Gulistani Irem cur cdr



Yüklə 7,74 Mb.
Pdf görüntüsü
səhifə2/70
tarix01.08.2018
ölçüsü7,74 Mb.
#60562
1   2   3   4   5   6   7   8   9   ...   70

 

dən müxtəlif tarixlərdə yazılmış bu əlyazmaları arasında bir çox 
fərq vardır. Buna görə də «Gülüstani - İrəm» redaktə edilərkən, ye-
nidən yoxlanılmış  və 1844-cü ildə Tiflisdə, 1862-ci ildə  Səlyanda, 
1867-ci ildə Qubada, 1879-80-ci ildə Dağıstanda yazılmış əlyazma-
ları və habelə A. Bakıxanovun xüsusi kitabxanasına məxsus bir nüs-
xə ilə də müqayisə olunmuşdur. 
İstifadə edilən bu əlyazmalarının  hamısı Azərbaycan SSR Elm-
lər Akademiyası Nizami adına  Ədəbiyyat  İnstitutunun  əlyazmaları 
şöbəsində saxlanılır. 
Əsərdən, tarixi  əhəmiyyəti olmayan və mətni ağırlaşdıran bəzi 
hissələr çıxarılaraq nöqtələr ilə əvəz edilmişdir. 
«Gülüstani - İrəm» XIX əsrin birinci yarısında Azərbaycan tarixi 
haqqında yazılmış  ən dəyərli  əsərlərdən biridir. Azərbaycan SSR 
Elmlər Akademiyası Tarix və Fəlsəfə İnstitutu tərəfindən çap edilən 
bu əsər, şübhəsiz, oxucular  və Azərbaycan tarixini öyrənənlər üçün 
qiymətli bir məxəz olacaqdır. 
                                                                                         
                                                                                                                    
 M. Şərifli 
 
10 yanvar  1951 
 
10
Müəllifdən 
 

1
Təbiətimiz hər  şeydən artıq tarixə malikdir. O, hadisələrdən 
başqa əfsanələrə də talibdir. Bu elm (tarix) insanı gözəl əxlaqlı və 
bilikli edir, ona dolanacaq və yaşayış  işlərini öyrədir. Buna görə, 
onu mənəvi elmlərin qiymətlilərindən hesab edib demək olar: tarix 
hökümsüz  və zülümsüz elə bir hökmdardır ki, bütün  Adəm övladı 
onun əmrlərinə boyun əyməkdədir. Onun təlim məktəbində dün-
yanın müəllimləri əlifba oxuyan bir uşaqdılar… Tarix elə bir danış-
mayan natiqdir ki, sələflərin vəsiyyətlərini bütün təfsilat və    tərif-
lərilə  xələflərə bildirir, ehtiyac və rifah səbəblərini, tərəqqi və  tə-
nəzzül yollarını anladır.  Gələcəkdə törəyə bilən əhvalatı keçmişin 
libasında insanların ibrət nəzərinə catdırır. Bəli, keçmişdə vaqe olan 
bir iş  gələcək üçün düsturüləməldir və elmə  əsaslanan bir əməl 
möhkəm və payıdar olar. Zəmanənin dəyişikliklərindən bixəbər işə 
başlamaq yolsuz və qorxulu bir cölə yönəlmək kimilir. Öz qısa öm-
ründə  təcrübə  əldə edən  şəxs, ondan çox böyük mənfəətə çatar. 
Tarix elmi isə, dünyanın təcrübəsini bizə  kəşf edir. Bundan daha 
yaxşı  nə olə bilər? Xüsusən hər bir ölkənin tarixi orada yaşayan 
xalq üçün faydalıdır; çünki tarix ona öz millətinin təbiət və adətlə-
rindəki xüsusiyyətləri bildirər, qonşu tayfaların rəftarından məlu-
mat verər, muxtəlif xalqlarla  saxlanan əlaqənin əsas xeyir və zərə-
rini ona məlum edər. Buna görə, mən günahkar bəndə, Qüdsi tə-
xəllüsü ilə məşhur bakılı Abbasqulu Mirzə Məhəmməd xan saninin 
oğlu, yol göstəmək məqsədilə, işin çətinliyindən xəbərdar oldu-
ğum halda, müxtəlif dövlərdə  Şirvan, Dağıstan vilayətləri və  ətra-
fında baş verən hadisələri toplayaraq bir kitab yazmağa başladım. 
Ümidvarəm ki, həqiqətə bələd olan oxyucular bu əsərin qüsur və 
                                                 
1
 
Burada və başqa yerlədə qoyulan nöqtələr tarixi əhəmiyyəti olmayan hissələrin 
mətndən çıxarıldığını göstərir. Mətndə mötərizə içərisində verilən izahat və  əsərə 
edilən bütün qeydlər redaktor tərəfindən yazılmışdır. 
  


 
11 
nöqsanını vaxtın darlığına, qabiliyyətimin zəyifliyinə, halımın 
pərişanlığına və vəsaitn azlığına həml edib, onun islah və təkmilinə 
çalışarlar… 
Əxbar kitabları və asari-ətiqə qalıqları heç bir ölkədə keçmişdə 
vaqe olan işləri lazımi tərtib və təfsil ilə ifadə edə bilməz. Xüsusilə 
bu ölkə müxtəlif tayfaların gediş-gəlişi və istilası üzündən həmişə 
iğtişaş və qarışıqlıq meydanı olmuşdur. Bir çox kitab, tarixi sənədlər 
və maddi mədəniyyət  asarı məhv və tələf olmuşdur. Başqa millət-
lərdən heç birinin tarix kitabları da, bu məsələləri layiqlə izah etmir. 
Bununla bərabər  «                             
                 
    -  öyrənilməsi tamamilə 
mümkün olmayan bir şeyi tamamilə  də  tərk etmək olmaz»  
kəlamının məzmununca, bu işə lazım olan vasitələrdən mümkün 
olanını  ələ keçirib, dağınıq məsələləri bir-birilə  əlaqələndirdim. 
Mövcud  əsərləri nəql və rəvayət olunan xəbərlərlə tutuşdurdum. 
Tarix yazmaqda lazım gələn qaydalara riayət etdim: mətləbləri 
müxtəsər və sadə ibarələrlə yazdım, tədricə diqqət etdim və ha-
disələr arasındakı rabitəni gözlədim, millət təəssübündən və vətən 
tərəfdarlığından çəkindim. Hər bir mətləbi mötəbər sözlər, cürbə-
cür kitablar və  məktublar, sultanların fərmanları, sikkələr, asari-
ətiqələrin qalıqları  və  əhalinin bir məzmunlu müxtəlif təqrir və 
bəyanları ilə mümkün dərəcədə  əsaslandırmağa çalışdım.  İxtilaflı 
yerlərdə əlamət və nişanələrə istinad və əqli ehtimallara müraciət 
etdim. 
Kitabı bir müqəddəmə, beş fəsil və bir nəticəyə böldüm. 
Müəllifindir: 
Bu  əsər bir tarix kitabı olaraq tanındı, 
 hiyəttarix 
(1257=1841/2) sözü onun təlif tarixi oldu. 
Onun adını  «Gülüstani-İrəm» qoydum. 
Məzmununa mütabiq ad verdim. 
M ü q ə d d ə m ə - Şirvan və Dağıstan vilayətlərinin hüdud və 
ərazisi, adlanmalarının səbəbi,  əhalisinin mənşəi, dilləri və dinləri 
haqqında. 
 
 
12
B i r i n c i   f  ə s i l - İslam dövlətinin zühurundan ərəb 
qoşununun gəlməsinə  qədər  Şirvan və Dağıstan ölkələrində baş 
verən qədim hadisələr haqqında. 
İ k i n c i    f ə s i l - ərəb ordusunun gəlməsindən başlayaraq 
moğolların istilasına qədər. 
Ü ç ü n c ü    f ə s i l - moğol istilasından Səfəvilərin zühuruna 
qədər və Şirvanşahlar sülaləsinin səltənəti dövrü. 
D ö r d ü n c ü     f ə s i l - Səfəvilərin zühurundan Nadir şahın 
vəfatına qədər. 
B e ş i n c i   f ə s i l - Nadir şahın vəfatından «Gülüstan» adlı 
yerdə Rusiya-İran  dövlətləri arasında bağlanan sülh müahidəsi 
zamanına qədər. 
N ə t i c ə - Şirvan vilayətində və onunla qonşu olan yerlərdə 
təlifat sahibi və ya başqa fəzilət və məziyyətə malik olan şəxslərin 
tərcümeyi-halları haqqıda. 
 
 
 


Yüklə 7,74 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   70




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə