Gulistani Irem cur cdr



Yüklə 7,74 Mb.
Pdf görüntüsü
səhifə6/70
tarix01.08.2018
ölçüsü7,74 Mb.
#60562
1   2   3   4   5   6   7   8   9   ...   70

 
25 
biri yarısında olan Amerikanı kəşf etmişlər; lakin onlar, Qaf dağına, 
xəyalata qapılan sadədillərin təsvir etdikləri tərzdə, heç yerdə rast 
gəlməmişlər. 
Qədim və naməlum  əsrlərdən bəri bir çox müxtəlif tayfalar, 
Qafqaz ölkəsində müharibə və fəthlər edərək, cənubdan şimala və 
şimaldan cənuba doğru hərəkət etmişlər. Onlar burada bir çox 
ölkələri istila edib sakin olmuşlar. Müxtəlif millətlərin məzlum və 
qaçqınları buranın çətin keçidlərində düşmənin zülmündən asudə 
olmuşlar. İranın qədim padişahları, xüsusilə Yəzdicird Bəhrami-Gur 
oğlu və Nuşirəvan Qubad oğlu başqa vilayətlərdən buraya bir çox 
qəbilə köçürərək, bu yerlərdə  şəhər və  kəndlər bina etdirmişlər. 
Bunların xarabaları indi də durur. Yunanlar, rumlular, ermənilər, 
ğunlar, avarlar, türklər, ruslar, xəzərlər, ərəblər, moğollar və tatar-
lardan olan müxtəlif tayfalar bu ölkənin bir çox yerlərini əllərində 
saxlamışlar. Xüsusilə Şirvan ölkəsi hamısından artıq iğtişaş yeri ol-
muşdur. Səfəvilər dövründə  İran və Osmanlı qoşunları bir-birinin 
ardınca bu ölkəni dəfələrlə ələ keçirmişlər. Məlum olur ki, bu ölkə 
əhalisinin nəsli müxtəlif tayfalardan mürəkkəbdir. Buna onların hə-
lə də mövcud olan bir çox müxtəlif abidələri, adları, dilləri, adətləri 
və əhalinin əxlaq və istedad dərəcəsi aydın və aşkar bir şahiddir. 
Lakin bunu ətraflı olaraq təyin etmək mümkün deyildir. Ancaq 
bu qədər demək olar ki, Təbərsəranın bir hissəsində, Qubanın qərb 
qismində, Samur və Kürə nahiyələrində yaşayan  əhalinin  əksəri 
müxtəlif tayfalarla qarışmış qədim nəsildəndir. Dərbənd ətrafında, 
Təbərsəranın çox hissəsində, Quba vilayətinin şərq qismində, Şəki, 
Bakı, Şirvan və Səlyan vilayətlərində yaşayanlar fars, ərəb, moğol və 
tatarlardan ibarətdir. Burada olan erməni və  yəhudilərin çoxu da, 
get-gedə müsəlmanlar ilə qarışmışlar. Onlar Təbərsəran, Dərbənd, 
Bakı, Quba və Kürə ölkələrində çox az, Şirvan və Şəki ölkələrində 
isə daha çox qalmışlar, Onlar öz din və dillərini saxlamışlar. Qarışıq 
nəsilli əhalinin varlığına, bir çox qəbilə və kəndlərin öz dillərini və 
adlarını saxlaması ən aydın bir dəlildir. 
 
26
Bakı ölkəsində Zıx, Dağıstanda isə Miyatlu kəndlərinin əhalisi 
Zıx və Miyat tayfalarının qalıqlarıdır. Plini
1
  və Strabon
2
 onları bu 
ölkənin qədim sakinləri deyə göstərmişlər. Şəki, Şirvan və Qubada 
yaşayan Udilu tayfası Udi şəhəri  əhalisindən olmalıdır. Bu şəhər 
miladi III əsrdə Ermənistan padişahlarının paytaxtı olmuşdur. İndiri 
kəndinin tumanlar adlı bir məhəlləsi vardır. Əhalisi indi də Qoysu-
nun sağ  tərəfindən Temurquyuya qədər olan yerlərdəki mülklərə 
və arxlara sahibdirlər. Onlar əvvəldən burada sakindirlər. 
Başlı yaxınlığında olan Tumanlar kəndi də, Tumanşaр tayfası-
nın qalığı olmalıdır. Onları burada Nuşirəvan yerləşdirmişdir. Köbə-
çi əhalisi, öz babalarından eşitdikləri rəvayətə görə, ticarət məqsə-
dilə buralara gəlmiş Yunan və  Cənəviz  əhalisindən bir dəstədir. 
Onlar burada karxanalar bina edərək, get-gedə ayrıca bir camaat 
şəklinə düşmüşlər. Təbərsəran əhalisinin çoxunu Nuşirəvan Təbə-
ristan və İsfahandan köçürmüşdür. Bu nahiyənin adı da Təbəristan 
sözündən dəyişmiş ola bilər. 
Ərəb adı ilə Qubada iki kənd, Dərbənddə bir kənd, Şəkidə iki 
kənd və Şirvanda da böyük bir qəbilə vardır. Bu qəbilənin bir qismi 
indi də, öz aralarında  ərəbcə danışırlar. Təbərsərandakı  Dərvaq 
kəndində  də  əhali son zamanlaradək  ərəb dilində danışarmış; bu 
dili ancaq yaxın zamanlarda tərk etmişlər, kəndin qocaları indi də 
bu dili bilirlər. Bunlardan başqa Kürə, Təbərsəran məmləkətləri və 
Samur nahiyəsi, bütün Dağıstan kimi, öz kitablarında və yazılarında 
ərəb xətti və ərəb dili işlədirlər. 
                                                 
1
 Plini - məşhur Roma alimidir, eramızın 23-cü ilində anadan olmuşdur. Plininin 
«Təbii-tarix» adlı  əsərində Azərbaycan tarixi və coğrafiyası haqqında qiymətli 
məlumat vardır. 
2
  Strabon - məşhur yunan coğrafiyaşünaslarındandır. Eramızdan təqribən 63 il 
əvvəl anadan olmuş və eramızdan 19 il əvvəl vəfat etmişdir. Onun ən məşhur əsəri 
«Coğrafiya» adlı kitabıdır. Bu kitabda Azərbaycan haqqında gözəl məlumat vardır. 
Strabon  əsərini Pompeyin Azərbaycana olan yürüşləri zamanında, romalıların 
topladıqları məlumata əsasən tərtib etmişdir. 
 


 
27 
Qubadakı Bərmək mahalı, Harunərrəşidin vəziri Cəfər Bərmə-
kinin qəbiləsindəndir. Onlar Cəfərin öldürülməsindən sonra, gəlib 
buraya sığınmışlar. Quba və Şirvanda Zəngənə, Xəlilli və Kəngərli; 
Şirvanda Qaramanlı, Təkəli, Şamlı və Çakərli; Qubada Osallı, Ərşəli, 
Ustacallı və Qacar tayfaları; Quba, Dərbənd və Şirvanda Bayat qə-
biləsi; Şəkidə, Şirvanda Qaraqoyunlu, Xələc və sair bir çox tayfalar 
vardır. Bunlar İran və Rum ölkələrində sakin olan tərəkəmə və sair 
elat kimi, türk tayfalarındandır. Samur nahiyəsindəki Miskincə kən-
dinin əhalisini, I Şah Təhmasib Səfəvi Astarabad hüdudundan bu-
raya köçürmüşdür. Bu nahiyədə yalnız Miskincə kəndi şiə məzhəb-
dir. Həzrət sözündən dəyişmiş olan Həzrə kəndinin əhalisini, həmin 
padişah, İrandan Quba vilayətinə köçürüb, öz babası Şeyx Cüneydin 
qəbri ətrafında yerləşdirmişdir. Bunlar indi, sünni məzhəbində olsalar 
da, bir məhəllələri hələ də, «Şiələr məhəlləsi» adı ilə məşhurdur. 
Samur nahiyəsindəki Mikrah kəndinin və Qaziqumuq əhalisi-
nin çoxu, məlum olduğu kimi, rus tayfasındandır. Onlar xəzərlərin 
istilası dövründə buraya gəlmişlər. Bundan əlavə onların zahiri qi-
yafəsi və bir çox adət və ənənələri də buna şahiddir. Qaziqumuq 
əhalisi indi də salam əsnasında papaq götürüb bir-birinə «izrov» 
deyirlər. Bu söz ola bilər ki, «zdorov» sözündən alınmışdır.  İndiki 
halda, Qaziqumuq şəhərində üç tayfa sakindir: Qaççi, Məçcə  və 
Qumuq. Ehtimal ki, Qaççi tayfası Hun, Slavyan, Avar və  Xəzər 
nəslindən olsun; Məçcə - Məkkə sözündən dəyişmə olub, ərəblərin 
Qüreyş qəbiləsindən və Qumuq da, qədim Kamak tayfasından ol-
sun. Həmçinin bu ölkənin sair əhalisi və Sulağın sağ tərəfində olan 
Aqquşa, Qaytaq mahalları  və  Şamxal mülkü əksəriyyətlə  qədim 
nəsildən olub ermənilər, farslar, ərəblər və türklərlə qarışmışlar. 
Sulağın o tərəfindəki Qumuq əhalisi, Mıçıqıç, Avar və  əslində 
qədim nəsildən olan bir çox azadlıqsevən xalqlar, müxtəlif  şimal 
tayfaları ilə qarışmışlar. 
Xülasə, bu əzəmətli dağlarda (Qafqazda), dilləri az yayılmış 
olan naməlum xalqlar vardır ki, qədim tayfaların qalıqları hesab 
edilə bilər. Bunlar, əsrlər boyu dünyada qalibiyyət və qüdrətlə məş-
 
28
hur olmuşlar. İndi isə bunların bəzilərindən heç bir əsər qalmamış-
dır, yalnız tarix kitablarında adları çəkilməkdədir. 
Karamzin
1
 və başqa tarixçilərin yazdıqlarına görə, avarlar Tür-
küstan çöllərində iqtidar və  şöhrət sahibi bir tayfa olmuşlar. Çin 
tarixçilərinə görə, Avar tayfası çinlilərlə qonşu olan Hun nəslin-
dəndir. II əsrdə türk tayfaları  tərəfindən məğlub edilən avarlar
cənub ölkələrinə gəlmiş və başqa tayfalarla qarışmışlar. Avar xanı 
Dizavul, Atilla kimi yüksək iqtidara malik olmuşdur. O, Altay dağları 
arasında ipək döşənəcək və  qızıl qab-qacaqla bəzənmiş çadırda, 
Rum qeysəri Yustinianın elçilərini və  hədiyyələrini qəbul edərək, 
onunla barışmış  və iranlılarla müvəffəqiyyətli müharibə etmişdir. 
Rum tarixçilərinin dediyinə görə, Dizavulun elçiləri qırxılmamış 
uzun saçlarından başqa surət və əxlaqca da, tamamilə Hun tayfa-
sına bənzəyir və Atilla zamanını xatırlatmaqla tamaşaçıların hey-
rətini artırırdılar. Onlar 568-ci ildə sülh tələbi üçün Qostəntiniyyəyə 
gəlib, qeysər Yustiniana dedilər ki, Avarın cəsur və məğlubedilməz 
tayfası  səninlə dost olmaq, səndən  ənam, məvacib və yaşamaq 
üçün yararlı  və gözəl bir yer istəyir. Qeysər onların tələblərindən 
heç birini rədd etməyə cəsarət etmədi. Avarın qaniçən xanı Bayan 
bolqarları  məğlub edərək, qətl və qarətdə  əlindən gələni etdi. O, 
çex və sair slavyan xalqlarının sakin olduqları Moraviya və Bohe-
miyanı istila ilə Frank kralı Siqberti məğlub edərək bir baş Tuna 
çayına gəlib çıxdı. Burada lonqbard tayfası ilə ittifaq edərək Qəbi-
diyan dövlətini alt-üst etdi və Macarıstanı  ələ keçirib İtaliyanı al-
maq xəyalına düşdü. 568-ci ildə avarların ölkəsi Elba çayından Atilə 
(Volqaya) qədər olan sahəni tuturdu. 
Bayan xan 580-ci ildə Qara dənizin şimal-şərq sahillərini türk-
lərin əlindən aldı. Ertəsi il, 60 min süvari ilə gəlib Tuna çayı kəna-
rında o zamana qədər başlı-başına yaşayan slavyan tayfasını  qətl 
və qarətlə özünə tabe etdi. Tarixçi Nestorun yazdığına görə, Avar 
                                                 
1
 Karamzin Nikolay Mixayloviç - məşhur rus tarixçisidir, 1766-cı ildə anadan olmuş 
və 1826-cı ildə  vəfat etmişdir. «Rusiya dövlətinin tarixi» adlı on iki cildlik əsərin 
müəllifidir. 
 


Yüklə 7,74 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   70




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə