Gulistani Irem cur cdr



Yüklə 7,74 Mb.
Pdf görüntüsü
səhifə7/70
tarix01.08.2018
ölçüsü7,74 Mb.
#60562
1   2   3   4   5   6   7   8   9   10   ...   70

 
29 
xanı 619-cu ildə Rum qeysəri Heraklini elə məğlub etdi ki, az qaldı 
onu  əsir alsın və hicri 4-cü (=626) ildə Qostəntiniyyəni mühasirə 
etdisə  də, məqsədə çatmadan geri qayıtdı. Bu tayfa, sonralar, 
müxtəlif zamanlarda cürbəcür qəbilələrlə  şiddətli müharibə etmiş 
və get-gedə zəifləmişdir. IX əsrin əvvəllərində adlarını itirərək, baş-
qa tayfalara qarışmışdır. 
Qəbirlərindən tapılan qiymətli şeylərdən məlum olur ki, bunlar 
o qədər də  vəhşi olmayıb  İran, Çin və Rum ilə ticarət  əlaqəsi 
saxlamışlar. Bunlardan bir camaat, indi də Qafqaz dağlarında yaşa-
maqla bərabər, ayrıca dilə malik və xüsusi əmrlərə tabe olaraq adət 
və ənənələrini davam etdirməkdədirlər. Bu Avar xanına Avar üsmisi 
də deyirlər. O, hicri 1140-cı (=1727) ildə rus ordugahına gələrək 
dedi ki, keçmişdə mülkü əlindən çıxmış əcdadından biri rus padişa-
hının köməyi ilə öz yerinə təyin edilmiş və bu xüsusda rus padişahı 
tərəfindən verilən fərman indi də durur. Lakin baxılan vaxt məlum 
oldu ki, bu fərmanı hicri VII əsrdə rus ölkəsini  ələ keçirmiş olan 
Çingiz xanın nəvəsi Batı Cüci oğlu vermişdir. 
Qunib - 
  kəndinin  əhalisi (sözün axırında «b -  » hərfi 
atılaraq bəzən «Ğun» da oxunur) bədsurət və vəhşixasiyyət Ğun və 
ya Hun tayfasının qalıqlarındandır. Bu kənd  Əndələl nahiyəsində 
tarlalı, otlaqlı, çaylara və  ağaclara malik çox çətin keçilən bir dağ 
təpəsində olub, təqribən yüz evdən ibarətdir. Bu kəndin əhalisi pis 
xasiyyətlidir. Adamlar çox zaman bir-birilə vuruşurlar. Boyları  qısa 
və surətcə bədtərkib olub, o ətrafın sair əhalisindən xüsusilə fərq-
lənirlər. 
Təbərsəranda, Dərbənd səddi ilə əlaqədar olaraq Ənuşirəvan 
tərəfindən bina edilmiş bir şəhərin xarabaları  ətrafında Calqan, 
Rukal, Məqatir, Kəmax, Zeydiyan, Hümeylərin  əhalisi tat dilində 
danışırlar. Bu dil qədim fars dilinin ləhcələrindən biridir. Məlum 
olur ki, onlar farsdırlar, ancaq bu şəhər xaraba qaldıqdan sonra, 
həmin kəndlərdə yerləşmişlər. Bilhədi kəndinə yaxın olan bu şəhər-
də  sənətkaranə bir tərzdə  işlənmiş  qəribə bir darvaza vardır. Bu 
darvaza indi də durur. Ehtimala görə, Babülhədid haman budur, 
 
30
kəndin adı da, bundan alınaraq, çox işlənmək nəticəsində dəyişib 
Bilhədi olmuşdur. 
Şamaxı ilə Qudyal (indiki Quba) şəhərləri arasında qalan ma-
halda, məsələn: Şirvanda Hovz, Lahıc və Qoşunlu; Qubada Bərmək, 
Şəmpara, Buduğun aşağı hissəsi və bütün Bakı ölkəsində - altı tə-
rəkəmə kəndindən başqa - bütün əhali tat dilində danışır. Məlum 
olur ki, bunların da əsli farsdır. Quba ölkəsinin qərb qismi - xüsusi 
dilə malik olan Xınalıq kəndindən başqa - Samur və Kürə nahiyələri 
və  Təbərsəranın Dərə  və  Əhmərli adlı iki mahalı, müxtəlif ləhcəli 
xüsusi dilə malikdirlər. Bunlar türk dilində danışan  əhalini moğol 
adlandırırlar. «Dərbəndnamə»nin qeydinə  və sair əlamətlərə görə 
məlum olur ki, bu tayfa Alan masagetlərinin nəslindəndir. Bakıdakı 
Məşqətə - «s» hərfi «ş» hərfinə təbdil edilmişdir - kəndinin əhalisi 
də həmin tayfadan olmalıdır. Bunlar Bakı əhalisinin dilini qəbul et-
mişlərsə də, yenə əxlaq və yaşayış tərzləri cəhətdən bu ölkə əhali-
sindən tamam fərqlidirlər. Sair Təbərsəran mahallarının da başqa 
dilləri vardır. Mağarti, Mərağə, Xoçni və  Çıraq adlı dörd kənddə, 
Dərbənd şəhərində və onun hər iki tərəfində olan Ulus və Tərəkə-
mə mahalındakı kəndlərin hamısında, Tip, Müskür və Şabran ma-
hallarında və Quba şəhərinin özündə, Səlyan ilə Şirvanın digər ma-
hallarında, Bakının altı tərəkəmə kəndində və bütün Şəki ölkəsində 
əhalinin dili türkcədir. Bunlar əksəriyyətlə türkmən, moğol və tatar 
nəslindən olub, bəziləri də, Osmanlı - İran müharibələri zamanın-
da, Səfəvilər dövründə və bundan sonra gəlmişlər. Bunların ləhcə-
ləri Ermənistan və Azərbaycanın bütün vilayətlərində də İranın bir 
çox yerlərində  işlənən türk dilinə  mənsubdur. Bu ləhcə Osmanlı, 
Cağatay, Qumuq və Noğay ləhcələri arasında orta ləhcədir, lakin 
hər dil üçün lazım olan yazı qaydaları və qanunları (sərf-nəhv) bu 
dil üçün hələ təyin edilməmişdir. 
Dağıstanda olan bir çox xalqların və əmirliklərin müxtəlif dilləri 
və hesabsız ləhcələri vardır. Bunlardan beş dil, ümumiyyətlə, daha 
çox işlənir: 


 
31 
1) Qumuq ləhcəsilə olan türkcədir. Bu dil Qaytağın aşağı his-
səsində,  Şamxal mülkündə  və Qumuqda olan bütün düzlərdə  iş-
lənməkdədir. Bununla bərabər, başqa yerlərin əhalisindən bir çoxu 
da bu dili bilir. 
2) Avar dilidir. Bu dil bütün Avarıstana yayılmış  və bir çox 
xalqlar arasında işlənməkdədir. Sair qəbilələrdən bir çoxu da bu 
dili bilir. 
3) Beş Aqquşa mahalının dilidir. Bu dildə Sürhidə və Qaytağın 
yuxarı mahallarında müxtəlif ləhcələrdə danışırlar. 
4) Qaziqumuq dilidir. Bu dil həmin ölkəyə məxsusdur. 
5) Mıçıqıç dilidir. Bu dil həmin ölkəyə  və bu ölkənin yuxarı 
nahiyələri olan Şübut, Carili və sairə məxsusdur. 
Zumtal, Baqtulal, Camalal, Əndib, Qapuçay, Ansux, Cəniq, Za-
xur, Auvax, Qabalal camaatı və Qaziqumuğa mənsub olan Köbəçi, 
Ərçub kəndləri və bunlardan başqa bir çoxları müxtəlif dillərə  və 
ləhcələrə malikdirlər. Bu xüsusda təfsilat vermək üçün ayrıca tədqi-
qat aparmaq lazımdır. 
Ermənilər və yəhudilərdən başqa, Şirvanın bütün əhalisi islam 
dinində olub, bəzisi  şiə  və  bəzisi sünnidir. Bakı ölkəsi tamamilə, 
Dərbənd əksəriyyətlə, Şirvanın yarısı, Səlyanın hamısı, Şəki və Qu-
banın bir hissəsi  şiə  məzhəbdir.  Şirvanın yarısı,  Şəki və Qubanın 
çoxu, Dərbəndin azacıq bir hissəsi, butün Təbərsəran, Kürə, Miskin-
cəni çıxdıqdan sonra Samur nahiyəsi və Dağıstanın hamısı sünnidir. 
Bu məzhəb burada iki şöbədən ibarət olub, biri hənəfi, digəri 
şafiidir. Samur, Kürə, Təbərsəran nahiyələri və  Dərbəndin sünni 
hissəsi, bütün Dağıstan kimi, şafiməzhəbdirlər. 
Əgər bu ölkənin qəbilələri, kəndləri, binaları  və  qədim asarı 
geniş bir surətdə  tədqiq edilərsə, mənşəini təyin etmək mümkün 
olacaqdır. 
 
32
BİRİNCİ FƏSİL  
 
İSLAM DÖVLƏTİNİN ZÜHURUNDAN ƏRƏB  
QOŞUNUNUN GƏLMƏSİNƏ QƏDƏR ŞİRVAN VƏ  
DAĞISTAN ÖLKƏLƏRİNDƏ BAŞ VERƏN  
QƏDİM HADİSƏLƏR HAQQINDA 
 
Məlum olduğu üzrə, bütün tarixçilər yazırlar ki, insan nəslinin 
birinci yurdu Babil ölkəsi olmuşdur; Nuhun tufanı da, burada baş 
vermişdir. 
Məhəmməd ibni-Cərir Təbəri
1
 öz «Tarix»ində deyir: «Atəşpə-
rəstlər ümumi tufana inanmırlar».  İslam tarixçilərinin bəzisi isə 
ümumi tufanın Babildə, İraqda, Şamda və Yəmənə qədər olan öl-
kələrdə baş verməsi qənaətindədirlər. Həmdüllah
2
 «Tarixi-güzidə» 
adlı  əsərində yazır: «Bəzilərinin dediyinə görə, tufan ancaq 
Ərəbistan yarımadasında olmuşdur. Çin əhalisi və türklərdən bəzisi 
ümumi tufanı danırlar». Osmanlı sultanlarının nəsəblərindən bəhs 
edən bir Təbəqat kitabında, onların nəsli türk xalqlarına və bura-
dan da Nuha, Adəmə gedir çatır. 
Ümumiyyətlə, ya tufan səbəbinə, ya da başqa bir hadisəyə 
görə, yaxud törəyib artdıqlarından yaşayış  vəsaiti axtarmaq üçün, 
cənub hissəsində yaşayan bir cəmiyyət dünyanın hər yerinə 
dağılmışdır. Bununla əlaqədar olaraq Şərq və Şimal ölkələri Əfsər 
                                                 
1
  Məhəmməd ibni-Cərir Təbəri - IX əsrin  ən məşhur tarixçisidir. Hicri 224-cü 
(=838/39) ildə Təbəristanın Amul şəhərində anadan olmuş və 310-cu (=923) ildə 
Bağdadda vəfat etmişdir. «Tarixülüməm vəlmüluk» və eyni zamanda 
«Əxbarürrüsül vəlmüluk», «Tarixi-Cəfəri» və «Tarixi-Təbəri» adı ilə də məşhur olan 
əsəri ən mühüm mapuxu mənbələrdən sayılır. 
2
  Həmdüllah Mustovfi Qəzvini - elxanilər dövründə yetişən məşhur tarixçilərdən 
biridir. Təqribən hicri 680-ci (=1281/82) ildə anadan olmuş və 750-ci (=1349/50) 
ildə vəfat etmişdir. Həmdüllah biri coğrafiya və ikisi də tarixə aid olmaqla üç əsər 
yazmışdır. Bunlar da:«Nüzhətülqülub», «Zəfərnamə» və «Tarixi-güzidə» adlı 
əsərlərdir. Onun ən mühüm əsəri «Tarixi-güzidə»sidir. 
 


Yüklə 7,74 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   70




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə