Turizm naziRLİYİ



Yüklə 0,54 Mb.
Pdf görüntüsü
tarix01.07.2018
ölçüsü0,54 Mb.
#52604


AZƏRBAYCAN RESPUBLİKASI MƏDƏNİYYƏT VƏ 

 

                      

TURİZM NAZİRLİYİ       

 

 



ABŞERON RAYON MƏRKƏZİ KİTABXANA SİSTEMİ

 

 

Abşeron rayon MKS

-

nin Metodika və Biblioqrafiya  

 

                              

şöbəsi

 

           



 

                   

Mirzə İbrahimov 

- 105 

                        

(Metodiki vəsait)

 

              

 

                      



 

 

                               

Xırdalan

-2016 


 

Tərtib edənlər:

 

1.Rzayeva Rəşidə Rəşid q.



- MKS-nin direktor müavini. 

2.Əliyeva Almaz 

Yusif q.- 

Metodika və biblioqrafiya şöbəsinin müdiri

 

3.Məmmədova Qəmən Bayram q.



İnformasiya və resurs şöbəsinin müdiri

  

 

 

 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 




  

 

                                                                     

“Mirzə İbrahimov təvazökar, mehriban

                                                                  həssas bir insandır. Bütün Azərbaycan 

                                                                 xalqının sevilmlisidir, xalq yazıçısı kimi

 

                                                                   

yüksək ada tam layiqdir. Eyni zamanda 

                                                                  onun yaradıcılığı ölkəmizdə layiqincə qiy 

                                                                  mətləndirilmişdir. Yazıçının kitabları hər 

                                                                  yerdə geniş şöhrət və rəğbət qazanmışdır”.  

                                                                                                                             Heydər Əliyev               



 

“Bədii yaradıcılığı tam mənasında bir çinar ağacına oxşatmaq olar. Bu ağac torpağa nə qədər köklü 

şirə atmış olsa, o qədər qollu-budaqlı yaşıl yarpaqlı olar, göylərə ucalar. Həyatla bağlı olmayan, 

ondan şirələnməyən sənət yaşaya bilməz”. Zənnimizcə, xalq yazıçısı, akademik, görk əmli ictimai 

xadim Mirzə İbrahimova məxsus bu sözlər, böyük sənətkar və şəxsiyyət kimi onun özünə daha 

çox uyğun gəlir. Ədəbi estetik düşüncə tariximizdə və ictimai-siyasi həyatda XX əsrin 50-60-cı ill 

ərində Azərbaycan türklərinin milli anlayışının vicdani səlahiyyətini üzərinə götürən Mirzə Əjdər 

oğlu İbrahimovun “sənət ağacın torpağı da həqiqi mənada xalq həyatından şirələnmiş və yaşamaq 

haqqı  qazanmışdır”.  Mirzə  Əjdər  oğlu  İbrahimov  1911-ci  ildə  Cənubi  Azərbaycanın  Sərab 

əyalətinin Evə kəndində anadan olmuşdur. Uşaqlıq çağlarında həyatın sərt üzünü görmüş, ağır, 

iztirablı günlər keçirmişdir. Anası, iki körpə bacısı və qardaşı Rza aclığın qurbanı olmuşdur. Bu 

faciə altı-yeddi  yaşlı Mirzənin gözləri qarşısında baş vermişdir. Zəmanənin dərdi-aləmi uşaqlıq 

qəlbinin dərinliyind ə iz qoymuş Mirzə atası və böyük qardaşı ilə birlikdə doğma yurdu tərk etmiş, 

Bakıya gəlmişdir. Vətən övladları üçün məbədgah, isti ana qoynu qədər hərarətli olan Bakıda da 

Mirzənin həyatı ağır keçmişdir. Uşaqlıq taleyinə yazılmış növbəti faciə onu daha ağır imtahana 

çəkmiş, atası və böyük qardaşı vəfat etmişdir. Kimsəsiz qalmış uşaq, dayı mərh ə m ətinə sığınmış, 

bibi münasibətinin soyuqluğunu duymuşdur. Ağır həyat şəraitinə baxmayaraq on yaşlı Mirzənin 

təbiətində sabaha ümidlə baxmaq, işləmək yaşamaq istəyi güclü olmuşdur. O, ağır həyat sürsədə, 

daim oxumaq həvəsində olmuş, təhsilə, elm öyrənməyə can atmışdır. Mirzə İbrahimovun keçdiyi 

həyat yolu, onun xalqımızın mənəvi aləminə daha dərind ən nüfuz etməsinə zəmin yaratmışdır. 

Xalqa  mə  əbbət,  sədaqət  Mirzə  İbrahimovun  şəxsiyyət  bütövlüyündə  həlledici  rol  oynamışdır. 

Belinskinin “ Əgər şair olmaq üçün şair doğulmaq lazım isə, öz şəxsiyyəti il  öz vətəndaşlarının 

səciyyəvi  cəhətlərini  ifadə  edə  bilmək  üçün,  xəlqi  olmaq,  doğulmaq  lazımdır”    sözləri  Mirzə 



İbrahimovun şəxsiyyətinə daha çox uyğun gəlir. Öz şəxsiyyəti ilə vətəndaşlarının səciyyəvi cəh 

ətlərini ifadə etmək səlahiyyətinə  yüksəlmək, nadir sənətkarlara, ictimai  xadimlərə qismət  olan 

ucalıqdır.  Bu  ucalıqda  dayanmağa  M.İbrahimovun  haqqı  vardır.  O,  xalqımızın  fikir  tarixində, 

özünü  dərketmənin  təşəkkül  tapmasında  xüsusi  xidmətləri  olan  sənətkar  şəxsiyyətdir.  Mirzə 

İbrahimovun xalqa qırılmaz tellərlə bağlı olduğunu o dövrün görkəmli nümayəndələri də hörmət 

və ehtiramla təsdiq etmişlər. Konstanten Fedin yazırdı: “Dostum, Mirzə! Xalqın həyat və mübarizə 

təcrü  əsini  yaşadan  əsərləriniz  əlvan  rənglərinin  təravəti,  idrak  dərinliyi  və  coşqun  vətəndaşlıq 

hissləri ilə bizi həmişə sevindirir” . Ulu öndərimiz Heydər Əliyev Mirzə İbrahimov şəxsiyyətinə 

yüksək qiymət vermişdir. Nizami adına Ədəbiyyat İnstitutunun Cənubi Azərbaycan əd -əbiyyatı 

şöbəsi  1977-ci  ildə  Heydər  Əliyevin  təşəbbüsü  ilə  yaradılmış  və  şöbənin  ilk  rəhbəri  Mirzə 

İbrahimov olmuşdur . Mirzə İbrahimov bədii yaradıcılığa da Zabrat fəhlə ədəbiyyat dərnəyinin 

üzvlüyündən  başlamışdır.  Onun  “Qazılan  buruq”  adlı  ilk  şeiri  1930-cu  ildə  “Aprel  alovları” 

məcmuəsində dərc olunmuşdur. Bundan sonra dövri mətbuatda şeirləri nəşr olunmuşdur. O, ilk 

tənqidi, publisist məqalələrini, hekayə və oçerklərini də 1930-cu illərdə yazmışdır. 1932-ci ildə 

beşilliklərin  nəhəng  tikintilərini  və  sosialist  sənayesinin  inkişaf  sürətini  öyrənmək  üçün 

Ukraynaya-Donbas  şaxtalarına,  Dnepropetrovsk  sənaye  müəssisələrində  səfərdə  olmuşdur. 

“Giqantlar  ölkəsi”  oçerklər  kitabını  qələmə  almışdır.  Azərbaycan  Dövlət  Elmi-Tədqiqat 

İnstitutunun  ikiillik  hazırlıq  şöbəsində  təhsil  aldıqdan  sonra  partiya  onu  Naxçıvan  MTS  siyasi 

şöbəsinə  —  “Sürət”  qəzetinin  redaktoru  vəzifəsinə  göndərmişdir  (1933).  SSRİ  Elmlər 

Akademiyasının Leninqraddakı Şərqşünaslıq İnstitutunun aspiranturasında təhsil almışdır (1937). 

M.F.Axundov  adına  Azərbaycan  Dövlət  Opera  və  Balet  Teatrının  direktoru,  sonra  isə  XKS-ya 

incəsənət  işləri  idarəsinin  rəisi  vəzifəsində  çalışmışdır.  Azərbaycan  SSR  xalq  maarif  komissarı 

vəzifəsində  çalışmışdır  (1942-1946).  Azərbaycan  Yazıçılar  İttifaqı  idarə  heyətinin  sədri  (1946-

1954),  birinci  katibi  (1965-  1975),  SSRİ  Yazıçılar  İttifaqı  idarə  heyətinin  katibi  (1965-1975), 

Azərbaycan Respublikası Nazirlər Soveti sədrinin müavini (1946-1950), Azərbaycan Respublikası 

Ali Soveti Rəyasət Heyətinin sədri (1954-1958) vəzifələrində işləmişdir. Ömrünün axırınadək isə 

Azərbaycan EA Nizami adına Ədəbiyyat İnstitutunun Cənubi Azərbaycan ədəbiyyatı şöbəsinin 

müdiri, çoxcildlik “Azərbaycan ədəbiyyatı tarixi”nin redaksiya heyətinin üzvü olmuşdur. Mirzə 

İbrahimovun İkinci Dünya müharibəsinin ağır sınaq illərində əsərləri, istərsə də fabrik-zavodlarda, 

kəndlərdə  əsgəri  hissələrdə  odlu-alovlu  çıxışları  ilə  qələbəyə,  düşmənə  isə  nifrət  və  qəzəb 

aşılayırdı.  Qeyd  edim  ki,  yazıçı  1941-ci  ildə  Sovet  Ordusu  sıralarında  Cənubi  Azərbaycanda 

olarkən  “Vətən  yolunda”  qəzetinin  məsul  redaktoru  vəzifəsində  işləmişdir.  1942-ci  ildə  Uzaq 

Şərqdə Xabarovsk, Vladivostok və s. hərbi dairələrdə 416-cı diviziyanın döyüşçüləri ilə görüşlərdə 

iştirak  etmişdir.  Bu  dövrlərdə  hekayə,  povest  və  romanlarla  yanaşı,  səhnə  əsərlərini  qələmə 

almışdır: “Həyat” (1935), “Madrid” (1937), “Məhəbbət” (1941) pyeslərindən iyirmi il fasilədən 

sonra  “Kəndçi  qızı”  (1961),  “Yaxşı  adam”  (1963),  “Közərən  ocaqlar”  (1967)  pyesləri  ilə 

Azərbaycan dramaturgiyasını zənginləşdirmişdir. V.Şekspirin “Kral Lir”, “On ikinci gecə, yaxud 

hər nə istəsəniz”, A.N.Ostrovskinin “Quduz pullar”, “Müdrik olan hər kəsə kifayətdir sadəlik”, 

A.P.Çexovun  “Üç  bacı”,  Molyerin  “Don  Juan”  pyeslərini  Azərbaycan  dilinə  tərcümə  etmişdir. 

Yazıçının əsərləri keçmiş SSRİ xalqlarının dillərinə və bir çox xarici dillərə tərcümə edilmişdir. 3 

dəfə Lenin ordeni, Oktyabr inqilabı ordeni və digər orden və medallarla təltif olunmuşdur. 1993-

cü il dekabrın 17-də Bakıda vəfat etmiş, Fəxri xiyabanda dəfn olunmuşdur. Xalq yazıçısı Mirzə 

İbrahimovun həyatı və yaradıcılığı zəngin və çoxşaxəlidir. Mirzə İbrahimov ədəbiyyat tarixində 

bir  nasir,  qüdrətli  dramaturq,  mədəniyyət  tarixində  ictimai  xadim  kimi  özünəməxsus  yer  tutur. 

Onun misilsiz yaradıcılığı ədəbiyyat və mədəniyyət tariximizdə əvəzsiz bir iz buraxmışdır. 1930- 

cu  ildən  Azərbaycan  yazıçısı  Seyid  Hüseynin  rəhbərliyi  ilə  Zabratda  təşkil  olunmuş  ədəbiyyt 




dərnəyində  iştirak  etməklə  mətbuatda  imzası  görünməyə  başlayan  Mirzə  İbrahimovun  əsərləri 

artıq  oxucuların  diqqətini  cəlb  etmişdir.  Hələ  onun  ilk  yazılarında  –  şeirlərində,  hekayə  və 

oçerklərində  günün  vacib  aktual  mövzusu  aydın  duyulurdu.  “Qazılan  buruq”  “Mədən  səsləri”, 

“Zərbəçi qız”, “On il”, “Dastan”, “Neft”, “Yalandır, yalan” və başqa şeirləri 1930-cu illərin bəhrəsi 

olsa  da  müasir  dözvrümüzlə  səsləşən  şeirlərdir.  Mirzə  İbrahimovun  yaradıcılıq  imkanları, 

istedadının  özünəməxsus  xüsusiyyətləri  daha  çox  bədii  nəsrdə,  müasir  mövzularda  yazdığı 

hekayələrində özünü parlaq və aydın biruzə verirdi. “Zəhra”, “Mələk”, “Qaçaq”, “Qorxulu səs”, 

“Sənət aşiqləri”, “Balta”, “Anama deyərəm, ha”, “Həyat yolu” yazıçının 1930-35-ci illərdə yazdığı 

ilk  hekayələridir.  İnsanın  köhnə  ailə  və  əxlaq  vərdişlərindən  xilas  olması,  yeni  ictimai 

münasibətlərin  təsiri  altında  dəyişib  təzələnməsi,  yeniliyə  can  atması  Mirzə  İbrahimovun 

helayələrinin  əsas  mövzusudur.  1935-ci  ildə  yazdığı  məşhur  “Həyat”  pyesi  yazıçının  topladığı 

zəngin,  təzə  həyat  materialı  əsasında  yazılmışdır  və  məhz  buna  görə  pyes  həayti  və  inandırıcı 

çıxmışdı. “Həyat” pyesi nəinki müəllifin, bütövlükdə Cəfər Cabbarlıdan sonrakı dramaturgiyanın 

görkəmli yaradıcılıq uğuru olaraq meydana çıxdı və bu pyes 1935-ci ildə müsabiqədə yaxşı əsər 

kimi  qiymətləndirilərək  Azərbaycan  Dövlət  Dram  Teatrında  tamaya  qoyuldu,  böyük 

müvəffəqiyyətlər  qazandı.  Bundan  sonra  bir-birinin  ardınca  aktual  və  əhəmiyyətli  mövzularda 

“Madrid”, “Məhəbbət” pyeslərini yazdı. Mirzə İbrahimovun yaradıcılığında Cənubi Azərbaycan 

həyatının təsviri geniş və əhəmiyyətli yer tutur. “Azad”, “Tonqal başında”, “İztirabın sonu”, “İki 

həyat” və s. hekayələrindən ibarət olan “Cənub hekayələri” silsiləsini yaradır. Sonralar yazıçı “İran 

qızı”  (1935),  “Bir  günəşin  işıqları”  (1959)  kekayələrini  də  bu  silsiləyə  daxil  etmişdir.  “Cənub 

hekayələri” yazıçının müharibə illərində Cənubi Azərbaycanda olarkən topladığı zəngin, maraqlı 

həyati  müşahidələrinin  məhsuludur.  Bu  hekayələri  yazdığı  dövrdə  yazıçı  eyni  zamanda  həmin 

mövzuda  “Gələcək  gün”  romanını  yaratmışdır.  İlk  romanın  parlaq  müvəffəqiyyətindən  sonra 

yazıçı  “Böyük  dayaq”,  “Pərvanə”  romanlarını,  “Kəndçi  qızı”,  “Yaxşı  adam”  komediyalarını, 

“Közərən ocaqlar” tarixi dramını və J.B.Molyerin məşhur “Don Juan” komediyasının motivləri 

əsasında  “Bəşərin  komediyası”  dramını  yazdı.  Ədəbi  fəaliyyəti  boyu  Mirzə  İbrahimov 

ədəbiyyatşünas, tənqidçi kimi də məşhurlaşmışdı. O, klassik və müasir ədəbiyyat haqqında “Həyat 

və ədəbiyyat” (1947), “Xəlqilik və realizm cəbhəsindən” (1961), “Böyük şairimiz Sabir” (1962), 

“Gözəllik qanunları ilə” (rus dilində 1964), “Ədəbi qeydlər” (1970) və s. kitabların müəllifidir. 

Qeyd  etmək  istəyirəm  ki,  Mirzə  İbrahimovu  görkəmli  publisit  adlandırsaq  yanılmarıq.  O,  ən 

görkəmli Azərbaycan publisistlərindən biri olub. “Sarı sim” (1958), “Mənim ömür kitabım” (rus 

dilində, 1979) kitabları, çoxlu yol qeydləri, aktual ictimai-siyasi mövzularda yazılmış məqalələri 

Mirzə  İbrahimovu  qızğın  alovlu  publisist  əsərlərindəndir.  Mirzə  İbrahimov  yaradıcılığında 

uşaqları  da  yaddan  çıxarmamış,  onlar  üçün  “Pərvizin  həyatı”  kimi  povect,  “Pələng  və  nsan”, 

“Şairin yadigarı”, “Çobanın məsləhəti” və bir çox hekayələr yazmışdır. Mirzə İbrahimov – insanın 

səadəti və azadlığı, xalqın sosial və mənəvi tərəqqisi naminə yaşayan, yaradan yazıçı, görkəmli 

xadimdir. Onun yaradıcılığı zəmanəmizin oxucularımıza əvəzsiz xidmətinin gözəl nümunəsidir. 

         Görkəmli şəxslərin Mirzə İbrahimov haqqında dedikləri: 

1.

 

Onun qələmi həmişə cilalı, parlaq kəsərli, heç vaxt qınına salınmayan silahdır. Kənd olsun, 



şəhər olsun, müharibə, sülh olsun, ailə ya ictimaiyyət olsun, kütləvi səhnə ya qəlb aləmi 

olsun, həyatımızın elə sahəsi yoxdur ki, oraya Mirzənin qələmi nüfuz etməsin, ədibin səsi, 

sözü eşidilməsin. O, təbiətən fəal, özünə tələbkar şəxsiyyətdir.  

                                                                         Mir Cəlal - yaziçi, ədəbiyyatşünas  




 

2.Mirzə İbrahimovun dram əsərləri, hekayə və romanları müasir ədəbiyyatımızın zəngin 

xəzinəsində ən fəxri yerlərdən birini tutur.  

                                                                             Mehdi Hüseyn - Xalq yazıçısı 

3.Mirzə İbrahimov xalqın sevimlisidir, təcrübəli və püxtə bir yazıçıdır.  

                                                                           Sabit Rəhman - Yazıçı, dramaturq 

4.Xoşbəxt o sənətkardır ki, elə sağlığında da onu sevsinlər. Azərbaycan xalqının sevimlisi, 

istedadlı yazıçı və dramaturqumuz Mirzə İbrahimov məhz belə sənətkarlardandır. 

                                                                                  Mikayıl Abdullayev  -  Xalq rəssam 

Mirzə  İbrahimov 

1993

-

cü  il  dekabrın  17



-

 



Bakıda

 

vəfat  etmiş,



 

Fəxri  Xiyabanda

 

dəfn 


olunmuşdur.Bu il Mirzə İbrahimovun 105 illiyi qeyd olunur.

 

 



 

 

 



 

 

 



Yüklə 0,54 Mb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə