Microsoft Word Azerbaijan Country Strategy Final for Web Posting Aze (3)



Yüklə 0,6 Mb.
Pdf görüntüsü
səhifə2/28
tarix07.12.2017
ölçüsü0,6 Mb.
#14251
1   2   3   4   5   6   7   8   9   ...   28

 

iqtisadiyyatın müasirlәşdirilmәsindә bir sıra uğurlar qazanmasına baxmayaraq qeyri-



neft sektorlarında davamlı inkişafa dәstәk göstәrilmәsi üçün tәlәb olunan struktur 

islahatlar sürәtlәndirilmәlidir. 

 

Növbәti Strategiya mәrhәlәsindә Azәrbaycanın karbohidrogenlәrdәn asılılığına son 



qoyması üçün iqtisadiyyatın diversifikasiyasında maddi inkişafa yol vermәsi zәruri 

olacaq.  İslahat prosesindә  әksәr göstәricilәr boyu böyük nәzәrәçarpacaq keçid 

boşluqları ilә yanaşı problemlәr qalmaqdadır. Xüsusilә, Bakı  vә Abşerondan kәnar 

bölgәlәrdә özәl sektorun inkişafı vә iqtisadi diversifikasiyaya dәstәk göstәrә bilәcәk 

davamlı maliyyә sektorunun inkişaf etdirilmәsi Azәrbaycan üçün zәruri  әhәmiyyәt 

kәsb edәcәk. 

 

Bank artan rәqabәti, әn yaxşı idarәetmә tәcrübәlәrinin irәli sürülmәsi vә nizamlayıcı 



çәrçivә üzrә siyasi dialoqu dәstәklәmәk, elәcә  dә  fәrdi vә  rәqabәt  şәklindә  hәyata 

keçirilәn yardımçı xidmәtlәrin inkişafını stimullaşdırmaq üçün karbohidrogen sektoru 

ilә mәşğul olmaqda davam edәcәk. Ölkәnin cәnub qaz dәhlizi kimi strateji cәhәtdәn 

әhәmiyyәt kәsb edәn layihәlәrә  cәlb olunması Avropada ixrac marşrutunun 

diversifikasiyası vә regional enerji tәhlükәsizliyinә töhfә verә bilәr. 

 

Bundan  әlavә, rәqabәtin ön plana çәkilmәsi vә biznes mühitinin tәkmillәşdirilmәsi 



üçün Azәrbaycanın müvafiq tәdbirlәr görmәklә iqtisadi diversifikasiya vә maliyyә 

xidmәtlәrinin genişlәndirilmәsi istiqamәtindә  sәy göstәrmәsi vacib hesab olunur. 

Hakimiyyәt strukturları mәhkәmә sisteminin güclәndirilmәsi üçün müvafiq islahatlara 

başlamışdır, lakin xüsusilә korporativ idarәetmә, rәqabәt siyasәti vә korrupsiyaya 

qarşı mübarizә sahәlәrindә investisiya mühitinin daha da tәkmillәşdirilmәsinә ehtiyac 

duyulur.  

 

Strateji istiqamәtlәr 

 

Bankın növbәti Strategiya mәrhәlәsindә prioritetlәri özәl sektorun inkişafına dәstәk 



göstәrilmәsi üçün bazar әsaslı iqtisadi diversifikasiyanın önә  çәkilmәsi vә davamlı 

maliyyә sektorunun inkişaf etdirilmәsinә yönәlәcәk. Xüsusәn dә Bankın 

Azәrbaycanda әmәliyyat fәaliyyәtlәri aşağıdakı sahәlәrә istiqamәtlәnәcәk: 

 



 

Bazar  әsaslı iqtisadi diversifikasiyanın ön plana çәkilmәsi Bank OBMM ilә 

korporativ seqmentdә  fәal qalmaq üçün AYİB-in tәrәfdaş banklarına yardım 

etmәklә  vә birbaşa maliyyәlәşdirmә yolu ilә aparıcı yerli korporativlәri 

dәstәklәyәcәk. MKOM sektorunda Bank aqrobiznesә xüsusi diqqәt göstәrәcәk vә 

yerli bankların kәnd tәsәrrüfatı  vә regional kredit verilmәsini dәstәklәmәsindә 

potensialının güclәndirilmәsi mәqsәdilә onlara yardım edәcәk. Bankın bölgәlәrin 

yollarına davamlı  dәstәyi dә  hәmçinin dayanıqlı  kәnd tәsәrrüfatı sektorunun 

inkişafına kömәk edәcәk vә daha kiçik icmaların birlәşmәsini asanlaşdıracaq. 

 



 



Özәl sektorun inkişafına dәstәk göstәrilmәsi üçün davamlı maliyyә 

sektorunun inkişaf etdirilmәsi Özәl sektorun xüsusilә KOM vә MKM-dә, o 

cümlәdәn bölgәlәrdә  sәmәrәli  şәkildә maliyyәlәşdirilmәsi üçün Bank maliyyә 

vasitәçiliyini güclәndirmәyi hәdәfә alacaq. Bank yeni standartlar yaratmaqla vә 

banklar üçün yeni bazarlar açmaqla artan rәqabәtә yol açan korporativ idarәetmә 

vә riskin idarә edilmәsinin yüksәk standartlarını ön plana çәkәcәk vә potensial 

kapital sәrmayәlәri ilә bankçılıq sektorunda möhkәmlәnmәni dәstәklәyәcәk. Bank 




 

qadınların idarә etdiyi biznes müәssisәlәrinin maliyyәlәşdirilmәsinin 



asanlaşdırılması üçün mövcud tәrәfdaş banklarla әmәkdaşlığını artıracaq vә yeni 

maliyyә alәtlәrinin ön plana çәkilmәsi vә tәkmillәşdirilmәsindә dәstәk göstәrәcәk 

vә Qafqaz Regionunda Enerji Sәmәrәliliyi Proqramı vasitәsilә yerli banklarla 

enerjinin sәmәrәliliyinә  sәrmayә yatırımı layihәlәrinin ön plana çәkilmәsini 

hәdәfә alacaq. Yerli kapital bazarlarının tәkmillәşdirilmәsi üçün Bank korporativ 

emitentlәri korporativ istiqraz bazarına gәtirmәyә  vә institusional vә  pәrakәndә 

investor bazasını genişlәndirmәyә çalışacaq. 

 



 

İdarәetmә  vә biznes mühitinin tәkmillәşdirilmәsi Hakimiyyәt orqanlarının 

rәqabәti ön plana çәkmәk vә biznes mühitini yaxşılaşdırmaq mәqsәdlәrinә dәstәk 

göstәrmәk üçün Bank yüksәk korporativ idarәetmә  vә  şәffaflıq standartlarına 

öhdәlik nümayiş etdirә bilәcәk vә idarәetmә  tәcrübәlәrini tәkmillәşdirmәk 

öhdәliyi olan özәl vә dövlәt sektorunun müştәrilәri ilә  әmәkdaşlığı prioritet 

istiqamәt seçәcәk. Paralel olaraq Bank institusional vә nizamlayıcı islahatları 

artırmaq üçün Azәrbaycan Hökumәti ilә sıx әmәkdaşlıq edәcәk. Karbohidrogen vә 

maliyyә sektorları  dәrslәrinin keçirilmәsi ilә AYİB qanunverici çәrçivәdә 

tәkmillәşdirmәlәr, rәqabәtin artırılması  vә korrupsiyaya sәbәb olan amillәrin 

azaldılması yolu ilә real sektorda daha sәmәrәli investisiya mühiti yaratmağa 

çalışacaq. Bu tәdbirlәrin uğurlu olması üçün әsas dövlәt qurumları ilә konstruktiv 

siyasi dialoq üzrә yeni kanalların açılması  hәlledici rol oynayacaq. Bank eyni 

zamanda enerji tәhlükәsizliyinin artırılması, yeni istehsal gücünün yaradılması, 

rәqabәtin stimullaşdırılması, enerji mәnbәlәrinin  şaxәlәndirilmәsi, effektivliyin 

artırılması vә regional inteqrasiya ilә daha böyük bazarların yaradılmasına xidmәt 

edәn enerji layihәlәrinә sәrmayә yatırmağa çalışacaq. 

 

Bank Azәrbaycanda hәyata keçirdiyi әmәliyyatlarda, elәcә  dә siyasi dialoqdan 



maksimum keçid tәsiri üzrә digәr beynәlxalq maliyyә institutları  vә çoxtәrәfli vә 

ikitәrәfli tәrәfdaşlar, o cümlәdәn, Avropa İttifaqı ilә sıx әmәkdaşlığı davam etdirәcәk.




Yüklə 0,6 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə