Gulistani Irem cur cdr



Yüklə 7,74 Mb.
Pdf görüntüsü
səhifə11/70
tarix01.08.2018
ölçüsü7,74 Mb.
#60562
1   ...   7   8   9   10   11   12   13   14   ...   70

 
45 
qaytardı.  İskəndər xərac qoyduqdan sonra Kontalı, sair əsirlərlə 
bərabər, azad edib geri qayıtdı. 
Kvint Kurtsi
1
, təqribən dörd yüz il İskəndərdən sonra yazdığı 
tarix kitabında bu hadisələrin çoxunu bir qədər dəyişdirərək başqa 
şəkildə göstərir: Nuşabə, ehtimal ki, İskəndərə  məhəbbət yetirən 
və onun ordusuna gələn Amazon məlikəsi imiş. Böyüksu Atil və ya 
Don çayıdır. Skif həmin yeddi tayfadan ibarət olmalıdır; çünki 
qədim tarixçilər bütün şimal əhalisini skif adlandırırdılar. Dərbənd 
qalası həmin qalaçadır ki, fəthi başqa bir şəkildə yazılmışdır. 
«Dərbəndnamə» və sair kitablarda da İskəndərin Dərbənd 
səddini təmir etməsi haqqında izahat verilmişdir. Dərbənd, xalq 
arasında indi də «Səddi-İskəndər» adı ilə  məşhurdur. Diqqətlə 
baxılsa Quranda da bu məsələ qeyd edilmişdir. Qurandakı ayələrin 
məzmunu belədir: «Zülqərneyn yola düşüb getdi, günəşin batdığı 
yerə çatdı. Gördü günəş isti bir bulağa batır; yenə yol alıb günəşin 
doğulduğu yerə çatdı. Burada günəş bir xalqın üzərinə düşürdü
onların günəşə qarşı heç bir hailləri yox idi. Yenə yoluna davam 
etdi, iki sədd arasına çatdı. Onların (iki səddin) yaxınlığında söz 
qanmayan bir xalqa rast gəldi. Onlar dedilər: «Ey Zülqərneyn! Yə-
cuc və Məcuc bu ölkədə fitnə və fəsad törədirlər: sənə xərac ver-
sək, bizimlə onlar arasında bir sədd yaradarsanmı?»  İskəndər ca-
vab verdi: allahın mənə verdiyi dövlət kifayətdir. Sonra o, işçilər və 
dəmir parçaları tələb etdi. Bir-birinə müqabil iki nüqtənin arasında 
bir sədd çəkildi. Onlar (Yəcuc və  Məcuc) bu səddin üzərinə  çıxa 
bilmədilər və onu deşməyi də bacarmadılar». 
Bir çox təfsirçilərin və  məşhur tarixçilərin yazdıqlarına görə, 
Zülqərneyn Rum, İran və ya Məğrib və  Məşriqin padişahı olan 
Makedoniyalı İskəndərdir. O, Afrikanı və Qıpçaq çölünü fəth etmiş-
di. Deyirlər ki, onun tacında iki buynuz vardı, bu da iki cıqqaya 
                                                 
1
 Kvint Kurtsi - Roma tarixçisidir, ehtimala görə, I əcpdə yaşamışdır. Yunan mənbə-
lərinə əsasən Makedoniyalı İskəndərin tarixini yazmışdır. 
 
 
46
işarə ola bilər. Bulaq da, su axınından ibarət olub, qərbi Okyanus 
dənizinə işarədir, Mədari-sərətanə yaxın olduğundan burada hava 
isti və dənizin suyu axmaqdadır. 
Yunan tarixçilərinin yazdıqları kimi, İskəndərin Məğrib-zəmin-
də ucsuz-bucaqsız qumsal və isti çöllərdən keçərək Yupiter məbə-
dinə getməsi də bu mətləbi təsdiq edir. Qıpçağın çılpaq çöllərində 
yaşayan vəhşi  əhalinin həqiqətən günəşdən qorunmaq üçün heç 
bir imarət, meşə və bağları yox idi. Qərb ilə şərq arasından keçən 
üçünçü yol, şimala doğru getməlidir; çünki cənuba doğru gedərsə, 
ğarşıya okean çıxar. İki sədd - Ermənistan və Azərbaycanın iki sıra-
dağlarından və  Xəzər ilə Qara dənizdən ibarətdir. Dil bilməyənlər 
isə, Qafqazın cənub tərəfində yaşayan xalqlardır. Dillərinin qəribəli-
yi, çoxluğu və ya inkişaf etməməsi üzündən onları anlamaq müm-
kün deyildi. Yəcuc və Məcuc Yafəs nəslindən olub, şimalda yaşayan 
vəhşi və qarətkar tayfalardan ibarətdi. Deyirlər ki, Yəcuc türklərdən, 
Məcuc isə dağlılardandır. 
Bu məsələni Tövratın təfsiri də təsdiq edib deyir: skif tayfası, 
Yafəsin oğlu Məcuc nəslindən nəşət etmişdir, bunlar Qafqaz dağı-
nın ətəyində sakindirlər; skiflərin burada Məcuc adlı bir şəhəri də 
var imiş, ona Yaropol da deyərlərmiş. Yəcuc İsrail övladından biri-
nin adıdır; cadugərlər padişahının adı Yəcuc idi. 
Eronim və başqalarının təfsirinə görə, Məcuc Kaspi, yəni Xəzər 
dənizinin sahilləri yaxınlığında, Yəcuc isə bunlardan daha uzaqda, 
şimalda yaşayırlarmış. Hər iki tayfa skif hesab olunur. Sədd də Dər-
bəndin həmin hasarıdır, ona külli dəmir işlədilmişdir.  İki müqabil 
olan nüqtə də Xəzər dənizi və Qaytaq dağlarıdır, yaxud da - Xəzər 
ilə Qara dənizdir... 
Müəllif deyir: Madam ki, İskəndərin Ermənistana və Gilana 
gəlməsi, Venedik dənizindən Qanq çayına qədər və cənubi Okya-
nus dənizindən Qara dənizə və Xəzər dənizinə qədər ölkələri istila 
etməsi isbat edilmişdir, o zaman, bu yerlərə yaxın olub və keçmiş-
də bir çoxları tərəfindən dünyanın axırı sayılan və İskəndərin qəri-
bəliklər yurdu adlanan Qafqaza gəlməsi, İranı, şimalın vəhşi tayfa-


 
47 
ları  şərrindən qorumaq üçün bir sədd çəkdirməsi, ya da başqa 
tədbirlər görməsi təəccüblü və ağıldan uzaq bir məsələ deyildir. 
İslam və erməni tarixçilərindən bir çoxunun verdiyi məlumat... 
sədd xarabalarının varlığı və xalq arasındakı şöhrəti, başqa əlamət-
lər və Kvint Kurtsinin - coğrafi cəhətdən rabitəsiz olsa da - İskən-
dərin Qafqaza gəlməsi haqqındakı bəyanatı, onun bu ölkəyə (Qaf-
qaza) gəlməsini və səddin onun əmrilə tikilməsini aydın bir surətdə 
göstərir. 
Bəzi tarixçilər və alimlər bu xüsusda şübhələnmişlər; onlar 
dünyanın vəziyyətindən lazımi dərəcədə  xəbərdar olmadıqları  və 
öz təsəvvürlərini başqalarının fikri ilə qarışdırdıqları üçün belə ol-
muşdur. Buna görə də, əxbar kitablarını və tarixi əsərləri qarışıq bir 
hala salmışlar. Misal olaraq bir neçə nümunə göstərmək olar: Katib 
Çələbi «Çahannüma» adlı əsərində deyir ki, aparılan tədqiqata gö-
rə, Makedoniyalı  İskəndər Zülqərneyn deyildir. O (Zülqərneyn), 
İbrahim (peyğəmbər) ilə müasir olub, Yəmən himyərilərindən bir 
padişah idi. Zülqərneyn dünyanın şərq və qərbini dolandı və səddi 
dünyanın sonunda bina etdi. Bu bina, ehtimala görə,  şimal-şərq 
tərəfdə  bəlli olmayan bir yerdədir. Dərbənd səddi haqqında da 
deyir: bu, İskəndərin səddi ola bilməz; çünki Nuşirəvan bu səddi 
Şirvan, Ermənistan və Azərbaycan vilayətlərində  qətl və qarət ilə 
məşğul olan Xəzər tayfasının və sair türklərin qarşısını almaq üçün 
bina etdirmişdi. Fars padişahları daima onlarla müharibə edirdilər. 
Deyirlər ki, onu əvvəlcə Güştasib oğlu  İsfəndiyar bina etmişdi. 
«Nüzhətülqülub» müəllifi səddin bina edilməsini Güştasibin atası 
Lührasibə nisbət verir və onun Nuşirəvan tərəfindən ancaq təzə-
ləndiyini bildirir. Katib Çələbi kimi bir alimin fikrinə təəccüb etməli-
dir. O öz iddiasının doğruluğuna heç bir dəlil və sübut gətirmədən 
bu məsələni açıq-açığına inkar edir; İmam Fəxrəddin Razi
1
, Qazi 
                                                 
1
 Fəxrəddin Razi - Şərqdə yetişən böyük alim və filosoflardan biridir. Hicri 554-cü 
(=1159) ildə Rey şəhərində anadan olmuş və 606-cı (=1209/10) ildə Heratda vəfat 
etmişdir. Müxtəlif elmlərə aid bir çox əsərlər yazmışdır. 
 
48
Beyzavi
1
  və başqaları Makedoniyalı  İskəndərə Zülqərneyn və 
Dərbənd hasarına da Yəcuc və Məcuc səddi dedikləri üçün onların 
fikrini doğru hesab etmir. Bunu təsəvvür etmir ki, səddin binası 
Nuşirəvandan  əvvəl  İsfəndiyara nisbət verdiyi kimi, İskəndərə  də 
nisbət verilə bilər. Fərz edək ki, onu Zülqərneyn himyəri bina etmiş 
və sonra dağılmışdır,  İskəndərin yenə onu təmir etməsi ağıldan 
uzaq deyildir. Çünki İbrahimin peyğəmbərliyə çatması hicrətdən 
2543 il əvvəl,  İskəndərin taxta oturması isə hicrətdən 958 il əvvəl 
vaqe olmuşdur. Arada 1500 ildən artıq bir müddət vardır. Yenə 
ehtimal ki, bu padişahlardan hər biri, vadilərdə və dağlarda binalar 
tikdirmiş  və ya xaraba qalanları  təmir etdirmişdir. Nuşirəvan isə 
indiki hasarın (Dərbənd səddinin) hamısını sonradan tikdirmişdir. 
O (Katib Çələbi), fəsadçı, soyğunçu və  vəhşi türk tayfalarını 
Yəcuc və Məcuc adlandırmaq istəmir, çünki bəzi tarixçilərin isnad 
etdikləri  əsassız nişanələr onlarda yoxdur. Ola bilər, onlar bunu 
yalnız kinayə yolu ilə söyləmişlər. Mövcud səddi burada qoyub, 
əsla olmayan bir mövhum səddi göstərir. Plutarx
2
  və Strabonun 
yazdıqlarına görə, Albaniyadan Pompeyə qarşı göndərilən qoşu-
nun miqdarını  nəzərə aldıqda, təsəvvür etmək olar ki, Albaniya 
İsanın anadan olmasından təqribən 65 il əvvəl əzəmətli və qüvvətli 
bir dövlət imiş. Pompey, Pont padişahı Mitridadı məğlub və Ermə-
nistan padişahı Tiqranı özünə tabe edən Roma sərdarlarından bi-
rincisidir. Pompey öz qoşunu ilə Qafqaz dağlarından keçərək Qara 
dənizin şimal-şərq tərəflərinə gedən Mitridadı təqib etmək istəyir-
di. O, bu məqsədlə albanlardan və iveriyalılardan yol istədi, onlar 
                                                 
1
 Qazi-Beyzavi - tarixçi olmaqdan artıq bir təfsirçi kimi şöhrət tapan Beyzavi, İranın 
Beyzavi  şəhərində anadan olmuş  və hicri 685-ci (=1286/87) və ya 691-ci 
(=1291/92) ildə Təbrizdə vəfat etmişdir. Müxtəlif mövzularda yazılmış bir çox əsəri 
vardır.  Əsərlərini  ərəb dilində yazan Beyzavi, yalnız «Nizamüttəvarix» adlı tarix 
kitabını fars dilində yazmışdır. Bu kitab, dünyanın yaradılışından hicri 674-cü 
(=1275) ilə qədər olan hadisələri təsvir edir. 
2
 Plutarx - məşhur yunan tarixçisidir, 46-cı ildə anadan olmuş və 120-ci ildə vəfat 
etmişdir. Əsərlərindən ən məşhuru «Müqayisəli tərcümeyi-hallar» adlı kitabıdır. 


Yüklə 7,74 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   70




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə