1918-ci ilin mart və aprelində erməni terrorçuları və rus bolşeviklərinin quba, Şamaxi, ZƏNGƏzur və naxçivanda törətdikləri qırğınlar



Yüklə 78,21 Kb.
tarix01.02.2018
ölçüsü78,21 Kb.
#23304



1918-ci ilin mart və aprelində erməni terrorçuları və rus bolşeviklərinin QUBA, ŞAMAXI, ZƏNGƏZUR və NAXÇIVANDA törətdikləri qırğınlar

ŞAMAXI QIRĞINI
XVIII əsrin əvəllərində erməni siyasətbazları İsrail Ori və Minas Tiqranyants Qafqazı, o cümlədən, Azərbaycanı ələ keçirmək üçün I Pyotra müxtəlif işğalçılıq planları hazırlayıb təqdim edərkən, Şamaxı şəhərini qədim erməni şəhəri kimi qələmə verirdilər. Onlar Rusiya imperatoruna göndərdikləri məktublarda bu şəhərin son dərəcə strateji əhmiyyətə malik olduğunu qeyd edir, Şamaxıda xeyli erməni əhalisinin yaşadığını göstərirdilər. Lakin erməni siyasətbazlarının məktublarında Şamaxı şəhərinin Azərbaycanın orta əsrlərdə siyasi-iqtisadi həyatında oynadığı rol, bu qədim tarixə malik yaşayış məskəninin uzun müddət Şərqdə mərkəzi şəhər olması faktı barədə Rusiya imperatoruna heç bir məlumat verilmirdi. Buna görə də elə həmin vaxtdan başlayaraq həm ermənilərin, həm də Rusiya hakim dairələrinin beyninə belə bir yanlış fikir yeridilmişdi ki, guya Şamaxı həqiqətən erməni şəhəri olmuş, sonralar azərbaycanlıların əlinə keçmişdir. Halbuki heç bir rus ziyalısı, erməni millətçisi XII, əsrdə Şamaxı şəhərindən çıxmış bir nəfər belə erməni şairinin, mədəniyyət xadiminin adına çəkə bilməz. Çünki bu şəhərdə həmin dövrdə heç bir erməni yaşamayıb. Bu şəhər tarixən Azərbayçan türklərinin yaşayış məskəni olmuşdur.

Tarixi faktlar aydın göstərir ki, ermənilər bu qırğını həyata keçirmək üçün əvvəlcədən möhkəm hazırlaşmışdılar. Şamaxı şəhəri də başqa iri sənaye mərkəzləri kimi qırğın üçün əsas obyekt seçilmişdi.

Xalqımızın qəddar düşməni olan Stepan Şaumyanın rəhbərliyi altında respublikamızın bir çox ərazisində, eləcə də Şamaxı şəhərində müsəlman əhalisinin qırılması aktı hazırlanıb, 1918-ci ilin ilk aylarından başlayaraq planlı şəkildə həyata keçirilmişdir. Bolşevik siması altında Azərbaycan xalqına qarşı soyqırımı siyasətini həyata keçrən S.Şaumyan öz erməni soydaşları ilə əlaqəyə girərək bu mənhus planı hazırlamışdı. Onun müavini Atabekov bu soyqırımın proqramını hazırladıqca bolşevik maskası arxasında gizlənən daşnak əqidəli S.Şaumyana məlumat verir, ondan lazımi məsləhətlər alırdı. Atabekov məhz S.Şaumyanın yaxından köməyi və məsləhəti ilə Şamaxı qəza rəisinin köməkçiləri Serebryakov və Gülbəndov ilə əlaqə saxlamış, qısa müddət ərzində bu regionda bütün erməni əhalisni qabaqcadan silahlandırmışdı. Cəmi bir həftə ərzində Bakıdan göndərilən xeyli pulemyot və güllə ilə təchiz olunmuş Şamaxının erməni kəndləri mərkəzdən veriləcək əmri gözləyirdilər.

Şamaxı qırğınının başlıca təşkilatçıları bu ərazidə soyqırımı siyasətini həyata keçirmək üçün heç də təkcə erməni kəndlərinə arxalanmırdılar. İllər boyu qonşuluq şəraitində mehribancasına yaşayan bu xalqları birdən-birə düşmək edib ayağa qaldırmaq, bir-birinə qarşı vuruşdurmaq heç də asan məsələ deyildi, hətta soyqırımın təşkilatçıları bu işdə kəndlilərə bir o qədər də bel bağlamırdılar. Onlar bu məqsədlə xüsusi təşkil edilmiş quldur dəstələrinə daha çox ümid bəsləmişdilər. Çünki bu dəstələr başkəsən cəlladlardan təşkil edilmişdi.

Artıq 1918-ci ilin əvvəllərindən etibarən Şamaxının bir sıra kəndlərində soyqırımın həyata keçirilməsi üzrə ciddi hazırlıq işləri görulməyə başlandı. Bakıdan, habelə Ermanistanın müxtəlif nahiyələrindən Mədrə kəndinə, xeyli silahlı erməni dəstəsi gətirildi.

İnsan qanına susamış bu cəlladlar erməni kəndliləri arasında təbliğat işini gücləndirir, onların bu siyasətini rus bolşeviklərinin müdafiə etdiklərini bildirirdilər.

Erməni silahlı dəstələrinin Şamaxıda görünməsi, təbiidir ki, yerli müsəlman əhalisini narahat etməyə bilməzdi. Çünki 1905-1907-ci illərdə baş vermiş qanlı faciələrdən cəmi 10-12 il keçirdi. O vaxt baş verən milli faciənin canlı şahidləri hələ də Şamaxıda yaşayırdılar. Köhnə faciənin yenidən təkrar olunmaq təhlükəsi göz qarşısında idi.

Şəhərin müsəlman əhalisi baş verəcək qırğının qarşısını almaq məqsədilə təcili olaraq ermənilərlə danışıqlar aparılmasını zəruri hesab etdi. Məsləhətləşib öz aralarından nümayəndə heyəti ayırdılar və Mədrəsə kəndinə göndərdilər.

Erməni silahlı qüvvələrinin başçıları öz milli psixologiyalarına uyğun olaraq müsəlmanlara yalandan vəd verdilər, arxayın etdilər ki, guya onların yerli Azərbaycan əhalisi ilə heç bir işi olmayacaqdır. Riyakarlıqdan uzaq olan azərbaycanlılar ermənilərin bu vədlərinə inandılar.

Lakin erməni məkri çox davam edə bilmədi, danışıqlar hələ başa çatmamış azğın erməni quldurları öz vəhşi niyyətlərini həyata keçirməyə başladılar. Tszliklə Şamaxı şəhəri top atəşinə tutuldu. Axşamüstü isə silahlı erməni dəstələri şəhərə daxil olub, əvvəlcədən nəzərdə tutduqları qırğını həyata keçirtdilər.

İki gün ərzində şəhərdə azərbaycanlıların evi yandırıldı, talan edildi, günahsız insanlar amansızcasına qətlə yetirildilər.

Heç bir silahı olmayan dinc əhali özünü müdafiə edə bilmədi.

Hadisənin üçüncü günü soyqırımı müvəqqəti olaraq dayandırıldı. Vahimə içində olan şəhər əhalisi qorxudan küçəyə çıxa bilmir, müqavimət göstərmirdi. Hadisələrin qarışıqlığından istifadə edən ermənilər Şamaxıda özlərinin yerli hökumətini yaratdılar. Qondarma erməni hökuməti hamıya evdə oturmaq, küçəyə çıxmamaq barədə göstəriş verdi. Əhaliyə belə bir fikir aşılandı ki, küçəyə çıxmayanlara qarşı heç bir cəza tədbirləri görülməyəcəkdir. Əslində isə bu, qondarma erməni hökumətnin məkrli niyyəti idi. Bir qədər sonra bu niyyət üzə çıxdı. Şəhərə tam hakim kəsildikdən, yəni yiyələndikdən sonra erməni silahlı dəstələri salamat qalmış, yandırılmamış müsəlman evlərinə soxuldular, silah, hədə qorxu gücünə soyğunçuluq etməyə başladılar. Onlar kişiləri guya “idarəyə aparırıq” adı ilə evdən çıxarıb kütləvi şəkildə öldürdülər.

Şamaxı qırğınının sədası tezliklə hər tərəfə yayıldı. Ermənilər Gəncədən müsəlmanların silahlı dəstələri gələnə qədər öz çirkin fəaliyyətlərinin davam etdirir, hər yerdə azərbaycanlıları vəhşicəsinə öldürürdülər. Gəncədən köməyə gələn silahlı dəstələr Şamaxı şəhərini tezliklə bu qaniçənlərdən azad etdilər. Xalq bu qırğın zamanı qətlə yetirilənləri hələ ayırd etməmiş, dəfn eləməyə macal tapmamış Bakıdan gələn erməni silahlı dəstələrinin təzyiqi altında Gəncə silahlıları şəhəri tərk etməyə məcbur oldular, Şamaxı yenə də ermənilərin əlinə Şamaxı əhalisinin başına bu dəfə daha dəhşətli bəlalar açıldı. Şəhərdən qaça azərbaycanlılar qarşılarına çıxan müsəlman əhalisinə öz canlarını xilas etməyə, Şamaxının mərkəzində ermənilərin görünməmiş vəhşiliklər elədiuini bildirdilər. Amma - Göyçaydan gəlmiş bir nəfər axund bu şayiələrə inanıb qaçmamağı, ermənilərlə danışıqlar aparacağını və bundan sonra müsəlman əhalisinə heç bir xətər toxunmayacağını vəd etdi.

Başlarına min bir müsibət gətirilən azərbaycanlılar axundun dediyinə, danışıqların bir səmərə verəcəyinə inanıb qaçmadılar. Şəhər sakinlərinin xeyli hissəsi ev eşiklərini tərk etməyib daha bu dəhşətli qırğına məruz qalmayacaqlarına inandılar.

Bir neçə gün sonra isə Şamaxı ikinci dəfə qan ocağına çevrildi. Azərbaycanın başqa ərazilərində qırğınlar törədən erməni quldurları Şamaxıda misli görünməmiş cinayətlərə əl atdılar. Onlar qadınların və kişiləri tənasüf üzvlərini kəsmiş, körpə uşaqları yerə mıxlamış, meyidlərin başına min bir oyun açmışdılar.

Əhalinin qabağını kəsib şəhərdən çıxmağa qoymayan, onlara şirin vədlər verən axundun özü də ermənilərin qəzəbinə düçar olmuşdu. Əvvəlcə onun dilini, qulaqlarını, burnunu kəsmiş, sonra isə başının dərisini soymuşdular.

Şamaxı qırğınının başlıca təşkilatçılarından biri Stepan Lalayev, Samson Aspirov və Saatsazbəyov ilə birlikdə böyük bir erməni silahlı dəstəsi şəhərə gələrək yerli erməni sakinlərinin başçısı Gülbəndov və başqalarına məscidi mühasirəyə almağı tapşırdı. S.Lalayev yaxşı bilirdi ki, Azərbaycan əhalisinin böyük bir qismi-qocalar, qadınlar və uşaqlar qırğından salamat qalmaq üçün Allahın evinə-məscidə pənah gətirib, burada gizlənmişlər. Qaniçən quldur azərbaycanlıları öldürməkdən həzz alırdı. O, məscidi yandırmağı, eşiyə çıxanlara aman vermədən güllə ilə öldürməyi əmr eləmişdi.

Məscidə toplanmış yüzlərlə dinc əhali, xüsusən qocalar, qadınlar, uşaqlar, bir sözlə, dəhşətli qırğından qaçıb canlarını xilas edə bilməyən və ümidlərini Allahın dərgahına bağlayan günahsız insanlar diri-diri bu məsciddə yandırıldılar. Eşiyə qaçmaq istəyənlər isə dərhal güllələndilər.

S.Lalayevi əmri ilə erməni quldurları cavan qadınları, qızları onun Şamaxıdakı evinə aparırdılar. Burada onları soyunduraraq, əvvəlcə spirtli içki içdirir, sonra da silah gücünə onları zurna altında rəqs elətdirir, elə oradaca zorlayır və bir qismini öldürür, bir qismini isə hündür eyvandan küçəyə atırdılar. Şamaxıya türk qoşunlarının gəlməsi ilə bu qadınlardan cəmi 8 nəfəri xilas edilə bildi. Erməni azğınları bu köməksiz qadınları, qızları öz vəhşətlərinin, ehtiraslarının qurbanı etdikdən sonra, vəhşicəsinə öldürmüşdülər.

S.Lalayev Şamaxı əhalisinin əlindən çox yanıqlı idi. 1905-ci ildə baş vermiş erməni-müsəlman qırğını zamanı onun atası və əmisi müsəlmanlar tərəfindən öldürülmüşdü. Həmin dövrdə Atabekov isə Şamaxı müsəlmanlarının köməyi sayəsində şəhər komissarı vəzifəsindən çıxarılmışdı.

Hər iki cəllad bu tarixi faktı yaddan çıxarmayıb, əllərinə fürsət düşən kimi Şamaxı əhalisindən bu cür qisas aldılar, onlar minlərlə günahsız insanı vəhşicəsinə qətlə yetirdilər, evlərini yandırdılar, kəndlərini dağıtdılar. Bir sözlə, Şamaxı şəhəri görünməmiş faciələrlə qarşılaşdı.

Bu qanlı hadisədən bir neçə ay sonra, Şamaxı qırğınından xilas olmuş Hacı Soltan Zamanov, Hacı Mir İsmayıl və başqaları Bakıya gəlmiş müttəfiq qoşunlarının baş komandanı Tomsona yazdıqları məktubda Stepan Lalayev barədə bildirirdilər ki, vəhşiləşmiş bu insanı şamaxılıların başına gətirdiyi müsibətlərə görə hərbi məhkəməyə vermək lazımdır. Məktubda göstərilir ki, S.Lalayev mart ayında özü quldur dəstəsi ilə Şamaxıya gələrək bütün kəndləri, yaşayış məskənlərini dağıtmış, yandırmış, əhalisini isə, demək olar, bütünlüklə qırdırmışdır. Bütün kişiləri şəhərdə qılıncdan keçirmiş, hətta oğlan uşaqlarına belə rəhm etməyərək öldürmüşlər. Kişilərin və qadınların gözü qarşısında qadınları, qızları zorlamışlar. Şəhər tam soyulub talandıqdan sonra yandırılmış, bir məscid belə salamat qalmamışdır. Şəhərdə mövcud olan beş min evdən yalnız məktəbin binası salamat qalmışdı. Hazırda Şamaxı şəhəri qəbiristanı xatırladır. Bütün bu faciənin əsas günahkarı yalnız S.Lalayevdir. Belə bir cəllad cəzasız qalmamalıdır.

Şamaxı qırğınında təsadüfən salamat qalmış şahidlər bu qanlı faciənin

Lakin martın 18-də sübh tezdən ermənilər Mədrəsədə yerləşdirilmiş toplardan Şamaxı şəhərinə atəş açdılar. Yuxudan hövlnak duran şəhər əhli pal-paltarını geyinmədən hara gəldi qaçmağa başladı. Şamaxıda yaşayan molokanlar da ermənilərə qoşularaq şəhərin müsəlman əhalisinə qarşı vuruşdular. Demək olar, heç bir silahlı müqavimətə rast gəlməyən ermənilər şəhərin aşağı hissəsinə daxil oldular. Onlar evlərə soxulub, qabaqlarına çıxan müsəlmanları öldürür, evləri talan etdikdən sonra yandırırdılar.

Bu hadisənin şahidi olan Şamaxı sakini Məhiyyəddin Əfəndi oğlu isə bu barədə belə ifadə vermişdir: “Ermənilər Şamaxını top atəşinə tutduqdan sonra əhali küçəyə qaçdı və gördü ki, erməni silahlıları şəhəri üç tərəfdən, molokanlar isə bir tərəfdən mühasirəyə almışlar. Bir neçə saatdan sonra ermənilər şəhərə basqın edib, evləri yandırmağa və adamları güllələməyə başladılar. Bu qırğına Qavril, Qaraoğlanov, poçt-teleqraf idarəsinin rəisi Gülbəndov, Qaramanov, dəllək Samvel, dəllək Ovanes, Stepan Lalayev, mədrəsəli Sidrak və bir çox başqaları rəhbərlik edirdilər.

Bu qırğından birtəhər canlarını qurtarıb qaçan azərbaycanlılar Kürdəmirdə, Gəncədə özlərinə sığınacaq tapmaqla Şamaxıya erməni əsirliyində qalmış müsəlmanları xilas etmək üçün lazımi tədbirlər görürdülər. Martın 28-də İsmayıl xan çox da böyük olmayan bir dəstə ilə Şamaxıya daxil oldu. Ermənilər silahlı toqquşmadan ehtiyat edərək Qozluçay kəndinə çəkildilər və burada qüvvə toplamağa başladılar. İsmayıl xan Qozluçay kəndindən nümayəndə çağırıb erməni quldurlarını təhvil verməyi tələb etdi. Molokanlar vəziyyətin çox kəskin şəkil aldığını görüb onlara iki gün möhlət verilməsini bildirdilər. İki gündən sonra isə molokanlar erməniləri verməyəcəklərini və onlarla birgə Şamaxıdan gedəcəklərn barədə xəbər göndərdilər.

İsmayıl xan məcburiyyət qarşısında qalıb Qozluçaykəndi üzərinə hücum əmri verdi. Lakin atışma başladıqdan bir qədər sonra o, erməni silahlı qüvvələrinin ona üstün gələcəyini görüb, Şamaxıya geri çəkildi.

Həqiqətən, ermənilərin hərbi qüvvəsi İsmayıl xanın dəstəsindən bir neçə dəfə çox idi. İsmayıl xanın dəstəsi elə həmin gün axşamüstü Şamaxını tərk elədi. Yenidən Şamaxının qara günləri başlandı.

Gəncə silahlı qüvvələrinin başçısı İsmayıl xan Ziyadxanov Şamaxıdan gedərkən əhaliyə şəhəri tərk etməyi tapşırmışdı. Qozluçay kəndindən molokanların himayəsində olan ermənilər Bakıdan xeyli hərbi qüvvə almaqlarına baxmayaraq, yenə də Şamaxıya bir müddət hücum etməyə cəsarət eləmədilər. Onlar İsmayıl xan Ziyadxanovun dəstəsinin hələ orada olmasından ehtiyat edirdilər. Gəncə silahlı dəstəsi getdikdən yalnız altı gün sonra ermənilər şəhərə daxil oldular. İ.Ziyadxanovun sözünə məhəl qoymayıb şəhərdə qalan əhalinin, demək olar ki, hamısı vəhşicəsinə qırğına məruz qaldı”.

Şahid Siracəddin Əfəndiyevin dediyi məlumatdan aydın olur ki, ermənilər insanları təkcə öldürməklə kifayətlənmirdilər, onlar qadın və kişi meyidləri üzərində xüsusi vəhşiliklər törədirdilər, öz əməllərinə baxıb həzz alırdılar, azyaşlı uşaqlara və qadınlara paz çalırdılar.

Şamaxı qırğınından salamat qalan qaçqınlar Göyçay qəzasının müxtəlif rayon və kəndlərinə pənah aparmışdılar. Qaçqınların bir qismi Kürdəmirə gəlmişdi. Lakin bu qırğından təxminən iyirmi-otuz gün sonra ermənilər Kürdəmirə də basqın edib evləri yandırdılar, əhalini gülləboran etdilər.

Əhali xilas olmaq üçün Göyçay qəza mərkəzinə qaçdı. Amma Qarasu deyilən bataqlığı keçə bilmədiklərindən elə oradaca qalmalı oldular. Qaçqınlar həftələrlə burada qalıb, hər cür məhrumiyyətə dözdülər, bataqlığın suyundan içdiklərinə görə xəstələndilər. Qarasu yüzlərlə qaçqını öz ağuşuna aldı... Beləliklə, qırğından xilas olub, aclığa, soyuğa, hər cür ağır məhrumiyyətə dözən mətanətln bu zavallı qaçqınlar bataqlıqdan içdikləri sudan kütləvi şəkildə qırıldılar.

Bu hadisənin şahidi olan S.Əfəndiyev qeyd edir ki, Şamaxıda meyid əlindən tərpənmək mümkün deyildi. Hər addımbaşı müsəlmanların vəhşicəsinə öldürülmüş meyidlərini görürdüm. Bir yerdə gördüyüm dəhşətli mənzərə heç vaxt yadımdan çıxmayacaqdır. İki nəfər insanın-öldürülmüş kişi və qadın meyidləri üzərində yarıya bölünmuş 3-4 yaşlı uşaq meyidi qoyulmuşdur.

Erməni cəlladları neçə-neçə ailənin, nəslin kökünü bax beləcə kəsmiş, nə uşağa, nə qadına rəhm etməmişdilər. Tarixi araşdırmalar göstərir ki, bu hadisələrdə Şamaxının kəndləri daha dəhşətli soyqırımına məruz qalmışdır. Şamaxının Ərəbqədim kəndində 200 nəfər kişi, 100 nəfər qadın, 78 nəfər uşaq, Dilman kəndində 300 nəfər kişi, 235 nəfər qadın, 50 nəfər uşaq, Tağılı kəndində 360 nəfər kişi, 412 nəfər qadın, 152 nəfər.uşaq vəhşicəsinə öldürülmüşdür. Eyni vəziyyət başqa kəndlərin də başına gətirilmişdir. Bütövlükdə yalnız Şamaxının kəndlərində 5000 nəfərdən çox kişi və qadın, 1000 nəfərə yaxın uşaq qətlə yetirilmişdir. 1918-ci ilin mart ayında aparılan hesablamalara görə Şamaxının 58 kəndində soyqırımının həyata keçirilməsi nəticəsində 7 min nəfərdən çox azərbaycanlı öldürülmüşdür.

Lakin qeyd etməliyik ki, bu həmin faciənin bütün tam mənzərəsini açıb göstərən rəqəm deyildir. Çünki Şamaxıda və onun ətrafında ermənilərin törətdiyi soyqırımı sonralar da həyata keçirilmişdir ki, bu hadisələr, qətllər o vaxt hökumət dairələri tərəfindən müfəssəl uçota alınmamışdır.

Stepan Lalayevin dəstəsi 1918-ci ilin aprel ayında da Şamaxının kəndlərinə basqın etmiş, qırğından canlarını birtəhər qurtarmış azərbaycanlılar üçüncü dəfə soyqırımına məruz qalmışlar.

Şamaxı qəzasının Qalaybucurt kəndinin sakinləri Məmmədzər Qəhrəman oğlu, Mustafa və Əbdüləli Əbdüləzim oğlu 1918-ci il aprelin 25-də başlarına açılan müsibət barədə belə məlumat vermişlər: “Şamaxı faciəsindən bir neçə gün sonra kəndimizə 100 nəfərlik bir silahlı dəstə gəldi. Molokanlardan və ermənilərdən ibarət olan bu dəstəyə Stepan Lalayev başçılıq edirdi. Bu, dəstəd Çuxuryurd kəndinin sakinləri Baros-Ovanes oğlu, Palanq və Semyon Qara İvan oğlu, Polovinkin və Yakov Qara İval oğlu, Semyon Popov və Matvey Qarayev və tanıdığımız başqa ermənilər də var idi. Stepan Lalayev özünü bizim padşahımız elan edib bildirdi ki, əmlakımız və özümüz ona məxsusuq. O, mal-qaranı, əmlakımızı və bütün varidatımızı bir yerə toplamaq barədə əmr verdi.

Sonra bizi heyvan sürüsü kimi qabaqlarına qatıb aparmağa başladılar. Meşəyə çatdıqda, S.Lalayev hamını güllələmək əmri verdi. Yüzlərlə günahsız, dinc əhali meşədə amansızcasına öldürüldü. Bu qırğından cəmi dörd nəfər xilas ola bildik”.

Azərbaycan Demokratik Respublikası qurulduqdan sonra Bakı, Quba və Şamaxıda erməni cəlladlarının törətdikləri qırğınları təhlil etmək məqsədilə dərhal təcili fövəladə komissiya yaradıldı. Bu komissiya öz dövrünə görə xeyli iş görməsinə baxmayaraq, onun tərtib etdiyi materiallar, sənədlər, şahidlərin dindirilmə protokolları, çox təəssüf ki, vaxtında işıq üzü görmədi, dünya içtimaiyyətinin diqqətinə çatdırılmadı.

Lakin onu da qeyd edək ki, bu komissiya yaradılana qədər dövrün bir sıra qəzetləri bu faciəyə öz qiymətini vermiş, ermənilərin vəhşi simasını açmış, törətdikləri qırğınlar barədə ətraflı materiallar dərc etmişdilər.

1918-ci il oktyabrın 21-də “Azərbaycan” qəzeti bu barədə yazırdı ki, biz Şamaxı əksinqilabçılarının başına nə gəldiyini bilmirik, amma onu bilirik ki, başda sosialist “Əmirov və Lalayev” olmaqla qırmızı sosialist dəstəsi Şamaxıda olan bütün müsəlman əhalisini kəsib doğramış, 40-a qədər kəndi dağıtmışdılar. Lalayevin Şamaxı müsəlmanlarına qarşı törətdiyi vəhşiliklər bu müddət ərzində gördüklərimiz bütün dəhşətləri kölgədə qoyur.

Bu mətndən aydın olur ki, Şamaxıya göndərilən erməni silahlı dəstələri guya əksinqilabçıları cəzalandırmalı idilər. Əlbəttə, bu, gözdən pərdə asmaq, əsl həqiqəti ört-basdır etmək məqsədi daşıyırdı. Bu dövrdə Şamaxıda əksinqilabi qüvvələr yox idi. Şamaxı kəndlərinə gətirilən silah arabalarına görə əhalinin narazılığı əks inqilabi çıxışlar kimi irəli sürülmüşdür. Əvvəlcədən planlaşdırılmış bu qırğın guya sosialist qüvvələrinin əksinqilabçılara qarşı çıxışı kimi qələmə verilmişdi.

1918-ci il noyabrın 29-da Bakı şəhərində yaşayan bir qrup Şamaxı sakini müttəfiq qoşununun ali komandanı Tomsona müraçiət edərə yazırdılar ki, bizə məlum olduğuna görə hazırda Stepan Lalayev həbs edilərək sizin sərəncamınızda saxlanılır. Sizdən acizanə xahiş edirik ki, ədalət və insanpərvərlik naminə bu vəhşi insanın şamaxılılara vurduğu ziyanlara, vəhşiliklərə görə onu hərbi məhkəməyə verəsiniz. O, mart ayında öz dəstəsi ilə Şamaxıya gələrək yol boyu bütün kəndləri yerlə yeksan etdi, bütün əhalini qırdı.

Fövqəladə Hərbi İstintaq Komissiyasının başçısı Kocemyako Şamaxı hadisələrindən bir qədər sonra, yəni qırğından xilas olmuş şamaxılıların müraciətinə əsasən qatil Stepan Lalayevi həbs etmək istərkən, o, Kocemyakonu söymüş, elə onun yanından Stepan Şaumyana zəng vurub əhvalatı ona danışmışdır. Bakı Xalq Komissarları Sovetinin sədri S.Şaumyan elə oradaca Kocemyakonu telefona çağırıb demişdi: “Lalayevi həbs etmək yaxşı iş deyil, bu nə deməkdir?”.

Beləliklə, S.Lalayev həbs olunmamış və öz mühafizəçiləri ilə birgə Bakı küçələrində yenə var-gəl edərək müsəlmanlara qarşı yeni cinayətlər törətməyə başladı. Bir neçə gün sonra isə hərbi İstintaq Komissiyası ləğv edildi (“Azərbaycan” qəzeti, 30 mart 1919-cu il).


QUBA QIRĞINI
Rusiyanın himayədarlığı ilə istədikləri əməlləri həyata keçirən ermənilər, Qafqaza gəlmə bir xalq olmalarına baxmayaraq, bu qədim və zəngin ərazidə yurd salmaq, dövlət yaratmaq üçün hər cür yola-hiyləyə, fitnə-fəsada əl atmışlar.

Bu haqda rus tarixçiləri İ.Dyakonov və N.Şavrov belə demişlər: “Qədim ermənilər, təxminən bizim eradan əvvəl birinci minillikdə, Fərat çayının yuxarı vadisi zonasında meydana gəlmişlər” (İ.Dyakonov. Erməni xalqının ilkin tarixi. Yerevan, 1968, s. 237). “XX əsrin başlancığında Zaqafqaziyada yaşayan 1 mln. 300.000 ermənidən 1 milyondan artığı bu rayonun yerli əhalisi deyildir: onlar buraya bizim tərəfimizdən köçürülmüşlər” (N.Şavrov. Zaqafqaziyada rus mənafeyi üçün yeni təhlükə. Sankt-Peterburq. 1911, s. 61).

Aprelin ortalarında S.Şaumyan özünün sadiq məsləkdaşı David Gelovanini iki yüzə yaxın silahlı əsgərlə (ermənilərdən ibarət) Qubaya göndərir. Burada özünü Quba Qəza Komissarı elan edən D.Gelovank yerli əhaliyə bildirir ki, onlar mütləq bolşeviklərin hakimiyyətini tanımalıdırlar. Vəziyyətin çox ağır olduğunu dərk edən qubalılar bu təkliflə razılaşırlar. Bir neçə gündən sonra Qubada sakitliyin yarandığını görən D.Gelovani yerli camaatın tərksilah, edib həbsxanada saxladıqları iki yüzdən artıq ermənini azadlığa buraxdırır.

D.Gelovaninin Qubada bolşevik idarə üsulu uzun çəkmir. Bir neçə gündən sonra şəhərin özünün və ətraf kəndlərin camaatı bolşevik komissara silahlı müqavimət göstərib onun ya Qubanı tərk etməsini, ya da təslim olmasını təklif edirlər. Arxadan köməyə gələn toplu-pulemyotlu xüsusi hərbi dəstə belə D.Gelovaniyə kömək edə bilmir.

D.Gelovani Qubanı tərk etmək məcburiyyətində qalır. Şəhərdən çıxarkən, o, buradakı erməniləri də özü ilə aparır. Qubalılar bu hadisələr zamanı həm şəhərdə yaşayan, həm də D.Gelovaninin əsgərlərindən olan ermənilərdən az da olsa Bakı qırğınının hayıfını çıxırlar.
DAŞNAK AMAZASPIN QUBA MAHALINA HÜCUMU
D.Gelovani Qubadan qovulduqdan iki həftə sonra xəbər gəlir ki, bolşeviklərin bu mahala yeni və güclü təcavüzü hazırlanır.

May ayının 1-də məhşur daşnak zabiti Amazaspın başçılığı ilə ancaq ermənilərdən ibarət olan böyük hərbi dəstəsi Qubanı mühasirəyə alaraq şəhəri toplardan və pulemyotlardan atəşə tuturlar.

Məlum olduğu kimi, Amazaspın dəstəsi elə belə adi əsgərlərdən ibarət olmamışdır. Onlar xususi “Cəza dəstəsi” adı altında birləşən, vəhşilikləri ilə seçilən ermənilərdən ibarət qoşun hissələri idi.

Amazaspı “Cəza dəstəsi” ilə Qubaya şəxsən S.Şaumyan göndərmiş və bu barədə o, digər komissarlarla heç məsləhətləşməmişdi. Bu dəstəni tərtib edən yalnız hərbi komissar Qriqori Korqanov olmuşdur. Q.Korqanov S.Şaumyanın təklifi ilə Amazaspın dəstəsinə yalnız “Daşnaksütyun” partiyasının üzvü olan əsgərləri (iki min nəfər) daxil etmiş və ona qatı millətçi Venuntsu dəstə komissarı, Nikolay adlı hərbiçini isə köməkçi təyin etmişdi.

Amazaspın Qubanı işğal etdikdən sonra şəhər camaatına hədə-qorxu müraciətində onun dəstəsinin bu yerlərə hansı məqsədlə göndərildiyi açıq şəkildə ifadə olunur. O vaxt Amazasp demişdir: “Mən erməni xalqının qəhrəmanı və onun marağının müdafiəçisiyəm. Mən buraya-Qubaya xüsusi cəza dəstəsi ilə ona görə göndərilmişəm ki, iki həftə əvvəl burada öldürülən ermənilərin hayıfını sizdən alım. Mən buraya qayda-qanun yaratmaq üçün, Sovet hakimiyyətini qurmaq üçün gəlməmişəm.

Bu yerlərdə erməniləri qırdığınıza görə Xəzər dənizinin sahillərindən tutmuş Şah dağına qədər olan ərazidə yaşayan bütün müsəlmanları məhv etmək barədə mənə göstəriş verilib. Mənə sizin yurd-yuvanızı yerlə yeksan etmək, Şamaxıda törətdiklərimizi sizin də başınıza açmaq, erməni qardaşlarımızın qanının intiqamını almaq tapşırılıb”.



QUBADA ERMƏNİ VƏHŞİLİKLƏRİ
Amazaspın dəstəsi istər Qubaya gələrkən bütün yol boyu, istər şəhərə girərkən, istərsə də mahalın digər ərazilərində olarkən çox dəhşətli və qansız hərəkətlər etmişlər. Ermənilər, qarşılarına çıxan kəndləri, obaları, yurd yerlərini dağıdır, yandırır, rastlaşdıqları kişiləri, qadınları, uşaqları qəddarcasına qətlə yetirirdilər. Qubada bir-bir evlərə girib bəzən butün ailəni məhv edən ermənilər hətta hamilə və uşaqlı qadınlara belə rəhm etməmişlər. Məsələn, onlar Kərbəlayı Məmməd Tağı oğlunun 14 nəfərdən ibarət ailəsinin, Məhəmməd Rəsul oğlunun 5 nəfərlik ailəsinin başlarını kəsmiş, Hacı Dadaşbala Qasım oğlunun arvadı Məşədi Bibixanımın və oğlu Abdul Qasımı diri-diri oda ataraq yandırmış, Kərbəlayı Abuzər Məstan oğlunu və iki qızı - Hökuməni və Bustanı qucaqlarındakı körpələrlə birlikdə tikə-tikə doğramış, Məşədi Qənbər Molla Məhəmməd Saleh oğlunu, onun arvadını və beş körpə uşağını şaqqalamışlar.

Qubanın o vaxtkı ağsaqqallarından Molla Şahbaz, Usta Məhəmməd Rəsul Bayram oğlu, Məşədi Musa Zeynal oğlu, Məşədi Əli Məşədi Feyzulla oğlu, Kərbəlayı Dadaş Bağır oğlu, Cabbar Məmməd Əli oğlu, Səfərli Məşədi Talıb oğlu və onlarca digər ailə başçısı qətlə yetirilmişdir.

Hər cür vəhşilik və talanlarla yanaşı, ermənilər ən alçaq və rəzil hərəkətlərə də əl atmaqdan çəkinmirdilər. Belə ki, qansız erməni əsgərləri şəhərin hörmətli ağsaqqallarına əmr etmişlər ki, onlara əylənmək üçün müsəlman qadın və qızları gətirsinlər. Bununla qəti şəkildə razılaşmayan Əlipaşa Kərbəlayı Məhərrəm oğlu və onun oğlu yerindəcə vəhşicəsinə güllələnmişlər. Bəzən ermənilər onların əmrlərini yerinə yetirməyən kişilərin gözlərini çıxarmış, qarınlarını xəncərlə doğram-doğram etmişlər. O vaxt şəhərdə iki mindən artıq kişini öldürən azğın erməni əsgərləri yüzə yaxın qadın və qızı zorlamış, namusuna toxunmuşlar...

Şəhər əhalisinin əmlakı tar-mar edilərək oğurlanmışdır. Təkcə Qubanın özündə Amazaspın əsgərləri dörd milyon manat nəğd pul, xeyli qızıl pul, qızıl və qiymətli daş-qaş-və beş milyon manatlıq əşya-mal, iyirmi-beş milyon manatlıq ərzaq ehtiyatı ələ keçirmişdilər. (Xatırladaq ki, həmin qızılların və qızıl pulların bir hissəsi sonralar S.Şaumyan öz məsləkdaşları ilə birlikdə həbs edilərkən onun yük çamadanlarındakı 80 milyon məbləğindəki qızıl pulun içərisində olmuşdur).

Təkcə Qubanın özündə Amazaspın dəstəsi 105 ev yandırmışdır. İbrahim bəy Şıxlarlıya, Məşədi Əli Hüseynova, Orucəli Məmmədova, Bəkir Mehrəliyevə, Səttar Məmmədyarova, Hidayət Əmirbəyova, Qafar Orucova, Əlibəy Zizikliyə, Rəcəb Orucova, Yusif bəy Abdulsəlimbəyova, İsgəndər Abdullayevə məxsus böyük mülk evlərin, şəhərdəki məscidlərin, bir sıra idarə və digər inzibati binaları yandırılıb külə döndərillməsi əhaliyə olduqca ziyan vurmuşdur.

ZƏNGƏZUR QIRĞINLARI.
Azərbaycan üçün, doğma xalqımızın müsibətləri baxımından faciələrlə dolu bir il - 1918-ci il əzəli türk torpaqları, olan Zəngəzur qəzasından da yan ötməmişdir. Lakin Zəngəzurun faciəsi və bəlalarının daha ağrılı tərəfi budur ki, bunlar təkcə 1918-ci ildə bitməmişdir, bu və ya başqa formada sonrakı illərdə də davam etdirilmişdir.

Zəngəzur torpaqlarında daşnakların 1918-ci ildə törətdiyi qanlı cinayətlərin mərkəzində yenə də qəddar cani və qatil, bu gün isə rəsmi Ermənistan, erməni lobbisi və diasporu tərəfindən “erməni xalqının milli qəhrəmanı” kimi dünya ictimaiyyətinə təqdim edilən tayqulaq general Andronik durur. Bu cinayətlərin başlanğıcı Ərzurumda qoyulmuş, Naxçıvanda, Göyçə mahalında, İrəvanda daha amansızlıqla davam etdirilmiş, Zəngəzur və Qarabağda əsl mənada vəhşilik səviyyəsinə çatdırılmışdı. Nəticədə on minlərlə azərbaycanlı, kürd əhalisi dəhşətli əziyyətlərə, məhrumiyyətlərə məruz qalmış, həlak olmuş və yaralanmışdı. Həlak olanların əksəriyyəti yalnız azərbaycanlı, yaxud müsəlman olduqlarına görə qətlə, yetirilmişdilər. Bu da məlumdur ki, ölənlərin böyük əksəriyyətini qadınlar, qocalar və uşaqlar təşkil etmişdi.

Tarixdən məlumdur ki, xəyanətinə görə türkər tərəfindən tayqulaq edilmiş general Andronik 1917-ci il dekabrın 19-da erməni milli şurasının iclasında həyasız bir bəyanat vermişdi: “Əgər siz məni Ermənistanın oğlu sayırsınızsa, mən günü sabah Ərzuruma yola düşərəm... turkləri və azərbaycanlıları, kürdləri və yəhudiləri qırmaq üçün öz rəşadətli dəstəmlə gedərəm və məni heç kəs dayandıra bilməz” (Arif Mansurov. Belıyepyatna istorii i perestroyka. Bakı, 1990, səh. 128).

Andronik Zəngəzur qəzasına hücum etməzdən əvvəl, necə deyərlər, Göyçə mahalında “zəngin təcrübə qazanmış”, Naxçıvanda “(Sovet hakimiyyəti elan etmiş”, məhz Leninin gözündə “xalq qəhrəmanı kimi” yüksəldikdən sonra o zaman Azərbaycanın ayrılmaz hissəsi olmuş Zəngəzura hücum etməyə cəsarət göstərmişdir. Törətdiyi cinayətlər üçün heç kəs qarşısında məsuliyyət daşımaması onu daha, da azğınlaşdırmışdır. Naxçıvanda törədilmiş vəhşiliklərdən ayrıca söhbət açılacağını nəzərə alaraq, biz Andronikin Göyçə mahalının təkcə Basarkeçər bölgəsindəki “qəhrəmanlıqları” üzərində bir qədər ətraflı dayanmaq fikrindəyik.

1918-ci ilii əvvəllərində Andronikin quldur dəstələri Basarkeçərə gəlmiş və burada 6 erməni kəndi istisna olmaqla Azərbaycan kəndinin hamısında hərbi postlar qoymuşdular. Andronikin sağ əli rotmister Silikov qardaşlarının və mayor Vahramın başçılıq etdiyi qərargahın tapşırığı ilə Azərbaycan kəndləri üçün xərac müəyyən olunmuşdu. Andronik vəhşiliklərinə xas olan belə, bir səciyyəvi cəhəti də göstərmək lazımdır, ki, onlar məhz camaatın var-yoxunu əlindən aldıqdan sonra kəndlərdə kütləvi qırğınlara başlayırdılar. Burada da belə olmuşdu. Əvvəlcə kəndlər arasında gediş-gəliş qadağan olunmuş, sonra isə bölgənin erməni əhalisi arasında Andronikin xüsusi əmrini yaymışdılar ki, hansı erməni türkə kömək etsə, onu gizlətsə, yerindəcə güllələnəcəkdir. Bundan sonra daşnaklar özlərinin bədxah niyyətlərini birbaşa həyata keçirmiş və Novruz bayramına bir gün qalmış azərbaycanlıları kütləvi surətdə qırmağa, onların evlərini yandırmağa başlamışdılar. Həmin məsum gecədə Andronikin cəlladları təkcə Şişqaya kəndində 640- nəfəri yandırmış və güllələmişdilər (onlardan 380 nəfəri uşaq, qadın və qoca olmuşdur). Erməni yaraqlıları Kiçik Məzrə kəndində 90 nəfəri öldürmüş, iki qadını əsir götürmüş, Hüseynquluağalıda 30, Daşkənddə isə 21 adamı öldürmüş, evləriii yandırmışdılar. 40 mindən artıq adam öz doqma yurdlarını tərk edərək Kəlbəcər-Qumlubulaq aşırımı ilə Azərbaycana qaçmışdılar (“Vətən səsi” qəzeti, 4 iyul 1990-cı il). Şişqayada azərbaycanlı ağsaqqalların bir qrupu daşqalaq edilmiş, adamların belinə qaynar samovar bağlamaqla onların qətlə yetirilməsi kimi vəhşiliklər törətmişdilər. Heç şübhəsiz ki, tarix belə qeyri-insani ölüm hallarının “kəşfi üçün” erməni “xalq qəhrəmanı” Andronik barədə öz obyektiv sözünü deyəcəkdir.

Lakin bu heç də o demək deyildir ki, erməni cəlladlarının azğınlığı həmişə “zəfərlə” başa çatmışdı və necə deyərlər, onların burunları heç yerdə ovulmamışdı. Ayrı-ayrı yerlərdə işğalçılar ciddi müqavimotə rast gəlmişdilər. Məsələn, Zod kəndində toqquşma zamanı erməni dəstə komandiri rotmistr Silikov qardaşları, kornet Xaçaturov, adyutant və daha 15 daşnak məhv edilmişdi, (Azərb. EA Xəbərləri, 1989, 4, səh. 91-92).

Andronikin Göyçə mahalında törətdiyi cinayətlər nəticəsində Çamırlı, Mədinə, Bığlı, Anağızoğlu, Qışlaq, Qulalı, Küsəcik, Alçalı, Kiçik Qaraqoyunlu və Dəliqardaş kəndləri yerlə yeksan edilmiş, xarabazarlığa çevrilmişdi. Basarkeçərdə “qəhrəmanlırı” ilə xususi fərqlənmiş Andronikin yaxın silahdaşı, mayor Vahramın aşağıdakı sözləri bu cinayətkarların əsl simasını və məqsədini necə də aydın ifadə edir: “Mən heç nəyə fərq qoymadan Basarkeçərin turk əhalisini məhv etdim. Lakin bəzən gülləyə heyfim gəlir. Bu itləri qırmaq üçün ən yaxşı vasitə odur ki, döyüşdən sonra sağ qalanların hamısını yığıb quyulara doldurasan və üstündən ağır daşlar qoyasan ki, onlar bu dunyada qalmasınlar. Mən belə də etdim: bütün kişiləri, qadınları və uşaqları yığıb quyulara tökdüm, quyuların ağzını daşlarla bağlayaraq onların işini bitirdim” (A.Lalayan-Kontrevolyutsionnıy daşnaksutyun i imperialastiçeskaya voyna 1914-19181q. Azərb. EA Xəbərləri, tarix, fəlsəfə və hüquq seriyası, 1989, №4 səh. 50).
NAXÇIVAN QIRĞINLARI
1918-ci il Milli Komitənin sədri Mir Hidayət Seyidzadənin verdiyi məlumata görə erməni silahlı qüvvələri Naxçıvan üzərinə iki istiqamətdən hücum etməyi planlaşdırmışdılar. Məlumatda göstərilir ki, ermənilər həmin dövrdə Sədərək, Qəməriyyə kəndlərinə basqın edərək bu yaşayış məntəqələrini məhv etmiş, sonra isə Şərur və Naxçıvan qəzası istiqamətində hərəkət eləməyə başlamışlar. Erməni silahlı qüvvələrinə bu kömək İrəvandan və Aleksandropoldan, yəni Gümrü şəhərindən edilmişdi.

İkinci quldur dəstəsinin isə Zəngəzur istiqamətindən gəlməsi gözlənilirdi. Məlumatda həyacanla bildirilirdi ki, əgər on beş gün ərzində tədbir görülməsə, Ordubad düşmən ayaqlarının tapdağı altında qalacaq, hər iki istiqamətdən hücum edən düşmənə cavab verə bilməyəcəyik.

Daşnak hökuməti Zəngəzur, Şərur, Naxçıvan, Ordubad qəzalarında yaşayan müsəlmanları qırmaqla bu torpaqları Ermənistan ərazisinə birləşdirməyi planlaşdırmışdı.

Türklərin Naxçıvandan, o cümlədən, Zaqafqaziyadan getməsi ermənilərin əl-qolunu açmışdı. Onlar Naxçıvan torpaqlarında yenidən hökmranlıq etməyə, bu əraziləri yaratdıqları daşnak hökumətinin ərazisinə qatmaq niyyətində idilər. Ermənilər bu məqsədlərini həyata keçirmək üçün müttəfiq qoşunlarının komandanlığından istifadə edirdilər. Müxtəlif vasitələrlə ermənilər tərəfindən ələ alınmış müttəfiq qoşunlarının komandanlığı və zabitlər təbiidir ki, bir çox məsələlərdə erməni daşnaklarının tərəflərini saxlayırdılar. Hətta general Devi 1919-cu ilin may ayında Naxçıvana gələrək, Naxçıvan və Şərur qəzalarının müsəlman əhalisini toplayaraq bildirmişdi ki, onlar bundan sonra erməni hökumətinə tabe olmalıdırlar.

Lakin general Devinin bu təklifi müsəlman əhalisi arasında çox böyük narazılıqla qarşılandı. Naxçıvan və Şərur qəzalarının əhalisi erməni hökumətinin son ildə müsəlman əhalisinə qarşı soyqırımı siyasətini tətbiq etdiyini nəzərə alaraq general Devinin təklifini rədd etdi və bu qərara gəldi ki, onlar Azərbaycan respublikasının tərkibindədir və heç bir qüvvə onları bu respublikanın tərkibindən alıb Ermənistan respublikasına verə bilməz..

Azərbaycanda və eləcə də Ermənistanda Sovet respublikasının yaradılması ərəfəsində müttəfiq qoşunlarının komandanlığı bu ərazilərdə yaşayan xalqlar arasında milli qırğınların daha da qızışdırılmasına xüsusi diqqət yetirirdilər. İngilis komandanlığının bu işdə böyük marağı vardı. Onların məhz yaxından köməyi sayəsində daşnak qoşunları 1919-cu ilin iyun ayında Naxçıvanı ələ keçirə bildilər. Əhaliyə amansız divan tutan daşnaklar Naxçıvanda yeni general-qubernatorluq yaradaraq general Şelkovnikovu başçı qoydular. Bir qədər sonra isə bu qubernatorluq qəddar daşnak Varşamyana həvalə edildi.

Qeyd etmək lazımdır ki, 1919-cu ilin yayında ingilislər və daşnaklar yalnız Naxçıvan şəhərinə və Naxçıvan-Yerevan dəmir yolu xəttinin ətrafına hakim idilər.

Bu dövrdə erməni daşnaklarına və ingilislərə qarşı xalqın mübarizəsini təşkil edən Kəlbalı xan, Cəfərqulu xan və Xəlil bəy düşmənin planlarını alt-üst edir, bütün əli silah tutan kişiləri öz ətrafına toplayırdılar.

Zaqafqaziya regionunda yaranmış hərbi siyasi vəziyyətin getdikcə kəskinləşməsi, Rusiyanın Azərbaycana qarşı hərbi müdaxiləsi həm daşnak hissələrinə, həm də bu hissələrə qarşı mətanətlə vuruşan əhaliyə öz təsirini göstərirdi.

Artıq 1920-ci il avqust ayının 10-da Qızıl Ordu ilə daşnaklar arasında atəşin dayandırılması haqqında barışıq imzalandı. Bu barışığa görə bütün Şərur qəzası və Naxçıvan qəzasının şimal-qərb məntəqələrinin bir hissəsi daşnakların əlində qaldı. Daşnak hökuməti isə Naxçıvandan, Qarabağdan və Zəngəzurdan müvəqqəti də olsa əlini çəkdi.

Lakin daşnak hökuməti bu barışığa məhəl qoymayaraq öz hərbi hissələrini Ordubad qəzasının şimal-qərb hissəsində əməliyyat keçirən Dro və Njdenin köməyinə göndərirdi. Bu quldur dəstələri Ordubad qəzasının kəndlərində özbaşınalıqlar edir, əllərinə keçən müsəlmanları ağır işgəncələrə məruz qoyurdular.

Əlbəttə, daşnaklar Naxçıvanın əldən verilməsi ilə heç cürə barışa bilmirdilər. Odur ki, onlar həm ingilislər, həm də qonşu İranda Maku sərdarı ilə sıx əlaqəyə girərək Naxçıvanın yenidən geri qaytarılması üçün müvafiq tədbirlər görməyə başladılar. Onlar bu məqsədlə 1920-ci ilin sentyabr ayında Naxçıvan üzərinə hücum etmək üçün Ordubad qəzasının cənub kəndlərinə hərəkət etdilər.

Lakin bundan xəbər tutan rus ordusu daşnak quldur dəstələrinin hücumunu dəf edib Ordubad şəhərini azad etdi.

Beləliklə, 1920-ci ilin payız və qış aylarında bütün Naxçıvan torpaqları rus qoşunlarının köməyilə daşnaklardan təmizləndi.




Yüklə 78,21 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə