Gulistani Irem cur cdr



Yüklə 7,74 Mb.
Pdf görüntüsü
səhifə4/70
tarix01.08.2018
ölçüsü7,74 Mb.
#60562
1   2   3   4   5   6   7   8   9   ...   70

 
17 
Kəşək tayfası  çərkəzlərdir, onları  qədim rus tarixçiləri kasoq
Os (Osetin) tayfasını isə kasaq adlandırırlar. 
Məhəmməd Rəfi  Əbdürrəhim oğlu  Şirvaninin
1
 öz tarix kita-
bında qeyd etdiyinə görə də, burada üç məmləkət vardır: 1) Dəşt, 
2) Zirihgəran və 3) Avar. Avar yaşayış və nəqliyyat yolları etibarilə 
ölkələrin ən çətini hesab edilir. Çamçiyan öz tarixində bu vilayətdə 
dörd ölkə olduğunu göstərir: 1) Alan, 2) Basalas, 3) Haptaq və 4) 
Hun. “Dərbəndnamə” müəllifi, İsfəndiyar və Nuşirəvanın təqsimatı-
na görə, buranı dörd məmləkətə bölmüşdür: 1) Gəlbax, 2) Tuman-
şah mülkü, 3) Qaytaq və 4) Dağlıq Qumuq. 
Bu təqsimatın hamısı indiki vəziyyətlə də uyğundur. 
Birinci məmləkət - Alan və ya Sulağın o tərəfindəki Qumuq 
Gəlbaxı, Mıçıqıç və Kiçik Qabardıdan ibarət olmuşdur. 
İkinci məmləkət - Tumanşah mülkü, ya Haptaq ya da, birinci 
bölgüyə görə, Qaytaq ölkəsidir ki, Şamxal və Üsmi mülklərinin 
aşağı qismini təşkil edir. 
Üçüncü məmləkət - Dağlıq Qumuq, ya Hun, ya da Avar ölkə-
sidir ki, Qaziqumuq və Avarıstan mülkünü təşkil etmişdir. 
Dördüncü məmləkət - Baslas, ya Zirihgəran, ya Sərir, ya da, 
axırıncı bölgüyə görə, Qaytaq ölkəsidir ki, Qaytağın yuxarı hissə-
sindən, Aqquşa və Sürhi mahallarından ibarətdir. 
Başlı şəhərinin adı Baslas sözündən dəyişmədir. Qumuq, Bətə-
ləmyusun
2
 dediyinə görə, Kam və ya Kamak tayfasının qalıqlarıdır. 
Bu mülk onların adı ilə adlanmışdır. “Rövzətüssəfa”
3
 müəllifinin və 
                                                 
1
 
Məhəmməd Rəfi  Əbdürrəhim oğlu  Şirvani –XVI əsrin ikinci və XVII əsrin birinci 
yarısında yaşamış Azərbaycan alimidir. Azərbaycan və Dağıstan tarixinə aud bəzi 
əsərləri vardır. «Risaleyi-rüstəm xaniyyə» adlı kitabını Dağıstan xanlarından 
Rüstəm xanın adına yazmışdır. 
2
 Bətləmyus (Ptolemey) məşhur yunan riyaziyyatçı və astronomlarındandır, II əsrin 
birinci yarısında anadan olmuşdur. «Coğrafiya» adlı əsərində Albaniya və Ermənis-
tan haqqında da məlumat vardır. 
3
  Şərqdə yetişən  ən məşhur tarixçilərdən Mirxondun əsəridir. 1433-cü ildə  Bəlxdə 
anadan olmuş və 1498-ci ildə Heratda vəfat etmişdir. Mirxondun 7 cilddən ibarət 
olan «Rövzətüssəfa» adlı əsəri, teymurilər dövrünun sonlarında yazılmış ən mühüm 
tarix kitabıdır. «Rövzətüssəfa» kitabı, bir hesabla, Şərq tarixinin bir ensiklopediyasıdır. 
 
18
başqa tarixçilərin dediyinə görə, onlar Yafəsin oğlu Kamak və ya 
Kamarı  nəslindəndirlər. Bunlar Yafəsin Bulqar adlı  oğlunun adını 
daşıyan yerdə sakin idilər. Ehtimala görə o yer Kiçik Qabardı ölkə-
sində olan Balğar adlı yerdir. Balğar və onun ətrafında olan Çəgəm, 
Baxsan, Bizənki əhalisi və başqaları indi də türk dilində qumuq ləh-
cəsilə danışırlar. Məlum olur ki, bunlar bir tayfadırlar. Bu məsələni 
“Həbibüssiyər”
1
 və sair kitablar da təsdiq edir. 
Bu mənbələrin yazdığına görə,  Əmir Teymur Toxtamış xanı 
məğlub etdikdən sonra öz qoşununun başçılarına Qumari çayının 
kənarında  ənam vermiş  və Qum boğazında qışlamışdır. Qumari 
adlanan bu çay Terek çayı yaxınlığında olub, indi türkcə Kumi və 
rusca Kuma adlanır. Əlifin vava və kaf, qaf və ğəyn hərflərinin bir-
birinə çevrilməsi uzaq deyildir. Təsəvvür etmək olar ki, Qaytaq və 
Həptaq ya bir mənada olub, ya da bir-birindən dəyişmədir, ya da 
ki, Tağ mütləq Dağıstanın adı imiş. Şamxal mülkünə «həp» - yəni 
hamı - sözü əlavəsilə «Həptaq», Üsmi mülkünə  də, Keyxosrov və 
sair Kəyan padişahlarına nisbətilə, ya da böyük və uca mənasına 
gələn «key» sözü əlavəsilə Keytaq demişlər. Sözlərin işlənməsində 
ta dala, kaf və ğəyn hərfləri də qafa və  biləks dəyişilmişdir. 
Hun tayfası haman Ğun adlanan tayfadır. Moisey Xorenskinin 
yazdığına görə, miladi tarixin V əsrində Xəzər dənizinin qərb sahi-
lində sakin imişlər.  İndi yeri məlüm olmayan Varçan, bunların  ən 
böyük şəhəri olmuşdur. Simaca kafir, qaniçən, talançı və cəsur olan 
bu tayfa, qədim zamanlarda Çin hüdudundan Qıpçaq çölünə  və 
Xəzər dənizi ilə Qara dəniz arasındakı sahəyə gələrək, hədsiz zülm-
lər etmişlər. Bunların padişahı Atilla... müxtəlif tayfaları, hətta Ma-
carıstanı da, özünə tabe etmişdi. Qostəntiniyyədən xərac alırdı. 
                                                 
1
 «Rövzətüssəfa» müəllifi Mirxondun nəvəsi Xandəmirin əsəridir. Xandəmir özu də 
məşhur tarixçilərdəndir. 1475-ci ildə Heratda anadan olmuş  və 1535-ci ildə 
Gucəratda vəfat etmişdir. Xandəmir bir sıra tarixi əsərlər yazmışdır ki, bunlardan ən 
böyuk və  ən qiymətlisi «Həbibüssiyər» adlı kitabdır. Xandəmir «Həbibüssiyər»də 
dünyanın yaradılışından Şah İsmayıl Səfəvinin vəfatı tarixinə qədər olan hadisələri 
təsvir edir. 
 


 
19 
Hicri 454-cü ildə  vəfat etdikdən sonra, övladı arasında gedən 
çəkişmələr nəticəsində Ğun dövləti dağıldı. 
Miladi IV əsr tarixçilərindən Ammian Martsellinin
1
 yazdığına 
görə,  ğunlar öz üzlərini bıçaqla çərtirdilər ki, saqqalları  çıxmasın. 
Onların əksəri bədşəkil, boynu yoğun olub, heyvana bənzəyirdilər. 
Bitkilərin yarpaq və köklərini və çiy əti yəhər altında qızdırıb yeyər-
dilər. Evləri yox idi, hətta onu istəmirdilər. Çöllərdə, meşələrdə və 
dağlarda keçinirdilər. Onların paltarı kətandan və heyvanat dərisin-
dən olub, bədənlərində çürüyərdi. Özlərini isti-soyuğa, aclıq və su-
suzluğa vərdiş etdirərdilər. Ancaq camaat müşavirəsi olan zaman 
atdan enərdilər. Həya və  əxlaq sahibi deyildilər. Talançı, qaniçən, 
qanun bilməyən, yalançı  və dinsiz idilər. Atillanın yanında olan 
Rum səfirlərindən Prist belə nağıl edir: Biz onunla orduda görüş-
dük. Rum qeysərinin hədiyyələrini son dərəcə kibr və qürurla qəbul 
etdi. Bizə buyurdu ki, istirahət zamanı onunla bərabər yaşadığı 
yerə gedək. Qızlar uzun və ağ paltarlarda onu qarşılayıb, skif dilin-
də şerlər oxuyurdular. Hündür və uca bir yerdə çubuq hasarla əha-
tə edilmiş və ağacdan qayırılmış bir imarət var idi. O hər gün səhər 
çağı evinin qapısında oturub, xalqın divan işlərilə  məşğul olurdu. 
Gündüz müxtəlif tayfaların elçilərini qəbul edib, gecə onlar ilə 
bərabər yemək yeyərdi. Qonaqlar üçün gümüş qablarda və  qızıl 
camlarda, özü üçün isə  ağac qablarda yemək-içmək gətirdərdi. 
Yeməkdən sonra Ğun  şairləri gəlib onun zəfər və fütuhatından 
bəhs edən  şeirlər oxuyardılar. Bu zaman onun qoşunu  şadlanar, 
qocalar isə davadan geri qaldıqları üçün həsrətlə ağlardılar... 
Rum səfirlərindən bir nəfər onu (Atillanı) öldürmək istədi. Atil-
la bunu bilib, özü üçün təhqir hesab edərək, ona cəza vermədi. Ola 
                                                 
1
 Ammian Martselli - Roma tarixçilərindəndir, 330-cu ildə anadan olmuşdur. 
«Roma dövlətinin tarixi» adlı məşhur əsəri 96-378-ci illərin hadisələrini təsvir edir. 
Ammian Martsellinin bu əsərində Azərbaycan haqqında da qiymətli qeydlər vardır. 
 
 
20
bilsin ki, Atil çayı Atilla adından və ya Atillanın adı bu çayın adın-
dan alınmışdır. 
Dağlılara ləzgi adının verilməsi, Laz qovmilə qarışmaları mü-
nasibətilə ola bilər. Lazlar miladın III əsri sonunda Kolxidada ya-
şayırdılar. Sərmat padişahı  Qıpçaq çölündən gəlib, onları  məğlub 
etdi. Lazlar V əsrdə albanlar və iverlər ilə bərabər Rum və İran ara-
sında uzun müddət davam edən müharibələrə qarışırdılar. VI və VII 
əsrlərdə  dəbunların dövləti mövcud idi. Bunların padişahlarından 
Qubaz və Xoryan şöhrət sahibi olmuşlar. Bu tayfanın qalıqları indi 
də Qara dənizin cənub-şərqində sakin olub, yazılarında öz adlarını 
layiqi deyə yazırlar. 
Bir çox tarixçilər Ermənistan, İveriya, Kolxida və Albaniyanı bir-
birindən ayıra bilməmişlər. Bu cəhətdən bəzi ixtilaflar meydana 
çıxmışdır... 
«Həbibüssiyər» sahibinin yazdığına görə, Ermənistan ölkəsinə 
daxil olan Tiflis şəhərini, Həbib ibni-Səlma Osmanın xilafəti zama-
nında  ələ keçirdi. Bura həmişə  xəlifələrin ixtiyarında olmuşdur. 
Bunu, Tiflisdə ərəblər tərəfindən zərb edilən dirhəmlər də göstərir. 
İveriya dağlıq yerdə olub, Dağıstanın qərb tərəfindədir. Başa-
çıq (İmeretiya) da onun şərq hissəsindədir. Erməni tarixçiləri qədim 
gürcüləri ivros, yəni dağlı adlandırırdılar. 
Yaqutun
1
 yazdığına görə, gürcülər hicri V əsrin sonlarına doğ-
ru, İrandakı iğtişaşdan istifadə edərək, Kürün sağ sahilində qətl və 
qarətə başladılar; daha sonralar, səlcuqi Sultan Məhəmmədin oğ-
lanları, Sultan Mahmud ilə Sultan Məsud arasında gedən müharibə 
zamanı Tiflis şəhərini ələ keçirdilər. 
Başaçıq (İmeretiya) düzlərini, Minqreliya və Quriyanı Kolxida 
hesab etmək olar. Şirvan və Dağıstan isə, birgə olaraq Albaniya 
olmuşdur. 
                                                 
1
 Yaqut Həməvi -1178 və 1179-cu ildə anadan olmuş və 1229-cu ildə Hələbdə və-
fat etmişdir. Yaqut, şərqin ən məşhur müəlliflərindən biridir. O, tarix və coğrafiyaya 
aid bir sıra qiymətli əsərlər yazmışdır. Bu əsərlərdən biri də «Mö'cəmülbüldan»dır. 
Səkkiz cilddən ibarət olan bu kitab mükəmməl bir coğrafiya lüğətidir. 


Yüklə 7,74 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   70




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə