Gulistani Irem cur cdr



Yüklə 7,74 Mb.
Pdf görüntüsü
səhifə10/70
tarix01.08.2018
ölçüsü7,74 Mb.
#60562
1   ...   6   7   8   9   10   11   12   13   ...   70

 
41 
Ölkələr fəth etmək, Qafqaz üzərinə qoşun yürütmək, Ruma 
səyahət, Zərdüşt dinini qəbul etmək və  İstəxr  şəhərinin binasını 
qoymaq kimi hadisələrə baxılırsa, Kirus adının Keyxosrovdan ziya-
də Güştasibə verilməsi daha münasib olar; lakin xəbərlərin dolaşıq 
olması və mənbələrin azlığı üzündən onu ayırd etmək çox çətindir. 
Karamzinin yazdığına görə, İran padişahı Dara Ermənistanda, 
Azərbaycanda və bu ölkələr ətrafında qətl-qarətlə məşğul olan skif 
tayfasını cəzalandırmaq üçün çoxlu qoşunla onların ucsuz-bucaq-
sız çöllərinə yeridi. Lakin o, heç bir iş görə bilmədi, hətta az qaldı 
ki, qoşunu da tamamilə məhv olsun. 
«İskəndərnamə» adı ilə məşhur və tarixi bir əfsanədən ibarət 
olan farsca qədim bir kitabda yazılmışdır:  İskəndər, səfəri  əsna-
sında Bakıya gəlir. O əsrin qəhrəmanlarından sayılan bakılı Sədan, 
şəhəri bəzəyib əyanlar və əhali ilə onu qarşılayır. İskəndəri şəhərə 
gətirib ona lazımi xidmət göstərir. Sədan  İskəndər qoşununun 
yaxşı atlara ehtiyacı olduğunu bilib bu tərəflərdə Xəzrankuh adla-
nan yerdə Firuz adlı bir qocanın hədsiz ilxısı olduğunu ona xəbər 
verir. Bu ilxı keçmişdə Bəhmən şahın olmuşdur. İlxı Firuzun ixtiyarı-
na keçdikdən sonra, Humay və Dara nə qədər istədilərsə də, o ver-
mədi.  İskəndər Badpay adlı bir nəfəri gizlicə göndərdi ki, Firuzun 
vəziyyətindən xəbər tutsun. Badpay gedib gördü ki, o dağın ətək-
lərində  rəngbərəng çadırlar qurulmuşdur. Bunların arasında çin 
atlasından bir çadır qurulmuş  və bir qədər camaat onun ətrafına 
toplanmışdır. Çadırda, turanlı  qırmızısaqqal bir qoca oturmuşdu; 
onun  əynində  pələng dərisindən bir qaftan, başında isə, dövrəsi 
qızıl zəncirlə tikili bəbir dərisindən bir papaq və qarşısında da 
böyük bir əsa vardı. 
Xülasə, ertəsi gün, Firuz topladığı qırx min qoşunla İskəndərlə 
müharibəyə  çıxdı. O, İskəndərin  şövkət və  əzəmətindən xəbərdar 
olunca, təslim olaraq ilxını gətirdib təhvil verdi. Yenə o kitabda ya-
zılmışdır ki, İskəndər böyük bir yunan şəhərinə çatdı. Əhali təslim 
olmaq istəmədiyindən, İskəndər bu şəhəri xarab etmək istədi. Şə-
hər dəniz səthindən aşaqı idi, lakin arada dağdan bir hail var idi. 
 
42
Ərəstu hikmət üzrə 700 batman miqdarında bir cür yağ düzəltdi. 
Bu yağ, daşı əhəng kimi əritdi. Bu qayda ilə suyun yolunu açdılar 
və  şəhəri batırdılar. Xilas olanların bə'zisi Gilan şəhərinin binasını 
qoydu. 
Müəllif deyir: Bu kitabın sözünə inanmaq olmasa da, ola bilər 
ki, bir zaman belə bir hadisə başqa bir şəkildə üz vermiş olsun. İran 
əhalisi, bir çox böyük və mühüm hadisələri İskəndərə isnad etdik-
lərindən, bunu da ona isnad verirlər.  İnkar etmək olmaz ki, Bakı 
ölkəsində Bilgəh, Zirə, Bibiheybət və sair kəndlərdə və bəzi adalar-
da daşlar üzərində dənizə doğru gedən araba yolları görünür. Bakı 
şəhərində Hacı  Ağa Hüseyn oğlu Hacı Babanın otağının yerində 
quyu qazdıqları zaman dəniz səthindən aşağıda daşla döşənmiş bir 
yol çıxmışdır. Bakı ilə  Səlyan arasında da, dəniz sahilindən təxmi-
nən səkkiz coğrafi mil aralı, suyun altında böyük bir şəhər vardır. 
Quba qəzasından olan Müskür mahalında, Samur çayından başla-
mış Şabran mahalına qədər, dəniz sahilindən təqribən iki ağac ara-
lı, məşhur bir təpə uzanır. Xalqın dediyindən və dənizin əlamətlə-
rindən aşkar görünür ki, bu yerlərdə bir zaman dəniz olmuşdur. 
Yuxarıda qeyd edildiyi kimi, şəhəri batırmaq üçün suyun buraxıl-
ması bu dənizin səthini aşağı salmış və onu Gürcan dənizilə birləş-
dirmişdir. 
Belə bir hal (yəni təpə silsiləsi), Qumuq ölkəsinin dəniz sahilin-
dəki bəzi yerlərində də müşahidə olunur. Atil çayı qolları və axmaz-
larının çoxluğu da bu ehtimala qüvvət verir. «Məsalikülməmalik»
1

«Məcməülbüldan» müəllifləri və sair tarixçilər yazırlar ki, Quranda 
adı çəkilən Məcməülbəhreyn (iki dəniz qovşağı) Şirvan vilayətində 
olmuşdur. Musa və  Xızır peyğəmbərlərin səxrəsi (qayası) də 
ordadır. Adına və əlamətlərinə görə bu qaya Xızır-zində
2
 ola bilər. 
                                                 
1
  «Kitabi-Məsalikülməmalik»- hicri III (IX) əsrdə yetişən məşhur ərəb coğrafiyaçısı 
İstəxrinin əsəridir. Coğrafiyaya aid «Kitabülməsalik vəlməmalik» adlı iki kitab daha 
vardır ki, biri İbn-Xordadbeh, ikincisi də İbn-Hövqəl tərəfindən yazılmışdır. 
2
 Xalq tərəfindən «Xıdır-zində» şəklində tələffüz olunur. 
 


 
43 
Bakıdakı türkmən sahillərinə quru yol getdiyi xalq arasında 
çox məşhurdur. Şərq sahillərində yaşayan əhali, at belində buraya 
(Bakıya) çapqına gələrmiş. Bakı  şəhəri qarşısında, dəniz içərisində 
indi də görünən burclardan, hasarlardan, qəbir daşlarından və 
tarixçilər tərəfindən bu şəhərin keçmiş  vəziyyəti haqqında yazılan 
təsvirlərdən məlum olur ki, dörd-beş yüz il bundan əvvəl abad 
olan yerlər indi su altında qalmışdır. Ehtimal ki, bir zamandan son-
ra bu yerlər yenə zahirə çıxsın. 
Yadımdadır, qırx il bundan əvvəl Bakı qalasının divarı iki arşın 
qədər suyun içində idi; sonralar tədriclə, xüsusən bu dörd-beş ildə 
dənizin səthi təqribən üç şah arşını  aşağı enmiş  və yenə  də en-
məkdədir. Lakin yuxarıda söylənən əlamətləri buna nisbət vermək 
və hər halda qəti hökm vermək müşküldür. Bu böyük məsələ ayrı 
tədqiqat və mülahizələrdən asılıdır. 
Şeyx Nizami öz mənzum «İskəndərnamə»sində deyir: İskəndər, 
fütuhatı  əsnasında Ermənistana gəlir. Bu yerin əhalisi atəşpərəst 
imiş.  İskəndər  şikar edərək Bərdə mülkünə keçir. Bərdə  şəhərinin 
xarabaları Qarabağ ölkəsində, Kür çayı sahili yaxınlığında, indi də 
mövcuddur. Bu şəhəri Pişdadiyan sülaləsindən Fridun bina etdir-
mişdir. Nüşabə adlı bir qadın buranın hökmdarı imiş. Onun böyük 
şövkət və cəlalı varmış. O, qonaqpərəstlikdə səhlənkarlıq etməyib 
lazım gələn hər bir şeyi tədarük edər, ardı kəsilmədən İskəndərin 
ordusuna göndərərmiş.  İskəndər Nuşabənin camal və kamalının 
tərifini çox eşitmiş olduğundan, libasını  dəyişdirərək elçi sifətilə 
onun yanına gedir. Nuşabə  işin təhərindən onu tanıyır, təzim və 
mehmannəvazlıq mərasimini yerinə yetirir. Aman və himayə barə-
sində ondan əhd-peyman alır. İskəndər öz ordugahına qayıtdıqdan 
sonra, Nuşabə gecə-gündüz onun barigahında qalır.  İskəndərin 
Nuşabəyə olan məhəbbəti daha da möhkəmlənir. İskəndər oradan 
Əlbürz dağına (Qafqaza) hərəkət edir. Şirvandan ötüb Dərbənd 
keçidinə çatır. Burada hələ şəhər yox idi. Dağ üzərində möhkəm və 
dar bir yerdə, çox varlı və dövlətli bir qala vardı. Bu qalada bir neçə 
nəfər yaşayırdı, bunlar yoldan keçənlərə mane olurdular. İskəndər 
 
44
təslim olmağı onlara dəfələrlə təklif etdi, onlar rədd etdilər. Buna 
görə, hücum edərək oranı dağıtmağı  hökm  etdi.  Bu  yer  o  qədər 
möhkəm idi ki, bütün qoşun qırx gün-qırx gecə çalışdı, bir iş görə 
bilmədi. Ancaq axırda qalanın  əhli təngə  gəlib təslim oldu. 
İskəndər onlara başqa yer verib qalanı  təmir etdirdi və orada bir 
qədər qoşun qoydu. 
Bu zaman o dağlıq yerlərin yaxınlığında əhali İskəndərə şika-
yətə gəlib dedilər: Qıpçağın vəhşi xasiyyətli əhalisi bu yerləri xəra-
bəzarə döndərir. Onlar xahiş etdilər ki, bu dağın gədiklərində bir 
sədd çəkilsin.  İskəndər çoxlu işçi toplayıb, bu gədikləri bərkitmək 
üçün, o darısqal dağda daşdan bir sədd çəkməyə əmr verdi. 
Qayıtdığı zaman birinci mənzildə ona dedilər ki, bu ətrafda 
Sərir adlı çox gözəl və mükəmməl bir qala vardır. Keyxosrovun 
taxtı, tacı və qəbri burada bir mağaranın içərisindədir. Onun nəslin-
dən bir şahzadə bu yerin əmiridir. İskəndər Keyxosrovun taxtı olan 
qalaya getdi. Bu qalaya «dərvaza» da deyirlər. Səririn  əmiri onu 
qarşıladı;  İskəndər buradakı  qızıl taxtını, mağaranı, dağları  və bir 
çox qəribə şeylər gördü. Oradan çölə qayıdıb bir həftə ovla məşğul 
oldu. Sonra Rudbar yolilə Xalxala, oradan Gilana və daha sonra Rey 
mülkünə getdi. 
Mavəraünnəhrdə şəhərləri bərpa etməkdə ikən, xəbər çatdı ki, 
Rus tayfası Qıpçaq əhalisilə bərabər, saysız-hesabsız bir miqdarda, 
Dərbəndə  və onun ətrafına yol tapmışlar... Bərdə  şəhərini alıb 
Nuşabəni də, bütün qızlar ilə bir yerdə,  əsir aparmışlar.  İskəndər 
oradan külli qoşunla hərəkət edib Xarəzm yolu ilə Qıpçaq çölünə 
gəldi. Bu ölkənin gözəl qadınları naməhrəmdən üzlərini örtmürdü-
lər. İskəndər geniş  bir çöldə, böyük bir su kənarında düşdü. 
Rus  əmiri Kontal Rus, Aysu, Portas, Peçeneq, Alan, İlaq və 
Xəzərdən ibarət yeddi tayfadan topladığı doqquz yüz mindən artıq 
bir qoşunla İskəndəri qarşıladı. Bir neçə gün çox şiddətli müharibə 
getdi, nəticədə  İskəndər qalib gəldi. Kontal on bir nəfərlə  əsir 
düşüb sülh etdi. Nuşabəni və sair əsirləri çoxlu şeylə bərabər geri 


Yüklə 7,74 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   70




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə