Gulistani Irem cur cdr



Yüklə 7,74 Mb.
Pdf görüntüsü
səhifə9/70
tarix01.08.2018
ölçüsü7,74 Mb.
#60562
1   ...   5   6   7   8   9   10   11   12   ...   70

 
37 
Həzəqil peyğəmbərin kitabında 38-ci fəsildə  və  Ərəmya 
peyğəmbərin kitabında 25-ci fəsildə  şərq tayfaları  sırasında Rus 
tayfasının da adı  çəkilir, bu da onların qədim bir nəslə  mənsub 
olduqlarını göstərir. 
4. Qərrədir. Hiyləgər bir adam idi. O öz tayfası ilə  bərabər 
Bolqarıstan ətrafında yurd salmışdı. Onunla Türk arasında şiddətli 
müharibə baş verdi. Bu müharibədə  Qərrənin oğlu Beyğur öldü-
rüldü. Deyirlər ki, bunların nəsli arasında indi də  çəkişmə davam 
edir. Moisey Xorenskinin yazdığına görə, Bolqar tayfasının adı tarix 
kitablarında miladdan yüz il əvvəl söylənməkdədir. 
5.Kamaridir. Buna Kamak da deyilir. Bu, xoştəbiət və ovçulu-
ğu sevən bir şəxs idi. O indi Bolqar adlanan yerə gəlib yurd saldı. 
Onun Bolqar və  Pərtas adlı iki oğlu oldu. Bunlar da qəbilə sahibi 
oldular. Qumuq tayfası bu nəsildən ayrılşmışdır və adları da, ehti-
mal ki, Kamak sözündən alınmışdır. Bətləmyus da bu tayfanı həmin 
yerlərdə Kam və Kamak adları ilə qeyd edir. 
6. Səqlabdır. Bunun da böyük bir qəbiləsi var idi. Yer ələ ke-
çirmək üçün səfərə çıxardı. Onun bir oğlu oldu, anası vəfat etdiyi 
üçün it südü ilə bəsləndi. Böyüdükdən sonra it kimi insanlara hü-
cum edərdi. Atası öz qohumlarından ona bir qız aldı. Bundan Səq-
lab adlı bir oğlu oldu. Bu da böyüyüb qəbilə rəisi olduqda, elçilər 
göndərib, Rus və Xəzərdən oturaq yeri istədi. Səqlabın qəbiləsi çox 
olduğu üçün, onun tələbini rədd etdilər.  İş müharibə ilə  nəticə-
ləndi. Səqlab basılıb  şimala doğru çəkildi və 64 ərz dərəcəsində 
yurd saldı. Buralar çox soyuq olduğundan, yeraltı evlər düzəltdilər. 
7. Çindir. Yafəs tərəfindən onun adına saldırılan bir şəhərdə 
sakin olurdu. Növbənöv sənətlər: ipəyin kəşfi, qumaş toxumaq, 
rəng düzəltmək, nəqqaşlıq, müşk əldə etmək və bir çox başqa şey-
ləri guya bu icad etmişdir. 
8. Baricdir. Frən tayfası  və rumlardan bəziləri ona mənsub-
durlar. 
9. Məsəkdir.  Moğol və  Yəcuc nəsli ondandır. Yafəsin başqa 
övladı haqqında heç bir məlumat yoxdur. 
 
38
Musanın «Tövrat»ına görə  də, Yafəsin Kamir, Makuk, Madi, 
Yavan, Elisa, Fuvel, Mosoq və Firas adlı səkkiz övladı vardı. 
Makuk ərəbcə həmin Məcucdur. Kamir, Mosoq həmin Kamari 
və Məsək ola bilər. 
Müəllif deyir: Cənub və  şimal tayfalarından bir çoxunun 
dilindən bəzi fellər və əsli ismlərin uyğunluğu, onların bir nəsldən 
olduğuna dəlalət edir. İnsan nəsli hər halda, ilk dövrlərdə  vəhşi
çılpaq və  cənub tərəflərində sakin olmuşdur. Aşkar məsələdir ki, 
münasib libas, isti mənzil və azuqə olmadan onlar şimal tərəflə-
rində yaşaya bilməzlər. Tədriclə yaşayış vəsaiti düzəldi, qəbilələrin 
çoxluğu üzündən zəxirə tələbinə, heyvanat ovlamağa və mal-qara 
üçün geniş  otlaqlara ehtiyac artdı. Bu zaman bunlar şimala doğru 
üz tutdular. Onların yolları da, əksəriyyətlə Qafqaz ölkəsindən və 
xüsusilə  Şirvan və Dağıstan vilayətlərindən olmuşdur. O zaman 
gəmi olmadığı üçün dənizlərdən qərbə keçmək çətin idi. Şərq tə-
rəfdən də, Qıpçağın susuz və meşəsiz çöllərindən keçmək müm-
kün deyildi. Bu ölkənin bol çeşməli, çaylı və otlaqlı çölləri, meyvə 
ağacları  və meşələri  olan  isti  dərələri vardır.  Bu  hal,  o  dövrlərdə 
yaşayan vəhşi xasiyyətli tayfaların bu yerlərdən keçib getmələri və 
yurd salmaları üçün daha əlverişli idi. 
Tarixçilərin çoxunun qeydinə görə, çox qədim dövrlərdən bəri 
İran  şahları  və başqaları  fəth və  səyahət fikri ya da düşməndən 
qaçıb qurtarmaq məqsədilə, bu əcaib ölkəsi olan Qafqaza pənah 
gətirərdilər. Xüsusilə  Şirvan vilayəti cənub və  şimal tayfalarının 
ardı-arası kəsilməyən hücum və müharibələrindən xilas ola bilmə-
mişdir. Qədim Suriyanın və Babilistan dövlətlərinin tarixlərində 
Qafqaz haqqında açıq və aydın bir məlumat yoxdur. Lakin İran 
tarixlərində söylənir ki, Pişdadiyan sülaləsindən Fərrux oğlu Fridun 
və Kəyan padişahlarının sülalə başçısı Keyqubad uşaqlıq zamanın-
dan düşmənlərindən gizlənib, Əlbürz-Qafqaz dağlarında və düzlə-
rində yaşayırdılar. 
Fridunu Dəmirçi Gavə  və Keyqubadı da zabilistanlı Rüstəm 
gəlib aparmış və İranın səltənət taxtına oturtmuşlar. 


 
39 
Fars tarixçiləri deyirlər ki, Fridun bütün dünyanın padişahı idi 
və ölkəsini üç oğlu arasında bölmüşdü: qərb tərəflərini Səlmə, şərq 
ölkələrini Turə  və orta tərəflərini də  vəliəhdi olan İrəcə  (İrək 
sözünün  ərəbcələşmişidir) vermişdi. Bir qədər keçdikdən sonra, 
Səlm ilə Tur İrəcə paxıllıq edərək, onu məşvərət və görüş bəhanə-
silə  dəvət edib Qarabağın yaxınlığında öldürdülər. O zamandan 
sonra bunların nəsli arasında  ədavət düşmüşdü. Ölkənin  şərq 
tərəfləri Turan və orta tərəfləri İran adlanmışdır. İstəxr-Farsın yaxın-
lığında indi də İrəc adlı bir ev vardır. Miladdan təqribən 700 il əv-
vəl, qrek tayfası və xüsusilə miletlilər Qara dənizin şimal-şərq sahi-
lində Tanais, Fanaqoriya, Hirmonas və Dioskuriya şəhərlərini bina 
edib, Qafqazın müxtəlif əhalisi ilə ticarət əlaqəsi saxlamağa başla-
mışdılar. 
Miladdan təqribən 400 il əvvəl yaşamış olan yunan tarixçisi 
Herodotun yazdığına görə, Kimmeriyan tayfası skiflərdən qaçıb 
Asiyadakı Lidiya ölkəsini ələ keçirmişdi. Skiflər miladdan 633-cü il 
əvvəl onları  təqib edib iyirmi səkkiz illik istiladan sonra Avropaya 
qayıtdılar. Məlumdur ki, bunlar Qafqaz ölkəsindən gəlib keçmişlər, 
ilk fəthləri və son istilaları da bu ölkədə olmuşdur. Bu cəhətdən 
Şirvan və Dağıstan vilayətlərində qrek və skiflərin qədim asarından 
bir çoxunun nişanələri indi də mövcuddur. 
Herodotun yazdığına görə, Kəyan padişahlarından Keyxos-
rovun massaget skifləri və onların məlikəsi Tomirisə qarşı açdığı 
müharibə Albaniyada olmuşdur. O (Herodot) belə deyir: Kirus 
Arazdan keçib, ona qovuşan Kür çayına maniəsiz olaraq gəlib 
çatdı. Oradan da cəsarətlə bir dar dərənin içərisinə soxuldu. Burada 
dağ  əhalisi onu məğlub edib, bütün qoşunu ilə  məhv etdilər. 
Avropa və Asiya tarixçiləri Keyxosrovun aqibəti və onun dağa çəki-
lib qeyb olması haqqında müxtəlif fikirlər yürüdürlər. Şeyx Nizami 
Gəncəvinin də mağara haqqında və Keyxosrovun Dərbənd yaxınlı-
ğındakı bir dağda saxlanan qızıl taxtı barədə yazıları vardır. Bunlar, 
yuxarıda qeyd edilən iddialarla da uyğun gəlir. Xülasə, bəzilərinin 
zənn etdiyi kimi, əgər Keyxosrov Arazdan keçdikdən sonra Gürcüs-
 
40
tana hərəkət etmək istəsəydi, o zaman iki çayın (Kür ilə Arazın) 
qovşağı olan Cavad keçidinə gəlməzdi. Bundan anlaşılır ki, o, Alba-
niyaya səfər etmişdir. Bu hadisə, ehtimal ki, Rubas çayı dəhnəsin-
dən başlayan, Təbərsərandan keçən, Dərvaq və Qaytağa gedən çox 
çətin keçidli bir dar dərədə vaqe olmuşdur. Qədim kitablarda məş-
hur olan «Sur dərəsi» ola bilsin ki, bu dərədir. Bunun belə adlanması 
da Dərbənddən uzanan sədd münasibətilə ola bilər, çünki «sur» 
ərəbcə «hasar» deməkdir. Ola bilsin ki, bu dərə «Sul qapısı»nın və 
yaxud Dərbəndin üç ağaclığında, bu dərənin dəhnəsinə yaxın bir 
yerdə, Nuşirəvanın bina etdirdiyi «Sul şəhəri»nin adı ilə adlanmış 
olsun. Zaman keçdikçə «l» dönüb «r» olmuşdur. Ola bilsin ki, Key-
xosrov Sürhi mahalının dar dərələrindən birində, Qaytaq, Aqquşa 
və Qaziqumuğun bir çox tayfaları tərəfindən öldürülmüşdür: çünki 
«Sur» adı «hi» sözü əlavəsilə indi də bu mahalın adıdır. Bəzi tarix-
çilər yazırlar ki, guya Keyxosrov Gəncə qalası yaxınlığında məğlub 
edilmişdir; bu qeyd həqiqətdən uzaqdır; çünki burada yer düz və 
hamar olub heç bir dar dərə yoxdur. 
Məhəmməd ibni-Xandşah (Mirxond) «Rövzətüssəfa»da, Xan-
dəmir «Xülasətüləxbar»da və sair tarixçilər yazırlar ki, Güştasib 
Rum ölkəsindən qayıtdıqdan sonra, atasının yerində  səltənət 
taxtına oturdu və İran paytaxtını Bəlxdən özü bina etdirdiyi İstəxr 
şəhərinə köçürtdü. O, İranda Zərdüşt dinini yaydı  və bir adam 
göndərib, türklərin hakimi Ərcasibi də bu dinə  dəvət etdi. Buna 
görə, indiyə  qədər bir dində olan iki tayfa arasında müxalifət və 
ziddiyyət törədi.  Ərcasib hədsiz qoşunla  İrana hərəkət etdi. 
Güştasib öz rəşadətli oğlu İsfəndiyar ilə qarşıya çıxdı, türklər məğ-
lub oldular. (Güştasib) özü Farsistana döndü, İsfəndiyarı isə 
Ermənistan və Azərbaycanı  zəbt etməyə göndərdi.  Ərcasib ikinci 
dəfə olaraq İrana səfər etdi. İsfəndiyar yenə onu məğlub etdi və 
türk ölkələrinə soxularaq çoxlu qələbələrə nail oldu. Güştasib öm-
rünün axırlarında hökmranlığı İsfəndiyarın oğlu Bəhmənə tapşırdı, 
özü isə dünyadan əl çəkdi. 


Yüklə 7,74 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   70




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə