporativ idarәetmә sahәsindә 

әhәmiyyәtli problemlәr qalmaqda davam edir. Bank İqtisadiyyat vә  Sәnaye  

Nazirliyinin korporativ idarәetmә standartlarının tәkmillәşdirilmәsi ilә bağlı son 

müraciәtini rәğbәtlә qarşılayır. Bank korporativ idarәetmә proqramı üzrә Nazirliklә 

işlәyir. Bu proqram artıq Beynәlxalq Maliyyә Korporasiyası (BMK) tәrәfindәn bu 

sahәdә hәyata keçirilәn işә әsaslanaraq Biznes Konsultasiya Xidmәtlәrinin (BKX) vә 

Hesabatlılığın Artırılması Proqramının elementlәrini ehtiva edәcәk. 

 

Növbәti Strategiya dövründә Bankın neft, qaz vә maliyyә sektorlarına cәlb olunması 



korporativ vә ictimai idarәetmәnin daha da tәkmillәşdirilmәsinә  dәstәk göstәrәcәk. 

AYİB-in karbohidrogen sektorunda strateji cәhәtdәn әhәmiyyәtli olan layihәlәrә cәlb 

olunması Banka bu sahәdә  tәkmillәşdirilmiş idarәetmә  vә  şәffaflıq tәcrübәlәrinin 

iqtisadiyyatın digәr sahәlәrindә  dә  tәtbiq etmәyә  vә özәl sektorda korrupsiyanın 

azaldılmasına dәstәk göstәrmәyә imkan yaradacaqdır. Bank maliyyәlәşdirmә 

alәtlәrinin, xüsusilә dә yerli kapital bazarlarının vә valyutanın maliyyәlәşdirilmәsinin 

diversifikasiyalaşdırılmasının vә böyük tәcrübәnin artırılmasının tәmin edilmәsi 

mәqsәdilә maliyyә institutlarından Mәrkәzi Bank vә Qiymәtli Kağızlar üzrә Dövlәt 

Komitәsi ilә işlәyәcәkdir. 

 

3.1. Bazaryönümlü diversifikasiyanın tәşviqi 

 

Әsas problemlәr 

 

İndiyә qәdәr dövlәt tәrәfindәn hәyata keçirilәn iqtisadi fәaliyyәt, xüsusilә dә 



infrastruktur tikintisi qeyri-neft sektorunda son dövrlәrdә qazanılmış inkişafın tәmin 

edilmәsindә әsas amil olmuşdur. Qeyri-karbohidrogen sektorlarında özәl sektorun 

fәaliyyәti aşağı sәviyyәdәdir, lakin inkişaf edir. Mәhsul bazarlarında rәqabәtin 

güclәnmәsi vә bizneslәr üçün bәrabәr sәviyyәli oyun meydanın yaradılması birinci 

növbәli mәsәlәlәrdәn olmalıdır. Uğurlu vә davamlı diversifikasiya siyasәti, hәmçinin 

korporativ sektorda әldә edilmiş yüksәk mәhsuldarlıqdan vә xüsusi әhәmiyyәtә malik 

olan aqrobiznesin modernlәşdirilmәsindәn asılı olacaq. Hökumәt hәmçinin növbәti 

strategiya dövründә imkanlar yaratmaq qabiliyyәtinә malik olan İT-nin, kimyәvi 

preparatlar vә digәr ixracyönümlü sektorların inkişaf etdirilmәsini prioritet 



19 

 

istiqamәtlәr kimi müәyyәnlәşdirmişdir. Azәrbaycan iqtisadiyyatının diversifikasiyası 



ilә bağlı olan spesifik sektoral keçid problemlәrinә daxildir: 

 



 

Azәrbaycan  şirkәtlәrinin müasir rәqabәtlilik siyasәtinin tәtbiq edilmәsi vә bazar 

üçün prosedurların asanlaşdırılması vasitәsilә güclәndirilә bilәcәk zәif rәqabәt 

qabiliyyәtliliyi. 

 

Müәssisәlәr istehsal obyektlәrini genişlәndirmәk vә  tәkmillәşdirmәk vasitәsilә 



dәyәrin yaradılması  zәncirini artırmalı  vә dünya iqtisadiyyatından faydalanmaq 

üçün beynәlxalq bazarlara daxil olmalıdırlar.  İqtisadiyyatın qeyri-neft XBİ-yә 

açılması  vә maliyyә sektorunun dәrinlәşmәsi ehtiyac duyulan modernlәşmәnin 

әldә olunmasına vә bazara çıxışın artırılmasına dәstәk göstәrәcәk. Nәqliyyat vә 

logistika infrastrukturu Azәrbaycan әrazisindә az inkişaf etmişdir vә bu, xüsusilә 

dә regionlarda yerli istehsalın inkişafına maneçilik törәdir. Yerli istehsalçıların 

mәhsullarını bazara çıxara bilmәsi vә idxalla rәqabәt apara bilmәsi üçün özәl 

sektora investisiya qoyulması vә soyuducu anbarlarının yaradılması tәlәb olunur. 

Müasir bәlәdiyyә infrastrukturunun inkişaf etdirilmәsi ilkin mәrhәlәdәdir vә 

hökumәt su vә çirkab suları, elәcә dә bәrk mәişәt tullantılarının idarә edilmәsinә 

regional investisiyalar yatırılmasını  hәdәflәyir. Ölkә  әrazisindә  şәhәr nәqliyyatı 

zәif inkişaf etmişdir. Daha böyük inkişafa nail olunması yolunda nәqliyyat vә 

әtraf mühit mәsәlәlәrinin maneçilik törәtmәmәsi üçün şәhәr nәqliyyatına 

әhәmiyyәtli dәrәcәdә investisiyaların yatırılması tәlәb olunur.  

 

Regionlarda xüsusilә  dә Bakıdan kәnardakı böyük şәhәrlәrdә böyük inkişaf 



potensialı vardır. Regionlarda kәnd tәsәrrüfatı sektorunda paytaxta nisbәtәn 

maliyyәyә çıxış aşağı sәviyyәdәdir.  

 

Hökumәt “Gәlәcәyә baxış: 2020” proqramının bir tәrkib hissәsi olaraq İT 



sektorunun inkişafını prioritet sahә kimi müәyyәnlәşdirmişdir vә çiçәklәnәn  İT 

sahәsi sürәtlә inkişaf edir.  

 

Üstünlük tәşkil edәn aşağı enerji tariflәri әtraf mühit xәrclәrini әhatә etmir vә tam 



olaraq dәyәri  әks etdirmir. Enerjidәn effektiv istifadәyә investisiya yatırılması 

üçün qiymәt amillәri dәqiq olaraq mövcuddur, lakin mәnzil, ticari vә  sәnaye 

fәaliyyәti üzrә enerji effektivliyinin artırılması  vә  tәşviqi layihәlәri üçün dә 

olduğu kimi, bunun da sürәtlәndirilmәsinә ehtiyac var. 

 

Bankların operativ cavabı 

 

İqtisadiyyatın  şaxәlәndirilmәsi üçün Bank uyğun sahәlәrdә lider olan vә uzun 



müddәtli investisiya yatırmaq vә dövriyyә kapitalını maliyyәlәşdirmәk vasitәsilә 

korporativ idarәetmәnin tәkmillәşdirilmәsi üçün öhdәliklәrini nümayiş etdirmәk 

istәyәn yerli korporativlәrә  dәstәk göstәrәcәk. Bu isә ilkin olaraq Birbaşa Kredit 

Mexanizmi, Birbaşa  İnvestisiya Mexanizmi vә Orta Hәcmli Birgә Maliyyәlәşdirmә 

Mexanizmi vasitәsilә  hәyata keçirilәcәk. Orta Hәcmli Birgә Maliyyәlәşdirmә 

Mexanizmi AYİB-ә  tәrәfdaş banklara korporativ seqmentdә aktiv qalmağa dәstәk 

göstәrmәklә yanaşı, yerli korporativlәrin uzunmüddәtli maliyyәlәşdirmә ilә  tәmin 

olunmasında xüsusi әhәmiyyәt kәsb edir.  

 

Azәrbaycanın kәnd tәsәrrüfatı sektorunun yüksәk potensialı vә bunun regional inkişaf 



baxımından әhәmiyyәt kәsb etmәsini nәzәrә alaraq Bank aqrobiznes sektoruna xüsusi 

diqqәt göstәrәcәk vә  kәnd tәsәrrüfatı  vә regional kreditlәşmәyә yardım etmәk 

qabiliyyәtinin artırılması üçün kәnd tәsәrrüfatı maliyyәlәşdirmәsi alәtlәrini vә texniki 

yardım tәklif etmәyi nәzәrdәn keçirәcәk. 




Yüklə 0,6 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə