Microsoft Word Azerbaijan Country Strategy Final for Web Posting Aze (3)



Yüklə 0,6 Mb.
Pdf görüntüsü
səhifə9/28
tarix07.12.2017
ölçüsü0,6 Mb.
#14251
1   ...   5   6   7   8   9   10   11   12   ...   28

16 

 

tәsiri var, çünki onlar tәhsil müәssisәlәrindәn iş hәyatına keçirlәr. Azәrbaycanda yaşı 



24-dәn aşağı olan gәnc  әhali ümumi әhalinin 40 %-ni tәşkil edir. Gәnclәrin 

mәşğulluğu nisbәtәn aşağı sәviyyәdәdir – 14% (2008), bu göstәrici 1999-cu ildә 42% 

tәşkil etmişdir. Lakin daha çox diversifikasiyalaşmış iqtisadiyyatın  әldә olunması 

istiqamәtindә keçidlә bağlı problemlәr qalmaqda davam edir. 

 

İbtidai vә orta tәhsil müәssisәlәrinә  qәbul demәk olar ki universaldır vә bu, ali 



tәhsildә  dә özünü göstәrәrәk qadın vә kişilәrin bәrabәr iştirak sәviyyәsi ilә 21 %-ә 

çatmışdır. Buna baxmayaraq, tәhsilin sәviyyәsi  әsas problem olaraq qalır. Kişilәrlә 

müqayisәdә qadınların hәlә  dә sosial, iqtisadi vә siyasi hәyatda iştirak imkanları 

mәhduddur. AYİB-in Azәrbaycanda gender bәrabәrsizliyi hesabatında xüsusilә 

qadınların iş qüvvәsindә  iştirakı  vә maliyyәyә  çıxışında nәzәrәçarpacaq 

bәrabәrsizliyin olduğu vurğulanır.  

 

İqtisadi imkanlar hәmçinin  şәhәr vә  kәndlәrdә  fәrqlidir.  İşsizlik vә  fәaliyyәtsizlik 



göstәricilәri adәtәn  şәhәrlәrdә yüksәk olduğu halda, kәnd tәsәrrüfatının üstünlük 

tәşkil etmәsi hesabına işçi qüvvәsinin fәaliyyәti kәnd yerlәrindә daha yüksәkdir. 

 

Mәcburi Köçkünlük üzrә Monitorinq Mәrkәzinin (MKMM) verdiyi mәlumata әsasәn, 



ölkә  әhalisinin tәxminәn 600 minә yaxın  әhali mәcburi köçkündür. Bәzi mәcburi 

köçkünlәrin  әsas sosial hәyata inteqrasiya etmәsinә baxmayaraq, bir çoxu hәlә  dә 

mәcburi köçkün qәsәbәlәrindә yaşayır. Mәcburi köçkünlәrin 86 %-i şәhәr vә ya 

şәhәrәtrafı әrazilәrdә mәskunlaşmışdır. Baxmayaraq ki, onlar 10 ildәn çoxdur ki, öz 

evlәrindәn didәrgin salınıb, bir çoxu hәlә dövlәt transferlәrindәn asılıdır vә özlәrinә 

әsaslanan iqtisadi imkanları yoxdur. 

 

2.6. Hüquqi kontekst 

 

İllәr  әrzindә Azәrbaycan hüquq çәrçivәsindә ekstensiv islahatlar hәyata keçirmişdir, 



lakin onların hәyata keçirilmәsi vә qüvvәyә minmәsi istiqamәtindәki problemlәr hәlә 

dә qalır. Hüquqi mühit mürәkkәb vә qeyri-dәqiqdir. Qanunvericilikdә biznes 

fәaliyyәtinә başlanılması  vә biznesin lisenziyalaşdırılması istiqamәtindә mühüm 

nailiyyәtlәrin  әldә olunmasına baxmayaraq, Azәrbaycanda fәaliyyәt göstәrәn 

şirkәtlәrin mülkiyyәtçiliyi barәdә informasiyanın  әldә olunması ilә bağlı 

mәhdudiyyәtlәrin tәtbiq olunması barәdә qanuna son dәyişikliklәrin edilmәsi 

Azәrbaycanda Bankın fәaliyyәtinin hәyata keçirilmәsinә müәyyәn maneәlәr 

törәtmişdir. Hәmçinin  şirkәt qanununda açıqlılıq vә  şәffaflıq üzrә qaydalar әsas 

çatışmazlıqlar hesab edilir. Korporativlәr isә müşahidә şurası vә müstәqil direktorların 

rolu ilә bağlı olaraq aydınlaşdırmadan fayda әldә edirlәr. Bütün şirkәtlәrdәn balans 

cәdvәlini vә  gәlir bәyanatlarını  әhatә edәn auditdәn keçmiş maliyyә  bәyanatlarının 

tәlәb edilmәsinә baxmayaraq, bir çox şirkәtlәr buna әmәl etmir. 

 

Azәrbaycanın tәminatlı әqdlәr üzrә qanunlarının yenilәnmәsi tәlәb olunur. Xüsusilә, 



tәminatlı kreditorlarının hüquqlarının hәyata keçirilmәsinin intensivlәşdirilmәsi, 

mövcud tәminatlı әqdlәr sistemindәki qeyri-müәyyәnliyin vә mәhdudiyyәtlәrin aradan 

qaldırılması  vә kredit bürosu әmәliyyatlarının sürәtlәnmәsinә  sәbәb olacaq hüquqi 

dәstәyin yaradılması Azәrbaycanda maliyyәyә  çıxışın sürәtlәnmәsinә töhfә verәcәk. 

Azәrbaycanın Müflislәşmә haqqında Qanununa genişmiqyaslı düzәlişlәr edilmәlidir. 

Likvidlәşdirmә müddәaları nisbәtәn adekvatdır, lakin qanunla müflislәşmәdә yenidәn 

tәşkil olunmanın hüdudları  mәhdudlaşdırılmışdır. Xüsusilә, Azәrbaycan AYİB 



17 

 

regionunda ictimai-özәl  әmәkdaşlıq (İÖӘ) vә yaxud da müasir imtiyazlar sahәsindә 



hәlә dә hüquq çәrçivәsi olmayan bir neçә dövlәtdәn biri olaraq qalır. İÖӘ/imtiyazlar 

üzrә qanunların tәqdimatı infrastruktur vә tibb sahәlәrinә investisiyaların 

yatırılmasına rәvac verә bilәr. 

 

Azәrbaycanın müasir mәhkәmә sisteminin inkişafı istiqamәtindә nailiyyәtlәr  әldә 



etmәsinә baxmayaraq, xüsusilә  dә fiziki infrastruktur baxımından bir çox işlәr 

görülmәlidir. Xüsusilә  dә dövlәtin tәrәf olduğu vә ya dövlәtin  әsaslı maraqlarının 

olduğu hallarda mәhkәmәnin qәrәzsizliyinin güclәndirilmәsi, ticari vә inzibati 

qanunlar sahәlәrinә xüsusi önәm vermәklә hakimlәrә  tәlimlәrin keçilmәsi  әsas 

istiqamәtlәrdir. 

 

Hüquqi mühitin daha әtraflı qiymәtlәndirilmәsi üçün Әlavә 3-ә baxın.  



 

2.7. Enerji effektivliyi vә iqlim dәyişikliyi konteksti 

 

Azәrbaycan enerji cәhәtdәn sәmәrәli texnologiyalar bazarının çox zәif inkişaf etdiyi 



ölkәdir vә burada mühüm inkişaf potensialı mövcuddur. Mövcud tәnzimlәyici struktur 

daxilindәki çatışmazlıqlar alternativ enerji istismarına  әn böyük maneәni törәdir. 

Nәzarәtedici çәrçivә bәrpa olunan enerji layihәlәrini tәşviq edәcәk qanunların qәbulu 

vә hәyata keçirilmәsi vasitәsilә güclәndirilә bilәr. Bәrpa olunan enerjiyә tәsir göstәrәn 

mövcud qanunların konsolidasiyası tәlәb edilә bilәr. 

 

BMT-nin İqlim Dәyişmәlәri üzrә Çәrçivә Konvensiyasına Azәrbaycanın İkinci Milli 



Mәlumatlarında iqtisadiyyatın әsas sahәlәrinә iqlim dәyişmәlәrinin bir çox tәsirlәri öz 

әksini tapmışdır. Bura su qıtlığının artması, kәnd tәsәrrüfatı istehsalının azalması 

(istilik vә su qıtlığı  sәbәbindәn), sahil bölgәlәrindә  dәniz sәviyyәsinin dәyişmәsi vә 

şәhәrlәrdә yüksәk istilәrlә bağlı baş vermiş hadisәlәr daxildir. 

 

 

3. STRATEJİ İSTİQAMӘTLӘR 



 

Sürәtli iqtisadi inkişaf dekadasından sonra Azәrbaycan inkişafında kritik mәrhәlәyә 

daxil oldu. Neft hasilatının 2017-ci ildәn etibarәn aşağı düşәcәyini vә iqtisadiyyatın 

yığılmış karbohidrogen gәlirlәrindәn çox yüksәk asılılığını  nәzәrә alaraq 

Azәrbaycanın daha müasir vә parlaq sektorla post-neft mәrhәlәsinә qәdәm qoymasına 

tәminat yaradılmasında iqtisadiyyatın diversifikasiyası başlıca rol oynayacaq. 

Hakimiyyәt strukturlarının “İnkişaf Konsepsiyası-Azәrbaycan 2020: Gәlәcәyә baxış” 

ilә diversifikasiya üçün mәqsәdli hәdәflәr müәyyәnlәşdirmiş  vә iqtisadiyyatın 

modernlәşdirilmәsi istiqamәtindә bir sıra nailiyyәtlәr  әldә etmişdir. Bununla belә,  

qeyri-neft sektorunda özünü tәmin edәn artım üçün tәlәb olunan struktur islahatlar 

möhkәmlәndirilmәlidir.  

 

Növbәti Strategiya mәrhәlәsindә Azәrbaycanın karbohidrogenlәrdәn asılılığına son 



qoyması üçün iqtisadiyyatın diversifikasiyasında maddi inkişafa yol vermәsi zәruri 

olacaq. İslahat prosesindә әksәr göstәricilәr boyu nәzәrәçarpacaq keçid boşluqları ilә 

yanaşı  mәsәlәlәr qalmaqdadır. Xüsusilә, Azәrbaycan üçün özәl sektorun inkişafına 

dәstәk göstәrәcәk davamlı maliyyә sektorunun inkişaf etdirilmәsi vә xüsusilә  dә 

Bakıdan kәnar  әrazilәrdә  vә Abşeron rayonunda iqtisadi diversifikasiya mühüm 

әhәmiyyәt kәsb edir. Buna görә  dә növbәti Strategiya dövründә Bank әmәliyyatları 




Yüklə 0,6 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə