Gulistani Irem cur cdr



Yüklə 7,74 Mb.
Pdf görüntüsü
səhifə8/70
tarix01.08.2018
ölçüsü7,74 Mb.
#60562
1   ...   4   5   6   7   8   9   10   11   ...   70

 
33 
nəslinə, Afrika və Hindistanın isti tərəfləri Ham övladına, Ərəb, İran 
və Rum ölkələri də Sam silsiləsinə mənsub olmuşdur. 
Hicri IX əsrin axırlarında yazılmış “Rövzətüssəfa” kitabına görə, 
cənub  ərz dairəsinin 14-cü dərəcəsinə  qədər, Okyanus dənizində 
abad cəzirələr vardır ki, onların sakinləri də Sam nəslindəndir. 
Nuhun bu üç oğlu, bəzilərinin rəyincə, qəbilə rəisləri sayılırlar, 
əgər bunlar tək olsaydılar, bu qədər uzaq məsafəyə gedə bilməz-
dilər. Bəziləri də, Yafəsi İranın və bütün Sam nəslinin birinci padişa-
hı olan Kəyumərsin müasiri və türklərin ilk hökmdarı kimi tanıyırlar. 
«Güzidə» və «Xülasətüləxbar»
1
 müəlliflərinin rəyinə görə, 
Yafəsin səkkiz və «Rövzətüssəfa» müəllifinin yazdığına görə, on bir 
oğlu olmuşdur: 
1. Türkdür. Yafəsin böyük oğlu və  vəliəhdi olub, ədalətli və 
rəiyyətpərvər bir padişah idi. Bütün Yafəs nəslinin qəbilələri bunun 
adı ilə - türk adlanırlar. Atasının vəfatından sonra, özü üçün Tür-
küstanda isti və soyuq bulaqlı bir çox otlaqlar seçmişdir.  Əvvəlcə 
ağac, qamış və otdan özü üçün qərargah və daha sonra heyvanat 
dərisindən çadır və otaq düzəltdirmişdir. Bu yer Suluq adlanır, 
«Zəfərnamə»də
2
 isə Suluqay şəklində qeyd edilmişdir. 
Karamzin və başqalarının yazdıqlarına görə, İrtış və Yayıq çay-
larının kənarlarında yaşayan türklər güclü bir tayfa olmuşlar. Bunlar 
Çin və  İran ölkələrinə basqın edirdilər. Miladi 580-ci ildə Qara 
dənizin  şimal-şərq sahillərini Krım ölkəsinə  qədər istila etmişlər. 
                                                 
1
 «Xülasətül 'əxbar» - Xandəmirin əsəridir. O, babasının «Rövzətüssəfa» adlı əsərini 
ixtisar edərək «Xülasətüləxbar»ı yazmışdır. 
2
  Şərəfəddin  Əli Yəzdinin  əsəridir. Teymur dövrunun tanınmış tarixçisidir. Yəzd 
şəhərində anadan olmuş və hicri 858-ci (=1454) ildə vəfat etmişdir. Onun yazmış 
olduğu «Zəfərnamə», Teymurun mapuxu hadisələrini təsvir edən mənbələr içə-
risində mühüm yer tutur. Teymurun tarixinə aid «Zəfərnamə» adlı iki əsər daha 
vardır. Bunlardan biri Nizaməddin  Şaminin «Zəfərnamə»sidir. Bu kitab Teymur 
zamanında və onun əmirlə yazılmışdır. İkincisi də məşhur Əbdürrəhman Caminin 
bacısı oğlu Hatifinin mənzum «Zəfərnamə»sidir. Hatifi, «Teymurnamə» adı ilə də 
adlanan bu əsərini Şərəfəddin Yəzdinin tarixini əsas tutaraq nəzmə çəkmişdir. 
 
 
34
Lakin o ildə, Avar tayfası ilə etdikləri müharibə  nəticəsində, bu 
yerlər əllərindən çıxmışdır. 
Rum qeysəri Tiberinin elçisi dost olduqlarını bildirmək üçün türk 
xanının yanına gəlmişdi. Xan ona dedi: Siz o rumlular deyilsiniz ki, on 
dildə danışıb hamısı ilə də insanları eyni dərəcədə aldadırsınız? Biz 
türkük, yalan və aldatmaq bilmərik; bunu da bilməlisiniz ki, mən 
sizin padişahınızdan intiqam almaq üçün fürsət axtarıram. O öz 
dostluğu ilə  məni arxayın etmək istəyir, lakin bizdən qaçan avar 
qullarımızı himayə edir. Deyirsiniz, sizin məmləkətə ancaq Qafqaz-
dan keçmək olar. Mən Don və Dnepr çaylarının yataqlarını öyrənə-
rək, avarların Rum ölkəsinə haradan və necə keçmiş olduqlarını tə-
yin edəcəyəm, eyni zamanda sizin gücünüzü də biləcəyəm. Bilməli-
siniz ki, məşriqdən məğribə qədər bütün aləm mənim itaətimdədir. 
Miladi 581-ci ildə, türk ölkəsi  şərqi və  qərbi deyə iki yerə 
bölündü. Bu ölkələrin hər ikisi müxtəlif tayfalarla olan müharibələr 
nəticəsində zəif düşdü. Sonralar yenə (qüvvət tapıb) hər tərəfdən 
baş qaldıraraq, bütün ətrafı fitnə və fəsad ilə doldurdular. 
2. Xəzərdir.  Bu da bir sıra səfər və köçərilikdən sonra öz 
qəbiləsilə Atil çayı kənarında yerləşib, bir şəhər salmış və balıq ovu 
ilə məşğul olmuşdur. Arıdan bal hasil etməyi buna nisbət verirlər. 
Deyirlər ki, Xəzərin bir oğlu ölür, onun cənazəsini qəbilə  yığınca-
ğında çalğı ilə - suyun ziddi olan odda - yandırır (Xəzər bununla 
sudan intiqam almaq istəyir), çünki atası Yafəs dənizdə batmışdı. 
Xəzər tayfası türk cinsindəndir, erməni tarixləri üçüncü, Avro-
pa tarixləri dördüncü əsrdən başlayaraq, onlardan bəhs edir. Hacı 
Tərxan (Həştərxan) çöllərində hunların istilası zamanı, onlar Atilla-
nın hökmü altında olmuşlar. 
Danvil yazır: V əsrin  əvvəllərində, tatarlardan Tulun və ya 
Turun adlı bir əmir, özünü Xəzər xaqanı adlandırdı. 626-cı ildə Rum 
qeysəri Herakli, Xəzər tayfasını iranlılarla müharibəyə apardı və bu 
ildə xaqanı oğulluğa götürüb başına tac qoydu. 


 
35 
Rum qeysəri II Yustinian Tiberidən qaçıb xaqanın yanına getdi 
və onun qızı ilə evləndi. Qeysər Lev də xaqanın qızını öz oğlu 
Qostəntin üçün aldı. Qeysər Lev (Xəzəri) bundan dünyaya gəldi. 
Xəzərlər iki dəniz (Xəzər və Qara dəniz) arasındakı yerləri ələ 
keçirib, slavyanları və sair qəbilələrdən bir çoxunu özlərinə tabe et-
dilər; Rum sultanları ilə dost olub Qafqaz, Ermənistan və Azərbay-
can ölkələrindən keçərək, fars və  ərəb padişahları ilə müharibəyə 
girişdilər. 
Karamzinin yazdığına görə, Atil şəhəri Atil çayı kənarında olub, 
xaqanın paytaxtı idi. Bu şəhəri Nuşirəvan bina etmişdi. Xəzərlər 
hunların və sair türk tayfalarının  əksinə olaraq, tikinti işlərinə  hə-
vəskar imişlər. Don kazaklarının mülkündə olan Sarkel qalası, Xar-
kov şəhəri yaxınlığındakı Xaqan adlı şəhər xarabası və Voronej ət-
rafındakı  Xəzəriyyə adlanan sair yerlər bunların məlum olmayan 
şəhərlərinin qalıqlarıdır. 
Xəzərlər  əvvəllərdə bütpərəst idilər. VIII əsrdə  yəhudi dinini 
qəbul etdilər. Məsudinin rəvayətinə görə, bu dini əvvəlcə  Xəzər 
xaqanlarından Bula adlı biri, hicri 121-ci ildə qəbul etmişdir. Hicri 
243-cü (=858) ildə isə onlar xaçpərəst dininə keçmişdilər. 
Əbülfida yazır: Xaqan, sultanlar nəslindən olmalı idi. Mühüm 
və böyük bir iş olmadan, onu görmək hər kəsə mümkün olmazdı. 
Hüzuruna gedən zaman torpağa düşmək lazım idi. Ondan icazəsiz 
(torpaqdan) qalxmaq, yaxına getmək və söz söyləmək olmazdı. 
Xaqanların qəbirləri yanından keçərkən, atdan düşüb baş  əymək 
lazım idi. Xaqan mənsəb sahiblərindən hər hansına: «Get öl» de-
səydi, o haman saat evə gedib, özünü öldürməli idi. 
Bu nəsildən fəqir və yoxsul olanlar da növbə ilə hökmranlığa 
çatırdılar. Eşitdim ki, bir cavan, dükanda xırdavatçılıq edirdi, xalq 
deyirdi ki, hazırkı xaqandan sonra taxta varis bu şəxsdir. Lakin 
həmin şəxs müsəlman idi, xaqan isə yəhudi olmalı idi. 
Xaqan ilə  bərabər on nəfər də  məhkəmə  və divanda hazır 
olub, xalqın işinə baxmalı idilər. Bunlar da, müsəlman, yəhudi, xaç-
pərəst və bütpərəst ola bilərdilər. Bu şəhər əhalisinin çoxu müsəl-
 
36
man və xaçpərəst, bir azı da yəhudidir. Bunların hörmətlisi müsəl-
manlar və tacirlərdir. Çox yedikləri  şey düyü və balıqdır.  Şəhərin 
ətrafı, on ağac məsafəyə  qədər, məhsuldar çöllərdən ibarətdir. 
Xarəzm malları ilə yüklü gəmilər,  şəhərin ortasından axan çay ilə 
keçib gedir. Başqa gəmilər də Portas ölkəsi  ətrafından qiymətli 
qara tülkü dərisi gətirir. Çöllü tayfaların padişahları, bu dəriləri kürk 
və papaq üçün baha qiymətə alırlar. Başqa ölkələrdən də qırmızı, 
boz və ağ rəngli tülkü dəriləri gətirilir. Bunlara «ərəbi» deyirlər. Bu 
dərilər daha ucuz olub yalnız Dərbəndə, Bərdəyə  və Xorasana 
deyil, hətta Fransaya və İspaniyaya da aparılır. 
Bu  şəhərin evləri ağac və qamışdandır. Xaqanın sarayı isə, 
çayın qərb tərəfində kərpicdən tikilmişdir: 
Xəzər ölkəsində gözəl bağları olan İsmid (      ) adlı bir şəhər 
vardır. Ehtimala görə, bu sözün əsli Səməndər (
) ya İsməndər  
(
) olmuşdur. Ancaq yazarkən «y -  » hərfi ilə «n - » hərfi 
qarışdırılmış  və «r -  » hərfi də  qələmdən düşmüşdür. Dərbənd-
dən Sərirə qədər yol boyu bağlıqdır. Burada üzüm də əmələ gəlir. 
3. Rusdur. Bu adam... uzun zaman köçəri həyat sürdükdən 
sonra elçi göndərib, Xəzərdən oturaq yeri istədi. Xəzər o tərəf-
lərdəki münbit torpaqları və sağlam havalı adamların bəzisini ona 
verdi. Rus «yarğu», yəni qovğa salmağa və  ədalət tələb etməyə 
başladı. Ruslarda belə bir adət vardır ki, atadan qalan malın hamı-
sını  qıza verərlər, oğula isə  qılıncdan başqa bir şey verməzlər: 
«Sənin hissən ancaq budur» deyərlər. 
Karamzin və sair rus tarixçilərinin yazdığına görə 247-ci (=862) 
ildə başsız və intizamsız olan şimali slavyan tayfasının dəvəti ilə, 
rus nəslindən üç qardaş -bunların əhvalatı hicri 235-ci (=850) ildən 
Avropa tarixinə də girmişdir - Baltik dənizinin o biri tərəfindən gə-
lib, slavyan torpaqlarında sakin oldular. Bunların böyüyü - Rurik 
əmirliyə başladı və rus dövləti o zamandan etibarən əsaslandı. 
Tarixlərdən və yuxarıda qeyd olunan faktlardan əlavə, bir çox 
əfsanələrdə rus tayfasının göstərdiyi hünərlər, təəccüblü işlər və 
Makedoniyalı İskəndərin onlara yazdığı dostluq məktubu məşhurdur. 


Yüklə 7,74 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   70




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə