Valyuta tənzimi haqqında
Azərbaycan Respublikasının Qanunu
(27 noyabr 2001-ci il, 30 aprel 2002-ci il, 3 mart 2006-cı il, 17 aprel
2007-ci il,7 dekabr 2007-ci il və 30 iyun 2009-cu il tarixli qanunlarla qəbul
edilmiş dəyişikliklər və əlavələrlə)
Bu qanun Azərbaycan Respublikasında valyuta əməliyyatlarının həyata
keçirilməsi prinsiplərini, valyuta tənzimi və valyuta nəzarəti orqanlarının
səlahiyyətlərini və funksiyalarını, hüquqi və fiziki şəxslərin valyuta
sərvətlərinə sahib olmaq, bu sərvətlərdən istifadə etmək və onlar barəsində
sərəncam vermək sahəsində hüquqlarını və vəzifələrini, valyuta
qanunvericiliyinin pozulmasına görə məsuliyyəti müəyyən edir.
I fəsil. Ümumi Müddəalar
Maddə 1. Əsas anlayışlar
Bu qanunda aşağıdakı anlayışlardan istifadə edilib:
1. «Azərbaycan Respublikasının milli valyutası» (bundan sonra «milli
valyuta»):
a) tədavüldə olan, eləcə də tədavüldən çıxarılan, lakin tədavüldə olan
pul nişanlarına dəyişdirilə bilən Azərbaycan Respublikası Milli
Bankının buraxdığı kağız və metal pul nişanları;
b) Azərbaycan Respublikasında banklarda və digər kredit
təşkilatlarında hesablarda olan manat vəsaiti;
v) Azərbaycan Respublikasından kənarda yerləşən banklarda və digər
kredit təşkilatlarında hesablarda olan manat vəsaiti.
2. «Milli valyutada qiymətli kağızlar» — manatla ifadə edilmiş ödəniş
sənədləri (çeklər, veksellər, akkreditivlər və s.), fond sərvətləri (səhmlər,
istiqrazlar) və digər borc öhdəlikləri.
3. «Xarici valyuta»:
a) müvafiq xarici dövlətin və ya dövlətlər qrupunun ərazisində
tədavüldə olan və qanuni ödəniş vasitəsi sayılan, eləcə də tədavüldən
çıxarılmış və ya çıxarılan, lakin həmin ərazidə tədavüldə olan pul
nişanlarına dəyişdirilə bilən banknotlar, xəzinə biletləri və sikkələr
şəklində pul nişanları;
b) xarici dövlətlərin pul vahidlərində, beynəlxalq pul və ya
hesablaşma vahidlərində hesablarda olan vəsaitlər.
4. «Valyuta sərvətləri»:
a) xarici valyuta;
b) xarici valyutada qiymətli kağızlar — xarici valyutada ifadə edilmiş
ödəniş sənədləri ( çeklər, veksellər, akreditivlər və s.), fond
sərvətləri(səhmlər, istiqrazlar) və digər borc öhdəlikləri;
v) qiymətli metallar — istənilən şəkildə, vəziyyətdə, o cümlədən külçə
və affinaj olunmuş (saflaşdırılmış, təmizlənmiş halda), habelə
xammalda, xəlitələrdə, yarımfabrikatlarda, sənaye məhsullarında,
kimyəvi birləşmələrdə, zərgərlik və digər məişət məmulatlarında,
sikkələrdə, qırıntılarda, istehsal və məişət tullantılarında olan qızıl,
gümüş, platin və platin qrupu metalları (palladium, iridium, osmium,
rodium və rutenium);
q) qiymətli daşlar — işlənilmiş və işlənilməmiş şəkildə olan təbii
almazlar, zümrüdlər, yaqutlar, sapfirlər, aleksandritlər..
Qiymətli metallardan və qiymətli təbii daş-qaşdan hazırlanmış məmulatın,
zərgərlik və digər məişət məmulatına, yaxud onların qırıntılarına aid
edilməsi qaydası və şərtlərini Azərbaycan Respublikasının Nazirlər Kabineti
müəyyən edir.
5. «Rezidentlər»:
a) Azərbaycan Respublikasında daimi yaşayış yeri olan, o cümlədən
Azərbaycan Respublikası hüdudlarından kənarda müvəqqəti qalan
fiziki şəxslər;
b) Azərbaycan Respublikası qanunvericiliyinə müvafiq surətdə
yaradılmış hüquqi şəxslər;
v) Azərbaycan Respublikasında yerləşən və Azərbaycan
Respublikasının qanunvericiliyinə müvafiq surətdə yaradılmış, lakin
hüquqi şəxs olmayan müəssisə və təşkilatlar;
q) Azərbaycan Respublikası hüdudlarından kənarda yerləşən
Azərbaycan Respublikasının diplomatik və digər rəsmi
nümayəndəlikləri;
ğ) bu bəndin «b» və «c» yarımbəndlərində göstərilmiş rezidentlərin
Azərbaycan Respublikası hüdudlarından kənarda yerləşən filialları və
nümayəndəlikləri.
6. «Qeyri-rezidentlər»:
a) Azərbaycan Respublikası hüdudlarından kənarda daimi yaşayış yeri
olan, o cümlədən Azərbaycan Respublikasında müvəqqəti qalan fiziki
şəxslər;
b) xarici dövlətlərin qanunvericiliyinə müvafiq surətdə yaradılmış
Azərbaycan Respublikası hüdudlarından kənarda yerləşən hüquqi
şəxslər və hüquqi şəxs olmayan müəssisə və təşkilatlar;
v) Azərbaycan Respublikasında yerləşən xarici diplomatik və digər
rəsmi nümayəndəliklər, habelə beynəlxalq təşkilatlar, onların
nümayəndəlikləri və filialları;
q) bu bəndin «b» yarımbəndində göstərilmiş qeyri-rezidentlərin
Azərbaycan Respublikasında yerləşən filialları və nümayəndəlikləri
(büro və agentlikləri).
7. «Valyuta əməliyyatları»:
a) valyuta sərvətlərinə mülkiyyət hüququnun və digər hüquqların
keçməsi ilə əlaqədar əməliyyatlar, o cümlədən ödəniş vasitəsi kimi
xarici valyutadan və xarici valyutada ödəniş sənədlərindən istifadə
edilməsi;
b) valyuta sərvətlərinin Azərbaycan Respublikasına gətirilməsi və
göndərilməsi, eləcə də Azərbaycan Respublikasından çıxarılması və göndərilməsi;
v) beynəlxalq pul köçürmələrinin həyata keçirilməsi.
8. Xarici valyuta ilə və xarici valyutada qiymətli kağızlarla əməliyyatlar cari
və kapitalın hərəkəti ilə bağlı valyuta əməliyyatlarına bölünürlər.
9. «Cari valyuta əməliyyatları»:
a) malların, işlərin və xidmətlərin ixracı və idxalı üzrə
hesablaşmaların, eləcə də ixrac-idxal əməliyyatlarının 180 gündən
artıq olmayan müddətə kreditləşdirilməsi ilə əlaqədar hesablaşmaların
həyata keçirilməsi üçün xarici valyutanın Azərbaycan Respublikasına
və Azərbaycan Respublikasından köçürülməsi;
b) 180 gündən artıq olmayan müddətə maliyyə kreditlərinin alınması
və verilməsi;
v) əmanətlər, investisiyalar, kreditlər və kapitalın hərəkəti ilə bağlı
başqa əməliyyatlar üzrə faizlərin, dividentlərin və digər gəlirlərin
Azərbaycan Respublikasına və Azərbaycan Respublikasından
köçürülməsi;
q) Azərbaycan Respublikasına və Azərbaycan Respublikasından
qeyri-ticarət xarakterli köçürmələr, o cümlədən, əmək haqqı, təqaüd,
aliment və miras üzrə məbləğlərin köçürülməsi, eləcə də digər bu kimi
əməliyyatlar.
10. «Kapitalın hərəkəti ilə bağlı valyuta əməliyyatları»:
a) birbaşa investisiyalar, yəni gəlir əldə etmək və müəssisənin idarə
edilməsində iştirak etmək hüququna malik olmaq məqsədi ilə
müəssisənin nizamnamə kapitalına qoyulan sərmayə;
b) qiymətli kağızların əldə edilməsi;
v) torpaq və yerin təki də daxil olmaqla binalar, qurğular, eləcə də
yerləşdiyi ölkənin qanunvericiliyi ilə daşınmaz əmlaka aid edilən
digər əmlak üzərində mülkiyyət hüququnun, habelə daşınmaz əmlak
üzərində başqa hüquqların ödənilməsi üzrə köçürmələr;
q) malların, işlərin və xidmətlərin ixracı və idxalı üzrə 180 gündən
artıq müddətə ödəniş möhlətinin verilməsi və alınması;
ğ) müvəkkil banklar tərəfindən valyuta vəsaitlərinin 180 gündən artıq
müddətə depozitə cəlb edilməsi;
d) cari valyuta əməliyyatları olmayan bütün digər valyuta
əməliyyatları.
11. «Müvəkkil banklar» — valyuta əməliyyatlarının aparılması üçün
Azərbaycan Respublikasının Milli Bankının lisenziyasını almış banklar və
digər kredit təşkilatlarıdır.
II fəsil. Valyuta Tənzimi
Maddə 2. Milli valyuta ilə əməliyyatlar
1. Rezidentlər arasında milli valyuta ilə hesablaşmalar heç bir məhdudiyyət
qoyulmadan aparılır.
2. Azərbaycan Respublikasında qeyri-rezidentlər tərəfindən milli valyutanın
əldə edilməsi və ondan istifadə edilməsi gaydası Azərbaycan Respublikası
Milli Bankı tərəfindən müəyyən edilir.
3. Rezidentlər və qeyri-rezidentlər tərəfindən milli valyutanın və milli
valyutada ifadə edilmiş qiymətli kağızların Azərbaycan Respublikasından
çıxarılması və göndərilməsi eləcə də Azərbaycan Respublikasına gətirilməsi
və göndərilməsi Azərbaycan Respublikasi Milli Bankının və Azərbaycan
Respublikası Nazirlər Kabinetinin birgə müəyyən etdikləri qaydada həyata
keçirilir.
Maddə 3. Azərbaycan Respublikasının daxili valyuta bazarı
1. Azərbaycan Respublikasının MilliuBankının müəyyən etdiyi qaydada və
məgsədlər ücün Azərbaycan Respublikasının daxili valyuta bazarında xarici
valyutanı satmag və almag hüguguna malikdirlər.
2. Azərbaycan Respublikasında xarici valyutanın alınması və satılması
Azərbaycan Respublikası Milli Bankının müəyyən etdiyi qaydada müvəkkil
banklar vasitəsilə həyata keçirilir. Xarici valyutanın alqı- satqısı əqdləri
bilavasitə müvəkkil banklar arasında, eləcə də Azərbaycan Respublikası
Milli Bankının müəyyən etdiyi gayda və şərtlər daxilində fəaliyyət göstərən
valyuta birjaları vasitəsilə həyata keçirilə bilər.
Müvəkkil bankların iştirakı olmadan xarici valyutanın alınması və
satılmasına icazə verilmir.
3. Bu maddənin 1-ci və 2-ci bəndlərinin müddəalarını pozmaqla bağlanan
xarici valyutanın alqı-satqısı əqdləri etibarsız sayılır.
4. Azərbaycan Respublikası Milli Bankı manatın sabitliyini təmin etmək
məqsədi ilə xarici valyutanın alqı-satqısı üzrə əməliyyatlar aparmaqla
valyuta bazarına müdaxilə edə və satış məzənnəsinin alış məzənnəsindən
kənarlaşmasına hədd qoya bilər.
Maddə 4. Valyuta sərvətləri üzərində mülkiyyət hüququ
1. Azərbaycan Respublikasında valyuta sərvətləri həm rezidentlərin, həm də
qeyri-rezidentlərin mülkiyyətində ola bilər.
Onlar, Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş
hallar istisna olmaqla, valyuta sərvətləri ilə hər hansı əqdlər bağlamaq və
əməliyyatlar aparmaq hüququna malikdirlər.
Azərbaycan Respublikasında valyuta sərvətləri üzərində mülkiyyət hüququ
digər mülkiyyət obyektləri üzərində mülkiyyət hüququ ilə yanaşı dövlət
tərəfindən müdafiə olunur.
2. Azərbaycan Respublikasında qiymətli metallar və təbii daş-qaşla əqdlərin
bağlanması qaydası Azərbaycan Respublikasının Nazirlər Kabineti və
Azərbaycan Respublikasının Milli Bankı tərəfindən birgə müəyyən edilir.
Maddə 5. Azərbaycan Respublikasının valyuta ehtiyatlarının formalaşması və
ondan istifadə edilməsi
1. Azərbaycan Respublikasının ərazisi vahid valyuta ərazisidir və bu ərazidə
milli valyuta kimi manatın alıcılıq qabiliyyətinin möhkəmləndirilməsini
təmin edən pul-kredit və valyuta siyasəti yeridilir.
2. Azərbaycan Respublikasının valyuta ehtiyatları milli valyutanın alıcılıq
qabiliyyətini qorumaq, dövlətin iqtisadi tələbatı və sosial inkişafı ilə bağlı
ehtiyacları ödəmək, xarici borcun ödənilməsi sahəsində öhdəlikləri yerinə
yetirmək məqsədi ilə mərkəzləşdirilmiş xarici valyuta və digər valyuta
sərvətləridir.
3. Azərbaycan Respublikasının valyuta ehtiyatları respublika büdcəsinin
valyuta gəlirlərindən və sabitləşdirmə fondundan ibarətdir.
Azərbaycan Respublikasının valyuta ehtiyatlarının formalaşması qaydası
Azərbaycan Respublikasının prezidenti tərəfindən müəyyən edilir.
4. Sabitləşdirmə fondu manatın məzənnəsinin sabitləşdirilməsini təmin
etmək məqsədi ilə yaradılır və ondan istifadə edilməsi barədə sərəncamı
Azərbaycan Respublikasının Milli Bankı verir.
Maddə 6. Müəssisə və təşkilatların valyuta vəsaitinin formalaşması
Həm rezident, həm də qeyri-rezident olan hüquqi şəxslərin valyuta vəsaiti
xarici iqtisadi fəaliyyətdən, daxili valyuta bazarında valyuta alınmasından,
valyuta kreditləri formasında, habelə Azərbaycan Respublikasının
qanunvericiliyinə zidd olmayan digər formalarda əldə edilən valyuta hasilatı
hesabına formalaşır.
Maddə 7. Rezidentlərin xarici valyutada hesabları
1. Rezidentlər Azərbaycan Respublikasında müvəkkil banklarda xarici
valyuta hesablarına malik ola bilərlər.
2. Azərbaycan Respublikasının Milli Bankı tərəfindən başqa hal müəyyən
edilmədikdə rezident müəssisə və təşkilatlar əldə etdikləri xarici valyutanı
məcburi şəkildə müvəkkil banklardakı öz hesablarına köçürməlidirlər.
3. Rezidentlər Azərbaycan Respublikası Milli Bankının müəyyən etdiyi hal
və şərtlər daxilində Azərbaycan Respublikasının hüdudlarından kənarda
xarici valyuta hesabı aça bilərlər.
4. Müvəkkil banklar tərəfindən rezidentlərin xarici valyuta hesablarının
açılması və bu hesablar üzrə əməliyyatların aparılması qaydasını
Azərbaycan Respublikasının Milli Bankı müəyyən edir.
Maddə 8. Hüquqi şəxs olan rezidentlərin Azərbaycan Respublikasında valyuta
əməliyyatları
1. Hüquqi şəxs olan rezidentlər tərəfindən cari valyuta əməliyyatlarının
həyata keçirilməsi üçün heç bir məhdudiyyət qoyulmur.
2. Kapitalın hərəkəti ilə bağlı valyuta əməliyyatları hüquqi şəxs olan
rezidentlər tərəfindən Azərbaycan Respublikası Milli Bankının müəyyən
etdiyi qaydada aparılır.
3. Hüquqi şəxs olan rezidentlər valyuta sərvətlərini köçürmə yolu ilə
Azərbaycan Respublikasına gətirmək və Azərbaycan Respublikasından
çıxarmaq, habelə gömrük prosedurlarına əməl etməklə nağd şəkildə ölkəyə
gətirmək və ölkədən çıxarmaq hüququna malikdirlər.
Hüquqi şəxs olan rezidentlər tərəfindən valyuta sərvətlərinin Azərbaycan
Respublikasına köçürülməsi və nağd şəkildə gətirilməsi, habelə Azərbaycan
Respublikasından köçürülməsi və nağd şəkildə çıxarılması qaydalarını
Azərbaycan Respublikasının Milli Bankı müəyyən edir.
Qiymətli metallarla və qiymətli daşlarla əməliyyatların aparılması ilə bağlı
münasibətlər «Qiymətli metallar və qiymətli daşlar haqqında» Azərbaycan
Respublikasının Qanunu ilə tənzimlənir.
4. Azərbaycan Respublikası ərazisində xarici investisiyaların iştirakı ilə hüquqi
şəxslərin öz məhsulunun ixracından əldə etdikləri valyuta hasilatından istifadə
etməsi qaydası «Xarici investisiyanın qorunması
haqqında» Azərbaycan Respublikasının qanunu ilə müəyyən edilir.
Maddə 9. Fiziki şəxs olan rezidentlərin Azərbaycan Respublikasında valyuta
əməliyyatı
1. Fiziki şəxs olan rezidentlər əvvəllər Azərbaycan Respublikasına
köçürülmüş valyuta sərvətlərini Azərbaycan Respublikasından maneəsiz
köçürmək hüququna malikdirlər.
2. Fiziki şəxs olan rezidentlər əvvəllər Azərbaycan Respublikasına
köçürülmüş valyuta sərvətlərini Azərbaycan Respublikası Milli Bankının
müəyyən etdiyi qaydalara uyğun olaraq müvəkkil banklar tərəfindən
verilmiş arayışlar əsasında gömrük prosedurlarına əməl etməklə nağd
şəkildə Azərbaycan Respublikasından çıxara bilərlər.
3. Fiziki şəxs olan rezidentlər valyuta sərvətlərini gömrük prosedurlarına
riayət etməklə Azərbaycan Respublikasına nağd şəkildə gətirə bilərlər.
Fiziki şəxs olan rezidentlər tərəfindən Azərbaycan Respublikasının ərazisinə
gətirilən valyuta sərvətlərinin məbləği 50 (əlli) min ABŞ dolları
ekvivalentindən artıq olduqda, gömrük orqanları vəsaitlərin məbləği,
gətirilmə tarixi, gətirmiş şəxs və onların gətirildiyi ölkə barəsində məlumatı
7 (yeddi) gün müddətində Azərbaycan Respublikasının Milli Bankına
,
maliyyə
monitorinqi orqanına və müvafiq icra hakimiyyəti orqanına təqdim edir.
4. Fiziki şəxs olan rezidentlər Azərbaycan Respublikasına əvvəllər nağd
şəkildə gətirilmiş 50 (əlli) min ABŞ dolları ekvivalentinədək valyuta
sərvətlərini onların gətirilməsini təsdiqləyən gömrük sənədləri əsasında
Azərbaycan Respublikasından kənara köçürə bilərlər. Fiziki şəxs olan
rezidentlər Azərbaycan Respublikasına əvvəllər nağd şəkildə gətirilmiş
valyuta sərvətlərindən 50 (əlli) min ABŞ dolları ekvivalentindən artıq
məbləğdə valyuta sərvətlərini Azərbaycan Respublikasından kənara
köçürdükdə, valyuta gətirilən ölkənin müvafiq bank və ya digər kredit
təşkilatı tərəfindən bu vəsaitin ona nağd şəkildə verilməsini təsdiq edən
arayış təqdim etməlidirlər.
5. Fiziki şəxs olan rezidentlər Azərbaycan Respublikasına əvvəllər nağd
şəkildə gətirilmiş 50 (əlli) min ABŞ dolları ekvivalentinədək valyuta
sərvətlərini gömrük prosedurlarına əməl etməklə Azərbaycan
Respublikasından nağd şəkildə çıxara bilərlər.
6. Bu maddənin 1-5-ci bəndlərinə müvafiq qaydada Azərbaycan
Respublikasına köçürülmüş və ya nağd gətirilmiş valyuta sərvətləri istisna
olmaqla fiziki şəxs olan rezidentlərin digər valyuta sərvətlərinin Azərbaycan
Respublikasından köçürülməsi və gömrük prosedurlarına əməl etməklə nağd
çıxarılması qaydalarını Azərbaycan Respublikasının Milli Bankı, valyuta
sərvətlərinin nağd çıxarılması zamanı ödənilməli olan rüsumların dərəcəsini
isə müvafiq icra hakimiyyəti orqanı müəyyən edir.
7. Fiziki şəxs olan rezidentlər özlərinin valyuta vəsaitlərini, o cümlədən
Azərbaycan Respublikasında əldə etdikləri vəsaiti müvəkkil banklarda olan
valyuta hesablarına sərbəst daxil edə bilərlər.
Maddə 10. Qeyri-rezidentlərin xarici valyutada və milli valyutada hesabları.
Qeyri-rezidentlər müvəkkil banklarda xarici valyutada və milli valyutada
hesablarını aça bilərlər. Bu hesabların açılması və onlardan istifadə edilməsi
qaydasını Azərbaycan Respublikasının Milli Bankı müəyyən edir.
Maddə 11. Qeyri-rezidentlərin Azərbaycan Respublikasında valyuta
əməliyyatları
1. Qeyri-rezidentlər valyuta sərvətlərini köçürmə yolu ilə Azərbaycan
Respublikasına gətirmək və Azərbaycan Respublikasından çıxarmaq, habelə
gömrük prosedurlarına əməl etməklə nağd şəkildə ölkəyə gətirmək və
çıxarmaq hüququna malikdirlər.
2. Qeyri-rezidentlər Azərbaycan Respublikasına əvvəllər köçürülmüş valyuta
sərvətlərini Azərbaycan Respublikasından maneəsiz köçürmək hüququna
malikdirlər.
3. Qeyri-rezidentlər əvvəllər Azərbaycan Respublikasına köçürülmüş valyuta
sərvətlərini Azərbaycan Respublikası Milli Bankının müəyyən etdiyi
qaydalara uyğun olaraq müvəkkil banklar tərəfindən verilmiş arayışlar
əsasında gömrük prosedurlarına əməl etməklə nağd şəkildə Azərbaycan
Respublikasından çıxara bilərlər.
4. Qeyri-rezidentlər valyuta sərvətlərini gömrük prosedurlarına riayət
etməklə Azərbaycan Respublikasına nağd şəkildə gətirə bilərlər. Qeyrirezidentlər
tərəfindən Azərbaycan Respublikası ərazisinə gətirilən valyuta
sərvətlərinin məbləği 50 (əlli) min ABŞ dolları ekvivalentindən artıq
olduqda, gömrük orqanları vəsaitlərin məbləği gətirilmə tarixi, gətirmiş şəxs
və onların gətirildiyi ölkə barəsində məlumatları 7 (yeddi) gün müddətində
Azərbaycan Respublikasının Milli Bankına
,
maliyyə monitorinqi orqanına və
müvafiq icra hakimiyyəti orqanına təqdim edirlər.
5. Qeyri-rezidentlər Azərbaycan Respublikasına əvvəllər nağd şəkildə
gətirilmiş 50 (əlli) min ABŞ dolları ekvivalentinədək valyuta sərvətlərini
onların gətirilməsini təsdiqləyən gömrük sənədləri əsasında Azərbaycan
Respubliksından kənara köçürə bilərlər. Qeyri-rezidentlər Azərbaycan
Respublikasına əvvəllər nağd şəkildə gətirilmiş valyuta sərvətlərindən 50
(əlli) min ABŞ dolları ekvivalentindən artıq məbləğdə valyuta sərvətlərini
Azərbaycan Respublikasından kənara köçürdükdə, valyuta gətirilən ölkənin
müvafiq bank və ya diger kredit təşkilatı tərəfindən bu vəsaitin ona nağd
şəkildə verilməsini təsdiq edən arayış təqdim etməlidirlər.
6. Fiziki şəxs olan qeyri-rezidentlər Azərbaycan Respublikasına əvvəllər
nağd şəkildə gətirilmiş 50 (əlli) min ABŞ dolları ekvivalentinədək valyuta
vəsaitlərini gömrük prosedurlarına əməl etməklə Azərbaycan
Respublikasından nağd şəkildə çıxara bilərlər.
7. Bu maddənin 1-6-cı bəndlərinə müvafiq qaydada Azəçrbaycan
Respublikasına köçürülmüş və ya nağd gətirilmiş valyuta sərvətləri istisna
olmaqla fiziki şəxs olan qeyri-rezidentlərin digər valyuta sərvətlərinin
Azərbaycan Respublikasından köçürülməsi və gömrük prosedurlarına əməl
etməklə nağd çıxarılması qaydalarını Azərbaycan Respublikası Milli Bankı
müəyyən edir.
8. Qeyri-rezidentlər Azərbaycan Respublikası Milli Bankının müəyyən etdiyi
qaydada valyuta sərvətlərini manatla almaq və satmaq hüququna
malikdirlər.
Maddə 12. Valyuta tənzimi sahəsində Azərbaycan Respublikası Ali Sovetinin
funksiyaları:
Azərbaycan Respublikasının Ali Soveti valyuta siyasətinin ümumi
prinsiplərini, xarici dövlət borcunun limitini, xarici ölkələrə verilən
kreditlərin həcmini, Azərbaycan Respublikası büdcəsinin tərkib hissəsi kimi
valyuta planını müəyyən edir, valyuta tənzimi və nəzarəti məsələlərinə dair
qanunvericilik aktları qəbul edir.
Maddə 13. Azərbaycan Respublikası Milli Bankı valyuta tənzimlənməsinin əsas
orqanı kimi.
1. Azərbaycan Respublikasının Milli Bankı Azərbaycan Respublikasında
valyuta tənzimini həyata keçirən əsas orqandır.
2. Azərbaycan Respublikasının Milli Bankı bu qanuna müvafiq olaraq:
a) Azərbaycan Respublikasında xarici valyutanın və xarici valyutada
qiymətli kağızların tədavülü sahəsini və qaydasını müəyyən edir;
b) valyuta əməliyyatlarının tənzimlənməsinə dair normativ aktlar
qəbul edir;
v) rezidentlərin və qeyri-rezidentlərin Azərbaycan Respublikasında
xarici valyuta ilə və xarici valyutada olan qiymətli kağızlarla
əməliyyatlar aparması qaydalarını, habelə Azərbaycan
Respublikasında qeyri-rezidentlərin milli valyuta ilə və milli
valyutada qiymətli kağızlarla əməliyyatlar aparması qaydalarını
müəyyən edir;
q) rezidentlərə məxsus xarici valyutanın və xarici valyutada olan
qiymətli kağızların Azərbaycan Respublikasına məcburi köçürülməsi,
gətirilməsi və göndərilməsi qaydasını, habelə Azərbaycan
Respublikasının hüdudlarından kənarda rezidentlər tərəfindən xarici
valyuta hesablarının açılmasının hal və şərtlərini müəyyən edir;
ğ) valyuta əməliyyatları aparmaq üçün banklara və digər kredit
təşkilatlarına lisenziya verilməsinin ümumi qaydalarını müəyyən edir
və onlara bu məqsədlə lisenziyalar verir;
d) valyuta əməliyyatları üzrə uçotun, hesabatın, sənədləşmənin və
statistikanın vahid formalarını, habelə onların təqdim olunması
qaydasını və müddətlərini müəyyən edir;
e) qəbul edilmiş beynəlxalq standartlar əsasında Azərbaycan
Respublikası üzrə valyuta əməliyyatlarının statistikasını hazırlayır və
dərc edir;
ə) bu qanunda və «Azərbaycan Respublikasının Milli Bankı
haqqında» Azərbaycan Respublikasının qanununda nəzərdə tutulmuş
digər funksiyaları yerinə yetirir.
III fəsil. Valyuta Nəzarəti
Maddə 14. Valyuta nəzarətinin məqsəd və istiqamətləri.
1. Valyuta nəzarətinin məqsədi valyuta əməliyyatları aparılarkən valyuta
qanunveriliciyinə əməl olunmasını təmin etməkdir.
2. Valyuta nəzarətinin əsas istiqamətləri aşağıdakılardır:
a) aparılan valyuta əməliyyatlarının qüvvədə olan qanunveriliciyə
uyğunluğunu və bunun üçün lisenziya və icazələrin olmasını müəyyən
etmək;
b) dövlət qarşısında xarici valyuta üzrə və Azərbaycan
Respublikasının valyuta bazarında valyutanın satışı üzrə öhdəliklərin
rezidentlər tərəfindən yerinə yetirilməsi vəziyyətini yoxlamaq;
v) xarici valyuta ilə ödənişlərin əsaslandırılmış olduğunu yoxlamaq;
q) valyuta əməliyyatları, o cümlədən qeyri-rezidentlərin milli valyuta
ilə əməliyyatları üzrə uçot və hesabatın tamlığı, və obyektivliyini
yoxlamaq.
Maddə 14-1. Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın
leqallaşdırılmasının və terrorçuluğun maliyyələşdirilməsinin qarşısının alınması
14-1.1. Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı aşağıdakı
əməliyyatlar barədə məlumatları dərhal maliyyə monitorinqi orqanına təqdim
etməlidir:
14-1.1.1. cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın
leqallaşdırılmasında, terrorçuluğun maliyyələşdirilməsində, transmilli mütəşəkkil
cinayətkarlığı, habelə silahlı separatizmi, ekstremizmi və muzdluluğu
dəstəkləməsində, narkotik vasitələrin və ya psixotrop maddələrin qanunsuz
dövriyyəsində iştirakı ehtimal olunan, maliyyə əməliyyatlarının aparılması zamanı
eyniləşdirmə məlumatlarının açıqlanması tələb olunmayan dövlətlərin (ərazilərin)
vətəndaşları, qeydiyyat, yaşayış və ya əsas fəaliyyət yeri həmin dövlətdə (ərazidə)
olan şəxslər, eləcə də göstərilən dövlətlərdə (ərazilərdə) qeydiyyatdan keçmiş
bankda hesaba malik olan şəxslər tərəfindən valyuta sərvətlərinin Azərbaycan
Respublikasına gətirilməsi və ya Azərbaycan Respublikasından çıxarılması;
14-1.1.2. ilkin çıxış məntəqəsi bu qanunun 14-1.1.1-ci maddəsində göstərilən
dövlət (ərazi) olan valyuta sərvətlərinin hər hansı şəxs tərəfindən Azərbaycan
Respublikasına gətirilməsi və ya Azərbaycan Respublikasından çıxarılması.
Maddə 15. Valyuta nəzarəti orqanlapı və agentləri.
1. Azərbaycan Respublikasında valyuta nəzarəti orqanları və onların
agentləri tərəfindən həyata keçirilir.
2. Azərbaycan Respublikasının əsas valyuta nəzarəti orqanı Azərbaycan
Respublikasının Milli Bankı və müvafiq icra hakimiyyəti orqanıdır, valyuta
nəzarəti agentləri isə müvəkkil banklardır.
3. Azərbaycan Respublikasının gömrük siyasətini həyata keçirən icra
hakimiyyəti orqanı rezident və qeyri-rezident tərəfindən milli və xarici
valyutanın, eləcə də digər valyuta sərvətlərinin müvafiq qanunvericiliyə
uyğun olaraq Azərbaycan Respublikasının gömrük sərhəddindən
keçirilməsinə, habelə Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə
nəzərdə tutulmuş digər hallarda valyuta nəzarətini həyata keçirir.
Maddə 16. Valyuta nəzarəti orqanları və agentlərin səlahiyyətləri.
1. Valyuta nəzarəti orqanları öz səlahiyyətləri daxilində bütün rezident və
qeyri-rezidentlər tərəfindən Azərbaycan Respublikasında icrası məcburi
hesab edilən normativ aktlar qəbul edirlər.
2. Valyuta nəzarəti orqanları və agentləri öz səlahiyyətləri daxilində:
a) Azərbaycan Respublikasında rezident və qeyri-rezidentlər
tərəfindən həyata keçirilən valyuta əməliyyatlarının mövcud
qanunvericiliyə, lisenziya və icazələrin şərtlərinə nə dərəcədə uyğun
gəlməsinə, həmçinin valyuta nəzarəti orqanlarının aktlarının yerinə
yetirlməsinə nəzarət edirlər;
b) rezidentlərin və qeyri-rezidentlərin valyuta əməliyyətlarını
yoxlayırlar;
v) rezidentlərin və qeyri-rezidentlərin valyuta əməliyyatları üzrə
uçotun, hesabatın və sənədləşmələrin formsı və qaydalarını müəyyən
edirlər.
Maddə 17. Rezident və qeyri-rezidentlərin hüquq və vəzifələri.
1. Azərbaycan Respublikasında valyuta əməliyyatları həyata keçirən
rezident və qeyri-rezidentlər, həmçinin milli valyuta ilə və bu valyutada
qiymətli kağızlarla əməliyyatlar aparan qeyri-rezidentlər aşağıdakı
hüquqlara malikdirlər:
a) valyuta nəzarəti orqanları və agentləri tərəfindən aparılmış
yoxlamaların nəticələri ilə tanış olmaq;
b) valyuta nəzarəti agentlərinin fəaliyyəti barədə müvafiq valyuta
nəzarəti orqanlarına, valyuta nəzarəti orqanlarının fəaliyyəti barədə isə
Azərbaycan Respublikasının ganunvericiliyinə müvafiq qaydada
şikayət etmək;
v) bu qanunla və Azərbaycan Respublikasının başqa qanunvericilik
aktları ilə müəyyən edilmiş digər hüquqları həyata keçirmək.
2. Azərbaycan Respublikasında valyuta əməliyyatları həyata keçirən
rezidentlər və qeyri-rezidentlər, həmçinin milli valyuta ilə əməliyyatlar
aparan qeyri-rezidentlər aşağıdakı vəzifələri yerinə yetirməyə borcludurlar:
a) valyuta nəzarəti orqanları və agentlərinə valyuta nəzarəti
funksiyalarının yerinə yetirlməsi üçün zəruri olan informasiya və
sənədləri təqdim etmək;
b) valyuta nəzarəti orqanları və agentlərinə onlar tərəfindən
yoxlamaların aparılması zamanı, eləcə də yoxlamaların nəticələri üzrə
izahatlar təqdim etmək;
v) valyuta nəzarəti orqanları və agentləri tərəfindən aparılan yoxlama
aktlarında göstərilmiş faktlarla razılaşmadıqda aktın imzalanmasından
imtina edilməsinin səbəbləri barədə yazılı izahat təqdim etmək;
q) onlar tərəfindən həyata keçirilən valyuta əməliyyatları üzrə uçot
aparmaq və hesabat hazırlamaq, onları 5 ildən az olmayan müddətə
saxlamaq;
ğ) aşkara çıxarılmış pozuntuların aradan qaldırılmasına dair valyuta
nəzarəti orqanlarının tələblərini (göstərişlərini) yerinə yetirmək;
d) Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş digər
vəzifələri yerinə yetirmək.
Maddə 18. Valyuta qanunveirciliyinin pozulmasına görə məsuliyyət.
1. Müvəkkil banklar da daxil olmaqla, bu qanunun müddəalarını pozmuş
rezidentlər və qeyri-rezidentlər aşağıdakı şəkildə məsuliyyət daşıyırlar:
a) bu qanuna görə etibarsız hesab edilən əqdlər üzrə, habelə əqdlər
üzrə deyil, qeyri-qanuni fəaliyyətlər nəticəsində əldə edilən gəlirlərin
dövlətin mədaxilinə silinməsi;
b) müvəkkil banklar da daxil olmaqla rezidentlər və qeyri-rezidentlər
valyuta əməliyyatları uçotunu aparmadıqlarına və onu müəyyən
edilmiş qaydaların pozulması ilə həyata keçirdiklərinə, bu qanunun
17-ci maddəsinin 2-ci bəndinə müvafiq olaraq valyuta nəzarəti
orqanlarına və agentlərinə sənədləri və məlumatları təqdim
etmədiklərinə və ya vaxtında təqdim etmədiklərinə görə Azərbaycan
Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada
məsuliyyət daşıyırlar.
2. Bu maddədə göstərilən sanksiyaların tətbiq edilməsi valyuta nəzarəti
orqanları tərəfindən, o cümlədən valyuta nəzarəti agentlərinin təqdimatı ilə
hüquqi şəxslər üzrə mübahisəsiz qaydada, fiziki şəxslər üzrə isə məhkəmə
qaydasında həyata keçirilir.
3. Valyuta qanunvericiliyinin pozulmasına görə rezident və qeyri-rezident
olan müəssisə və təşkilatların, o cümlədən müvəkkil bankların vəzifəli
şəxsləri, eləcə də fiziki şəxslər Azərbaycan Respublikasının
qanunvericiliyinə müvafiq surətdə inzibati, mülki-hüquqi və cinayət
məsuliyyəti daşıyırlar.
Maddə 19. Valyuta nəzarəti orqanları və agentlərinin vəzifəli şəxslərinin hüquq
və vəzifələri.
1. Valyuta nəzarəti orqanlarının və agentlərinin vəzifəli şəxsləri bu
orqanların səlahiyyətləri daxilinda aşağıdakı hüquqlara malikdir:
a) onlar tərəfindən həyata keçirilən valyuta nəzarəti funksiyaları ilə
əlaqədar bütün sənədləri yoxlamaq, yoxlamalar zamanı meydana
çıxan məsələlər üzrə zəruri izahatlar və məlumatlar almaq, eləcə də
valyuta qanunvericiliyi sahəsində pozuntuları əks etdirən sənədləri
götürmək;
b) bu maddədə göstərilən sənədlərin və məlumatların təqdim
edilmədiyi təgdirdə müvəkkil banklarda hesablar üzrə əməliyyatları
dayandırmaq;
v) müvəkkil banklar da daxil olmaqla rezidentlərə, eləcə də qeyrirezidentlərə
valyuta əməliyatlarını həyata keçirmək hüququ verən
lisenziya və icəzələrin qüvvəsini dayandırmaq və ya onları ləğv
etmək;
q) Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş
digər hüquqlara.
2. Valyuta nəzarəti orqanları və agentləri, onların vəzifəli şəxsləri valyuta
nəzarəti funksiyasını yerinə yetirərkən rezident və qeyri-rezidentlərin onlara
məlum olmuş kommersiya sirlərini qorumalıdırlar.
3. Valyuta nəzarəti orqanları və onların vəzifəli şəxsləri onlara həvalə
edilmiş vəzifələri lazımınca yerinə yetirmədikdə Azərbaycan Respublikası
qanunvericiliyində nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb oluna
bilərlər.
Azərbaycan Respublikasının Prezidenti
Heydər ƏLİYEV
Bakı şəhəri, 21 oktyabr 1994-cü il
№ 910
Dostları ilə paylaş: |