Microsoft Word II cild musiqi tarixi son 2017. doc



Yüklə 9,61 Mb.
Pdf görüntüsü
səhifə1/53
tarix28.06.2018
ölçüsü9,61 Mb.
#52174
  1   2   3   4   5   6   7   8   9   ...   53


 
386
 
 
III fəsil  
 
“Nizami” operası 
 
1948-ci ildə opera teatrı Ə.Bədəlbəylinin “Nizami” operasını 
tamaşaya qoydu. Operanın ilk tamaşası dekabrın 12-də böyük 
şair-mütəffəkir Nizami Gəncəvinin 800 illiyinin qeyd olunduğu 
günlərdə oldu. 
Məlum olduğu kimi, 1945-ci ildə bitmiş Böyük Vətən mühari-
bəsi Azərbaycan xalqina dinc yaradıcı əməyə qayıtmaq imkanı ver-
di. Təbiidir ki, müharibədən sonrakı dinc həyatın yeni şəraitində ədə-
bi-bədii əsərlərin və incəsənətin bütün növlərinin məzmun və möv-
zuları gözəçarpacaq dərəcədə yeniləşdi. Bir çox janrlarda əsərlərin 
müəlliflərini tarixlə, tarixi keçmişin əlamətdar hadisələri, ədəbiyyat 
abidələri və xalqın bütün mədəni irsi ilə bağlı mövzular cəlb edir.  
Yeni mövzular, yeni obrazlar incəsənətin bu və ya digər sa-
həsində yaradıcılıq diapozonunu genişləndirən yeni janr, forma, 
ifadə vasitələri axtarışlarına gətirib çıxarır.  
Opera yaradıcılığı sahəsində ideya-mövzu, obraz-janr diapo-
zonu genişlənməsinin əlamətlərindən biri də opera və balet teat-
rının səhnəsində “Nizami” operasının milli səhnə üçün yeni 
janrda tamaşaya qoyulması oldu. 
Operanın müəllifi ilk dəfə olaraq qarşısına tarixi şəxsiyyət – 
şair, filosof obrazını milli operada hələ təqdim olunmamış janr-
da yaratmaq, beləliklə də, operanı onun yeni növü ilə zənginləş-
dirmək vəzifəsini qoydu. Qarşısına böyük şairi musiqidə tərən-
nüm etmək vəzifəsini qoyan Ə.Bədəlbəyli ilk dəfə olaraq xalqın 
yaddaşında yaşamış  və  bəşəriyyətdə yaxşı  nə varsa onu təcəs-
süm etdirən insanın canlı obrazını səhnəyə çıxardı.  
Bəstəkar operada tanınmış yazıçı M.S.Ordubadinin “Qılınc 
və qələm” romanının məzmununa əsaslanır. “Dumanlı Təbriz”, 
“Gizli Bakı”, “Döyüşən şəhər” kimi bir sıra romanların müəllifi 
olan yazıçı “Qılınc və qələm” romanı üçün süjeti aramla inkişaf 
edən epik nəql formasını seçir. Hadisələrin iştirakçılarının taleyi 


 
387 
ictimai və siyasi münaqişələr fonunda baş verir. Burada müba-
rizə, iztirab xəyanətlə, məhəbbət nifrətlə, qətl və saray fitnə-fa-
sadı ilə bir-birinə qarışır. Hadisə XII əsrdə  Gəncədə baş verir. 
Məzmunun  əsasını xalqın həyatından götürülmüş ictimai-sosial 
hadisələr və  şair Nizaminin şəxsi həyatı  təşkil edir. Romanın 
qəhrəmanı böyük şair Nizami onun şəxsi həyatına və yaradıcılı-
ğına mənfi təsir göstərmiş bir çox hadisələrin şahidi olmuşdur.  
Ə.Bədəlbəylinin operası 5 pərdə və 6 şəkildən ibarətdir”
1

                                                 
1
 Gəncədə mülayim bahar günü. Nizami şairlərin əhatəsində öz yeni şeirlərini 
oxuyur. Elə buradaca bağda saray şairi Kəmaləddinin müşayiəti ilə Gəncə hakimi 
gəzir. Şeypur səsləri Qızıl Arslanın elçisinin gəldiyini bildirir. O, hökmdara və Ni-
zamiyə məktublar təqdim edir. Qızıl Arslan Nizamini sarayına dəvət edir və ona ye-
ni poema yazmağı tapşırır. Hökmdar isə qəzəblidir – Qızıl Arslan onu fitnəkarlıqda 
günahlandırır və intiqam alacağı ilə hədələyir. Uzaqdan qızların mahnısı eşidilir – 
bu, müsəlman xəlifəliyinin canişini Əmin Xarisinin qızı gözəl Əzradır. Hökmdar 
Əzraya vurulmuşdur, ancaq qız qaşqabaqlıdır və ehtiraslı sevgi etiraflarına cavab 
vermir, onun ürəyi başqasına məxsusdur.  Əzranın dəstəsində  gənc qız Rəna var. 
Rəna Nizamiyə olan sevgisi barədə oxuyur. Yaxınlaşmaqda olan Nizaminin cavab 
mahnısı eşidilir. O, Rənaya qarşılıqlı etirafı ilə cavab verir. Əzra bu səhnəni görür 
və qəzəbli halda qızı təhqir edir. Əzraya yarınmaq üçün hökmdar Rənanı Bağdada 
xəlifənin sarayına göndəriləcək kənizlər siyahısına salmağı əmr edir. İkinci pərdə. 
Gəncə hökmdarı qiymətli hədiyyələrlə Əmir Xarisin sarayına Əzraya elçi gəlir. Sa-
ray  şairləri hörmətli qonağı  vəsf edirlər, qonaqlığa dəvətlilər arasında Nizami də 
var. Sarayın sahibi ona hökmdarı vəsf etməyi təklif edir, ancaq bunun əvəzində şair 
öz sənətini mədh edən “Fəxriyyə”ni oxuyur. Əzranın gəlişi ümumi canlanma ya-
radır. Hökmdar onu istəmək üçün gəldiyini bildirir, ancaq Əzra yenə də onu rədd 
edir və etiraf edir ki, Nizamini sevir. Nizamidən intiqam almaq üçün hökmdar Rə-
nanı damğalamağı əmr edir. Nizami qıza havadar çıxaraq, eyni zamanda Əzranın 
məhəbbətini rədd edir. Üçüncü pərdə. Qızıl Arslan Nizamini hörmətlə qarşılayır. 
Nizami öz yeni poeması “Xosrov və Şirin”i ona təqdim edir. O, inanır ki, Qızıl Ars-
lan ölkənin firavanlığının qayğısına qalan ədalətli hökmdardır. Bayırdan eşidilən 
fəryad səsləri söhbəti kəsir. Nizami səs-küyün səbəbi ilə maraqlanır. Bu zaman ke-
şikçilər gənc bir oğlanı gətirirlər. Qızıl Arslanın əmri ilə onun indicə dilini kəsmiş-
lər. Baş vermiş hadisədən sarsılmış Nizami sarayı  tərk edir və  vətəninə qayıdır. 
Dördüncü pərdə. Birinci şəkil. Tək qalan Əzra sevmədiyi hökmdarla baş tutma-
yan evliliyindən  şikayət edir və Nizamidən intiqam almaq istəyir. Xalqın böyük 
sevgisini qazanmış Nizamidən intiqam almaq çətindir. Ancaq çıxış yolu tapılır: on-
lar razılaşırlar ki, Rənanı öldürüb, onu sevən şairə zərbə endirsinlər. İkinci şəkil. 
Hökmdar bahalı hədiyyələr, tərif, hətta təhdidlə Nizamini xalqın maraqlarına zidd 
getməyə məcbur etməyə çalışır. O, qarışıqlıqdan şikayət edərək, sarayı tərk etmək 
istəyir və qəfildən Rənanın fəryadını eşidir. Beşinci pərdə. Gəncə Qızıl Arslanın 


 
388
Operanın çoxpərdəli olması, iştirakçıların və xor ilə kütləvi səh-
nələrin çoxluğu, tamaşanın effektli-dekorativ olması (V pərdədə 
fuqato şəklində yanğın səhnəsini, yaxud döyüş səhnəsini xatırla-
maq kifayətdir), sarayda təmtəraqlı səhnələr, Avropanın “Böyük 
opera” (Grand opera) opera janrını bir qədər xatırladan xüsusiy-
yətləridir.  
Operada hadisələr Gəncədə baş verir. O zaman o, müxtəlif 
dövlətlər, qüvvələr, partiyaların cəmləşdiyi yer idi. Operanın iş-
tirakçıları – Nizami və  mənəviyyatca ona yaxın adamlar – cə-
miyyətin müxtəlif təbəqələrindən olan, doğma şəhərin taleyi ilə 
maraqlananlar özləri üçün xeyir güdənlərə və hakimiyyət həris-
lərinə qarşı durmağa can atırlar.  
Ancaq operanın librettosunda (bəstəkarın özünə məxsusdur) 
qarşıya qoyulmuş ilkin vəzifəni yerinə yetirmək mümkün olma-
dı. Romanın ictimai münaqişəsi librettoda məntiqi əksini tapma-
dı. Gəncədə baş verən hadisələr mahiyyət etibarilə saray fitnə-
fəsadının ifadəsinə gətirib çıxardı. Baş qəhrəman obrazı da lib-
rettoda hərtərəfli planda həll olunmamışdı, obraz bir qədər statik 
idi və şairin fəlsəfi baxışları lazımı səviyyədə açılmamışdır. 
Nizami dövrünün hadisələri mücərrəd mühakimələrdə  işıq-
landırılırdı, operanın qəhrəmanı  səhnədə baş verən hadisələrdə 
iştirak etməyərək, onlar barədə yalnız mühakimə yürüdürdü. 
Operada şairi nəcib, öz xalqını, öz doğma şəhərini sevən bir 
insan kimi ariya, ariozolarda təqdim edən Nizami partiyası onun 
öz doğma  şəhərinə, öz xalqına məhəbbətinin ifadəsi idi. Onun 
IV pərdədəki ariyası belədir
1

Şairin iftixarı, yüksək  şairlik istedadına mədhiyyə “Fəxriy-
yə”də səslənir. Bu ariyada Nizami öz şeirlərini oxuyur. 
                                                                                                         
qoşunları ilə əhatə olunmuşdur. Müharibənin əldən saldığı şəhər sakinləri şairin evi 
qarşısında toplaşırlar. Əmir Xaris və hökmdar görünür. Hökmdar əmr edir ki, Niza-
mi onunla Qızıl Arslan arasında vasitəçi olsun, ancaq şair rədd edir. Qəzəblənən 
hökmdar əmr edir ki, şəhəri yandırsınlar. Qızıl Arslanın qoşunları Gəncəyə girir. 
Nizami baş vermişlərdən sarsılır. Sevimli şairi əhatə edən xalq onu sakitləşdirməyə 
və ədalətin qələbə çalacağına inandırmağa çalışır.  
1
 Nizami partiyasını Bülbül çox gözəl ifa etmişdir, bu da dəfələrlə mətbu-
atda qeyd olunmuşdur.  


Yüklə 9,61 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə