Torpaq və bitki analizləri laboratoriyası Laboratoriya müdiri: a e.ü. f d. Haciməmmədov İmrali Mahmud Oğlu



Yüklə 36,65 Kb.
Pdf görüntüsü
tarix05.04.2018
ölçüsü36,65 Kb.
#36146


Torpaq və bitki analizləri laboratoriyası 

 

Laboratoriya müdiri: a.e.ü.f.d. Haciməmmədov İmrali Mahmud Oğlu 

Hacıməmmədov  İmrali  Mahmud  oğlu  1939-cu  ildə  Qazax  rayonunun  Aslanbəyli 

kəndində  Kolxozçu  ailəsində  anadan  olmuşdur.  1948-ci  ildə  Aslanbəyli  kəndindəki 

orta  məktəbə  daxil  olub,  1958-ci  ildə  həmin  məktəbi  əla  qiymətlərlə  bitirmişdir. 

1962-ci ildə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun Aqrokimya və Torpaqşünaslıq 

fakultəsinə  daxil  olmuş  və  1963-cü  ildə  hərbi  xidmətə  getmişəm.  1965-ci  ildə  hərbi 

xidməti başa vurduqdan sonra yenidən Kənd Təsərrüfatı İnstitutunda təhsilini davam 

etdirərək 1967-ci ildə həmin İnstitutu bitirmişdir. hərbi xidmətdən qayıtdıqdan sonra 

institutun  elmi  şurasına  müraciətim  əsasında  icazə  alaraq  4  semestrin  imtahanlarını 

ekstreni  verməklə  4  il  6  ay  ərzində  2  il  6  aya  kənd  təsərrüfatı  institutunu  bitirərək 

Quba Bölgə laboratoriyasına işə göndərilmişəm. 

1965-ci  ildə  Quba  bölgə  laboratoriyasında  torpaqşünas-aqrokimyaçı,  sonra  isə 

analıtik  şöbənin  rəhbəri  vəzifəsində  çalışmışdır.  Professor  R.Q.  Hüseynovun 

rəhbərliyi  altında  Qarabaq  düzündə  “Qatı  və  mürəkkəb  gübrələrin  payızlıq  buğda 

bitkisinin  azot  mübadiləsinə  və  məhsuldarlığına  təsiri”  mövzusu  üzrə  dissertasiya 

işini  1972-ci  ildə  kənd  təsərrüfatı  elmləri  namizədi  elmi  dərəcəsi  almışdır.  1972-ci 

ildən  Az.ET  Əkinçilik  İnstitutunda  elmi  işçi,  böyük  elmi  işçi,  aparıcı  elmi  işçi  və 

2009-cu  ildən  Torpaq  və  bitki  analizləri  laboratoriyanın  müdiri  vəzifəsində 

çalışmışdır.  72  məqalənin  2  plakatın,  6  kitabın  müəllifi,  1  noxud  və  1  qarğıdalı 

sortlarının müəllifidir.  



     Laboratoriyada calışan elmi əməkdaşlar:  

Əmirov Rəşadət Vasif oğlu – a.e.ü.f.d.,aparıcı elmi işçi 

Vəliyeva Samirə Rasim qızı – böyük elmi işçi 

Qəribova Samirə Aydın qızı - elmi işçi 

Cəfərova Fatma Nüsrət qızı -  elmi işçi 

Əhmədova Əsmər Malik qızı – kiçik elmi işçi 

Müsayeva Günel Familyat qızı – kiçik elmi işçi                                    

İslamzadə Rəhilə Xankərəm qızı - kiçik elmi işçi 


 

      Laboratoriyanın fəaliyyət istiqamətləri: 

 

Laboratoriya  1956-cı  ildə  ETƏİ-nun  strukturunda  öz  ilkin  fəaliyyətinə  “Torpaq  

analizləri”  laboratoriyası  adı  altında  başlayır.  1966-cı  ildən  laboratoriyanın  adı 

dəyişdirilərək  Torpaqşünaslıq  və  Aqrokimya  laboratoriyası  adlandırılıb.  16  dekabr 

1999-cu il tarixli 190 saylı qərarı ilə əsasən yaradılmış Aqrar Elm Mərkəzinin keçən 

Elmi  Tədqiqat  Əkinçilik  İnstitutunun  nəzdində  laboratoriyanın  adı  Aqrokimya  və 

torpaqşünaslıq  adlandırılmış  və  bu  adla  laboratoriya  2009-cu  ilə  qədər  fəaliyyət 

göstərmişdir. 

Aqrar  Elm  Mərkəzinin  03  saylı  29  mart  2009-cu  il  və  Əkinçilik  İnstitutunun 

7saylı  31  mart  2009-cu  il  tarixli  əmrinə  uyğun  olaraq  institutun  modernləşdirilməsi 

proqramına əsasən laboratoriyanın adı “Torpaq və bitki analizləri alboratoriyası” adı 

altında fəaliyyətə başlamışdır. 

Bu  illər  ərzində  laboratoriyada  yerinə  yetirilən  tədqiqat  işləri  aşağdakıları  əhatə 

etmişdir: 

•  respublikanın  müxtəlif  bölgələrində  dənli  bitkilərin,  yem  və  şəkər  çuğundurunun 

məhsuldarlığına təsir edəcək üzvi və mineral gübrələrin təsiri öyrənilmiş və bu əsasda 

iqtisadi 

cəhətdən 

səmərəli 

gübrələmə 

sistemləri 

təyin 


edilmiş, 

• mürəkkəb gübrələrin (diammofos və s.) payızlıq buğdaların məhsuldarlığına, dənin 

keyfiyyətinə 

və 


zülalın 

fraksiya 

tərkibinə 

təsiri 


öyrənilmiş, 

•  şorlaşmış  torpaqlarda  müxtəlif  kimyəvi  meliorantların  sınağı  keçirilmiş  və  sulfat 

turşusunun 

səmərəli 

təsir 

dozaları 



müəyyənləşdirilmiş, 

•  planlaşdırılmış  məhsul  almaq  üçün  mineral  gübrə  dozaları  öyrənilmiş, 

•  mineral  gübrələrin  adi  səpinlə  müqayisədə  lentvari  və  cərgəvi  üsullarla  sahəyə 

verilməsinin  qarğıdalıda  dən  məhsulunun  və  iqtisadi  səmərənin  artması  müəyyən 

edilmiş, 

•  müxtəlif  torpaq  iqlim  şəraitlərdə  paxlalı  bitkilərlə  atmosfer  azotunun 

mənimsənilməsi 

baxımından 

bakterial 

gübrələrin 

ən 

yaxşı 


ştamları 

müəyyənləşdirilmiş, 

• respublikanın müxtəlif regionların torpaqlarında qida elementlərinin çatışmamazlığı 

və  qida  elementlərinin  və  humusun  müsbət  balansının  müəyyənləşdirmək  üçün 

tövsiyələr  hazırlanmışdır.  Laboratoriyada  institutun  bölgə  təcrübə  stansiyalarındakı 

və dayaq məntəqəsindəki torpaq örtükləri və tipləri, müxtəlif kənd təsərrüfatı bitkiləri 

üçün  üzvi  və  əsas  mineral  qida  elementlərinin  miqdarı,  ehtiyatı  və  gübrələmə 

sistemləri  tədqiq  edilir.  Həmçinin  laboratoriyada  fermer  və  özəl  torpaq 

mülkiyyətçilərinə  məxsus  təsərrüfatlarda  torpaq  analizlərinin  aparılması  və  müvafiq 

tövsiyələrin  verilməsi  kimi  servislərin  göstərilməsi  də  nəzərdə  tutulmuşdur.  Hal-

hazırda  laboratoriyanın  seleksiya  və  davamlı  əkinçilik,  bitki  deversifikasiyası  ilə 

bağlı proqramların müvəffəqiyyətlə yerinə yetirilməsi üçün torpaq və bitki analizləri 

aparılır. Onun funksiyasına  torpaqda ümumi humusun, pH-ın, karbonatlığın  və əsas 

qida maddələrinin (azot, fosfor və kalium) miqdarının, ümumi və asan mənimsənilən 

formalarının,  şoranlıq  və  şorəkətlik  dərəcələrinin,  bitkilərdə  makro  və  mikro 

elementlərin,  dəndə  azot  və  fosforun  təyini,  respublikanın  müxtəlif  torpaq-iqlim 

şəraitində  iqtisadi  cəhətdən  səmərəli  məhsul  alınmasını,  torpaq  münbitliyinin 



bərpasını  təmin  edən  qida  rejimlərinin  öyrənilməsi,  bölgələr  üzrə  torpaqların 

aqrokimyəvi  analizləri  ilə  bağlı  məlumat  bazasının  yaradılması,  informasiyaların 

yayılması  və  müvafiq  tövsiyələrin  verilməsi  istiqamətlərində  yayım  əlaqələrinin 

gücləndirilməsi  daxildir.  Laboratoriyanın  əməkdaşları  Tərtər,  Zaqatala,  Qobustan, 

Cəlilabad  bölgə  Təcrübə  Stansiyasında  və  Şəki  Dayaq  Məntəqəsində  1970-1980-cı 

illərdə 


təcrübə 

stansiyalarının 

torpaqlarının 

aqrokimyəvi 

göstəricilərini 

müəyyənləşdirmişlər.  Tərtər,  Cəlilabad,  Qobustan  Bölgə  Təcrübə  Stansiyalarında 

müxtəlif  bioloji  göstəricilərə  və  məhsuldarlığa  malik  payızlıq  buğda  sortlarının  1 

sentner  dən  məhsulunun  əmələ  gəlməsinə  azot,  fosfor  və  kalium  sərfini 

müəyyənləşdirmək 

bitkinin 

torpaqdan 

və 


gübrədən 

qida 


maddələrini 

mənimsənilməsinin  üzvi  və  mineral  gübrələrin  norma  və  nisbətlərindən  həmçinin 

sələf bitkisindən asılılığını müəyyən etmək üçün tədqiqat işləri aparılır. 

Zaqatala  Bölgə  Təcrübə  Stansiyasında  və  Şəki  Dayaq  Məntəqəsində  isə  payızlıq 

buğda  və  müxtəlif  yerüstü  biokütlə  və  məhsuldarlığa  mali  qarğıdalı  sortlarının  hər 

sentner  dən  məhsulunun  əmələ  gəlməsinə  azot,  fosfor  və  kalium  sərfini 

müəyyənləşdirmək üçün üzvi və mineral gübrələrin müxtəlif norma və nisbətlərində 

tədqiqat işləri aparılmış nəticələr təsərrüfatlarda tətbiq olunmuşdur. 

Aparılan tədqiqat işlərinin nəticələrində əsasən respublikanın müxtəlif bölgələri 

üçün  payızlıq  dənli  bitkilər  və  qarğıdalı  üçün  sələf  bitkisindən,  torpaq-iqlim 

şəraitindən,  bitkinin  potensial  məhsuldarlığından  asılı  olaraq  üzvi  və  mineral  gübrə 

normaları müəyyənləşdirilərək təsərrüfatlara tövsiyyə olunmuşdur. 

Respublika  müstəqillik  əldə  etdikdən  sonra  kolxoz  vəsovxoz  sisteminin  ləfv 

olunması  fermer  təsərrüfatlarının  yaradılması,  respublikaya  mineral  gübrələrin 

gətirilməsinin  və  istifadəsinin  kəskin  azalması  növbəli  əkin  sisteminin  zəifləməsi 

torpaq münbitliyinin azalmasına öz mənfi təsirini  göstərmişdir. Ona  görə də  Tərtər, 

Qobustan,  Zaqatala  və  Cəlilabad  Bölgə  Təcrübə  Stansiyasının  əkin  sahələrində 

aqrokimya göstəricilərini tam müəyyənləşdirmək üçün torpaq tədqiqatı aparılmışdır. 

Alınan  nəticələrə  əsasən  torpaq  münbitliyinin  və  torpaqda  asan  mənimsənilən  əsas 

qida  maddələrinin  (azot,  fosfor  və  kalium)  yaxşılaşdırılması  üçün  bitkilərin 

növbələşdirilməsi, üzvi və mineral gübrələrin verilmə normaları müəyyənləşdirilərək 

tövsiyyə olunmuşdur. 

Bölgə Təcrübə Stansiyalarında aparılan tədqiqat işlərinin, respublikanın müxtəlif 

iqtisadi  bölgələrində  laboratoriya  əməkdaşlarının  apardıqları  layihənin  (qrantların) 

materiallarından  istifadə  edərək  dəmyə  və  suvarma  bölgələri  üçün  payızlıq  dənli 

bitkiləri  üçün  mineral  gübrə  normaları  müəyyənləşdirilərək  Nazirlər    kabinetində 

verilmişdir. 

Nazirlər  kabinetinin  sorğusuna  cavab  olaraq  müxtəlif  iqtisadi  bölgələrdə 

apardığımız  tədqiqat  işlərinin  və  layihələrin  nəticələrində  istifadə  edərək  respublika 

üçün  tələb  olunan  mineral  gübrə  normaları  (azot,  fosfor  və  kalium) 

müəyyənləşdirilmiş və Nazirlər kabinetinə göndərilmişdir. 

Modernləşdirmə ilə əlaqədar laboratoriyanın əməkdaşları qarğıdalı proqramında, 

müxtəlif  stres  amillərə  davamlı,  yüksək  məhsuldar  qarğıdalı  sortlarının  yaradılması 

və yayılması üçün tələb olunan qida rejiminin yaradılması üçün kompleks iş aparırlar. 

Laboratoriyanın  əməkdaşları  Kənd  Təsərrüfatı  Nazirliyinin  təklifi  əsasinda 

2016-cı ildə Xızı rayonunda 8158 hektar sahədə əsaslı torpaq tədqiqatı aparılmasında 




iştirak  etmişdir.  Tədqiqat  zamanı  90  ədəd  2  metrlik  kəsim  qoyulmuş  530  torpaq 

nümunəsi götürülərək laboratoriyaya gətirilmişdir. 

Torpaq  nümunələrində    şorlaşma  dərəcəsi,  şorlaşmanın  tipi,  torpağın  struktur 

göstəriciləri, torpağın  münbitliyi analiz  olunaraq 10 minə qədər analiz ilkin hesabat 

variantı hazırlanıb Kənd Təsərrüfatı Nazirliyinə göndərilmişdir. 

Labiratoriyada elmlər doktoru, aqrar elmlər üzrə fəlsəfə doktoru dərəcəsi almaq 

üçün elmi tədqiqatlar aparırlır.  

Hal-hazırda laboratoriyada torpaqların keyfiyyət göstəriciləri, şorlaşma dərəcəsi 

və  şorlaşmanın  tipləri,  torpağın  turşuluq-qələvilik  (pH)  göstəriciləri,  karbonatlıq 

dərəcəsi  müxtəlif  kənd  təsərrüfatı  bitkilərinə  gübrə  normalarını  müəyyənləşdirmək 

üçün  torpaqda  əsas  qida  maddələrinin  azot,  fosfor  (P

2

O



5

)  və  kaliumun  (K

2

O)  asan 



mənimsənilən  formalarının  miqdarını  müəyyənləşdirmək  üçün  hər  cür  şərait 

mövcuddur və təsərrüfatlara aidiyyatı köməklik göstərməyə tam hazırdır. 



 

 

 



Yüklə 36,65 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə