Gulistani Irem cur cdr



Yüklə 7,74 Mb.
Pdf görüntüsü
səhifə5/70
tarix01.08.2018
ölçüsü7,74 Mb.
#60562
1   2   3   4   5   6   7   8   9   ...   70

 
21 
Alan tayfası xüsusunda bu qədər məlumdur ki, onlar bu ölkə-
nin sakinləridir və xüsusi padişahları olmuşdur. Alan və alban söz-
lərinin bir-birinə  bənzəməsindən zənn etmək olar ki, biri o birin-
dən alınmışdır. Albaniya rum dilində ağlıq mənasında olaraq azad-
lığa işarədir. Şirvan və Dağıstan «Azadlar ölkəsi» adı ilə məşhurdur. 
Ammian Martsellinin yazdığına görə, Alan tayfası qədim Masaget 
nəslindən olmuşdur. Bunlar əvvəlcə Tatarıstandan gəlib Skif tayfa-
sını  Xəzər dənizinin  şərq sahillərindən qovaraq buralarda yerləş-
mişlər. Skif tayfası Atil çayından keçib, Don ilə Tuna çayları arasın-
dakı yerləri tutmuşlar. Onlar cəsarətli, vəhşi xasiyyətli və köçəri 
olan müxtəlif qəbilələrdən ibarət idilər. Cənub tarixçiləri o tərəflə-
rin bütün qədim sakinlərini Skif adlandırırlar. Herodot
1
 deyir ki, Skif 
gəncləri və Amazon qızlarının qarışmasından Sərmat tayfası mey-
dana çıxmışdır. Lakin Qatterer
2
 isbat edir ki, Sərmat tayfası İsanın 
anadan olmasından 80 il əvvəl, Asiyadan Avropaya gəlib, Don cayı 
ətrafında Skif tayfası ilə qarışmışdır; get-gedə Skif adı aradan çıxıb 
Sərmat adı məşhur olmuşdur. Alan tayfası da gəlib Sərmat tayfa-
sını məğlub edərək onların yerlərinə sahib olmuşdur. 
Alan tayfası  şəmşirpərəst dinində idilər. Qılıncı yerə sancıb 
ona səcdə edirdilər. Bir çox adət və ənənələri hun tayfası ilə bir idi. 
Prokopi
3
 Alan tayfasını Masaget nəslindən və Böyük Get məna-
sında olan Masageti də Get və ya Qotf nəslindən hesab edir. 
Həzəqil peyğəmbərin kitabında, 38-ci fəsildə, masoqlar Yafə-
sin oğlu Masoq nəslindən sayılır. Bunlar şimal-şərq tayfaları arasın-
da məşhurdurlar. Ola bilsin ki, Masaget bu nəsildən və ya Masoq 
                                                 
1
 Herodot - ən məşhur yunan tarixçisidir. Eramızdan əvvəl 480 və 425-ci illər ara-
sında yaşamışdır. Herodotun kimmerilər və skiflərin şimaldan hərəkət etmələri, ti-
carət yolları, İran dövlətinin sərhədləri və satrapları, Azərbaycanda və onunla 
qonşu olan yerlərdə yaşayan qəbilələr haqqında verdiyi məlumat Azərbaycan tarixi 
uçun olduqca qiymətlidir. 
2
 Qatterer - alman tarixçisidir, 1727-ci ildə anadan olmuş və 1799-cu ildə vəfat 
etmişdir. Məşhur əsərlərindən biri də «Qədim dövrlərdən başlayan ümumdünya 
tarixi» adlı kitabıdır.
 
3
 Prokopi - yunandır. V əsrin axırlarında anadan olmuşdur. İlk Bizans dövrünün ən 
məşhur tarixçisidir. 
 
22
nəslindən sayılır. Ola bilsin ki, Masaget bu nəsildən və ya Masoq və 
Qət tayfalarının qarışmasından meydana çıxmışdır. Degin
1
, alan sö-
zünü alin, yəni dağlı sözündən sayır. Masagetlərdən bir tayfanı qə-
dim zamanda Altay dağlarında yaşadıqları üçün belə adlandırmışlar. 
Moisey Xorenski Alan tayfasını Qafqazın yaxınlığında göstərir. 
Alanlar, Bətləmyusun zamanından XIV əsrə  qədər, Qafqaz dağla-
rının  şimal-qərbində  məşhur olmuşlar. Məsudinin yazdığına görə, 
Babi-Alan (Alan qapısı) gərək ki, Gürcüstanın Daryal adlı yerində 
olsun. Lakin Dərbəndnamə müəllifi deyir ki, Babi-Alan Alğon səd-
dindədir. Bu səddi İsfəndiyar tikdirmiş, Nuşirəvan isə yenidən təmir 
etdirmişdir. Həmin səddin hasarı, darvazanın yeri və şəhərin xara-
bası Qubanın Şabran mahalında, Gilhin-çayın sol kənarında, qala-
nın yeri isə həmin çayın sağ kənarındakı bir təpə üzərində indi də 
mövcuddur. 
Bu sədd dənizdən başlayıb, adı çəkilən şəhərin yeri yaxınlığın-
da olan Əlixanlı - ehtimala görə, əslən Alğonlı olmuş - kəndinin üst 
tərəfindən keçərək, Çıraq qalasına bitişir. Oradan da, üzərində bö-
yük bir şəhərin xarabası olan Ata dağından keçərək, Qonaxkəndin 
üstündən Baba dağına doğru gedir. 
Bu iki rəvayəti birləşdirərək demək olar ki, Babi-Alan (Alan 
qapısı) həm Gürcüstanda, həm də Şirvanda olmuşdur. Alan tayfası 
Qafqazın  şimal tərəflərində yerləşdiyindən, onların cənuba hər iki 
tərəfdən hücum yolları var idi. Alan adı  məşhur olduğu üçün bir 
çox erməni kitablarında Qafqazın şərq tərəflərində yaşayan dağlıla-
rın hamısına bu ad verilir. Hətta Şirvan üstə olan Muğan səhrasının 
şimal qismi də, qədim kitablarda Alan səhrası adı ilə  məşhurdur. 
Tarixçilərin yazdığına görə, Albanus və Qassı çayları arasında olan 
Alban şəhəri, yerin vəziyyəti və münasibətinə görə, gərək Dərbənd 
                                                 
1
 Degin - fransız şərqşünaslarındandır. 1721-ci ildə anadan olmuş və 1800-cü ildə 
vəfat etmişdir. Əsərlərindən ən məşhuru «Hunların, türklərin, moğolların və sair 
tatarların ümumi tarixi» adlı kitabdır. 
 


 
23 
şəhəri olsun. Albanus çayı Samur və Qassı çayı da Manas olub, 
Tarxu ilə Buynaq arasından axır. 
Keçmiş uzun əsrlər belə bu ölkədəki yer adlarının bəzisini hələ 
də  dəyişdirə bilməmişdir.  Şamaxı  şəhəri Kamaxı  və ya Ksamaxı 
olmuşdur. Burada olan Qəbələ şəhəri - Xabaladır ki, Bətləmyus da 
onların adını çəkir. 
Quba ölkəsində Alpan adlı bir kənd vardır, alban sözündən 
dəyişmiş ola bilər. Bir dağın təpəsində çox qədim bir qala mövcud-
dur, onu Əşkəbus adlandırırlar. Firdovsinin «Şahnamə»dəki qey-
dinə görə, Əşkəbus türklərdən bir pəhlivan olub, xaqanın döyüşün-
də Rüstəm tərəfindən öldürülmüşdür. Həmdüllahın «Məcməülbül-
dan»da yazdığı əlamətlərə görə, Zərqubad kəndinin də Firuzqubad 
şəhəri olmasına ehtimal vardır. Sədan kəndi Sədani-Bakuyi adından 
alınmışdır. Xəzərgan adlı yer də «İskəndərnamə»də yazılan Xəzran-
kuh ola bilər. Qubadakı Cağatay və Dağıstandakı Cənkutay kəndlə-
rinin adları ilə adlanmışdır. Mıçıqıçdakı Bayan kəndinin adı da, 
Avarın məşhur xanı Bayanın adından götürülmüşdür. Nuxu şəhəri, 
adının münasibəti və yerinin vəziyyətinə görə, həmin naxiya və ya 
Nağiya şəhəridir ki, qədim tarixlərdə Şirvan şəhərlərindən sayılırdı. 
Qədim dövrlərdə Qaspi adlı tayfa dəniz kənarında və Kürün 
sağ sahilində sakin idi. Rumlular arasında bu dəniz həmin tayfanın 
adı ilə adlanmışdır. Sahilində olan vilayətlərə nisbətlə, bu dəniz 
müsəlmanlar arasında da Bəhri-Xəzər, Bəhri-Cürcan, Bəhri-Gilan və 
Bəhri-Şirvan adı ilə şöhrət tapmışdır. 
Qafqaz sözü də, həmin qaspi adlı tayfanın adından və Quran-
da qeyd edilən Qaf dağından alınmışdır. Bu dağ, əfsanə kitabların-
da divlərin və pərilərin yurdu hesab olunur. Həmin kitablarda pəri-
lərin padişahına Şahbal deyirlər. «Dərbəndnamə» müəllifi, ərəblə-
rin Dağıstanda təyin etdikləri əmirin adını Şahbal və ya Şahi-Bəəl 
deyə qeyd edir. Şamxal ölkəsində, gözəlləri bütün Dağıstanda 
məşhur olan kəndlərdən birinin adı  Pəravuldur. Bu da Pəri-avul, 
yəni pərilər kəndi deməkdir. Bu kənd indi də durur. 
 
24
Gülüstani-İrəmi, Qaf dağının yaxınlığında, son dərəcə təravətli 
və axar-baxarlı, gözəl çeşməli və meyvəli ağacları olan bir yer kimi 
təsvir etmişlər. Ehtimal ki, bu da Qubanın Şabran adlı səfalı obasın-
dan ibarətdir; bu söz xalq arasında da çox məşhurdur. Bəziləri 
deyirlər, Gülüstani-İrəm Qarabağdakı Gülüstan adlı yerdir. Hicri 
1228-ci (=1813) ildə Rusiya ilə  İran dövlətləri arasında Gülüstan 
əhdnaməsi burada bağlanmışdır. Bunun yuxarısında, dağlıq bir 
yerdə, indi də, Gülüstani-İrəm adlı bir yaylaq vardır. 
İslam tarixçilərinin çoxu Qafqaz dağlarını  Əlbürz dağı deyə 
adlandırırlar. Bunlardan Katib Çələbi
1
, «Cahannüma» adlı əsərində 
deyir: Əlbürz dağı Babül-əbvabın, yəni Dərbəndin qərb tərəfində-
dir. Bu dağ Türküstandan Hicazə min mildən artıq məsafədə uza-
nan dağ silsiləsinə bitişir. Bu cəhətdən bəziləri onu Qaf dağı zənn 
etmişlər. Dərbənd yaxınlığında dağ iki qola ayrılır: birinə Böyük 
Qaf, digərinə isə Kiçik Qaf deyirlər. 
Bu sıra dağlarda üz verən bir çox müharibə və fəthlərə görə, 
ərəblərin qədim coğrafiya kitablarında bu dağlar Cibalülfəth (Fəth 
dağları) adlanmışdır. Bu qeydlərdən başqa, yenə bir çox əlamət 
vardır ki, Qaf dağının Qafqaz dağları olmasına dəlalət edir. Bu dağ 
haqqında hədis və əxbar kitablarında və başqa mənbələrdə kinayə 
qəbilindən olaraq verilən yanlış məlumat bilməməzlikdəndir; çünki 
keçmiş insanlar, bu əcaiblə dolu dağların  şimal tərəflərindən və 
daxili vəziyyətlərindən düzgün xəbərdar deyildilər. Əgər onlar, bu 
səbəbə, buranı dünyanın son nöqtəsi təsəvvür edərək, iri cüssəli, 
vəhşi xasiyyətli sakinlərini divə və aləmdə hüsn və nəzakətlə məşhur 
olan gözəllərini pərilərə bənzətsələr, münasibətsiz və yersiz olmaz. 
İndiki halda bir çox səyyah, dünyanın hər tərəfini dəfələrlə 
tədqiq etmiş, şərq və qərb okyanuslarından keçərək yer kürəsinin o 
                                                 
1
 
Katib Çələbi - məşhur Şərq alimlərindəndir, hicri 1000-ci (=1591/92) ildə İstan-
bulda anadan olmuş və 1067-ci (1656/7) ildə vəfat etmişdir. Əsərlərindən ən məş-
huru coğrafiyaya aid «Cahannüma» ilə biblioqrafiyaya aid «Kəşfüzzünun» adlı 
kitablarıdır. 
 


Yüklə 7,74 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   70




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə