Gulistani Irem cur cdr



Yüklə 7,74 Mb.
Pdf görüntüsü
səhifə16/70
tarix01.08.2018
ölçüsü7,74 Mb.
#60562
1   ...   12   13   14   15   16   17   18   19   ...   70

 
65 
Əbu Müslim Dərbənd işlərini nizama saldıqdan sonra, Qumuq 
tərəfinə  səfər bayrağını açdı. Oranın  əmirləri və  əhalisi, bir çox 
müharibədən sonra, aman istəyib müsəlman oldular. O, Qaziqu-
muq şəhərinin ortasında böyük bir came məscidi və bir neçə başqa 
bina tikdirdi. Onlar indi də durur. Şahbal və ya Şahi-Bəəl ibni-
Əbdüllah ibni-Qasım ibni-Əbdüllah ibni-Abbas ibni-Əbdülmüttə-
libi onlara hakim təyin etdi, islam dininin şərtlərini  əhaliyə  təlim 
etmək üçün də onun yanında bir qazi qoydu. Oradan Qaytağa 
gəldi, buranın  əhalisi  şiddətli vuruşma və çoxlu tələfatdan sonra, 
islam dinini qəbul etdi. Qaytaq əhalisi islam dinini qəbul etdikdən 
sonra, Əbu Müslim öz qohumlarından Əmir Həmzə adlı bir nəfəri 
buraya hakim təyin etdi. Bundan sonra, əhalisinin çoxu yəhudi və 
dinsiz olan Təbərsəran üzərinə yürüdü. Bunlar da əvvəlcə müdafiə-
yə başladılar. Lakin, hakimlərinin öldürüldüyünü və bir çoxlarının 
tələf və  əsir edildiyini görüncə, müsəlman oldular... Məhəmməd 
Məsum adlı bir nəfəri burada hakim qoydu. Şəriət əhkamını təlim 
etmək üçün də iki qazi təyin etdi. Əmr verdi ki, Təbərsəran əhalisi 
Məsum və qazilərin hökmünə əməl etsinlər. Bu nahiyələrin mühüm 
işlərini yoluna qoyduqdan sonra, Tav (yəni dağ) və Avar əhalisi 
üzərinə  hərəkət edib, onları  qılınc gücü ilə müsəlman etdi. Onlar 
üçün məscidlər tikdirib, qazilər təyin etdi. İndiki halda Aqquşa kən-
di Tavın, Xumzaq şəhəri isə Avarın mühüm yerlərindədir. Gürcüs-
tan hüdudundan başlayıb, Qıpçaq çölünə qədər, Dağıstanın bütün 
hakimlərinə  və qazilərinə  Şahbala tabe olmağı  əmr etdi. Buyurdu 
ki,  əgər Xəzər tayfası  Dərbəndin üstünə  gəlsə, onlar ona qarşı 
dursunlar. Xəzər tacirlərini  şəhərin bir ağaclığında saxlayıb alver 
etdikdən sonra, geri qaytarsınlar. Dərbəndlilərdən ticarət qəsdilə 
Xəzər vilayətinə gedən olsa, onun malının üşrünü (onda birini) 
alsınlar. Elçi gələrsə, onu gözü bağlı  şəhərə  gətirsinlər, qayıtdığı 
zaman da bu cür yola salsınlar. Ta ki, onlar Dərbəndin vəziyyətin-
dən xəbərdar olmasınlar. Bütün Dağıstan əhalisi üzərinə vergi təyin 
edib buyurdu ki, Təbərsəran, Köbəçi və Qaytaq əhalisi hər il onu 
gətirib Dərbənd hakiminə versinlər. O da özünə və Əmir Həmzəyə 
 
66
düşən hissəni götürüb, qalanını Dərbəndin mühafizlərinə və füqə-
rasına sərf etmək üçün anbarda saxlasın.  Əgər hakim özü üçün 
müəyyən miqdardan artıq götürüb ədalətsizlik etmiş olsa, o zaman 
qoşun rəisləri onu vəzifədən xaric etsinlər. Həmri, Kürə, Quba, Qül-
han, Qürah, Axtı, Xnav, Rütul, Zaxur, bütün Qumuq, Avar, Qərax, 
Hidat, Tarxu, Əhran və İndiri əhalisi öz xəraclarını Şahbala versinlər. 
Əgər Şahbalın üzərinə düşmən hücum etsə, yaxud o kafirlərlə mü-
haribəyə getsə, Qaytaq, Təbərsəran hakimləri öz qoşunları ilə onun 
köməyinə gəlsinlər. Dərbənd hakimi həmişə şəhəri mühafizə edib, 
heç bir yana getməməlidir, cümə günləri məscidi-camedə imam 
olaraq namaz qılmalıdır. 
Katib Çələbi «Cahannüma» adlı əsərində Əbu Hamiddən belə 
nəql edir: «Dərbənd işləri nizama salındıqdan sonra, Hişam özü bu 
şəhərə gəlmişdi. Əhalinin xahişinə görə, öz qılıncını yadigar olaraq, 
Dərbəndin yaxınlığında bir yerdə qoydu. Bu yer indi də o ölkə əha-
lisinin ziyarətgahıdır». 
Müəllif deyir: Əhalidən mötəbər kimsələrin dediyinə görə, 
Xəraq mahalında, Yuxarı  Təbərsəranda, Curdaf kəndi yanında ma-
ğara içərisində bir xəncər vardır. 0 ətrafın xalqı qurban və sədəqələr 
aparıb onu ziyarət edir və bu yerin ətrafını müqəddəs hesab edir. 
Buna görə burada, oğruya çal-çap etdiyi mal üçün cəza verilməz 
və qatildən də qisas alınmaz. Hətta bir adam cəsarət edib oranın 
meşələrindən bir ağac budağı belə  kəsə bilməz. Demək olar ki, 
həmin xəncər Hişamın qılıncıdır. Lakin aradan uzun bir zamanın 
keçməsi və yerin uzaqlığı ilə  əlaqədar olaraq, xəncər qılınc deyə 
məşhur olmuşdur. 
Hicri 120-ci (=739) ildə Mərvan ibni-Məhəmməd, Hişam tərə-
findən Dərbəndə hakim göndərildi. O, Əbu Müslimin qoyduğu qə-
rarlar üzrə rəftar edirdi. Təbərsəran əhalisi hər il növbə ilə Dərbən-
din küçə və məhəllələrini təmizləyirdi. 


 
67 
Hicri 132-ci (=751) ildə xilafət  əməvilərdən abbasilərə keçdi, 
Əbdül-Abbas Səffah
1
  Dərbəndin vəziyyətini yaxşılaşdırmaq və 
hüdudunu mühafizə etmək barəsində son dərəcə səy edirdi. Hicri 
136-cı (=755) ildə,  Əbu Cəfər Mənsur
2
 xilafətə oturunca, Yəzid 
ibni-Əsədi Dərbəndə hakim göndərdi. Bunun zamanında xəzərlər 
külli qoşunla gəlib Dərbəndi mühasirəyə aldılar. Onlar bir gecə 
hasarın dibinə xeyli ağac yığıb, bu vasitə ilə hasarın üzərinə çıxmaq 
istədilər, qaladakılar xəbərdar olub ağacların üzərinə neft tökərək 
yandırdılar. Xəzərlər məqsədlərinə nail olmadan geri qayıtdılar. 
Əbu Cəfər Mənsur, Yəzid ibni-Əsədi hüzuruna çağırıb soruşdu: - 
Dərbənd üzərindən xəzərlərin  şərrini hansı  tədbir ilə  dəf etmək 
mümkündür? Yəzid  ərz etdi: - Dərbəndin  ətrafında xarab olmuş 
çoxlu qala vardır, əgər bunlar təmir edilib, hər birinə qarovulçular 
təyin edilərsə, o zaman Dərbəndin mühafizəsi asanlaşmış olar. Xə-
lifənin əmrilə Yəzid gəlib qalaların və yaşayış məntəqələrinin təmi-
rilə məşğul oldu. O cümlədən, Süvar, Müta, Kemax və indi Çerkəni 
adlanan Süfnan qalalarını təmir etdi. Bundan başqa Dərvaq, Ersi və 
Hümeydi kəndlərini abad etdirib Şam, Cəzirə  və Mosuldan 7000 
ailə  gətirib buralarda yerləşdirdi. Yəzidiyyə  və Sirməkiyyə adlı iki 
qala da bina etdirdi. Öz qəbiləsindən bir dəstə adam köçürüb 
buralarda yerləşdirdi. Məqatir və Mehraqəni abad edib hər yerdə 
qoşun qoydu. Bu qayda ilə  Dərbəndi asayiş  və rahatlıq içində 
mühafizə edirdi, xəzərlər Qoysu çayından keçə bilmirdilər. 
Hicri 170-ci (=787) ildə, Harunərrəşid
3
  Cəyun ibni-Nəcəmi 
Dərbəndə hakim göndərdi və ona tapşırdı ki, bu yerin intizamını 
keçmişdə olduğu kimi saxlasın. Cəyun, qala və hasarın möhkəm-
liyinə arxalanıb zülm və əxlaqsızlığa başladı, ölkənin idarə işlərinə 
göz yumdu. Dərbənd  əhalisinin çoxu qaçıb-dağılmağa üz qoydu. 
Bu xəbər Haruna yetişdi. O, Rəbiətülbahilini Dərbəndə hakim təyin 
                                                 
1
 Əbül-Abbas Səffah - abbasilərdən birinci xəlifədir (132-136= 750-754). 
2
 Əbu Çəfər Mənsur- abbasilərdən ikinci xəlifədir (136-158=754-775). 
3
 Harunərrəşid - abbasilərdən beşinci xəlifədir (170-193= 786-809).
 
 
68
etdi. Rəbiə, Cəyunu həbsə alıb, Bağdada göndərdi. Hicri 173-cü 
(=790) ildə Xüzeymə ibni-Cazim Harunərrəşid tərəfindən 12000 
qoşunla Dərbənd əyalətinə gəlib, hasar və burcların xaraba yerlərini 
təmir etdi. Bir neçə müddətdən sonra, Harunərrəşid özü Dərbəndə 
gəlib oranın vəziyyətini yoxladı. Rubas çayından bir bənd çəkdirib 
şəhərin kənarına su gətirdi. Burada bağlar, bostanlar saldırdı  və 
dəyirmanlar tikdirdi. Bunların mədaxilini Dərbənd yoxsullarına vəqf 
etdi. Həfəs ibni-Öməri Dərbəndə hakim təyin edərək, ona lazımi 
göstərişlər və nəsihətlər verib Bağdada qayıtdı. Deyirlər ki, Dərbən-
din  şimal tərəfində, Qırxlar dərvazası qarşısında bir daş günbəz 
vardır. Harunərrəşidin oğlu burada basdırılmışdır. Məşhur olduğu 
üzrə, Harunərrəşidin arvadı Zübeydə xatun bint-Əbucəfər Mənsur, 
uzun sürən bir qızdırma xəstəliyinə mübtəla idi. O, ab-havasının 
lətafətilə məşhur... olan Təbrizdə bundan səhhət tapdı. Buna görə 
hicri 175-ci (=792) ildə, bu şəhəri yenidən bina etdirib adını da 
Təbriz qoydu. Bu əhvalatdan və Harunərrəşidin oğlunun Dərbənd-
də vəfat etməsindən anlaşılır ki, Zübeydə xatun da öz ərilə bu öl-
kəyə gəlibmiş. 
Hicri 180-ci (=797) ildə, xəzərlər hücum edib bütün Dağıstanı, 
Dərbəndi və  Şirvanı istila etdilər. Katib Çələbinin yazdığına görə, 
bu müharibədə 140000 nəfər müsəlman tələf oldu. Hələ bu vaxta 
qədər islam aləmində belə bir hadisə görünməmişdi.  Əbu Müsli-
min əmirliyə təyin etdiyi Məsum, Şahbal və Əmir Həmzə övladının 
başına bu hadisələr zamanı nələr gəldiyi məlum deyildir. İslam di-
nini qəbul edən Dağıstan tayfaları da xəzərlərin istilası  və müsəl-
manların məhv edilməsi nəticəsində yenə bütpərəstliyə qayıtdılar. 
Hər guşədə bir əmir və hər nöqtədə bir şərir meydana gələrək, fit-
nə-fəsad törətməyə başladılar. Bu zaman Şirvan vilayətində Fərrux-
zad Əxşican oğlu
1
 hökmran idi. Bakıda Bibiheybət kəndində onun 
ləqəbi: «
 
 - əmirülmömininin yardımçısı böyük 
                                                 
1
  Mətndə yanlışlıq var, Fərruxzad  Əxsitan oğlu  olmalıdır. Kəsrani  şirvanşahlar 
sülaləsinə mənsubdur. 


Yüklə 7,74 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   70




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə